Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə56/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   52   53   54   55   56   57   58   59   ...   154

 

167


Saçı lacivərd, altı daşdan hörüləcək, 

Üzü əhəngdən, özü altundan yonulacaq  

(Bilqamıs dastanı, 1985, s. 65). 

N.Rzayevin fikrincə, menhirlərin Azərbaycanda dəmir dövrün-

də  yaradılmış  insan  heykəlləri  ilə  müəyyən  bağlılığı  vardır.  «Belə 

heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış. Menhirlərdə oldu-

ğu  kimi,  bu  heykəllər  də  ölmüş  döyüşçünün  özünü  təmsil  edirdi. 

Göründüyü  kimi,  menhirlər  ilə  qədim  türk  heykəllərinin  ideoloji 

əsası  eynidir.  Hər  ikisi  animistik  təsəvvürə-ölümdən  sonrakı  əbədi 

həyat fəlsəfəsinə əsaslanır» (Azərbaycan incəsənəti, 1977, s. 12). 

Sənətşünas alim R. Əfəndi yazır ki, Azərbaycanın daş plas-

tika  sənəti  nümunələri  içərisində  daş  insan  fiqurları  önəmli  yer 

tutur. «Şamaxı  və  Ağdam  şəhərləri ətrafında tapılmış  bu  monu-

mental plastik sənət nümunələri alimlərin böyük marağına səbəb 

olmuşdur. Şamaxının Dərə Xınıslı və Dağ Kolanlı yaxınlığından 

tapılmış heykəllər üslub etibarilə bir-birinə bənzəsə də, ayrı-ayrı 

vəziyyətdə  və  ölçüdə  düzəldilmiş  müxtəlif  tipli  kişi  fiqurlarını 

təsvir edir. Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündür-

lüyü 2,23 metr, ən kiçiyinin isə 1,35 metrdir.  

1946-cı  ildə Dərə Xınıslı kəndində tapılmış daş heykəl  xü-

susilə  maraqlıdır. Yerli  əhəng daşından  yonulub  düzəldilmiş  bu 

heykəl ucaboylu, naməlum  bir  şəxsi təsvir edir. Həmin  fiqur bu 

ərazidə aşkar edilmiş  bir  neçə  başqa  heykəl kimi  başsızdır. Baş 

yerinin formasından məlum olur ki, fiqurun başı sonralar hansısa 

səbəbdən sındırılmışdır. Fiqurun  əllərinin  vəziyyəti də bu ərazi-

də tapılan əksər heykəllərdə olduğu kimidir. Onların  əksəriyyə-

tində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir. 

Fiqurun  bədənində  geyim  olduğunu  bildirən  xətlərin  izləri 

görünür.  Kürəyin  yuxarı  hissəsində  bu  ərazidən  tapılan  digər 

heykəllərdə  olduğu  kim  dalğavari  xətlər  vardır  ki.  bu  da  təsvir 

olunan şəxsin uzun saç saxladığını göstərir. 

Tarixi  mənbələrdən  belə  aydın  olur  ki.  türk  xalqları  islam-

dan  öncə  hər  bir  igidin  məzarı  üstə  insan  fiqurlu  heykəllər  qo-

yardılar. İlk orta əsrlərə aid “Veyşu”adlı Çin mənbəsindən, eləcə 

də Əl-Bələzuri və Əl Xarəzmi kimi  müsəlman tarixçilərin əsər-



 

168


lərindən göründüyü kimi, bu tipli heykəllər müqəddəs sayılır və 

onlara sitayiş edilirdi» (Əfəndiyev, 1980, s. 10-12). 

 

Kür-Araz mədəniyyətinin daha bir yadigarı –  

Se Girdan kurqanları (e.ə. III minillik) 

Kür-Araz  mədəniyyətinin  dövrümüzədək  ulaşmış  daha  bir 

yadigarı Se Girdan (e.ə. III minillik) kurqanlarıdır. Bu kurqanla-

rın aşkar edilərək elm aləminə tanıdılması  Aurel Ştaynın adı  ilə 

bağlıdır. Şərqi Türküstan və Cənubi Azərbaycanda parlaq tapın-

tıları  ilə  Türk  tarixinə  misilsiz  töhfələr  vermiş  bu  böyük  alim 

1930-cu  illərdə  Cənubi  Azərbaycanda  tədqiqatlar  aparırdı.  25 

avqust 1936-cı il tarixində o, Uşnu vadisində yerləşən Dumanca-

Təpədə  (Dinxa-Təpədə)  apardığı  qazıntı  işlərini  tamamladıqdan 

sonra  diqqətini  Gadar  çayından  3  km  şərq  tərəfdə  gözə  dəyən, 

yerli  xalq  arasında  «Üç  təpə»,  farslar  arasında  isə  «Se  Girdan» 

(Üç pəhlivan) adı ilə tanınan təpələrə yönəltdi. Bu təpələr bir-bi-

rindən  azca  aralı  olmaqla,  bir  xətt  üzərində  düzülmüşdülər  və 

konusvari formaya sahib idilər. A. Ştayn onların kurqan ola bilə-

cəyini hiss etmişdi. Apardığı kəşfiyyat işləri onun bu fikrini təs-

diqlədi. Lakin ona həmin kurqanlarda qazıntı işləri aparmaq qis-

mət olmadı. Alim sadəcə kurqanları qeydə aldı və öz hesabatın-

da onlardan da bəhs etdi (Sir Aurel Stein, 1940, p. 336-377). 

1966-cı ilin yayında Həsənlu layihəsi çərçivəsində Duman-

ca-Təpədə  (Dinxa-Təpədə)  qazıntılar  aparan  bir  neçə  arxeoloq 

Ştaynın qeydlərini əsas tutaraq, Se Girdanın ətrafında da kəşfiy-

yat  işləri  aparmağa  qərar  verdilər  və  məlum  oldu  ki,  ərazidəki 

kurqanların  sayı  əslində  3  yox,  9-dur.  1968-ci  ildə  isə  daha  2 

kurqan qeydə alındı və beləcə onların sayı 11-ə çatdı (Jyson, Jr., 

1967, p. 136; Agha Z. Rahmatian, 1968). 

Dumança-Təpənin  təxminən  5  kilometr  uzaqlığında  olan 

kurqanlar oradan çox aydın görünə bilinirdi. Onlar vadinin şərq 

sərhədini  təşkil  edən  dağətəyində,  dəniz  səviyyəsindən  təqribən 

1 km  yüksəklikdə  yerləşirdilər. Yaxınlıqda qədim Urartu  şəhər-

lərindən birinin xarabalıqları vardı. Yerli xalq o əraziyə Qalagah 

deyirdi. Bir qədər kənarda isə Çeşməgöl kəndi yerləşirdi. 



 

169


Kurqanlarda qazıntı işlərinə rəhbərlik etmiş O. Muskarella-

nın yazdığına görə, tədqiqatlara 1968-ci ildə başlanılmışdır. Hə-

min  il  kurqanlardan  dördünün  ölçüləri  dəqiqləşdirilmiş,  qazıntı 

aparılacaq  sahələr  müəyyənləşdirilmişdir:  «Kurqanlar  latın  əlif-

basının  hərfləri  ilə (A-K) adlandırıldı  və tədqiqatlara başlanıldı. 

Qazıntılar üçün ilk olaraq 600 kv m-lik düzbucaqlı formalı sahə 

seçilmişdi.  Burada  yer  alan  İ  kurqanı  H  kurqanından  750  m  şi-

malda, K kurqanı isə İ kurqanından 1 km aralıda yerləşirdi. Onu 

digər kurqanlardan müasir avtomobil yolu ayırırdı. İlkin araşdır-

malar üçün böyük, orta və kiçik ölçülü üç kurqan seçilmişdi. II 

(D) və III (A) kurqanlarında iki məzar aşkar edilərək qeyd edil-

di. I (C) kurqanda qazıntını təxirə salmaq qərara alındı» (Musca-

rella O. W., 1971, p. 5-6). 

Alimin sözlərindən belə aydın olur ki, qazıntı işləri üçün es-

kavatorlar kirayələnmişdi. Lakin hər üç kurqanın ətrafının noxud 

sahələri ilə əhatələnmiş olması eskavatorların işini çətinləşdirirdi. 

O. Muskarella kurqanların təsvirini belə vermişdir: 

I Kurqan. Bu dəfn abidəsi Se Girdan kurqanlarından ən bö-

yüyüdür.  Onun  hündürlüyü  8.5  m  olub,  diametri  isə  60-65  m-ə 

çatırdı.  Kurqan  örtüyünün  yuxarı  hissəsi  çınqıl  və  torpaqdan,  bir 

qədər  aşağı  hissəsi  isə  iri  çay  daşları  və  gildən  qurulmuşdu.  Mü-

əyyən  bir  nöqtədən  sonra  gilin  rəngi  dəyişirdi.  Bu  onu  göstərirdi 

ki, örtüyün tökülməısində  istifadə edilmiş  gil  iki  fərqli  mənbədən 

götürülmüşdür. Örtüyün qat-qat düzəldildiyi müşahidə edilirdi.  

Arxeoloqlar  bir  neçə  kəşfiyyat  xəndəyi  qazımaqla  örtüyün 

altında daş düzümü olduğunu  müəyyən etmişlər. Qəbir kamera-

sını isə tapa bilməmişdilər. Bununla belə, onlar II və III kurqan-

larda əldə etdikləri nəticələr əsasında onun da qəbir kamerasının 

olduğunu, kurqanın mərkəzindən bir qədər kənarda ola biləcəyi-

ni qeyd ediblər (Muscarella O. W., 1971, p. 7-13).  

II Kurqan. Bu kurqan da 1968-ci ildə qazılmışdır. Se Gir-

dan  kurqanlarından  ən  kiçiyi  olan  bu  abidənin  hündürlüyü  0.47 

m, diametri  isə təxminən 14 m  idi. Arxeoloqlar onu kvadratlara 

bölmüş,  bunlardan  cənub-qərb  tərəfdəki  hissə  qazıntılara  başla-

maq üçün münasib görülmüşdü.  



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə