Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə42/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   38   39   40   41   42   43   44   45   ...   154

 

125


da qazılmışdır. 1 m dərinlikdən sonra qəbir kamerasında qazıntı 

yalnız qərb tərəfdə 2,7 x 1,3 m ölçüdə davam etdirilmişdir. Hə-

min  hissədə  dərinlik  aşkar  edilmişdir.  Cənub-şərq  küncdə  otur-

muş  insan  fiqurunu xatırladan  iri çay daşı qoyulmuşdur. Kame-

ranın şərq tərəfi bir növ səki formasında qalmışdır. Onun üzərin-

də  saxsı  qab  parçaları  səpələnmiş  halda  aşkar  edilmişdir.  Belə 

bir vəziyyət qazıntı müəlliflərinə qəbrin qarət edilməsi qənaətinə 

gəlməyə əsas vermişdir» (Müseyibli N. Ə., 2014, s. 6-7). 

P.Qasımovun  yazdığına  görə,  qəbir  kamerasından  tapılmış 

keramika  məmulatı qazıntı  müəllifləri tərəfindən  iki qrupa ayrı-

lıb:  kobud  və  zərif  saxsı  qablar.  «N.  Müseyibliyə  görə,  Seyidli 

kurqanından  aşkar  edilmiş  qablar  “bardaq”  deyil,  kuzə  tipli  ol-

muşlar (Müseyibli N. Ə., Ağalarzadə A. M., 2013, s. 6-7). Belə-

liklə,  Seyidli  kurqanının  Leylatəpə  mədəniyyətinə  aid  edilməsi 

üçün  taksonomik  əlamət  kimi  kurqanın  əsas  dəfnindən  aşkar 

edilmiş keramikadır» (Qasımov P., 2017, s. 17). 

Alim  bildirir ki, «Seyidli kurqanı  və Soyuqbulaq kurqanla-

rının konstruktiv xüsusiyyətləri, dəfn inventarı, dəfn olunmuşla-

rın  skeletlərinin  istiqamətlənməsi  və  b.  xüsusiyyətlər  əsasında 

Se  Girdan  (İran),  Arslan  təpə  (Turkiyə)  və  Maykop  kurqanları 

(Rusiya)  arasında  oxşarlıq  izlənilməkdədir.  Bunu  N.  Museyibli 

(Müseyibli N. Ə., 2014, s. 41-42), B. Lyonet, X. Alməmmədov, 

B. Cəlilov (Lyonnet B., Akhundov T., Almamedov K., Bouguet 

L., Jelilov B., Huseynov  F., Loute S., Makharadze Z. and Rey-

nard S., 2008, s. 48-61), S.N. Korenevski (Корневский, 2004, s. 

103-104) qeyd edirlər» (Qasımov P., 2017, s. 17).  

Maraqlıdır  ki,  Seyidli  kurqanı  eneolit  dövrünə  aid  olsa  da, 

onu  tədqiq  edən  arxeoloqlar  abidənin  dövrünü  yanlış  olaraq  e.ə. 

III minillik kimi göstərmişlər (Dostiyev və b., 1990, s. 26). «Yal-

nız  Soyuqbulaq  kurqanlarının…  aşkar  edilərək  qazılmasından 

sonra Cənubi Qafqazdakı belə kurqanlar eneolit dövrünə aid edil-

mişdir  (Müseyibli  N.Ə.,  2014,  s.  7).  Eyni  sözləri  Üçtəpə,  Tel-

mankənd,  Küdürlü  və  Dübəndi  kurqanlarına,  eləcə  də  Gürcüs-

tandakı  Kavitsxevi  kurqanına  da  aid  etmək  lazımdır.  Təsadüfi 

deyil ki, T.Axundov və V.Mahmudova belə də hərəkət etmiş, bir-



 

126


likdə qələmə aldıqları «Cənubi Qafqaz IV minillikdə Qafqaz - Ön 

Asiya etnomədəni proseslərində» adlı çox dəyərli  əsərdə Üçtəpə, 

Telmankənd, Küdürlü və Dübəndi kurqanlarını eneolit dövrü kur-

qanları kimi təqdim etmişlər (Ахундов Т., Махмудова В., 2008). 

Qeyd edək ki, bu kitaba rəyi dünyada kurqanlar üzrə ən tanınmış 

mütəxəssislərdən biri hesab edilən S.Kornevski vermişdir. 

Şübhəsiz ki, etnik tariximizi öyrənmək baxımından bu kur-

qanların  hər  biri  çox  böyük  elmi  əhəmiyyətə  malikdir.  Genetik 

tariximizi öyrənmək baxımından isə Qərbi Azərbaycandakı 5 və 

6  №-li  Sərdarabad  (Aknaliç  //  Talin)  (Muradyan  F.,  2014,  s. 

339-369), Əmirxeyir, Adyaman və Qafan kurqanları isə əvəzsiz-

dir. Çünki həmin kurqanlardan əldə edilmiş DNT nümubələrinin 

analizlərinin  nəticələri  məlumdur (İain Mathieson, et al., 2016). 

Bu isə təkzibedilməz fakt deməkdir.  

Bunlardan ən cavanları Adyaman və Qafan kurqanlarıdır.  

Göyçə  gölünün  cənub-şərqində  yerləşən,  1991-ci  ildə  adı 

ermənilər  tərəfindən  «Getaşen-Nerkin»  kimi  dəyişdirilən  Adya-

man kəndinin ərazisində aşkar edilərək qazılan Adyaman (Geta-

şen-Nerkin) kurqanı e.ə. II minilliyə aid edilir. Hələ 1908-ci ildə 

tədqiq  edilmiş  bu  kurqan  strukturuna  və  dəfn  adətinə  görə  Ör-

dəkli (Lçaşen), Muxan və Trialeti kurqanlarını xatırladır. Burada 

da ölü öküzə qoşulmuş arabada dəfn edilib. Kurqandan çox say-

da tunc əşya tapılıb (Пиотровский Б. Б., 1949). 

E.ə. II minilliyin sonlarına aid Qafan kurqanlarından (Arts-

vanik  və  Tandzaver)  da  çox  sayda  tunc  bəzək  əşyası  tapılıb 

(Хникян О., 1973, с. 238; Хникян О., 1975, с. 241).  

Sərdarabad  kurqanları  eyni  adlı  rayonun  Aknaliç  kəndinin  şi-

mal tərəfində aşkar edilmişdir. Burada altı kurqan üzə çıxarılmış və 

onların qazıntısı 2007 və 2011-ci illərdə Ermənistan Elmlər Akade-

miyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspe-

disiyası tərəfindən aparılmışdır. F.Muradyanın başçılıq etdiyi alim-

lər qrupunun çalışmaları sonucunda kurqanlardan ikisinin – 5 və 6 

№-li  kurqanların  eneolit,  digər  dördünün  isə  (1-4  №-li  kurqanlar) 

son tunc və dəmir dövrlərinə aid olduğu müəyyən edilmişdir. 




 

127


5 və 6 №-li kurqanların Azərbaycandakı Üçtəpə, Soyuqbu-

laq,  Telmankənd,  1  və  2  №-li  Küdürlü,  Dübəndi,  Seyidli,  eləcə 

də  Gürcüstandakı  Kavitsxevi,  Şimali  Qafqazdakı  Kişpek  kur-

qanları  (Иессен  А.А.,  1965;  Chechenov  1987;  Makharadze 

2007; Лионне Б., Алмамедов К., Буке Л., Курсье А., Джели-

лов Б., Хусейнов Ф., Лут С., Махарадзе З., Рейнард С., 2002; 

Lionnet 2008; Махмудов Ф.Р., Баку, 2008; Ахундов Т., Мах-

мудова  В.,  2008;  Мунчаев  Р.М.,  1982;  Кореневский  С.Н., 

2012;  Museyibli  2013;  2014)  ilə  ümumi  özəlliklərə  sahib  oldu-

ğunu qeyd edən ekspedisiya üzvləri  ən başda bu kurqanların da 

e.ə. IV minilliyə aid ola biləcəyini düşünmüş və onların bu zənni 

özünü bütünlüklə doğrultmuşdur. Belə ki, aparılmış radiokarba-

on analizlərinin nəticəsində kurqanların e.ə. 3700-ci illərə aid ol-

duğu təsdiqlənmişdir (Muradyan F., 2014, s. 347). 

Örtük hissəsi dairəvi formda olan və təqribən eyni ölçülü ko-

bud bazalt daşlarından qurulan 5 №-li kurqanın diametri şərq-qərb 

istiqamətində  11m,  şimal-cənub  istiqamətində  11,5  m,  maksimal 

hündürlüyü isə 1,1 m idi. Kurqan örtüyü götürüldükdən sonra onun 

altında qara rəngli tuf parçasına rast gəlinib. Örtüyün təmizlənməsi 

zamanı  üst  qatlarında  son  tunc,  aşağı  qatlarında  isə  erkən  tunc  və 

son eneolit dövrlərinə aid keramika qalıqları aşkar edilib. 

Oval formalı əsas qəbir kamerası kurqanın mərkəzindən bir 

qədər şimalda yerləşirdi. İçi qamış və daşlarla dolmuşdu. Şimal-

cənub  –  qərb-şərq  istiqamətli  kameranın  uzunluğu  1,43  m,  eni 

0,93 m, dərinliyi  isə 0, 75 m  idi.  Kamera təmizlənərkən oradan 

saman, keramika və obsidan qırıqları tapılmışdır. Skelet kamera-

nın döşəməsində sağ böyrü üstə, bükülü vəziyyətdə idi. Başının 

altına daş parçası qoyulmuşdi. 

Əsas kameradan bir qədər aralıda olan ikinci kamerada ske-

leteə rast gəlinməyib. Orada sadəcə sınmış bir küp var idi (Mu-

radyan F., 2014, s. 339-341). 

Strukturu və ölçüləri baxımından 5 №-li kurqandan, demək 

olar ki, heç nə ilə fərqlənməyən 6 №-li kurqanın da iki kamerası 

olub. Bunlardan birində skelet sağ böyrü üstə, bükülü vəziyyət-




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə