Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə40/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   36   37   38   39   40   41   42   43   ...   154

 

119


mışların  üzərində  qurulmuşdu.  Ağacların  uzunluğu  7,5-8  m-ə 

çatırdı.  Kənardakı  ağaclar  istisna  olunmaqla,  örtük,  demək  olar 

ki, bütünlüklə yanmışdı.  

Kameranın  dibinə  bol  şəkildə  oxra  səpilmiş,  içinə  yanmış 

ağaclar və ağacların üzünə yığılmış daşlar dolmuşdu. Qəbrə qo-

yulmuş saxsı qablar daşların içəri dolması zamanı çilik-çilik ol-

muşdu. Keramika qırıqları nəticəsində onların özündə Leylatəpə 

ənənəsini daşıdığı məlum oldu (Иессен, 1965). Qəbirdən at baş-

lı  skipeterin  çıxması,  eləcə  də  orada  bol  oxraya  rast  gəlinməsi 

orada basdırılan və hansısa səbəbdənsə yoxa çıxan meyidin R1b 

Y-xromosomunun daşıyıcısı, yəni protooğuz olma ehtimalını ar-

tırır.  Görünür,  burada  sadəcə  talan  yox,  düşmən  qəbilə  başçısı-

nın  qəbrinin  bilincli  şəkildə  dağıdılması  halı  ilə  üz-üzəyik.  Ola 

bilsin  ki,  bu  halda  skelet  kurqanın  talanından  və  təhqir  edilmə-

sindən  sonra  qəbilə  başçısının  adamları  tərəfindən  götürülərək 

başqa yerdə basdırılmışdır.  

N.  Müseyibli  Üçtəpə  kurqanlarının  mədəni  mənsubiyyəti 

barədə  dolğun  məlumatın  olmadığını  bildirərək  haqlı  olaraq 

qeyd edir ki, bunu dəqiqləşdirmək üçün həmin kurqanlardan da-

ha biri müasir elmi üsullarla yenidən qazılmalıdır. «Yalnız bun-

dan sonra Üçtəpə kurqanları barədə diskussiyalar öz həllini tapa 

bilər. Əgər nəzərə alsaq ki, Azərbaycanda bu tip nəhəng kurqan-

lar artıq çoxlu sayda məlumdur, o zaman onlardan birinin qazıl-

ması  ilə  mühüm  elmi  məsələlərdən  birini  həll  etmək  mümkün-

dür» (Müseyibli N. Ə., 2014, s. 10).  

Alim  daha  sonra  yazır  ki,  Astara  rayonunda  F.  Mahmudo-

vun  XX  əsrin  60-cı  illərində  qazılmış  Telmankənd  kurqanları 

barədə  bəhs  etmək  lazımdır.  «Qazıntının  müəllifi  tədqiq  etdiyi 

iki kurqanı erkən tunc dövrünə aid etmişdir. Lakin bəzi nəşrlərdə 

Telmankənd kurqanları Leylatəpə mədəniyyətinə aid edilmişdir» 

(Müseyibli N. Ə., 2014, s. 10). 

Mövzumuz  baxımından  ən  maraqlı  kurqanlardan  biri  də  1 

№-li  (2006)  Soyuqbulaq  kurqanıdır.  Onun  örtüyü  qazıntı  döv-

ründə  ərazidəki  digər  kurqanlara  nisbətən  yaxşı  qalmışdı  və  bu 

üzdən də nisbətən  böyük  idi. Onun diametri  şimal-cənub  istiqa-



 

120


mətində 16 m-ə, şərq-qərb istiqamətində isə 17 m-ə çatırdı. Hün-

dürlüyü isə ərazinin maililik dərəcəsindən asılı olaraq, 0,55-0,75 

m arasında dəyişirdi.  

Daşdan  tökülmüş  kurqan  örtüyünün  aşağı  hissəsi  daha  bö-

yük  daşlardan  və  daha  sıx  qurulmuşdu.  Kurqan  örtüyü  götürül-

dükdən sonra kromlex aşkar edildi. O, daş və qaya parçalarından 

qurulmuşdu. Eni təqribən 1,1 m, daxili diametri 11 m idi. 

Qəbir kamerası daş düzümündən  ibarət meydançanın altın-

da, 1.5 dərinliyində qazılmışdı. Ölçüləri 2,5 x 3,5 m. idi. Kame-

ranın  aşağı  hissəsi  çiy  kərpiclərdən  hörülmüş  divarla  əhatələn-

mişdi. Kərpiclər 30-50 x 25 x 9 sm ölçülsündə idilər. Hörgünün 

üstünə gil qarşıqlı çınqıldan ibarət suvaq vurulmuşdu.  

Qəbirdə insan skeleti və ya sümük aşkar edilməyib. Oradan 

sadəcə  25  sm  uzunluqlu  at  başlı  skipeter  və  mis  xəncər  çıxıb 

(Лионне Б…, 2002, s. 51-52). 

Qeyd etmək lazımdır ki, bu kurqan 2006-сı ildə B. Lionnet 

və T Axundovun başçılıq etdikləri beynəlxalq Azərbaycan-Fran-

sa müştərək arxeoloji ekspedisiya tərəfindən Soyuqbulaq nekro-

polunda qazılmış 9 kurqandan (№№ 1, 2, 3A, 3B, 3C, 3D, 4, 5, 

6)  birincisidir.  Ekspedisiyanın  tədqiq  etdiyi  kurqanlar  kromlex-

lərlə əhatələnmiş kameralara sahib  idilər. Kameralar düzbucaqlı 

formada idilər və iri çay daşlarından qurulmuşdu.  

Azərbaycan-Fransa  birgə  ekspedisiyasına  daxil  olan  arxeo-

loqlar tərəfindən dəqiq plan və təsvirləri cızılan bu kurqanlar ey-

ni quruluşa malik idilər. Kameraların küncləri 4 coğrafi cəhət is-

tiqamətinə  yönləndirilmiş  vəziyyətdə  qurulmuşdu.  B.  Lionnetin 

yazdığına görə, sözügedən dəfn abidələrini bir-birindən fərqlən-

dirən əsas xüsusiyyətlərindən biri onların bəzisinin qəbir çalala-

rına sahib olması, digərlərinin isə olması idi. Belə ki, bu kurqan-

lardan  sadəcə  1,  3  C  və  4  №-li  kurqanların  1-1,5  m  dərinlikdə 

qazılmış qəbir çalaları olub (Lyonnet B…, 2008, s. 28).  

Azərbaycanın  və  ümumilikdə  Cənubi  Qafqazın  eneolit  və 

erkən  tunc  dövrü  kurqanlarını  təkcə  at  başlı  skipeterlər  deyil, 

həm də  bu abidələrin  böyük əksəriyyətində kurqanaltı qəbir ça-

lalarının  (çuxurların)  olması  Cuxur  mədəniyyətinin  əsasını  Cə-



 

121


nubi Qafqazdan köçənlərin qoyduğunu göstərir. Söhbət Leylatə-

pə və Kür-Araz mədəniyyətlərinin daşıyıcılarından gedir. 

Qeyd  etmək  lazımdır  ki,  arxeoloqlar  Soyuqbulaq  kurqanları-

nın qəbir kameralarını, materiküstü (yerüstü) qurulmuş qəbir kame-

raları (2005 № 3, 11, 18; 2006 № 2, 3A, 3B, 3D, 5, 6) və materikdə 

qazılmış  qəbirlər  olmaqla,  iki  tipə  bölürlər.  Materikdə  qazılmış 

qəbir kameralarını da struktur özəlliklərinə görə iki yerə ayırırlar: 

1) ciy kərpicdən qurulanlar;  

2) adi torpaq qəbirlər;  

3) çay daşları düzümü ilə əhatələnmiş qəbir kameraları; 

4) döşəməsi küllə qatışıq zolaq və ya xəndəklə əhatələnmiş 

qəbir kameraları (Müseyibli N. Ə., 2014, s. 42 - 43). 

Eyni  bölgü  Xvalınsk,  Çuxur  və  Döyüş  baltaları  mədəniy-

yətlərinə aid kurqanlar üçün də keçərlidir. 

Söhbət hər hansı bir ərazinin və ya ölkənin tarixindən gedir-

sə, bu halda həmin ərazidə mövcud olmuş bütün mədəniyyətlər, 

hansı  etnosa  aid  olduğundan  asılı  olmayaraq,  xronoloji  ardıcıl-

lıqla öyrənilir  və təqdim  edilir. Bu baxımdan Azərbaycan tarixi 

də  istisna  deyil.  Azərbaycan  tarixi  paleolit  dövründən  başlayır 

və  həmin  dövr  özündə  Quruçay  mədəniyyətini,  Azəx,  Damçılı 

və s. mağara düşərgələrini əhatə edir, Qobustan qayaüstü təsvir-

lərinin  ortaya  çıxdığı  mezolit  dövrünə  qədər  davam  edir.  Sonra 

ardıcıllıqla mezolit, neolit və eneolit dövrü mədəniyyətləri gəlir. 

Etnosların tarixi isə dövlət sərhəddlərini tanımır, çox zaman 

iki və daha çox ölkənin ərazisini əhatə edir və hər şeydən əvvəl 

genetik analizlərin və bu analizlərlə tam sübut edilmiş mədəniy-

yət formalarının araşdırılması və təsviri ilə müşaiyət olunur. Mə-

sələyə sırf bu kontekstdən yanaşdıqda Azərbaycan türklərinin və 

ya da türklərin Azərbaycandakı tarixinin hələlik tam sübut edilə 

bilən tarixi Soyuqbulaq və Üçtəpə kurqanları ilə başlayır. 

Arxeoloq  P.Qasımov  haqlı  olaraq  yazır  ki,  müəyyən  fərqli 

yanaşmalara baxmayaraq artıq elmdə qəbul edilən ümumi fikirə 

görə,  Şimali  Azərbaycanda  erkən  kurqanlar  e.ə.  IV  minilliyin  I 

yarısında  peyda  olurlar.  «Radiokarbon  analizlərinə  görə  dövrü 

müəyyənləşdirilmiş bu çeşiddən olan abidələr sırasında ilk növ-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə