Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə39/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   35   36   37   38   39   40   41   42   ...   154

 

116


yası, I cild, s.178). Bu tapıntı, eləcə də artıq erkən tunc dövrün-

dən etibarən qayaüstü təsvirlərdə at və atlı təsvirlərinin meydana 

çıxması  Cənubi  Qafqazın  ərazisinin  ən  qədim  at  əhliləşdirilmə 

ocaqlarından  biri  kimi  çıxış  etdiyini  söyləməyə  əsas  yaradır 

(Azərbaycan Etnoqrafiyası, I cild, s.67-68). 

Təkcə  Qobustanda  deyil,  Gəmiqayada  üzə  çıxarılmış  ev 

heyvanlarının rəsmləri arasında at da vardır. Onlar bir qayda ola-

raq minik və ya qoşqu vasitəsi kimi diqqətə catdırılmışdır (İma-

nov E., 2014, s. 51-52). 

Kurqanlarda qəbilə  və  ya tayfa  başçılarının qəbirlərinə ski-

peter qoyulması adətinə orta tunc dövrünə aid 2 №-li Daşlıçökək 

kurqanında  da  rast  gəlinmişdir.  Buradan  tapılan  skipeter  (əsa 

başlığı) içərisində ağ ləkələr olan bozumtul rəngdə mərmər cins-

li  daşdan  düzəldilmişdir.  Forması  armudvariyə  yaxındır.  Orta-

sında şaquli deşik açılmışdır. 

C. Rüstəmov  və F. Muradovanın  yazdıqlarına görə,  2 №-li 

Daşlıçökək  kurqanından  tapılmış  daş  əsa  başının  (skipeterin) 

analogiyalarına hələ eneolit dövrü abidələrdə rast gəlinsə də, on-

ların ən yaxın analoqlarına yenə də e.ə. III minilliyin sonuna aid 

abidələrdə təsadüf olunur. Bunlar daha çox 1 N-li Xacbulaq kur-

qanından,  119-125  N-li  Xankəndi  kurqanlarından,  2  saylı  və  4 

saylı Xaçınçay kurqanlarından (Гуммель Я. И., 1948, s. 19-2, ş. 

8, 9, 10; Кушнарева К. Х., 1959, s. 168-169, ş. 1-2 ), Qobustan 

kurqanlarından və «Dairə yaşayış yeri»ndən və Şəkidən məlum-

dur (Rüstəmov C., Muradova F., 2014, s. 31). At başlı skipeter-

lərə Orta Avropanın son tunc və dəmir dövrlərinə aid  məzarlıq-

larında da çox tez-tez rast gəlinir (Werner, 1961).  

Lakin ayrı-ayrı kurqanlardan başqa heyvan təsvirli skipeter-

lər  də  tapılmışdır  ki,  bu  da  eyni  dini-ideoloji  baxışlar  sistemi 

çərçivəsinə daxil olan tamam  başqa kultlardan xəbər  verir. Mə-

sələn,Trialetinin  dağıdılmış  kurqanlar  ərazisindən  yerli  sakinlər 

tərəfindən tapılmış öküz başlı skipeter deyilənlərə ən gözəl misal 

ola bilər. Orta tunc dövrünə aid skipeterdəki öküz başı öküz kul-

tundan xəbər verir (Нариманашвили Г., 2005, с. 141-142).  




 

117


Bənzər skipeterə 1 №-li Dovşanlı kurqanında da rast gəlin-

mişdir (Cəfərov H., 2002, s. 72-73). 

İ.Avşarova  yazır  ki,  Cənubi  Qafqaz,  o  cümlədən  Azərbaycan 

ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edi-

lən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xü-

susi  yerə  sahibdirlər  və  bu,  təbii  ki,  bu,  heyvanat  aləminin  ibtidai 

insanların həyatlarında oynadığı rolla bağlıdır. Təsadüfi deyil ki, bə-

zi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər. 

Qəbilə  və  ya tayfa  başçısının dəfn edildiyi kurqanlara zoo-

morf  başlıqlı,  o  cümlədən  at  başlı  skipeterlərin  qoyulması  adəti 

skiföncəsi  və  skif  dövrü  kurqanlarında  da  davam  etmişdir.  Hə-

min  dövrün  (e.ə.  IX-VII  əsrlər)  skipeterlərinin  ətraflı  təsvir  və 

şərhini  ilk  dəfə  ukraynalı  skifşünas  V.  İlinskaya  vermişdir.  O, 

1965-ci  ildə  nəşr  etdirdiyi  «Skiföncəsi  və  skif  dövrü  kult  əsa 

başlıqları»  adlı  əsərində  Kislovodsk  (Turşsu)  mebel  fabrikinin 

ərazisindən tapılan tunc balta formalı skipeterin başındakı yırtıcı 

heyvan  fiqurunu  Orta  Avropadan  tapılmış,  İ.  Verner  tərəfindən 

təsnif edilmiş at başlı skipeterlərlə tutuşdurmuş, onların xarakte-

ristikasını vermişdir (Ильинская, 1965; Werner, 1961). Eyni za-

manda V. Erlix Fars məzarlığından tapıımış yırtıcı quş başlı ski-

peterləri  eyni  kontekstdən  təhlil  edərək  bütün  bu  skipeterlərin 

ümumi  bir  ənənənin  davamı  kimi  gözdən  keçirmişdir  (Эрлих, 

1990.  С.  247-250).  Doğrudur, o,  yanlış  olaraq,  quş  başlı  skipe-

terləri  son  tunc  və  dəmir  dövrü  at  başlı  skipeterlərlə  müqayisə 

edərək, birincilərin daha qədim olduğunu söyləyir (Эрлих В. Р., 

2005), amma bu məsələnin mahiyyətini dəyişmir. 

Yenidən  mövzuya  qayıdaraq  qeyd  edək  ki,  elmi  ədəbiyyata 

“Üçtəpə kurqanları” kimi daxil edilmiş üç kurqan da Ağcabədi ra-

yonunun  Salmanbəyli  kəndi  yaxınlığında  aşkar  edilmişdir.  Əzə-

mətli  görkəmləri  ilə  diqqət  çəkən  bu  kurqanlardan  nisbətən daha 

kiçik  olanının  (3  №-li  Üçtəpə  kurqanı)  diametri  130  m,  hün-

dürlüyü  isə  13  m-dən  artıq olub. 1960-cı  ildə  abidənin  tədqiqinə 

başçılıq etmiş A. İessen azərbaycanlı həmkarı Q. İsmayılzadə ilə 

birlikdə torpaq örtüyünü götürdükdən sonra onun altında diametri 

25 m, hündürlüyü isə 2 m-ə yaxın olan daş yığını aşkar etmişdilər. 



 

118


Cənub-qərb, şimal-şərq istiqamətli qəbir kamerası bu onun altında 

qazılmışdı, uzunsov-oval formaya sahib idi. Kameranın uzunluğu 

13,89-14, 30 m, eni 2.20-2.6 m arasında, dərinliyi isə 2.60 m kimi 

qeydə  alınmışdır.  Onun  kənarı,  eynən  Borsunlu  kurqanlarında 

olduğu kimi  bir  cərgə çay  daşı  ilə  əhatələnmişdi. Kameranın  üst 

örtüyü iki qat cərgə halında uzadılmış müxtəlif ölçülü ağaclardan 

qurulmuşdu. Ağacları uzunluğu 24 m-ə catırdı. 

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 3 №-li Üçtəpə 

kurqanı hələ qədim dovrlərdə talan olunmuşdur. Talandan sonra 

isə burada yanğın baş vermişdir. Alimlər hesab edirlər ki, bu, tə-

sadüfən  baş  vermişdi.  Maraqlıdır  ki,  VII  əsrinin  30-cu  illərində 

kurqanın  örtüyündə  küyül  açılmış  və  kurqanda  sallama  yolla 

varlı bir xəzər sərkərdəsi basdırılmışdır.  

Üçtəpə  kurqanlarının  bəzi  materiallarının  Maykop  kerami-

kası ilə uyğun olduğunu yazan R. Muncayev abidəni e.ə. III mi-

nilliyin  axırlarına  aid  etmiş  (Мунчаев  Р.  М.,1982,  s.  31-32)  və 

bu fikir bugünə qədər Azərbaycan arxeologiyasında hakim möv-

qeyə  çevrilmişdir.  Halbuki  kurqandan  götürülmüş  komur  qalıq-

larının  radiokarbon  analizləri  kurqanın  e.ə.  3932-3363  əsrlərə 

aid olduğunu göstərir (Кореневский С. Н., 2012, s. 105). Fikri-

mizcə, içində skeletə rast gəlinməyən bu abidənin tarixinin yeni-

dən müəyyənləşdirilməsinə ehtiyac var. 

1 №-li Üçtəpə kurqanı da 3 №-li kurqan kimi konik forma-

da idi. Onun hündürlüyü 13,1-13, 2 m, diametri isə 132 m-ə ça-

tırdı. Qazıntılar nəticəsində məlum oldu ki, örtüyün təqribən 1,5 

m-i  torpaq  altında  qalmışdır  və  qurulduğu  an  əslində  abidənin 

hündürlüyü 14,75-14,8 m olubmuş. 

Kurqanın torpaq qatı götürüldükdən sonra onun aldında dia-

metri  26  m,  hündürlüyü  2  m  olan  meydança  formalı  daş  yığını 

aşkar edilmişdir. Uzunsov düzbucaqlı formasında olan qəbir ka-

merası onun altında yerləşirdi və şimal-şərq – cənub-qərb istiqa-

mətli  idi.  Kameranın  uzunluğu  14,3  m,  eni  2,2-2,7  m,  dərinliyi 

isə 2,6 m idi. Kameranın üstü, eynən 3 №-li kurqanda olduğu ki-

mi, iki qatlı cərgə şəklində ağacla örtülmüşdü. Aşağıdakı ağaclar 

kameranı  əhatə  edən  daşların  və  onların  üzərinə  döşənmiş  qa-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə