Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə41/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   37   38   39   40   41   42   43   44   ...   154

 

122


bədə  Soyuqbulaq  xalkolit  (eneolit  -  B.  T)  kurqanlarını  göstər-

mək lazımdır… 

Azərbaycan  arxeologiyasına  müstəqillik  dövrundə  dünya 

üzrə ciddi maraq doğurmuş abidənin məhz son xalkolitə aid So-

yuqbulaq  kurqan  tipli  qəbir  abidələri  olduğunu  desək  yanılma-

rıq. Soyuqbulaq kurqan nekropolu 2004-2005-ci illərdə… Azər-

baycan  Respublikasının  Ağstafa  rayonu  ərazisində,  Soyuqbulaq 

kəndindən 1 km şimalda, Kəcvəli kəndindən 1,5 km şərqdə 265 

–  278  m  mütləq  hündürlukdə…  Ərazi  Kur  cayından  solda,  Kur 

cayının şimal sahili boyunca uzanan Qarayazı çölünün şimal sər-

hədində,  Ceyrançöl  alçaq  dağ  silsiləsinin  qərb  və  cənubda  dü-

zənliklə  qovuşduğu  bir  sahədir.  Antropogen  səbəblərdən  örtük-

ləri pozulmuş 35 abidənin diametrləri 5 – 10 metrə catırdı. Onla-

rın çay daşından örtükləri zəif sezilirdi» (Qasımov P., 2017). 

Bu kurqanların doqquzu, yuxarıda qeyd edildiyi kimi, 2006-

cı  ildə  B.  Lionnet  və T  Axundovun  başçılıq  etdikləri  beynəlxalq 

Azərbaycan-Fransa  birgə  arxeoloji  ekspedisiya  tərəfindən  tədqiq 

edilmişdir (Лионне Б…, 2002). Onlardan bir il  öncə, yəni 2005-

ci  ildə N. Müseyiblinin başçılıq etdiyi ekspedisiya 18 (1-18 №-li 

kurqanlar),  2007-ci  ildə  isə  daha  3  (19-21№-li  kurqanlar)  dəfn 

abidəsində qazıntılar aparmışdır (Müseyibli N. Ə., 2014). 

 

«Kür-Araz eneoliti» və Kür-Araz mədəniyyətini protooğuz-



qıpçaqlar və protoqıpçaq-bulqarlar birlikdə yaradıblar: 

Erkən kurqanlar bunun sübutu və etnik kimliyimizin 

genetik pasportudur 

Qərbi  Azərbaycanda tədqiq edilən  və radiokarbon analizlə-

rinin  nəticələrinə  görə  e.ə.  3700-cü  illərə  (e.ə.  IV  minillik)  aid 

edilən 5 və 6 №-li Sərdarabad (Aknaliç) (Muradyan F., 2014, s. 

339-369), eləcə də e.ə. 2619-2465-ci illərə, yəni e.ə. III minilliyə 

aid olduğu radiokarbon analizləri ilə təsbit edilən Alagöz (Talin) 

və  Əmirxeyir  (1991-ci  ildə  adı  dəyişilərək  Kalavan  qoyulub) 

kurqanlarını  etnik  kimliyimizin  DNT  analizləri  ilə  tam  təsdiq-

lənmiş pasportu adlandırsaq, qətiyyən səhv etmərik. Bu kurqan-

lardan  tapılmış  sümük  qalıqlarının  DNT  analizi  onların  R1b  və 




 

123


R1a haploqrupunun daşıyıcısı (İain Mathieson, et al., 2016), yə-

ni türk olduqlarını ortaya qoymuşdur.  

Şübhəsiz ki, bunlardan daha qədim olması baxımından Sər-

darabaddan  (Armavir  rayonunun  Alkaniç  kəndindən)  tapılan  5 

və  6  №-li  kurqanlar  daha  böyük  önəm  daşıyır.  Lakin  ilk  tunc 

dövrünə  aid  Alagöz  (Talin)  və  Əmirxeyir  (Kalavan)  kurqanları 

onlardan az önəm daşımır.  

Qeyd edək ki, əldə edilən nəticələr təkcə bu kurqanlarla sı-

nırlı deyil. Orta tunc dövrünə (e.ə. II minillik) aid Adyaman (ha-

zırki adı Getaşen-Nerkin) və Qafan yaxınlığındakı son tunc döv-

rünə  aid  kurqanlaran  (Пиотровский  Б.  Б.,  1949)  əldə  edilmiş 

nümunələrin DNT analizləri də eyni nəticəni vermiş və onlardan 

da R1b Y-xromosomu tapılmışdır (Morten E., 2015).  

Əldə edilən bu nəticələr Güney Qafqaz ərazisindəki orta ene-

olit və tunc mədəniyyətlərinin eyni xalq tərəfindən yarandığını və 

bölgədə  qırılmayan,  davamlı  vahid  bir  etnik  mədəniyyətin  möv-

cud  olduğunu  sübut  edir.  Lakin  çox  təəssüflər  olsun  ki,  bənzər 

araşdırmalar Azərbaycanda aparılmayıb və biz qədim kurqanları-

mızda dəfn edilmiş meyitlərin etnik mənsubiyyətini, daha doğru-

su,  protoqıpçaq-bulqar  (R1a)  və  ya  protooğuz  (R1b)  olduğunu 

onun qəbirə qoyulma vəziyyətinə əsasən müəyyən etmək məcbu-

riyyətindəyik.  Meyit  arxası  üstə oturmuş  vəziyyətdə,  yəni  dizləri 

bükülmüş  vəziyyətdə  uzadılıbsa  o,  protooğuz  (və  ya  protooğuz-

qıpçaq), böyrü üstə uzadılıbsa, protoqıpçaq-bulqar mənşəlidir. Sol 

böyrü üstədirsə qadın, sağ böyrü üstədirsə kişidir. Eyni sözlər, tə-

bii ki, Soyuqbulaq kurqanları üçün də keçərlidir.  

Soyuqbulaq  kurqanlarının  əksəriyyətindən  tapılan  skeletlər 

həddən artıq çürüdüyü, aşınmaya məruz qaldığı və anatomik və-

ziyyəti  pozulduğu  üçün  onların  vəziyyətini  müəyyən  etmək 

mümkün olmamışdır. 

Soyuqbulaq  kurqanlarında  dəfn  etmə  adətlərindən  söhbət 

açan N. Müseyiblinin yazdıqlarından belə aydın olur ki, bir neçə 

qəbirdə  (№  1,  9,  10,  15)  insan  sümüklərinin  üstü  nazik  gil  qatı 

ilə suvanmışdır. «Yalnız bir qəbirdə (№ 9) oxra aşkar edilmişdir. 




 

124


Ölülərin  üstünə  oxra  səpilməsi  Maykop  mədəniyyətində  geniş 

yayılmışdır (Корневский, 2004, с. 19)… 

Soyuqbulaqda  qazılmış  kurqanlardan  yalnız  bir  neçəsində 

(№ 5, 20, 21) anatomik baxımdan tam skelet aşkar edilmişdir. Bu 

kurqanlarda meyitlər sağ və ya sol böyrü üstə bükülü vəziyyətdə 

dəfn edilmişlər (Müseyibli N. Ə., 2014, s. 47). Bu o deməkdir ki, 

həmin  kurqanlarda  dəfn  edilənlər  protoqıpçaq-bulqar  olmuş  və 

R1a  Y-xromosomunu  daşımışdır.  9  №-li  kurqandakı  skeletin 

vəziyyətini  müəyyən  etmək  mümkün  olmasa  da,  qəbirdən  oxra 

çıxması  orada  basdırılanın  protooğuz  (protooğuz-qıpçaq),  yəni 

R1b haploqrupunun daşıyıcısı olmasını ehtimal etməyə əsas verir. 

Amma dəqiq cavabı yalnız DNT analizləri aparıldıqdan sonra bil-

mək olar. Əgər analizlər aparılarsa və ehtimalımız özünü doğrul-

darsa,  bu  o  demək  olacaq  ki,  eneolit  dövründə  Azərbaycanda 

protooğuz-qıpçaq və proto qıpçaq-bulqarlar, eynən Xvalınsk mə-

dəniyyəti  dövründə  olduğu  kimi,  bir  yerdə  yaşamışlar.  Bu 

birgəyaşayış ilk, orta və son tunc dövrlərində də davam edib. 

Azərbaycan ərazisindən tapılan, «Kür-Araz eneoliti» dövrünə 

aidliyi elmi ədəbiyyatda heç bir şübhə doğurmayan daha bir kurqan 

Xaçmaz rayonu ərazisində, Seyidli kəndi yaxınlığında, 1990-cı ildə 

T.  Dostiyevin  rəhbərlik  etdiyi  «Müşkir»  ekspedisiyası  tərəfindən 

tədqiq  edilən  Seyidli  kurqanıdır.  «Bir  qədər  oval  planlı  kurqanın 

diametri  32  m,  hündürlüyü  2  m-dən  artıq  olmuşdur.  Onun  torpaq 

örtüyünün  mərkəzi  çökmüşdür.  Kurqan  örtüyü  qazılarkən  onun 

maraqlı struktura malik olduğu müəyyən edilmişdir. 

Qəbir kamerasının üzərində 1 m qalınlığında, 4,5 m enində 

xırda çay daşları-çınqıl təbəqədən dairəvi zolaq salınmışdır. Çın-

qıl zolağın cənubunda eni 1.2 m, qalınlığı 40 sm olan çay daşları 

yığını aşkar edilmişdir. Burada daşlar üst-üstə 10 sıra düzülmüş-

dür» (Dostiyev və b. 1990, s. 25). 

Arxeoloqların  təsvirindən  belə  anlaşılır  ki,  sözügedən  kur-

qanın  örtüyündə  iki  sallama  qəbir  aşkar  edilmişdir.  «Kurqanın 

əsas  qəbir  kamerası  mərkəzdə  yerləşmişdi.  Kamera  düzbucaqlı 

formalı olub uzunluğu şərq-qərb istiqamətində 4,3 m, eni şimal-

cənub istiqamətdə 2,7 m olmuşdur. Qəbir kamerası çınqıl qatın-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə