173
mış arxeoloqlar da üzləşmişdilər. Onlar da qazıdıqları hökmdar
kurqanlarının altında daha qədim dövrlərə, yəni neolit-eneolit dövr-
lərinə aid qatlar aşkar etmiş və həmin ərazinin sözügedən dövrlər-
dən etibarən böyük yaşayış məskəni və şəhər olduğu üzə çıxmışdır.
«Maykoplu»lar ölülərini bir qayda olaraq kurqanlarda dəfn
edirdilər. Ölülər qəbir kanerasına böyrü üstə, – əsasən sağ böyrü
üstə, – bükülmüş vəziyyətdə qoyulardı. Qəbrə bol-bol oxra səpi-
lərdi. Əksər kurqanlar tək dəfnli olsalar da, bəzən 2 ilə 5 nəfər ara-
sında şəxsin bir yerdə basdırıldığı kollektiv dəfnlərə də rast gəlinir.
Bir çox hallarda qəbirlərə ölü ilə birlikdə heyvanlar da qoyulardı
(Кореневский С.Н.,, 2004, c. 15-21, 150-168; Трифонов В.А.,
Крайнева А.А., Зайцева Г.И., Плихт Х., Богомолов А.А., Бу-
рова Н.Д., Семенцов А.А., Ришко С.А., 2013, с. 37-38).
Maykop kurqanlarından ən kiçiklərinin hündürlüyü təqribən
1m, böyüklərininki isə 6-12 m-dir. Üzərində kurqan örtyü olma-
yan qəbirlərə də rast gəlinib ki, onların mənşəyi barədə hələ ki
vahid fikir yoxdur.
Kurqan örtükləri içərisində həm daşdan, həm də torpaqdan
olanlara rast gəlinir. Onlar adətən girdə və konik formada olsalar
da, üst hissəsi hamarlanmış və yastılanmış örtüklərə də rast gəli-
nir. Aypara formalı örtüklər də qeydə alınmışdır. Kurqan örtük-
lərinin altında bir qayda olaraq daş yığımına rast gəlinir və bu
daş yığınları əksər hallarda aypara formasında olur. Yerdə çala
şəklində qazılmış qəbir kameraları onların altında yerləşir. Lakin
materikdə qurulmuş kameralar da az deyil. Meyitlərin xüsusi dü-
zəldilmiş meydançalar qoyulduğu kurqanlara da rast gəlinir.
Qəbir kameralarının örtüyü adətən kərtilmiş ağacdan düzəl-
dilirdi.
Bəzi kurqanların kamerası meqalitik quruluşa sahib olur və
yanı üstə qoyulmuş daş pilitələrdən ibarət olurdu. Onların içərisin-
də uşaqların dəfn edildiyi kiçik kameralara rast gəlindiyi kimi, nə-
hənglərinə də rast gəlinmişdir ki, bu tip abidələrə Kişpek və Nalçik
kurqanlarını misal çəkmək olar (Кореневский С.Н.,2004, c.15-21).
Maykop kurqanlarından əldə edilən DNT nümunələrinin ana-
lizləri aparılsa da, bu zaman əsas çalışmalar sadəcə mitoxondrial
174
(ana xətti) haploqrupların üzə çıxarılması istiqamətində olmuş, ata
xəttinin, yəni Y-xromosomların tədqiqi diqqətdən kənarda qalmış-
dır. Bununla belə, kurqanlarda ölülərin yanı üstə, bükülmüş və-
ziyyətdə dəfn edilməsi onların R1a haploqrupunun daşıyıcıları,
yəni protoqıpçaq-bulqar olduqlarından xəbər verməkdədir.
Üç skeletdən götürülmüş DNT nümunələri əsasında aparı-
lan genetik tədqiqatlar «Maykoplu»larda U (U8b1a2), M (M52)
və N (N1b1) mitoxondrial haploqrupunu üzə çıxarmışdır. Bəzən
Maykop mədəniyyətinin tərkim hissəsi, bir çox hallarsa isə müs-
təqil mədəniyyət kimi gözdən keçirilən Novosvobodnaya mədə-
niyyəti təmsilçilərində isə T (T2b) və V (V7) mitoxondrial hap-
loqrupları aşkar edilmişdir (Недолужко А., 2016; Sokolov A.S.,
Nedoluzhko A.V., et al., 2016).
Antropoloji tədqiqatlar «Maykoplu» ların cənubi avropoid
irqinin Aralıq dənizi tipinə aid olduqlarını ortaya qoymuşdur
(Кореневский С. Н.,, 2004, c. 15-21).
Maykop mədəniyyətinin daşıyıcılarının təsərrüfat həyatının
əsasını həyətyanı heyvandarlıq və toxa əkinçiliyi təşkil edirdi. Ya-
rımköçəri həyat tərzi mənimsənilmişdi. Heyvandarlıq təsərrüfa-
tının təməlində iri və xırda buynuzlu heyvanların, qismən də do-
nuz və atların bəslənilməsi dururdu. Toxuculuq və dulusçuluq da
inkişaf etmişdi. Çox güman ki, ticarət də yüksək səviyyədə olub.
Belə ki, Maykopda istehsal edilən gümüş məmulatları uzun müd-
dət Qafqazdan Altaya qədər geniş ərazilərdə çox qiymətləndirilib.
Eyni zamanda Əfqanıstandan firuzə və lacivərd idxal edilirdi.
Bəzi kurqanlardan tapılmış dörd təkərli araba modelləri
nəqliyyatın əsasını öküzə və ata qoşulmuş arabalar təşkil etdiyi-
ni söyləməyə əsas verir.
«Maykoplu»ların evləri sadə konstruksiyaya sahib idi. Tax-
ta dirəklər, gillə suvanmış toxunma divarlar geniş yayılmışdı.
Yaşayış məskənləri çox vaxt dağətəyi zonalarda, çətin keçilən
yerlərdə salınır və daş divarlarla əhatə olunurdu. Görünür, düş-
mənlərdən müdafiə olmaq ehtiyacı vardı. Düşmənlər isə çox gü-
man ki, dolmen mədəniyyətinin daşıyıcıları idi. Elə bu mədəniy-
yətin daşıyıcıları da sonda Maykop mədəniyyətinə son vermiş
175
və onların yaşadıqları ərazilərin sahibinə çevrilmişdilər. Fikri-
mizcə, bunlar G haploqrupunun daşıyıcıları olan Abxaz-Adıq və
osetin xalqlarının əcdadları olub. Lakin bu, sadəcə bir ehtimaldır.
Ən inkişaf etmiş sahələrdən biri də metallurgiya idi. Ümumiy-
yətlə, Maykop mədəniyyəti tunc, qızıl və gümüşdən hazırlanmış
məişət və bəzək əşyaları ilə çox məşhurdur. Onların demək olar ki,
hamısı kurqanlardan tapılmışdır. Bu əşyalar Don çayının sağ sahi-
lindən tutmuş Güney Azərbaycana, Güney Azərbaycandan tutmuş
Anadolu və Suriyaya qədər geniş yayılmış əşyaların analoqudur.
Lakin onlar haradansa idxal edilməmişlər. Aradakı bənzərlik Kür-
Araz mədəniyyəti dövründə sözügedən əraziləri əhatə edən vahid
bədii zövq, texnologiya və üslubun mövcudluğundan xəbər verir.
«Maykoplu»ların öz metal yataqları var idi və sözügedən əş-
yalar bilavasitə Şimali Qafqazda hazırlanırdı. Odur ki, onlar bu
baxımdan nə Yaxın Şərq, nə də Cənubi Qafqazdan asılı deyildilər.
Tunc məmulatının böyük əksəriyyəti mis-arsen və mis-arsen-nikel
qarışıqlı idi. Əşyaların üzünə bəzən gümüş təbəqəsi çəkilir, bəzənsə
onlar ümumiyyətlə mis və gümüş qarışığından hazırlanırdı.
Əmək alətləri içərisində daha çox müxtəlif növ baltalar, biz-
lər, kəsici və deşici alətlərə rast gəlinib. Baltaların içərisində dö-
yüş baltaları da var. Əldə olan baltalar daha çox dəfn mərasimləri
üçün nəzərdə tutulduğundan kiçik ölçülü olurdu (Мунчаев Р.,
1973). Dəfn inventarı içərisində bu alətlərə rast gəlinməsi Sügə
Toyon kultunun önəmli rola sahib olmasından xəbər verir.
Zəngin insanlara xas olan kurqanlarda aşkar edilmiş bəzək
əşyaları əsasən qızıl və gümüşdən düzəldilmiş əşyalardır. Onla-
rın analoquna təkcə Mesopatamiyada deyil, eləcə də Misir və
Troyada da rast gəlinmişdir (Мунчаев Р., 1973).
Maykop kurqanları içərisində ən məşhuru Böyük Maykop
kurqanıdır ki, artıq qeyd etdiyimiz kimi, 1897-ci ildə N. Vese-
lovski tərəfindən aşkar və tədqiq edilmişdir. Əsas tapıntıları ha-
zırda Ermitajda saxlanılan bu dəfn abidəsinin tapıldığı yer May-
kop şəhərinin hazırki Kurqannıy (Kurqanlı) və Podqornıy (Da-
ğətəyi) küçələrinin kəsişdiyi yerdir.
Dostları ilə paylaş: |