Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə57/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   53   54   55   56   57   58   59   60   ...   154

 

170


Örtüyü çınqıldan və boz-qəhvəyi rəngli torpaq qarışığından 

ibarət olan II kurqanın örtüyü götürüldükdən sonra 10 cm qalın-

lığında, 30 sm diametrində kül və kömür qalığına və aypara  şə-

killi  daş  yığınına  rast  gəlinmişdir.  Daş  yığınının  altında  bəzi 

boşluqlar  aşkar  edilmişdir  ki,  onlardan  daha  böyüyünün  səliqə 

ilə düzülmüş daşlardan qurulan qəbir kamerası olduğu müəyyən 

edilmişdir. Kamera 78.5 sm dərinlikdə qazılmışdı. 

Kamera qədimdə talan edildiyindən içində heç nəyə rast gə-

linməmişdir (Muscarella O. W., 1971, p. 13-16). 

III Kurqan. Eyni ildə qazılmış III kurqanın hündürlüyü 3 m, 

diametri  isə  təxminən  35  m  idi.  Kurqanın  vahid  kompleks təşkil 

edən örtüyü çınqıl və gildən tökülmüşdü və çox möhkəm idi. Bu 

da  qazmaçıların  işini  çətinləşdirirdi.  O  da  kvadratlara  bölünmüş 

və qazıntıya cənub-şərq hissədən başlamaq qərara alınmışdı.  

Kurqan  örtüyünü  altında,  təqribən  50  sm  dərinlikdə  5.75-6 

m enində daş yığınına rast gəlinmişdir. Daşların bir qismi sürüş-

mə  nəticəsində  yerindən  oynayaraq  ətrafa  səpələnsə  də,  burada 

hər hansı bir talandan söhbət gedə bilməzdi.  

1  m  dərinlikdə  qazılmış  qəbir  kamerası  daş  parçalarından 

qurulmuş, döşəməsinə çınqıl döşənmişdi. Önun ağac örtüyü çü-

rüdüyündən  içəri  daşlarla  dolmuşdu.  Kamera  daşlardan  təmiz-

ləndikdən sonra burada böyrü üstə, bükülü vəziyyətdə dəfn edil-

miş skeletə rast gəlinmişdir. Onun anatomik vəziyyəti pozulma-

mış, üstünə bol oxra səpilmişdi. 

Kamerada rast gəlinən arxeoloji materiallar skeletin baş tə-

rəfinin qərb və şimal-qərb tərəfində aşkar edilib. Bunlar aşağıda-

kılardan ibarətdir:  

1. Uzunluğu  37  sm,  diametri  3.2  sm  olan  aslan  başlı  daş 

skipeter.  

2. Parçalanmış gümüş bəzəkli su qabı. Metaldan olan hissə-

lər yaxşı qorunmuşdur.  

3. Uzunluğu 12.8 sm, ən enli hissəsi 1.8 sm olan tunc bıçaq. 

4. Uzunluğu I3.4 sm, eni 5.1-3.5 sm olan tunc bıçaq. 

5. İki  ədəd  uzun  gümüş  çubuq.  Çubuqlar  parçalanmış  və-

ziyyətdə idilər. 




 

171


6. Çox sayda qızıl, daş və pasta muncuq (Muscarella O. W., 

1971, p. 16-21). 

Maraqlıdır  ki,  O.Muskarella  Se  Girdan  kurqanlarının  səh-

vən erkən dəmir dövrünə (e.ə. VII-VI əsrlər) aid etmişdir (Mus-

carella 1971, p. 30). O, sonralar, daha dəqiq desək, 2003-cü ildə 

çap edilmiş bir məqaləsində səhv etdiyini etiraf etmişdir. Bu 

eti-

rafa


 səbəb Fransa arxeoloqu Jan Desayın 1973-cü ildə dərc etdir-

diyi bir məqalə səbəb olmuşdu. Jan Desay Se Girdan kurqanları-

nın xronologiyasının düzgün müəyyən edilmədiyini diqqətə çat-

dıraraq, onların Şimali Qafqazın erkən tunc dövrü kurqanları ilə 

mədəni  və  xronoloji  baxımdan  bağlı  olduğunu  qeyd  etmişdir 

(Deshayes 1973, p. 176-178; Muscarella 2003, p. 117-118).  

N.Müseyiblinin  yazdığına  görə,  rus  «elmi  ədəbiyyatında  Se 

Girdan  kurqanlarının  O.  Muskarella  tərəfindən  düzgün  müəyyən 

edilməməsi və onların daha qədim dövrə – Maykop mədəniyyəti 

dövrünə aid olması barədə ilk fikri A.D.Rezepkin irəli sürmüşdür 

(Резепкин 1989,  с.  16-17).  Sonrakı  nəşrlərdə  də Se Girdan  kur-

qanlarının  Maykop tipli  olması  barədə ətraflı  şərhlər  verilmişdir. 

Belə bir nəticəyə gəlmək üçün həmin kurqanlardan aşkar edilmiş 

arxeoloji  materiallar,  xüsusilə  də  Leçinkay  (Şimali  Qafqaz)  tipli 

metal  baltalar  əsas  götürülmüşdür  (Трифонов  2000).  V.A.Trifo-

nov Se Girdan kurqanlarının yaranmasını Urmiyaətrafı ərazilərdə 

və  Cənubi  Qafqazda  Kür-Araz  mədəniyyətinin  meydana  çıxma-

sından  əvvəlki  dövrə  aid  edir.  O,  bu  kurqanların  yaranmasını 

Şimali  Mesopotamiya  təsirinin  şimala  yayılması  və  “Uruk  kolo-

nizasiyası”  ilə  bağlı  olduğunu  yazır.  Onun  fikrincə  bu  kurqanlar 

Şimali  Mesopotamiya  periferiyasında  son  Uruk  dövründə  eyni 

mənşəli  mədəniyyətlər  blokuna  aid  qruplardan  birini  təmsil  edə 

bilər (Трифонов 2000, с. 262). V.A.Trifonov əvvəlcə Se Girdan 

kurqanlarını  Maykop  tipli  hesab  edir  (Трифонов  2000,  с.  260), 

sonra  isə  belə  bir  nəticəyə  gəlir  ki,  Se  Girdan  kurqanlarını  Qaf-

qazdan  “Maykop”  əhalisinin  müəyyən  qrupunun  Urmiyaətrafı 

ərazilərə və ya əks istiqamətə miqrasiyası  ilə bağlamaq haqqında 

qərar vermək tezdir. Müəllif bu kurqanları e.ə. IV minilliyin ikin-

ci yarısına aid etmişdir» (Müseyibli, 2014, s. 79). 



 

172


Prototürklərin Şimali Qafqazda qurduqları daha  

bir möhtəşəm mədəniyyət-Maykop mədəniyyəti 

Prototürklərin ilk tunc dövründə yaratdıqları möhtəşəm mə-

dəniyyətlərdən biri də Maykop mədəniyyətidir. Şimali Qafqazın 

dağ  ətəklərini  və  çay  vadilərini  əhatə  etmiş  bu  mədəniyyət  öz 

adını  1897-ci  N.  Veselovski  tərəfindən  aşkar  və  tədqiq  edilmiş 

Böyük  Maykop  kurqanından  almaqdadır.  Onun  əsas  yayılma 

arealı  Taman  yarımadasından  Çeçenistana  qədər  olan  ərazini 

əhatə edir (Шишлина Н. И., 2002, c. 164-173). 

Əvvəllər Novosvobodnaya  mədəniyyəti də bu mədəniyyətə 

daxil  edilirdi.  Hazırda  onları  iki  ayrı  mədəniyyət  kimi  gözdən 

keçirmək daha uyğun sayılır.  

Tarix  elminə  sözügedən  mədəniyyət,  yuxarıda  qeyd  edildiyi 

kimi, Böyük Maykop kurqanının açılmasından sonra məlum olmuş-

dur. 1910-cu ildə daha 7-8 abidə öyrənilmiş, bundan sonra Maykop 

mədəniyyəti son eneolit-ilk tunc dövrlərinə aid edilmiş, bununla da 

mədəniyyətə  böyük  maraq  yaranmışdır.  Sonradan  tədqiq  edilmiş 

bütün  kurqan  abidələri  «Böyük  Kuban  kurqanları»  adı  altında  bir-

ləşdirilmişdir (Иессен А.А., 1950). 1951-ci ildə Y.Krupnov ilk dəfə 

«Maykop  mədəniyyəti»  adını  işlətmiş  və  həmin  dövrdən  etibarən 

bu ad elmdə möhkəmlənmişdir (Крупнов Е.И., 1951, c. 47). 

1957-ci  ilə  qədər  sadəcə  kurqanlar  barədə  mövcud  məlu-

matları  əhatə  edən  bu  ümumiləşdirici  adın  daşıdığı  məzmun 

A.Stolyarov  və  A.Formozovun  ,  eləcə  də  P.Ditlerin  apardıqları 

arxeoloji  qazıntılar  nəticəsində  daha  da  genişləndi  və  eyni  za-

manda,  həm  də  eneolit-ilk  tunc  dövrü  yaşayış  məskənlərinə  də 

şamil edilməyə başladı (Формозов А.А., 1965, c. 64-158).  

1982-ci  ildə  yenidən kurqanların tədqiqinə  start verildi  və bu 

dəfə bu işlə A.Rezepkin məşğul olmağa başladı. Onun tədqiqatları 

sayəsində  Maykop  kurqanları  haqqındakı  biliklər  daha  da  geniş-

ləndi. Onun  ən  maraqlı tapıntısı  isə üzərində  yonma  naxışlar olan 

daş pilitə olmuşdur. Kurqanların altında eyni mədəniyyətə aid daha 

qədim dövrlərə aid yaşayış məskəninin tapılması isə sözün əsl mə-

nasında  sensasiya  idi  (Резепкин  А.Д.,  2008,  c.  156-176).  Qeyd 

edək ki  bənzər hadisə  ilə Türkiyədəki  Alacahöyükdə qazıntı apar-




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə