Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə55/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   51   52   53   54   55   56   57   58   ...   154

 

164


dan  belə  məlum  olur  ki,  iskit  qəbilələrindən  biri  özlərinin  qadın 

hökmdarı  Zarına  (Sarıana)  üçün  geniş  özül  üzərində  qurulan  kur-

qanda onun böyük heykəlini qoymuşdular (Массон, 1953, s. 27). 

Bənzər hal Abşeron ərazisində yerləşən, e.ə. III-II minilliyə 

aid edilən kurqanlar üçün də xarakterikdir. Əsasını kromlex təş-

kil  edən  Dübəndi  kurqanının  kromlexinin  daş  hörməsində  qur-

ban kamerası tikilmişdir ki, onun da bir tərəfi antropomorf stela 

görkəmindədir.  

Abşeron  ərazisində də e.ə. III-II minilliyə aid bir neçə kur-

qan  aşkar  edilib.  Bu  kurqanlardan  biri  “Dübəndi  kurqanı”dır. 

Həmin kurqanın əsasını kromlex təşkil edir. Dəfn kamerası kur-

qanın mərkəzindədir. O cənub-qərb - şimal-şərq xətti üzrə istiqa-

mətlənib,  dörd  həcmli  daş  piltədən  təşkil  olunub..  Qurbangahın 

özündə  saxsı  qablar,  qoyun  sümükləri,  daş  alətlər  və  kül  aşkar 

olunmuşdur.  Burada  dəfn  mərasimindən  sonra  xüsusi  ayin  icra 

olunmuşdur.  Kurqanın  konstruksiyasında  antropomorf  stelanın 

çoxluğu  qədim  Abşeron  sakinlərinin  dini  təsəvvürlərinin  möv-

cudluğunu sübuta yetirir (Rüstəmov C., 1994).  

Türkan kurqanında da daş heykələ rast gəlinib. E.ə. III minil-

liyin I yarısına aid edilən Abşeron kurqanları yalnız dəfn abidələri 

deyil,  eləcə  də  qədim Azərbaycan  tayfalarının  maddi  və  mənəvi 

mədəniyyətlərinin  öyrənilməsi  üçün  zəngin  mənbədir.  Bu  cür 

kurqanlardan biri də “Türkan kurqanı”dır. Kurqanın hündürlüyü 60 

sm, diametri 9  metrdir. Təpə qumlu və daşlıdır, əsas konstruksiya 

bir cərgədə halqaşəkilli daş hörmədən ibarətdir. Mərkəzdə dörd daş 

piltədən  ibarət  və  tində  quraşdırılmış  kamera  yerləşir  (şaquli). 

Antropomorf heykəlin hündürlüyü 240 sm, əsası düzbucaqlıdır, eni 

80 sm, üz tərəfi qərbə istiqamətlənib. Başı, boynu və sinəsi seçilir. 

Həmçinin  bel  nahiyəsində  dördkünc  formalı  deşik  vardır.  Kurqan 

e.ə. III minilliyə aid edilir (Rüstəmov C., 1994). 

Boz  rəngli  məsaməli  tuf  daşından  hazırlanmış  balbal  (daş-

baba)  qalığına  Həsənsu  kurqanında  da  rast  gəlinmişdir  (Müse-

yibli N., Ağalarzadə A., 2013, s. 5).  

N.İ.Veselovski  1915-ci  ildə  qələmə  aldığı  «Daşbabalar  və 

ya  balballar  sorununun  çağdaş  durumu»  adlı  yazısında  bildirir 



 

165


ki,  daşbabaların  mənasını  və  yaranma  səbəbini  tapmağa  cəhd 

edən  ayrı-ayrı  sahə  mütəxəssislərinin  saysız  araşdırmaları  olsa 

da,  rus  arxeologiyasında  daşbabalar  (kamennıe  babı)  problemi 

qədər qaranlıq və dolaşıq bir məsələyə çətin ki rast gəlmək olar 

(Веселовский, 1915, s. 3).  

Bir  çox  arxeoloqlar  Avrasiyanın  geniş  çöllərinə  yayılan, 

e.ə. III minillikdən XII-XIII əsrlərə qədər uzanan bir dövrü əhatə 

edən kurqanlarda rast gəlinən daş heykəllərin, yəni daşbabaların 

daha qədim olanlarını irandillilərə, sonrakı dövrlərə aid olanları-

nı  isə  türklərə  aid  edirlər.  Şərqdəki  daşbaba  ənənəsini  monqol-

larla bağlamağa cəhd edənlər də tapılır. Halbuki, L. R. Kızlaso-

vun  özünün  «İnsanları  əks  etdirən  qədim  türk  daş  heykəllərinin 

təyinatı  barədə»  adlı  məqaləsində  haqlı  olaraq  yazdığı  kimi, 

monqollarda  qəbirüstü  abidələrə  daş  heykəl  qoyulması  barədə 

heç bir sənəd-sübut yoxdur (Кызласов, 1964, s. 32).  

Menhir  ənənəsi  hələ kurqanların tarix səhnəsinə çıxmamış-

dan  daha  qədim  zamanlardan  dünyanın  bir  çox  bölgəsində,  o 

cümlədən Ön Asiya, Qafqaz, İspaniya, Fransa, Böyük Britaniya, 

Quzey Afrika, Amerika və Sibirin cənub-qərb bölgələrinə yayıl-

mışdır.  Arxeoloqların  Mesopatamiyanın  şimal-qərbində  aşkar 

etdikləri Göbəklitəpə  məbədinin  məşhur Stounhenc abidəsindən 

7 min il öncə qurulduğu bildirilir (Schmidt K. 2006). 

Cənubi  Qafqazda  ən  qədim  menhirlərdən  biri  Zəngəzurda 

tapılan və xalq arasında «qoşundaş» adlandırılan məbəddir. Qo-

şundaş  məbədinin  yaşı  əvvəllər  e.ə.  V  minilliyə  aid  edilsə  də, 

son dönəmlərdə karbon analizlərinə görə onun tarixi e.ə. 7500-ə 

qədər  qədimə  çəkilmişdir.  Bu  tarixsə  həmin  bölgədə  yaranan 

Kür-Araz  mədəniyyətindən  4  min  il  daha  qədimdir.  Xakaslar 

xalq  arasında  daşa  çevrilmiş  döyüşçülər  mifinə  köklənən  «qo-

şundaş» tipli mengirlərə «savaş daşı» anlamında «çaatas» deyir-

lər (Кызласов, 1980, s. 108). 

XIII yüzildə Plano Karpini və Vilhelm de Rubruk kimi bəlli 

səyyahlar  da  türk  ellərində  gördükləri  daşbaba  gələnəyindən 

bəhs  etmişlər.  Roma  papasının  1253-də  doğuya  elçi  kimi  gön-

dərdiyi V. Rubruk qıpçaq yurdlarında gördüklərini yazaraq qeyd 



 

166


edir ki, kumanlar (qıpçaqlar) ölülərinin məzarına ət və qımız qo-

yur,  məzarın  üstündə  ev  sayılan  bir  təpə  qurub  üzərinə  də  üzü 

doğuya olan və əlindəki kasanı göbəyi üzərində tutmuş bir insan 

heykəli dikəldirlər, zənginlərin məzarında belə təpələr böyük pi-

ramidanı  xatırladır. Eyni durumu təsvir edən P. Karpini də vur-

ğulayır ki, hər dəfə bir heyvan kəsəndə bu heykəllərin payını gə-

tirib onun qarşısına qoyurlar (Ağasıoğlu, s. 2013, 10). 

F.Ağasıoğlunun  yazdığına  görə,  daşbabaların  toplanıb  siya-

hıya  alınması  XIX  əsrdən  başlansa  da,  onların  sistemli  şəkildə 

tədqiqi XX əsrin əvvəllərindən başlanır və bugünəcən davam edir. 

Təkcə  Don  ilə  Dnepr  cayları  arasında  330-dan  artıq  daşbaba  və 

başqa dikilidaşlar qeydə alınmışdır (Ağasıoğlu, s. 2013, 11). 

Tədqiqatçıların  bir  çoxu  ilk  daşbabaların  tarix  səhnəsinə 

çıxmasını menhirlərlə bağlayırlar. Tunc dövrü abidələrindən söz 

açan sənətşünas alim N. Rzayev yazır ki, dağ və dağətəyi zona-

larda rast gəlinən, hündürlüyü təqribən 1 metr və daha çox olan 

və  şaquli  şəkildə  yerə  basdırılan  bu  abidələrə  ancaq  qəbiristan-

lıqlarda  təsadüf  edilir.  «Arxeoloqlar  müəyyən  etmişlər  ki,  men-

hirlər  Tunc  dövründən  sonra  öz  əhəmiyyətini  itirmişdir.  Qədim 

qəbristanlıqlarda  cərgələrlə  düzülmüş  bu  şaquli,  yonulmamış 

daşlar  ölülər  kultu  ilə  əlaqədar  olmuşdur.  Belə  güman  edilir  ki, 

hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşada-

caqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xati-

rə  səciyyəvi  abidələrdir.  Maraqlıdır  ki,  tədqiqatçılar  belə  daşlar 

arasında,  ibtidai  şəkildə  olsa  da,  kişi  və  qadın  heykəllərinə  rast 

gəlmişlər» (Azərbaycan incəsənəti, 1977, s. 12). 

Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və daş-

babalar, eləcədə dilimizdəki “başdaşı” ifadəsi həmin daşlarla bağ-

lıdır. Bu daşlardan və ümumiyyətlə ölənin qəbri üzərinə daş hey-

kəl qoyulması ənənəsindən bəhs edən ilk yazılı mənbə şumerlərin 

Uruk hökmdarı Bilqamısa həsr etdikləri eyniadlı dastandır: 

Misgərlər, dəmirçilər, daşyonanlar gəlirdi, 

Heykəltaraşlar gəlir, daş qoyanlar gəlirdi. 

- Dostum, sənə mən elə başdaşı düzəldəcəm, 

Beləsini heç kəs dostuna düzəltməyib. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə