Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə45/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   41   42   43   44   45   46   47   48   ...   154

 

134


Eyni ildə tədqiq edilmiş 12 №-li kurqanın örtüyü qara torpaq 

və  böyük  ölçülü  daşlardan  ibarət  idi,  22  m  diametrə  və  2m  hün-

dürlüyə sahib idi. Ətrafı 2-3 cərgə kromlexlə əhatələnmişdi. Qərb-

şərq istiqamətli qəbir kamerasının ölçüləri 6m x 5,5m x 1,5m idi və 

ona  şərqdən  2,2m  x  2m  x  1m  ölçülü  giriş  yolu  bitişirdi.  «Qəbrin 

müxtəlif  hissələrində  ölüyandırma  (kremasiya)  adəti  ilə  dəfn 

olinmuş  beş  insan  skeletinin  qalıqları  tapılmışdır.  Qalıqlar  odun 

təsirindən  yanıb  kömürləşmiş  kəllə  və  lülə  sümüklərinin  kiçik 

fraqmentlərindən  ibarətdir.  Görünür  ölüyandırma  mərasimi  qəbir 

kamerasının içərisində icra olunmuşdur. Buna qəbir çalasının bütün 

dərinliyi  boyu  izlənilmiş  qalın  kül  qalığı,  qəbirə  doldurulmuş 

daşların və kameranın divarının yanğın təsirindən qızarmış qırmızı 

rəng  alması  da  sübut  edir.  Kremasiya  üçün  yanacaq  kimi  istifadə 

olunmuş  ağac  qol-budaqları  axıradək  yandığından  kömür 

parçalarına  təsadüf  edilməmişdir».  Kurqanda  sallma  qəbrə  də  rast 

gəlinib. Bu qəbir e.ə. XV əsrə aiddir (Cəfərov H., 2000, s. 34-35). 

20  №-li  kurqan  da  1983-cü  ildə  tədqiq  edilmişdir.  Onun 

hündürlüyü  1,5  m,  diametri  18  m  olub,  örtüyünün  üst  hissəsini 

daşlar,  aşağı  hissəsini  isə  boz  rəngli  gəc  təşkil  edib.  Örtüyün 

aşağı qatında bükülü vəziyyətdə uzadılmış (R1a) uşaq skeletinin 

qalıqlarına rast gəlinib. 

Kurqanın  qərb-şərq  istiqamətli,  3m  x  1,7m  x  1,4m  ölçüyə 

sahib qəbir kamerasında heç bir qəbir avadanlığı tapılmayıb (Cə-

fərov H., 2000, s. 35). 

26 №-li kurqanın hündürlüyü 0,6 m, diametri 8 m olub. Onun 

örtüyü  qaratorpaq  və  gəc  qarışığından  ibarət  idi.  H.  Cəfərovun 

yazdığına  görə,  düzbucaqlı  quruluşlu,  qərb-şərq  istiqamətli  qəbir 

kamerası  (2,0  x  1,8  x  6m)  kurqan  örtüyünün  altında,  mərkəzi 

hissədə yerləşmişdir. «Qəbrin divarı gəc məhlulu ilə bərkidilmiş və 

əlavə  olaraq  çay  daşları  ilə  «üzlənmişdir».  Xatırladaq  ki,  7  saylı 

Borsunlu kurqan qəbrinin divarı da bu üsulla bərkidilmişdir».  

Alim yazır ki, kameranın döşəməsi yastı çay daşları ilə dö-

şənmiş və burada sağ yanı üstdə (R1a), başı qərb istiqamətində, 

çox  bükülü  vəziyyətdə  olan  ölü  dəfn  olunmuşdur.  «Qəbir  ava-

danlığı ölünün kəlləsi yaxınlığında qoyulmuş qırmızı rəngli, düz 



 

135


və  geniş  ağızlı  camdan  ibarətdir.  Qabın  tək  qulpu  lentvaridir. 

Oturacağı qalın, dar və yastıdır. Cam bütün əlamətləri ilə (rəngi, 

hazırlanma texnologiyası, qulpunun quruluşu və s.) tunc dövrü-

nün erkən mərhələsi materiallarının xüsusiyyətlərini təkrar edir» 

(Cəfərov H., 2000, s. 35). 

 

Kültəpə, Babadərviş, yoxsa Leylatəpə: keramika  

etno-mədəni birliyin göstəricisi ola bilərmi? 

Bu gün arxeoloqlarımızın kobud səhvi üzündən Cənubi və Şi-

mali Qafqazın erkən kurqanları bütün dünyaya yanlış olaraq, «Ley-

latəpə  mədəniyyəti»  adı  altında  tanıdılmış  və  bu  adlandırmaya 

səbəb isə Leylatəpə tipli yaşayış məskənlərindən tapılmış keramika 

nümunələri  ilə  erkən  kurqanlardan  aşkar  edilən  keramikanın 

bənəzərliyi  olmuşdur.  Bənzərlik  dedikdə,  ilk  növbədə  saxsı  qab-

ların  hazırlanma  texnologiyası,  forması,  materialı  və  bəzək  ele-

mentləri  nəzərdə  tutulur.  Lakin  bu  və  ya  digər  məişət  əşyasının 

hazırlanma  texnologiyası  etno-mədəni  birliyin  göstəricisi  ola  bil-

məz, olsa-olsa, müxtəlif etno-mədəni sistemlər arasındakı mədəni-

texnoloji əlaqələrin, qarşılıqlı təsirlərin göstəricisi ola bilər. 

Leylatəpə  tipli  yaşayış  məntəqələrindən  məlum  olan  dəfn 

adətləri ilə kurqanda dəfn adətləri arasındakı əsaslı fərqlər bu iki 

mədəniyyət  arasında  hansısa  genetik  bağın  olması  məsələsini 

böyük sual işarəsi altında qoyur? Əlbəttə, son sözü genetik ana-

lizlər deyəcək. Hələlik isə bir şeyi tam dəqiqliklə söyləmək olar: 

Soyuqbulaq kurqanları başda olmaqla Qafqazın erkən kurqanla-

rını Leylatəpə mədəniyyətinə aid etmək böyük səhvdir.  

N.Müseyibli özününü «Leylatəpə mədəniyyətinin qəbir abi-

dələri və dəfn adətləri» adlı kitabının elə giriş hissəsində göstərir 

ki,  Cənubi  Qafqazın  erkən  əkincilik  dövrü  mədəniyyətlərinin 

tarixi  başlıca  olaraq  yaşayış  məskənlərinin  arxeoloji  qazıntıları 

əsasında  oyrənilmiş,  qazıntılar  nəticəsində,  eyni  zamanda  ya-

şayış  yerlərində  həmin  dovrə  aid  torpaq  qəbirləri  də  aşkar  edil-

mişdir (Həbibullayev 1959). Onun sözlərinə görə, sonrakı illərdə 

torpaq  qəbirləri  Qarabağın  və  Muğanın  neolit  və  eneolit  mər-

hələlərinə  aid  yaşayış  məskənlərində  tədqiq  edilmişdir  (Нари-




 

136


манов 1987; Mahmudov 1984). «Gəncə – Qazax bolgəsinin er-

kən əkincilik mədəniyyətinin e.ə. IV minilliyə qədərki mərhələ-

lərinə aid abidələri üçün belə qəbirlər səciyyəvi deyildir. Bunun-

la  yanaşı  Babadərviş  yaşayış  yerində  iki  torpaq  qəbirin  tədqiq 

edildiyi barədə məlumatlar vardır (İsmayılov, Əliyev 1972).  

İ.Nərimanov  tərəfindən  Qarabağda  eneolit  dovrunə  aid  Ley-

latəpə  yaşayış  yerində  aparılan  qazıntılar  nəticəsində  Leylatəpə 

mədəniyyətinin kəşf edilməsi  ilə  Cənubi  Qafqazın  arxeologiya el-

mində yeni bir istiqamətin əsası qoyulmuşdur (Нариманов 1985). 

Eyni zamanda Leylatəpə yaşayış məskənində saxsı qablarda körpə 

uşaq  qəbirləri  aşkar  edilmişdir.  Ön  Asiyanın  neolit  və  xalkolit 

dövru  abidələri  üçün  səciyyəvi  olan  belə  qəbirlər  bütövlükdə 

Qafqaz üçün yeni qəbir tipi idi» (Müseyibli N., 2014, s. 4).  

Beləliklə,  N.  Müseyibli  Leylatəpə  mədəniyyətinin  Qafqaza 

kənardan  gəldiyini  və  özü  ilə  tamam  fərqli  dəfn  adəti  gətirdiyini 

etiraf  edir.  Söhbət  saxsı  qablarda  dəfn  adətindən  gedir.  Bilavasitə 

Leylatəpədən 4 (Алиев, Нариманов 2001, с. 17-18), Çinartəpədən 

1(Алиев, Нариманов 2001, с. 22), Gürcüstandakı Berkldeebidə 1 

(Глонти,  Джавахишвили  1987,  с.  85),  I  Böyük  Kəsikdə  6,  I 

Poyluda 1, II Poyluda 4, Soyuqbulaq kurqan çölündə 3, Qalayeridə 

9 (Müseyibli N., 2014, s. 56-65) belə qəbir aşkar edilmişdir. 

Maraqlıdır  ki,  küpdə  basdırılanlar  yanı  üstə,  bükülü  vəziy-

yətdə  olublar.  Kurqanlarda  da  eyni  pozada  basdırılma  adətinə 

rast  gəlinir.  Lakin  küp  qəbirlərin  kurqan  qəbirlərinin  praobrazı 

olmadığı məlumdur. Çünki bu iki qəbir tipi minillər boyu yanaşı 

yaşamışlar. Amma bənzər pozada, eləcə də arxası üstə dəfn adə-

tilərnin icra edildiyi torpaq qəbirləri kurqanda dəfn adətinin pra-

obrazı  hesab  etmək  olar.  Bunu  təkcə  meyitlərin  torpaqda  qazıl-

mış çalalarda basdırılması sübut etmir, həm də qəbirlərə oxra sə-

pilməsi də sübut edir. Bu baxımdan Naxçıvan Kültəpəsinin kur-

qanaqədərki eneolit dövrü qəbirlərini misal çəkmək olar. Həmin 

qəbirlər  barədə  İ.  Aşurova  və  Q.  Pirquliyevə  yazırlar  ki,  təkcə 

Azərbaycan  ərazisində  - I Kültəpənin eneolit dövrü təbəqəsində 

85 qəbir açılmışdır. Buradan çıxan skeletlər ölülərin bükülü və-

ziyyətdə  və  ya  böyrü,  yaxud  da  arxası  üstə,  müxtəlif  istiqamət-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə