Kurqanlarda


Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə35/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   31   32   33   34   35   36   37   38   ...   154

 

104


Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının 

radiokarbon analizlərinin nəticələri (N. Müseyibli)  

 

İlk  tunc  dövründən  etibarən  köçü  asanlaşdıran  səbəblərdən 



biri də arabanın kəşfi idi. Bu barədə F. Ağasıoğlu özünün «9 Bi-

tik» kitabının  hələ dərc olunmamış,  fəqət istifadə edə bilməmiz 

üçün  böyük  lütf  göstərərək,  bizə  təqdim  etdiyi  IV  cildində  (IV 

Bitik, s. 198-203) maraqlı məlumatlar verməkdədir. Onun icazə-

si ilə kitabın həmin hissəsini olduğu kimi və bütünlüklə öz kita-

bımıza daxil etməyi lazım bildik: 

«…İlk təkər və arabanın m.ö. IV minildə Urmu-Van gölləri 

arasında  yaranıb  III-II  minillərdəsə  buradan  dünyanın  digər 

bölgələrinə  yayıldığını  yazan  uzmanlar  (V.G.Childe,  T.S.Pig-

gott, Y.A.Şer və b.) o çağda arabanın icadını bəşəriyət üçün bö-

yük texniki tərəqqi sayır, XX əsrdə ilk uzay uçağının verdiyi ef-

fekt kimi dəyərləndirirlər. 

Türklərin 2 təkərli (kanqlı) və 4 təkərli (kölüngü) arabaları 

onları daha uzaq yerlərə köç etməsinə imkan yaratdı. Keçə örtü-

lü  arabalar  isə  gələnəksəl  olaraq  Avrasiya  çöllərində  saqa-hun-

göytürk bolarının etnoqrafiyasında irsi davamlıq kimi sərgiləndi. 

Minillər  boyunca  təkmilləşmə  aşamaları  ilə  araba  və  təkərin 

müxtəlif  türləri  yaranmış,  arabanın  ayrı-ayrı  hissələrini  bildirən 

təkər,  boyunduruq,  ok,  okluq,  dingil//tingil  (araba  oxu),  arış, 

gərmə, tilkicə, bağırcaq, aykırı,  milməcər (qurdağzı),  yağıldırak 

kimi onlarla söz ortaya çıxmışdır.  

İlk təkərlərin hazırlanması üçün lazım olan bərk ağac növü 

və metal Azərbaycanda bol idi, Azərbaycanın əksər bölgələrində 

Kür-Araz kulturu və orta tunc dövrünə aid basırıqlarda (kurqan-

larda  -  B.  T.)  xeyli  cəng  arabası,  təkər-araba  modelli  fiqurlar, 

hətta  bütöv  araba  tapılmışdır.  Dəclə-Urmu  arası  bölgələrdə  Tə-

pə-Qavra, Hasanlu, Xəzər hövzəsində Telmankənd kurqanı, Tə-

pə-Hisar,  Qazaxda  Baba-Dərviş,  Dağıstanda  Vəlikənd,  Çemi-

kənd,  Naxçıvanda  Kültəpə, İrəvan  mahalında  Lori-qala,  Şenqa-

vit, Arıc, Ördəkli və basırıqlarında təkər fiqurlarına rast gəlmək 

olur. Borçalıda isə bütöv araba tapılmışdır.  



 

105


Təkər və arabanın ilk dəfə türk boyları tərəfindən yaranma-

sı inamı türk eposlarında orta əsrlərəcən davam etmişdir. «Oğuz-

namə»də deyilir ki, ona qədər təkər yox idi, arabanı ilk düzəldən 

onlar oldular. Gərək olan yükləri, qənimətləri bu arabalara yük-

ləyib apardılar və bu səbəbdən Oğuz onlara «kanqlı», yəni «ara-

baçılar», «arabası olanlar» adını verdi. 

Göründüyü  kimi,  uzmanlara  görə  arabanın  6  minil  öncə  Ur-

mu-Van arasında yaranması baxışı Oğuzxanın arabaçı boya verdiyi 

adın Ön Asiya xalqlarının dilində əks olunması ilə örtüşür. Belə ki, 

akad dilində «xulikanu», «xulukannum», hurri dilində «hulikanni», 

het  yazısında  isə  «xuliganni»  şəklində  işlənib  yüngül  arabanı  bil-

dirən  sözlərin tərkibidəki  «kan//kann»  çox güman ki, «kañ//kanq» 

(araba) ilə bağlıdır, çünki akad dilində xulu «yol» sözü ilə başlanan 

bu söz (xulu-kanni) «yol arbası» deyiminə uyğun gəlir.  

Türklərin quzey və doğu yönlərə köçü də Ön Asiyadakı araba 

türlərinin  o  istiqamətlərə  aparılması  çağı  ilə  təsdiq  olunur.  Araba 

gələnəyinin  doğu  miqrasiyası  Koreyanın  quzey-batı  bölgəsinə 

qədər gedib çıxmışdır. Çin yazıları üzrə məşhur alim V. Eberharda 

görə,  Çinə  at  bəsləmə  gələnəyilə  bərabər  Ön  Asiya  tipli  savaş 

arabasını  da  aparan  türklər  idi.  Savaş  arabasından  başqa,  Orta 

Asiya tipli  hündür təkərli  araba (kao-ch’ê)  növü də Çinə türklərlə 

keçmişdir.  Çin  qaynaqları  «göytürklərin  keçə  (örtülü)  arabaları 

var»  -  deyə,  «otaqlı  araba»  adlanan  keçə  örtüklü  (ch’ê-chang) 

arabalardan  da  bəhs  etmişlər.  Yunanca  qaynaqlar  eyni  görkəmli 

arabaların  qonar-köçər  saqa  boylarında  da  olması,  belə  örtülü  ev-

arabalarda qadın və uşaqların barınması haqqında bilgilər verir.   

İ.M.Dyakonov yazır ki, Avropadan çıxıb Orta Asiya üzərin-

dən  İran  yaylasına  gələn  arilər  atla  deyil,  piyada  gəlmiş  və  ilk 

dəfə  savaş  arabasını  da  burada  görmüşdülər.  Atın  və  cəng  ara-

basının  Hindistana  gətirilməsini  ari  (hind)  tayfaları  ilə  bağla-

yanların iddiasının doğru olmadığını burada m.ö. 2000 illərə aid 

Xallur qazıntısnda tapılan  yerli cəng arabası, at və at sümükləri 

aydın  göstərdi.  Misirdə  isə  m.ö.  XX-XIX  əsrlərdə  hələ  savaş 

arabaları  yox  idi,  belə  arabalar  buralarda  yalnız  hiksosların  yü-

rüşündə görünməyə başlayır.  



 

106


Bəzi yazarlar «araba» sözünü ərəb və ya yunan dilindən alınma 

sayır,  ancaq  bu  dillərdə  onun  etimoloji  yozumunu  verə  bilmirlər. 

Bir  sıra  tanınmış  dilçilərsə  (N.K.Dmitriyev,  G.Dörfer  və  b.)  ərəb-

lərlə heç bir kontaktı olmayan çuvaş və başqa türk dillərində işlənən 

araba sözünü türkmənşəli sayır. Belə ki, finuqor, monqol və tunqus-

mancur  dillərinə  türk  dillərindən  keçən  araba  sözü  ərəb  dilinə  də 

keçmişdir. Rus dilinə yükdaşıma və araba ilə bağlı çoxlu türk sözlə-

ri keçmişdir, belə ki, «navyuçivat» (yükləmək) deyimindəki «vyuk» 

(yük)  sözündən  tutmuş,  «arba»  (araba),  «teleqa»  sözlərinə  qədər 

«kibita//kibitka» (üstü qapalı kəbit) və «tabor» (arabalarla dövrələ-

mə  qurğu)  kimi  onlarla  söz  və  belə  etnoqrafik  sözlər  əsasında  ya-

ranan xeyli deyimlər vardır. Örnəyin, daşımaqla bağlı «taşit», «tas-

kat», «taçka», «taçanka» və s. Anadolunun Kaniş şəhərində asur ta-

cirlərinin  yazısında «daşımaq» sözü «taşşiatum» kimi  verilir. Dörd 

minil öncəyə (m.ö. XX əsrə) aid bu sözün rus dilində də «taşit» (та-

шить)  şəklində  işlənməsinin  bir  yozumu  var,  o  da  hər  iki  dildə 

«daşı-« (taşıt) sözünün müxtəlif çağlarda türklərdən alınmasıdır».  

Çuxur  mədəniyyətində  müşahidə  etdiyimiz  kurqanlara  ara-

ba yerləşdirmək adəti Cənubi Qafqazın ilk tunc dövrü kurqanla-

rında da müşahidə edilməkdədir. Bu baxımdan  Alazan sahilinin 

sol  sahilində  yerləşən 3  №-li  Ananauri kurqanını  misal çəkmək 

olar bu kurqandan iki ədəd 4 təkərli araba tapılmışdır (Махарад-

зе З., 2015, с. 110-111). 5 №-li Qaracəmirli kurqanının kamera-

sında isə araba qoşqusu qaydası ilə arabaya aid tunc detallar dü-

zülmüşdü (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 113-114). 

Kurqana araba  və  ya onun  hər hansı  bir detalının,  ya da ki 

modelinin  yerləşdirilməsi  adətinin  qeydə  alındığı  ən  əski  kur-

qanlardan  biri  də  1  №-li  Telmankənd  kurqanıdır.  Bu  abidənin 

qəbir kamerasında  iki araba təkəri  modeli aşkar edilib (Махму-

дов Ф. Р., 2008, s. 38-40). 

Bu yenilik sonrakı dövrlərdə Cənubi Qafqazın orta tunc abi-

dələrində,  eləcə  də  Sintaşta,  Kərtmə,  Andronovo  kimi  mədəniy-

yətlərdə  davam  edir,  daha  sonrakı  dövrlərdə  öz  davamını  iskit, 

sak, o cümlədən Pazırık kurqanlarında tapır. Orta əsrlərdə isə bu 

ənənəni  qıpçaq  və oğuzlar  davam  etdirirlər.  Deyilənlərə  Gürcüs-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə