Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə43/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   39   40   41   42   43   44   45   46   ...   154

 

128


də, digərində isə arxası üstə basdırılmışdı (Muradyan F., 2014, s. 

341-342). 

Eyni kurqanda həm böyrü, həm də arxası üstə basdırılmış ske-

letlərə rast gəlinməsi ilk dövrlərdən etibarən protooğuz-qəpçaqlarla 

protoqıpçaq-bulqarların  bir  yerdə  yaşadıqlarından  xəbər  ver-

məkdədir və bu hal VII əsrə qədər, yəni İslama qədər, başqa sözlə, 

vahid  Azərbaycan  xalqının  formalaşması  başa  çatana  qədər  belə 

davam  etmiş,  yalnız  xristian  qıpçaqlar  (albanlar)  bu  prosesdən 

kənarda  qalmış,  XVIII  əsrə  qədər  müsəlman  Azərbaycan  türkləri 

ilə  birlikdə  yaşasa  da,  XIX  əsrdə  sonra  erməniləşmişlər  (haylaş-

mışlar). Elə bu səbəbdən də hazırda ermənilərin (hayların) genetik 

yapısında  R1b  28  %  təşkil  edir,  Zəngəzur  və  Qarabağ  erməniləri 

(hayları) içərisində isə bu göstərici 40 %-dən də çoxdur.  

Maraqlıdır  ki,  bu  gün  bir  vaxtlar  İslamı  qəbul  edib  türklü-

yünü  qoruyan  və  Azərbaycan  xalqının  tərkib  hissəsinə  çevrilən 

və  xristian  qalaraq  erməniləşən  eyni  nəslin  nümayəndələri  də 

məlumdur.  Bu  baxımdan  Məliakaslanov  və  Məlikaslanyanları, 

Məlikyeqanov və Məlikyeqanyanları və s. misal çəkmək olar. 

Aşağıda təqdim edilən sənəd Marneulidə (Gürcüstan) yaşa-

yan bir nəfər Azərbaycan türkünün ən yaxın qohumlarını tapmaq 

məqsədi  ilə  verdiyi  gen  analizinin  cavabıdır.  Analizlər  onun  ən 

yaxın qohumunun bir nəfər erməni, daha doğru erməniləşmiş al-

ban olduğunu göstərmişdir. 

 

Eyni alban nəslinin İslamı qəbul edərək türklüyünü qoruyan 



və Azərbaycan xalqının tərkib hissəsinə çevrilən nümayəndəsi ilə 

xristianlığını qoruyan və erməniləşən (haylaşan) iki 

nümayəndəsinin genetik qohumluğunu təsdiq edən sənəd 

Beləliklə, 5 və 6 №-li Sərdarabad (Aknaliç) kurqanları türk-

lərin Cənubi Qafqazda ən azı e.ə. 3700 il öncə, yəni 5700 il bun-

dan əvvəl yaşadıqlarının olduqca önəmli genetik pasportudur. 

Küdürlü və Dübəndi kurqanlarının eneolit dövrünə aid etmə-

yin doğru olub-olmamasından asılı olmayaraq, qeyd etməliyik ki, 

Güney Qafqaz ərazisindən e.ə. IV minilliyə aid çox sayda kurqan 

aşkar  edilib  ki, onlardan  bir  qisminin  dəqiq  yaşı  aparılmış radio-

karbon analizləri nəticəsində müəyyən edilmişdir. Bu da bizə er-



 

129


kən  tunc  mədəniyyətinin,  başqa  sözlə,  Kür-Araz  mədəniyyətinin 

başlanğıc dövrünü dəqiq müəyyən etməyə imkan verir. 

Bu barədə söhbətə keçməmişdən öncə Cənubi Qafqazda möv-

cud olmuş daha bir eneolit abidəsi – Gürcüstan ərazisindən tapılmış 

Kavtisxevi kurqanı barədə bir iki söz deməyə ehtiyac var.  

Tiflisdən  45  km  şimal-qərbdə  yerləşən  Kavtisxevi  kurqanı 

1995 və 1998-ci illərdə Z.Maxaredze tərəfindən qazılmışdır. Öncə 

sözügedən abidəni ilk tunc dövrünə aid edən arxeoloq Soyuqbulaq 

kurqanlarının  aşkarlanmasından  sonra  səhvini  başa  düşmüş  və 

kurqanın eneolit dövrünə aid olduğunu bəyan etmişdir.  

Kurqanın üst örtüyü önəmli ölçüdə zədəli olsa da, onun öl-

çülərini müəyyən etmək mükün olmuşdur. Z.Maxaradzenin yaz-

dığına görə, onun hündürlüyü 1,5 m, diametri 25 m olub. Örtü-

yün aldında materikdə qurulmuş 1 m hündürlüklü, 4,4 m x 45 m 

ölçülü  qəbir  kamerasında  skeletə  rast  gəlinməyib.  Döşəməsinə 

gil qatı çəkilmiş kameranın şərq küncündə sadəcə bir saxsı qabın 

üst hissəsi aşkar edilib (Makharadze, 2007, p. 123). 

Dəqiq  yaşı  radiokarbon  üsulu  ilə  müəyyənləşdirilmiş  və  IV 

minilliyə  aid  olduğu  heç  bir  şübhə  oyatmayan,  Kür-Araz  mədə-

niyyətinə abidə olduğu təsbit edilən Uzun Rəmə, 1 №-li Şadılı və 

Menteştəpə kurqanları mövzumuz baxımından daha böyük önəm 

kəsb  edir.  Onların  ilk  ikisi  B.  Cəlilovun  başçılıq  etdiyi  Göygöl-

Goranboy arxeoloji ekspedisiya tərəfindən tədqiq edilmişdir.  

Kürəkçayın sağ sahilində, Goranboy rayonunun Şadılı kən-

di ərazisində aşkar edilmiş Şadılı kurqanı 2011-ci ildə qazılmış-

dır. B. Cəlilovun yazdığına görə, sözügedən kurqanın örtük his-

səsinin diametri 11 m, hündürlüyü isə 1 m, 1,4 m dərinlikdə qa-

zılmış  qəbir  kamerasının  uzunluğu  5.5  m,  eni  isə  4.5  m  idi.  O, 

eni 1,4 metr, uzunluğu 2,5 m, hündürlüyü isə 1.2 m olan dromo-

sa  sahib  olub.  Alim  bildirir  ki,  sərdabə  formalı  qəbir  kamerası-

nın örtüyünün  bir  hissəsi açılmış  və oradan od vurularaq  içərisi 

alova  qərq  edilmişdir.  Giriş  hissənin  açıq  saxlanılması  səbəbin-

dən dromos tərfdən daxil olan hava axını odu daha da gücləndir-

miş  və  alov  qərb  divarında  açılan  hissədən  çölə  sovrulmuşdur 

(Cəlilov B. M., 2012, s. 146-152).  



 

130


Goranboy rayonunun Qaradağlı kəndi ərazisində yerləşən Uzun 

Rəmə  kurqanı  da  eyni  ekspedisiya  tərəfindən  2012-ci  ildə  tədqiq 

edilib. Onun örtüyünün diametri 17 m, hündürlüyü isə 1.2 metr olub. 

Kurqanın  üst  örtüyünü  2-3  cərgə  şəklində  yan-yana  düzülmüş  çay 

daşları - kromlex əhatə edirdir. Kamerasının ölçüləri 5,5 m x 6,5 m x 

1,7 m idi. Ona bitişən dromos 1,3 m x 2,4 m x 1,6-1,4 m ölçüsündə 

olub.  Sərdabə tipli  qəbir  kamerası  bütünlüklə  dolduqdan  sonra ona 

od vurularaq yandırılmışdır (Cəlilov B. M., 2012, s. 128-134).  

P.Qasımovun yazdığına görə, Şadılı və Uzun Rəmə kurqan-

larından  əldə  edilmiş  kül  və  kömürün  radiokarbon  analizi  on-

ların  e.ə.  IV  minilliyin  II  yarısına,  başqa  sözlə,  e.ə.  XXXIII  – 

XXXII  əsrlərə  aid  olduğunu  göstərmişdir.  Azərbaycan-Fransa 

birgə  arxeoloji  ekspedisiyasının  2008-2015-ci  illərdə  Tovuz  ra-

yonunun Aşağı Eyyublu kəndi ərazisindəki Menteştəpə məzarlı-

ğında  apardığı  tədqiqatlar  nəticəsində  iki  qədim  kurqan  aşkar-

lanmışdır ki,  onlardan  birincisi də e.ə. IV minilliyin  ikinci  yarı-

sına aid edilir (Qasımov P, 2017, 27-28).  

Şübhəsiz ki, Cənubi Qafqazda aşkar edilmiş  Kür-Araz  mə-

dəniyyəti  kurqanları  yalnız  yuxarıda  adları  çəkilən  abidələrdən 

ibarət deyil. Bura III minilliyə aid çox sayda kurqan da daxildir 

ki, onların  əksəriyyətindən çıxan  materialların radiokarbon ana-

lizi aparılmadığından yaşları təqribən, sadəcə keramika nümunə-

lərinə, dəfn adətlərinə  və kurqanların  struktur özəlliklərinə görə 

müəyyənləşdirilmişdir.  Bu  sırada  araşdırılma  tarixinin  daha  əv-

vəlki illərə aid olması baxımından Mil-Qarabağ kurqanlarını xa-

tırlatmaq, fikrimizcə, daha məqsədəuyğundur. 



Xaçınçay  kurqanları.  Xaçınçayın  sağ  sahilində,  Dovşanlı 

kəndi  yaxınlığında  aşkar  edilib.  Bu  abidələri  1879-cu  ildə  E. 

Resler aşkar etmiş  və elə həmin  il də onlardan beşini tədqiq et-

mişdir (ДАК.1897, листы 208-216; ОАК за 1897, с. 149-255).  

H. Cəfərovun yazdığına görə, kurqanların əsasən yayğın da-

irəvi formada olan örtükləri çay daşlarından və qum qarışığından 

ibarət olub. Onların  diametrləri 10  m-lə 20-25 m,  hündürlükləri 

isə 1,25m-lə 2,5 m arasında dəyişir (Cəfərov H., 2000, s. 29). 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə