Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə53/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   49   50   51   52   53   54   55   56   ...   154

 

158


İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dəni-

zinin,  yəni  Xəzər  dənizinin  qərb  sahillərində  yaşayırdı.  Bunun 

xalqı hunların bir bölümü idi və Asina (aşina) adlanırdı. Bu xalq 

qonşu  xalqlardan  biri  tərəfindən  məhv  edilir.  Bunlardan  yalnız 

bir  oğlan  uşağı  sağ  qalır.  Bir  dişi  qurd  həmin  uşağı  tapıb  ona 

qulluq  edir,  onu  böyüdür  və  onunla  evlənir.  Oğlandan  hamilə 

qalan qurd dənizin  şərq tərəfinə keçirir və orada 10 oğlan uşağı 

doğur. Bu oğullardan Göytürk (Türküt) xalqı törəyir: 

Türklərin genezisi ilə bağlı ikinci rəvayətin məzmunu belədir: 

Bəziləri belə deyirlər: Bir rəvayətə görə göytürklərin ilk ataları 

Xsi-hai,  yəni  Qərb  dənizinin  (Xəzərin)  sahillərində  yaşayırdılar. 

Onların  qadınları,  kişiləri  (uşaqları  ilə  birlikdə),  böyüklü-kiçikli 

hamısı  birlikdə  Lin  (Alan,  Alaniya)  adlı  bir  məmləkət  tərəfindən 

məhv  edilmişlər.  (Türklərin  hamısını  qırdıqları  halda)  yalnız  bir 

uşağa rəhm  etmiş, onu  öldürməkdən  vaz  keçmişlər.  Bununla  belə, 

onun da qollarını və qıçlarını kəsərək, özünü Böyük bataqlığın için-

dəki otların arasına atmışdılar. Bu vaxt dişi bir qurd peyda olmuş və 

ona hər gün ət və yemək gətirmişdir. Uşaq da bunları yeyərək özünə 

gəlmiş  və  ölməmişdi.  (az  bir  vaxtdan  sonra)  uşaqla  qurd  ər-arvad 

kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu. 

(Türklərin əski düşməni olan Lin dövlətinin hökmdarı uşağın 

sağ  qaldığını  eşitdikdə)  tez  adamlarını  göndərərək  həm  uşağı, 

həm də qurdu öldürməyi əmr etmişdir. Əsgərlər qurdu öldürməyə 

gəldikləri zaman qurd bundan xəbərdar olmuş və qaçmışdı. Çünki 

qurdun  müqəddəs ruhlarla  (əyələrlə)  əlaqəsi  vardı  (və daha öncə 

onlar vasitəsilə düşmənlərin gəldiklərini xəbər tutmuşdu). 

Buradan qaçan qurd Qərb dənizinin  şərqindəki bir dağa get-

mişdi. Bu da Kao-ç-anqın (Kuşanın) şimal-şərqində yerləşirdi. Bu 

dağın altında isə çox dərin mağara var idi. (Qurd buraya gəlincə) 

dərhalhəmin  mağaranın  içinə  girmişdi.  Bu  mağaranın  arxasında 

böyük  bir  ovalıq  var  idi.  Bu  ovalıq  başdan-başa  ot  və  çaylarla 

örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 mildən artıq idi. 

Qurd burada on oğlan uşağı doğmuşdu. (Göytürk dövlətini qu-

ran)  A-si-na  (“Tövrat”da  və  “Albaniya  tarixi”ndə  Askenaz)  ailəsi 

bu uşaqlardan birinin soyundan törəmişdir (Ögəl, 2006, s. 38). 



 

159


Qeyd edək ki, məşhur fransız alimi, Çin  mənbələri  və coğ-

radiyası  üzrə  tanınmış  mütəxəssis  J.  Dögin  Çin  mənbələrindəki 

“Xsi-hai” dənizinin (Qərb dənizinin) Xəzər dənizi olduğunu təs-

diqləməkdədir (Tahirzadə, 1991, 68). 

Çin  mənbələrində  türk  xalqının  mənşəyi  ilə  bağlı  qeydə 

alınmış bu iki rəvayətdə iki məqam diqqəti xüsusi cəlb edir. 1-ci 

məqam  türklərin  ulu  babalarının  Xəzərin  qərbində,  yəni  Azər-

baycanda  yaşamış olması  faktıdır ki, bu  faktı eradan  əvvəl  lll-ll 

minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl 

l minilliyə aid Urartu mənbələri təsdiqləyir.  

İkinci məqam maraqlı və son dərəcə önəmli məqam türklə-

rin Su adlı  bir ölkədən çıxmış olması  faktıdır. Mövzumuz baxı-

mından  bu  fakt o  qədər  böyük  əhəmiyyət  daşıyır  ki,  onun  üzə-

rində bir qədər ətraflı durmaq lazımdır. 

Su ölkəsi harada yerləşmişdir? 

Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ bura-

sındadır  ki,  eradan  əvvəlki  lll-ll  minlliklərə  aid  mixi  yazılarda 

Azərbaycan  ərazisində  yaşamış  kuti,  lulu,  subar,  kuman  və  tu-

ruk, yəni türk xalqları  ilə  yanaşı su xalqından da söz açılmaqda 

və Su ölkəsinin adı çəkilməkdədir. 

Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yu-

sifovun yazdığına görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub 

lullu" ifadəsi işlənməkdədir:  

«Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələ-

ri  ilə göstərilmişdir. Deməli, Aratta... və Su ölkəsi Urmiya gölü 

hövzəsində  mövcud olmuş geniş  bir  ərazinin  müxtəlif adları ol-

muşdur.  Sular  da  turukku  və  lullu  tayfa  birləşməsinə  daxil  idi-

lər» (Azərbaycan tarixi, 1994, s. 81).         

Mixi  yazılardan  göründüyü  kimi,  göytürklərin  öz  əski  və-

tənləri  saydıqları,  qədim  Çin  mənbələrində  haqqında  söz  açılan 

və  Xəzər  dənizindən  qərbdə  yerləşdiyi  vurğulanan  Su  ölkəsi 

Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin – Arat-

ta dövlətinin başqa bir adıdır. 

Mövzu  ilə  bağlı  Lev  Qumilyov  yazır  ki,  əfsanə  türklərin 

mənşəyini  yerli  So  (Su)  nəsli  və  yenə  də  dişi  qurdla  bağlayır. 



 

160


«So  (Su)  qəbiləsinin  bütün  üzvləri  öz  axmaqlıqları  üzündən... 

məhv olurlar. Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan 

birincisi qu quşuna çevrilib Güney Altayda Abu və Qyan çayları 

hövzəsində..,  üçüncü  və  dördüncüsü  isə  Güney  Altaydakı  Çus 

çayında məskunlaşdılar. Bu əfsanəni şərh edən N. A. Aristov əf-

sanədəki "So" nu Altayın quzeyindəki Biye çayı sahillərində ya-

şayan kumandinlərin (kumanların) So nəsli  ilə tutuşduraraq, bi-

rinci  nəvəni  lebedinlərlə  -  ku  kijilərlə  (ku  kişiləri,  ku  adamları) 

... eyniləşdirmişdir." (Гумилев, 2002, c. 26-27). 

Maraqlıdır  ki,  "Su"  (So)  adına  ilk  dəfə  mixi  yazılarda  rast 

gəlindiyi kimi, "ku" və "kuman" etnonimlərinə və "Altay" topo-

niminə  də  (Urartu  mənbələrində  Arattanın  adı  Alateye  kimi  çə-

kilir) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından 

Azərbaycan və Ön Asiya (Şərqi Anadolu) etnonim  və toponim-

ləri kimi söz açılmışdır (Azərbaycan tarixi, 1994, s. 80).  

Qədim  mixi  yazılarda  (e.ə.Xlll-Xll)  "ku"  və  "kumen"  (ku-

man)  etnonimlərinin  də  adı  çəkilməkdədir  (Azərbaycan  tarixi, 

1994, s. 83). "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (pro-

totürk)  tayfalarından  birinin  adı  olmuş  və  bu  ad  qədim  türklər 

arasında geniş  yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır (Гу-

милев, 2002, c. 26-27). İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu 

qədim  zamanlarda  türk  və  monqol  xalqları  arasında  geniş  ya-

yılıbmış.  O  bildirir  ki,  qədim  türk  əfsanələrində  hun  xaqanının 

qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını 

qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva 

türklərinin  toci  qoluna  bağlı  qəbilələrdən  biri  kezek-kuular  (qu 

quşları)  özünü  bu  soydan  hesab  edir.  Tədqiqatçının  yazdığına 

görə,  Sayan-Altay  ərazisində  yaşayan  bir  çox  türk  xalqlarında  - 

tuvalılarda,  xakaslarda,  teleutlarda,  kumandlilərdə  qu  quşu  (qaz) 

haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır. 

Türkoloqların  bir  qismi  kuman  etnoniminin  də  adının  "qu" 

(ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. 

Rodionov  qədim  çuvaş  mənbələrinə  əsaslanaraq  "ku"  və  "ku-

man"  etnonimlərini  eyniləşdirir.  İ.  Dorn  və  O.  Süleymenov  da 

eyni fikri dəstəkləmişlər (Süleymenov, 1993, s. 94-96). 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə