Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə49/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   45   46   47   48   49   50   51   52   ...   154

 

146


S.P.Tolstov  və  ona  istinad  edən  X.Koroğlu  Səlcuqluların 

Azərbaycan  və  Ön  Asiyaya  köçündən  öncə  də  türkmənlərin,  yəni 

oğuzların yaşadığını etiraf etmişlər (Толстов, 1938, s. 80; Koroğlu, 

1999, s. 14-15). Şübhəsiz ki, bunlar «Kür-Araz eneolitini» və Kür-

Araz  mədəniyyətini  quran,  damarlarında  R1b  Y-xromosomunu 

daşıyan  (İain Mathieson,  et  al.,  2016)  ən  qədim  oğuzların  nəsil-

ləridir. Onlar hələ Kür-Araz mədəniyyəti dövründə öz damğalarını 

qayaların  üzərinə  həkk  etmişlər  və  bunun  da  sayəsində  biz  Kür-

Araz mədəniyyətinin, o cümlədən e.ə. 3300-3200-cü illərdə təməl-

ləri  Arslantəpədə  atılan  ilk  dövlətimizin  (Frangipane  M.,2002) 

məhz  hansı  protooğuz,  eləcə  də  protoqıpçaq  boy  və  soyları 

tərəfindən qurulduğunu çətinlik çəkmədən müəyyənləşdirə bilirik. 

Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və boy-

larının ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğ-

ma  vətənlərini,  habelə  mövcud  olmuş  ünvanlarını  müəyyənləş-

dirmək  üçün  həmin  tamğaların  müstəsna  əhəmiyyəti  vardır. 

Tamğa  və  işarələr,  bir  sıra  başqa  xalqlarda  olduğu  kimi,  türk 

xalqlarının, o cümlədən Azərbaycan türklərinin də etnogenezin-

də iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı nümunələ-

ri kimi qiymətlidir. Azərbaycanın bir sıra rayonlarından tapılmış 

və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən müxtə-

lif işarə və tamğalar haqqında Cəfər Cəfərov və Əbülfəz Hüsey-

ni kimi tədqiqatçılar fikir söyləmiş, Əbülfəz Hüseyni Gəmiqaya 

təsvirləri,  Cəfər  Cəfərov  Qobustan  petroqlifləri  içərisindən  üzə 

çıxartdıqları,  Firəngiz  Muradova  isə  Şirvan  zonasında  tapdığı 

tamğalardan söhbət açmışlar (Cəfərov, 1987, s. 29-36).  

Mövzumuz baxımınadan e.ə. III minilliyə aid edilən, İranın 

şimal-qərbində  yerləşən  Timərə  (Teymərə)  qayalıqlarında  rast 

gəlinən oğuz boylarına məxsus damğaların (Naserfərd M., 2016) 

müstəsna əhəmiyyəti var. Bu damğalar protooğuzların  bu  ərazi-

lərin  ən  qədim  avtoxton  sahibləri  olduğunun,  buralarda  ən  azı 

Erkən Tunc dövründən məskun olduqlarının və dünya sivilizasi-

yasında önəmli mərhəllərdən biri olan Kür-Araz mədəniyyətinin 

yaradıcıları qismində çıxış etdiklərinin təkzibedilmz sübutudur.  




 

147


M.Frangipane  e.ə.  IV  minilliyin  ikinci  yarısında  «Kür-Araz-

lı»ların,  yəni  protooğuz-qıpçaqların  Arslantəpədə  qurduqları  döv-

ləti (Frangipane M.,2002) şəhər dövləti adlandırır. Amma, bu döv-

ləti quranların folklor yaddaşında həmin dövlətin nüfuz dairəsi çox 

günişdir  və  Avropaya  (Çuxur,  Döyüş  baltaları  və  Maykop 

mədəniyyətləri)  qədər  uzanır:  «Bayandır  xan  padşahlığı  dövründə 

İranı,  Turanı,  Rumu,  Şamı,  Misiri,  Əfrənci  (Avropanı),  Xətayı, 

Qıpçaq çöllərini aldı. Beçenek onun kiçik qardaşı idi. Bayandır xan 

onu  Sayramda  öz  nümayəndəsi  təyin  etdi.  Özü  qışlamağa  Qara-

bağa, yaylamağa Göyçə gölünə getdi» (Koroğlu, 1999, s. 66). 

Mətndə  Göyçə  gölünün  adının  çəkilməsi,  buraların  proto-

oğuzların  yaylaq  yerinin  olmasının  qeyd  edilməsi  çox  maraqlı-

dır.  Bu  sözlər  Qərbi  Azərbaycandan  tapılmış  ilk  tunc  dövrünə, 

yəni Kür-Araz mədəniyyəti dövrünə aid kurqanlarla da öz təsdi-

qini tapır. Bu baxımdan qazıntıları 1985-1991-ci  illərdə gerçək-

ləşdirilmiş 7, 10, 11, 12 №-li  Alagöz (Talin) kurqanlarını  misal 

çəkə bilərik. Bu abidələr Talin şəhəri yaxınlığında, Alagöz dağı-

nın ətəklərində aşkar edilmişlər. Onlar IV minilliyin sonu-III mi-

nilliyin əvvəllərinə aid edilirlər. 

Alagöz  (Talin)  abidələrindən  7  №-li  kurqanın  üst  örtüyü 

daşdan  olub,  hündürlüyü  0,8  m,  diametri  isə  13  m  kimi  qeydə 

alınıb.  Kurqan  örtüyünün  aldından  çıxan  və  kromlexlə  əhatələ-

nən daş düzümüün altında aşkar edilən 2,3 x 1,2 x 1,4 ölçülü qə-

bir  kamerasının  divarları  bazalt  daş  pilitələrdən  qurulmuşdu. 

Düzbucaqlı  formada  olan  cənub-şərq  –  şimal-qərb  istiqamətli 

kameranın küncləri oval şəkildə idi. O, dromosa sahib idi və onu 

dromosdan daş pilitə ayrırdı.  

Kamerada, dromosa yaxın tərəfdə  insan skeleti və xırdabu-

yunuzlu heyvana aid on ədəd sümük qalığı aşkar edilib. 

Hündürlüyü  bir  metr olan 10  №-li  Alagöz (Talin) kurqanı-

nın  örtüyü  daşlardan  qurulmuşdu  və  sanki,  iki  hissədən  ibarət 

idi. Bunlardan kiçik hissənin diametri 11 m, örtüyün ümumi dia-

metri isə 25 m idi.  

Kurqan örtüyünün altında daş yığınına rast gəlinib. O, iki cər-

gə  kromlexlə  əhatələnmişdi.  Kromlexin  diametri  7,5  m  idi.  Qəbir 



 

148


kamerası  daş  yığımının  altında,  qərb  tərəfdə  aşkar  edilib.  Cənub-

qərb – şimal-şərq istiqamətli kamera 2,1 x 2 x 1 m ölçüsündə  idi. 

Burada skeletə rast gəlinməyib, sadəcə keramika fraqmentləri, tunc 

bəzək əşyaları və pastadan hazırlanmış muncuqlar tapılıb. 

7  №-li  Alagöz  (Talin)  kurqanına  tam  bitişik  olan  11  №-li 

Alagöz (Talin) kurqanının da örtüyü digərləri kimi daşlardan qu-

rulmuşdu. Hündürlüyü 1,5 m, diametri isə 20 m idi. Onun 2,1 x 

2,4 x 1,5 m ölçülü, cənub-şərq - şimal-qərb istiqamətli qəbir ka-

merasında 5 insan skeleti aşkar edilib. Kameraya bitişik dromo-

sun ölçüləri 6,2 x 0,6 x 0,6 m olub. 

Daşdan  qurulmuş  örtüyü  iki  hissəli  olan  12  №-li  Alagöz 

(Talin) kurqanının  hündürlüyü 1 m və 1,5 m, diametri  isə 16  m 

və 23  m kimi qeyd edilib. Bu kurqan  mürəkkəb struktura sahib 

idi və bu səbəbdən də məzarlıqdakı digər kurqanlarından fərqlə-

nirdi.  Onun  cənub-qərb  –  şimal  şərq  istiqamətli  qəbir  kamerası 

yer səthində qurulmuşdu. Xüsusi dəhliz onu şimal-şərq tərəfdən 

«T» hərfini xatırladan formaya sahib xüsusi daş konstruksiya ilə 

möhkəmləndirilmiş dromosla birləşdirirdi. 

Kameranın düz  yanında,  meydança  formalı qurbangah  inşa 

edilmişdi. Meydançanın hündürlüyü 1 m, sahəsi 4,8 x 10 m idi. 

Onun  üzərində  iki  dairəvi  çala  vardı.  Qurbangahdan  bir  qədər 

aralı ikinci bənzər meydançaya da rast gəlinib. İkinci meydança-

nın sahəsi 5,9 x 9 m olub. 

Kamerada  aşkarlanan  insan  skeleti  həddən  artıq  çox  çürü-

müş və aşınmaya məruz qalmışdı. Onun yanında saxsı fraqment-

ləri və bir ədəd möhür aşkar edilib (Avetisyan P., Muradyan F., 

Sargsyan G., 2006, p. 161-164). 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu  kurqanlardan  tapılan  sü-

mük  qalıqlarının  da  DNT  analizləri  keçirilib  və  onların  da  R1b 

və R1a haploqruplarının daşıyıcısı olduğu üzə çıxıb (İain Mathi-

eson, et al., 2016). 

Qərbi Azərbaycanda aşkar edilmiş ilk tunc dövrü kurqanla-

rından söz düşmüşkən, P. Carkovskinin rəhbərliyi altında 1896-

cı ildə tədqiq olunmuş iki kurqanı da unutmamaq lazımdır. Söh-

bət  İrəvan  yaxınlığındakı  Zənçiqala  şəhərində  aşkar  edilən,  bö-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə