Kurqanlarda


İlk tunc (Kür-Araz) dövrü prototürklərinin



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə54/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   50   51   52   53   54   55   56   57   ...   154

 

161


İlk tunc (Kür-Araz) dövrü prototürklərinin  

mənəvi mədəniyyəti 

Kür-Araz mədəniyyəti abidələrinin əsasən yaşayış yerləri və 

qəbirlərdən ibarət olduğunu diqqətə çatdıran V. Baxşəliyevin yaz-

dığına  görə,  Bu  abidələrin  müəyyən  lokal  xüsusiyyətlərinin  ol-

masını  nəzərə  alaraq  onları  regionlar  üzrə  araşdırmaq  məqsədə-

uyğundur.  «Erkən Tunc  dövrü abidələri  arasında  çoxtəbəqəli  ya-

şayış  yerləri  ilə  xarakterizə  olunan  Naxçıvan-Urmiya  qrupunun 

abidələri  xüsusi  yer  tutur.  Naxçıvanda  Kür-Araz  mədəniyyətinə 

aid I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, Мaxta Kültəpəsi, Xalac, 

Ərəbyengicə,  Şortəpə  kimi  qədim  yaşayış  yerləri  aşkar  olun-

muşdur. Bu abidələrdən I Kültəpə və II Kültəpədə geniş miqyaslı 

arxeoloji qazıntılar aparılmış, digərləri isə yalnız kəşfiyyat xarak-

terli tədqiqatlarla öyrənilmişdir» (Baxşəliyev V., 1960, s. 62) 

Urmiya gölünün şərqində yerləşən Yanıqtəpə abidəsinin daha 

yaxşı öyrənildiyini diqqətə çatdıran  alim  yazır ki,  bu abidənin tə-

sərrüfat-məişət  komplekslərində  Kür-Araz  mədəniyyətinin  əsas 

əlamətləri  aydın  şəkildə  izlənmişdir.  «Yanıqtəpə  yaşayış  yeri  qə-

dim dövrdə ardıcıl olaraq yaranan üç təpədən ibarət olmuş, zaman 

keçdikcə  onlar  bir  təpə  halında  birləşmişdir.  Onun  hündürlüyü 

16,5  m,  diametri  300  m-dən  artıqdır.  Yaşayış  yerində  Neolit, 

Eneolit  və İlk Tunc dövrünə aid təbəqələrə rast gəlinmişdir. Kür-

Araz mədəniyyətinə aid təbəqə abidənin ən üst qatında yerləşmiş-

dir. Lakin Eneolit təbəqəsi ilə Kür-Araz təbəqəsinin bir-birinə mü-

nasibəti  stratiqrafik  baxımdan  həll  edilməmişdir.  Belə  ki,  qazıntı 

zamanı heç yerdə Kür-Araz təbəqəsinin Eneolit təbəqəsini örtdüyü 

müəyyənləşdirilməmişdir» (Baxşəliyev V., 1960, s. 73-74). 

Qobustan abidələrindən söz açan V. Baxşəliyev qeyd edir ki, 

Qobustanda  aşkar  olunan  Kür-Araz  mədəniyyəti  abidələrini  iki 

qrupa ayırmaq olar. «Birinci qrup abidələr qayaaltı sığınacaqlarla 

təmsil  edilib  (Anazağa,  Çardaqzağa,  Firuz-1).  Anazağa  yaşayış 

yeri  Qobustan  qoruğu  binası  yaxınlığında,  Böyükdaş  dağının  üst 

hissəsində  yerləşir.  Qazıntılar  zamanı  burada  üç  mədəni  təbəqə 

aşkar  olunmuşdur.  Alt  təbəqələr  daş  dövrünə,  ən  üstdə  olan  1m 

qalınlığındakı  təbəqə  isə  Tunc  dövrünə  aiddir.  Burada  İlk  Tunc 




 

162


dövrünə aid ayrıca təbəqəyə rast gəlinməmişdir. Kür-Araz mədə-

niyyətinə aid maddi-mədəniyyət qalıqları, yalnız müxtəlif mərhə-

lələri  əhatə edən, qarışıq  təbəqələrdən  əldə  edilmişdir. Tapıntılar 

qara  və  şabalıdı  rəngli  cilalı  qab  parçalarından,  daş  alətlər,  gil 

təkər  modeli  və  başqa  əşyalardan  ibarətdir.  Çardaqzağa  yaşayış 

yeri Anazağadan 200-250 m cənubda, Böyükdaş dağında yerləşir. 

Qazıntılar zamanı  müəyyən edilmişdir ki, burada mədəni təbəqə-

nin qalınlığı 30-40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır. 

Мədəni təbəqədə,  başlıca olaraq İlk Tunc  dövrünə aid  keramika, 

obsidian  və  çaxmaq  daşından  hazırlanmış  əmək  alətləri  aşkar 

olunmuşdur. Sığınacağın  divarlarında  aşkar olunan  qayaüstü təs-

virlərin də bu dövrə aid olduğunu demək olar. Firuz-1 sığınacağı 

Kiçikdaş dağının şərq ətəyində yerləşir. Sığınacaqda Daş və Tunc 

dövrlərinə  aid  mədəni  təbəqəyə  rast  gəlinmişdir.  Tunc  dövrünə 

aid  edilən  mədəni  təbəqə  iki  qata  ayrılmışdır.  Üst  qatdan  Tunc 

dövrünün  son  mərhələsinə,  alt  qatdan  isə  İlk  Tunc  dövrünə  aid 

maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Gilinin tərkibinə və 

hazırlanma  texnologiyasına  görə  fərqlənən  gil  qab  parçalarının 

üzəri  cilalanmışdır.  Onların  bəzisinin  yarımşar  formalı  qulpu  ol-

muşdur. İkinci qrupa ətrafı möhkəmləndirilmiş Dairə və təbii cə-

hətdən müdafiə olunan mövqedə salınmış Böyükdaş yaşayış yer-

ləri daxildir. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında 

yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla 

əhatə  edilmişdir.  Sahəsi  200  m2  olan  yaşayış  yerinin  1/3  hissəsi 

qazıntılarla  öyrənilmişdir.  Divar  boyunca  aparılan  qazıntılar  abi-

dənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış ye-

rini  əhatə  edən  müdafiə  divarı  içəridə  dikinə,  o  biri  tərəfdən  isə 

yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, 

mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 

30-40  sm-dir.  Yaşayış  yerinin  şərq  hissəsində  yaşayış  binalarına 

aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadı-

ğından,  ümumi  planlarını  müəyyən  etmək  mümkün  olmamışdır. 

Tədqiqat zamanı gil qab parçaları,  əmək alətləri, ocaq yerləri aş-

kar  edilmişdir.  Abidənin  cənub  hissəsinin  tədqiqi  zamanı  tikinti 

qalıqları, ocaq qurğusu, gil qab parçaları və daş alətlər aşkar olun-



 

163


muşdur. Şimal-şərq tərəfdə, divar boyu daş döşənmiş sahə, divar 

qalıqları və dairəvi formalı ocaq aşkar olunmuşdur. 

Ocağın  ətrafından  gil  qab  və  iri  manqal  parçaları  da  tapıl-

mışdır. Мaddimədəniyyət qalıqlarına  əsasən demək olar ki, abi-

dədə  yaşayış  başlıca  olaraq  müdafiə  divarı  boyunca  olmuşdur. 

Onun  mərkəzi  hissəsindən,  ehtimal  ki,  ictimai  məqsədlər  üçün 

istifadə edilmişdir» (Baxşəliyev V., 1960, s. 91-92). 

V.Baxşəliyev bildirir ki, Qobustanda İlk Tunc dövrünün so-

nuna aid edilən qəbir abidələri kurqan tiplidir.  

«Kurqanlar  daş  və  torpaq  örtüklüdür.  Onların  hündürlüyü 

0,5-1,1, diametri 4,5-11m- dir. Daş örtüyün altında, bir cərgə daş-

lardan  düzülmüş  kromlexlər  aşkar olunmuşdur.  Bəzi  kurqanların 

örtüyü dağıdıldığından, kromlexə aid daş düzümləri aydın seçilir. 

Kurqanlar xarici görünüşcə bənzər olsalar da, qəbir tiplərinə görə 

xəndəksiz,  xəndəkli  və  daş  qutu  olmaqla,  üç  yerə  bölünür.  Xən-

dəksiz kurqanlar başlıca olaraq Orta və Son Tunc dövrlərinə aid-

dir.  Tədqiqatçı  F.М.Мuradova  tərəfindən  İlk  Tunc  dövrünə  aid 

edilən 5 №-li xəndəkli kurqan kromlexlə əhatə edilmişdir. Krom-

lexin  mərkəzində  yerləşən  dördkünc  formalı  qəbir  kamerasının 

yanları  kiçik  həcmli  əhəng  daşları  ilə  əhatə olunmuş, üstü  iri  sal 

daşlarla örtülmüşdür. Qəbir qarət edildiyindən, skeletə rast gəlin-

məmişdir. Aşkar edilən keramika məmulatı e.ə. III minilliyin so-

nu üçün xarakterik olmuşdur. İlk Tunc dövrünə aid edilən 3 №- li 

kurqanın hündürlüyü 1,1 m, diametri 11 m-dir. Kurqanın  mərkə-

zində əhəng daşlarından qurulmuş daş qutu tipli qəbir aşkar olun-

muşdur.  Bu  abidənin  qərb  divarı  və  örtük  daşı  saxlanmamışdır. 

Ola bilsin ki, qəbir kurqanın qarət edilməsi zamanı dağıdılmışdır. 

Onun  qərb  tərəfində,  örtük  daşları  arasında  hər  iki  tərəfdən  yo-

nularaq, insan şəklinə salınmış əhəng daşına rast gəlinmişdir. Daş 

heykəlin hündürlüyü 1,4 metrdir» (Baxşəliyev V., 1960, s. 93). 

Beləliklə,  III  minillikdə  Cənubi  Qafqazda,  daha  dəqiq  desək, 

Azərbaycanda  daha  bir  innovasiya,  kurqanlara  balbal  qoyulması 

ənənəsii  ortaya  çıxmışdır  ki,  bir  neçə  min  il  sonra  eyni  hal  iskit, 

xəzər, oğuz və qıpçaq kurqanlarında da müşahidə edilmişdir. Ktesi 

və  Siciliyalı  Diodor  kimi  antik  yunana  müəlliflərinin  yazdıqların-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə