Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə59/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   55   56   57   58   59   60   61   62   ...   154

 

176


Erkən  tunc  dövrünə  aid  olan  bu  kurqanın  gildən  tökülmüş 

örtüyünü hündürlüyü 10.65 m, diametri isə 100 m-ə yaxın olub.  

Kurqanın qəbir kamerası əhəng daşlarından ibarət kromlexlə 

əhatələnmişdi.  Onun  uzunluğu  5.33  m,  eni  3.73  m,  dərinliyi  isə 

1,42  m  idi.  Forması  başı  olmayan  öküz dərisini  xatırladırdı.  Ka-

mera Şimal – Şimal-Şərqdən Cənub – Cənub-Qərbə istiqamətlən-

miş,  divarları  ağacdan  qurulmuş,  künclərdə  ağac  dirəklər  quraş-

dırılmışdı.  Bu  dirəklər  kameranın  2  qat  ağac  tirlərdən  ibarət  ör-

tüyünü saxlamağa xidmət edirdi. Yuxarıdakı qatı təşkil edən tirlər 

çox  uzun  idi  və  kameranın  sərhədlərindən  kənara  çıxırdı.  Qəbir 

kamerasının  dibinə  iki  qat  çınqıl  döşənmişdi.  Ağac  arakəsmələr 

onu üç qeyri-bərabər hissəyə ayırırdı ki, onların hər biri ayrıca bir 

məzar rolunu oynayırdı (Отчёт Н.И.Веселовского.., 1896).  

Əsas məzar olan 1 №-li qəbir hansısa çox zəngin bir şəxsə aid 

idi. Bu şəxsin qəbilə başçısı – bəy (bay) və ya xan olduğu hesab edi-

lir.  Onun  hökmdar  ola  biləcəyi  barədə  fikirlər  də  var.  Fəqət  qa-

zıntılar  nəticəsində  ətrafda  saray  qalıqlarına  rast  gəlinməməsi  bu 

fikri  çox  da  inandırıcı  etmir.  Lakin  fakt  budur  ki,  meyitin  başının 

altında hökmdar tacının hissələri olduğu ehtimal edilən iki qızıl lent, 

təyinatı məlum olmayan 5 qızıl sağanaq və qızıl sırğalar aşkar edilib.  

Çox güman ki, Böyük Maykop kurqanında dəfn edilmiş şəxs 

yerli  xan  olmuş  və  Arslantəpədə  oturan  hökmdara  –  xaqana  tabe 

olmuşdur.  Bu,  sadəcə  bir  ehtimaldır  və  nə  qədər  doğru  olduğunu 

gələcək tədqiqatlar göstərəcək. Amma Maykopun və Arslantəpənin 

ayrıca müstəqil xanlıqlar ola biləcəkləri də istisna edilməməlidir. 

Bu  ehtimallardan  hansının  doğru  olub-olmamasından  asılı 

olmayaraq, bir şey şübhəsizdir ki, artıq erkən tunc dövründə pro-

totürklər dövlətə və ya bir neçə dövlətə sahib idilər. 

Qəbirdəki  skelet böyrü üstə, bükülü vəziyyətdə idi. Baş tə-

rəfi  Cənub  –  Cənub-Şərq  tərəfə  istiqamətlənmişdi.  Üstünə  bol 

oxra səpilmişdi. Meyitin üstündən də altından da çox sayda qızıl 

lövhələr  tapılmışdır.  Bunlardan  37-si  böyük,  31-i  kiçik  ölçülü 

aslan, 19-u kiçik öküz, 10-u beş ləçəkli çiçək, 38-i isə halqa idi. 

Onların dəfn edilmiş şəxsin geyiminə və ya bürünüldüyü bürün-

cəyə tikilmiş olduğu ehtimal edilir.  



 

177


Qəbirdən  çox  sayda  və  müxtəlif  ölçüdə  biser,  firuzə  və  qı-

zıldan muncuq, eləcə də bir neçə qızıl düymə də aşkar edilmişdir. 

Skeletin  sağ  tərəfində  gümüşdən  tam  hamar  şəkildə  hazır-

lanmış  8  borucuq  formalı  dəstəkli  əsa  vardı.  Onların  uzunluğu 

103 sm  idi. Onlardan dördünün bir tərəfi qızıldan idi. O biri tə-

rəfləri  isə  spiral  şəkilli  naxışla  bəzədilmişdi.  Çubuqların  dördü-

nün meyitə tərəf olan uclarına ayaqları yuxarı vəziyyətdə olan iri 

öküz  fiqurları  bərkidilmişdi.  Bütünlüklə  gümüşdən  olan  çubuq-

ların başındakı öküzlər gümüşdən, bir tərəfi qızıldan olan çubuq-

ların başındakı öküz fiqurları isə qızıldan idi. Onların yanında 3 

yarımsferik formalı gümüş qalpaq (papaq) vardı.  

Meyidin dizinə yaxın hissədə isə çaxmaqdaşından hazırlan-

mış  12  ox  ucluğu  və  17  mikrolit  siqmenti  tapılmışdır  (Черно-

пицкий М. П., 1987, c. 33-40).  

Qəbrin  şərq  divarı  tərəfində  17  qab  düzülmüşdü.  Onlardan 

ikisi qızıldan,  biri  isə  boğaz  hissəsi  və qapağı qızıldan, gövdəsi 

isə daşdan idi. Digər 14 qab gümüşdən idilər. Onlardan son iki-

sindən birincisinin tutacaqları, yəni qulaqcıq formalı qulpları, di-

gərinin isə gövdəsindəki sağanaq qızıldan hazırlanmışdı.  

Qəbrin cənub-şərq küncündə qabarıq formalı məhəgdaşı və 

daha  bir  kiçik  ölçülü,  qızl  işləməli  məhəgdaşı,  daş  balta  və  9 

tunc əşya vardı. Tunc əşyalar 1 ədəd yastı bıçaqdan (xəncərdən), 

2  ədəd  paz  şəkilli  baltadan,  uzunluğu  10,2  sm  olan  naməlum 

alətdən, 1 ədəd girdə kollu kərkidən, 1 ədəd girdə kollu ax-kər-

kidən, daha 1 fərqli təyinatlı baltadan, 1 ədəd saplaqsız bıçaqdan, 

2 paz formalı balta-bitdən, və 1 ədəd bizdən ibarət idi. 

Qərb küncdə 8 eyni tipli saxsı qab vardı. 

Qəbrin  hər  tərəfinə  gümüş  üzlük  fraqmentləri  və  gümüş 

mismarlar səpələnmişdi. 

2 №-li qəbir. Şərq kamerada qadın olduğu ehtimal edilən, ya-

nı üstə, bükülü vəziyyətdə uzadılmış skelet aşkar edilmişdir. Onun 

üzərinə də oxra səpələnmişdi. Amma oxra çox seyrək idi. Onun baş 

tərəfindən muncuqlu qalın qızıl üzüklər, əl tərfində müxtəlif mate-

riallardan, o cümlədən qızıldan düzəldilmiş  muncuqlar  aşkar edil-

mişdir.  Qəbrin  şərq  divarı  boyunca  müxtəlif  mis  qablar  –  cam, 




 

178


badya, kuzə və iki qazan düzülmüşdü. Burada da çox sayda gümüş 

üzlük fraqmentləri və gümüş mismarlara rast gəlinmişdir.  



3 №-li qəbir. Qərb kamerasında dəfn edilənin də qadın oldu-

ğu ehtimal edilir. O da yanı üstündə, bükülü vəziyyətdə dəfn edil-

mişdi. Üzərinə seyrək oxra səpələnmişdi. Burada çox sayda mun-

cuğa, o cümlədən qızıl muncuğa rast gəlinmişdir. Məzarın şimal-

qərb  küncünə  böyük  çini  qab  qoyulmuşdu.  Burada  da  gümüş 

üzlük fraqmentləri vardı (Отчёт Н.И.Веселовского.., 1896). 

N.Veselovskinin  fikrincə,  əsas  qəbirdən  tapılan  9  dəstəkli 

əsa skipeter idi və hakimiyyət rəmzi rolunda çıxış edirdi. B. Far-

makovski  isə  onların  məzar  örtüyünü  saxlayan  dirəklər  olduğu-

nu ehtimal etmişdir. Biz də o N.Veselovski kimi o fikirdəyik ki 

bu əsalar skipeter idilər və fikrimizcəi, onlar xana tabe olan doq-

quz bəyliyə işarə edirdi. 12 oxa gəlincə isə, onların xanın 12 oğ-

luna və onlardan törəyən nəsillərə işarə etdiyi fikrindəyik.  

 

Maykopdan Alacahöyükə mədəniyyət köçü: Prototürklərin 



dövlətçilik tarixinin daha bir unudulmuş səhifəsi 

Türkiyənin ən məşhur arxeoloji abidələrindən biri də Çorum 

şəhəri  yaxınlığında  yerləşən  Alacahöyük  qədim  yaşayış  məskəni 

və məzarlığıdır. Burada eneolit dövründən tutmuş hetlər (hititlər) 

dövrünə (e.ə. XIV əsr) qədər davamlı yaşayış yeri olmuşdur. Hələ 

1835-ci  ildə  V.  Hamilton  tərəfindən  kəşf  edilmiş  bu  abidə 

kompleksinin hetlərəqədərki mədəni təbəqələrinin yerləşdiyi ərazi 

hetlərin  qədim  paytaxtı  Hattuşanın  xarabələrindən  şimal-şərqdə 

yerləşər (Gorny Ronald L., 1997, pp. 549-557). Oradakı kurqanın 

qazıntısı  zamanı  ilk  tunc  dövrünə  aid  13  xan  (kral)  məzarına  və 

eyni dövrə aid şəhərə rast gəlinmişdir. Belə hesab edilir ki, şəhər 

Anadolunun  avtoxton  əhalisi  olan  hattlara  (hattilərə)  məxsus 

olmuşdur (Popko Maciej., 2000, pp. 445-448). 

Ərazidə ilk qazıntıları 1907-ci ildə yunan əsilli Osmanlı arxeo-

loqu  Teodor  Makridi  bəy  aparmış  (Theodor  Makrid  Bey,  1908), 

1910-cu ildə isə alman arxeoloqlar orada, e.ə. III minilliyə aid xan 

(kral) məzarlarını və e.ə. II minilliyə aid qədim het şəhərinin qalıq-

larını  aşkar  etmişlər.  Buradakı  kurqanları  Maykop  kurqanları  ilə 

müqayisə edən T.Brays yazır ki, Alacahöyükdəki məzarların sahib-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə