Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə44/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   40   41   42   43   44   45   46   47   ...   154

 

131


B. Piatrovski Xaçınçay kurqanlarını erkən tunc dövrünə aid et-

mişdir  (Пиотровский  Б.Б.,  1949)  və  onun  bu  fikrini  sonrakı  təd-

qiqatçılar da təsdiq etmişlər (Кушнарева К., 1954, с. 165-179). 

Bu kurqanlar üçün həm inqumasiya, yəni ölünün olduğu ki-

mi  basdırılması (№ 1, 2, 3), həm də kremasiya,  yəni ölüyandır-

ma (№ 4, 5) adətləri xarakterik idi.  

1 №-li kurqanın örtük hissəsində, eynən e.ə. 2900-cu ilə aid 

olduğu  radiokarbon  analizləri  ilə  təsdiqlənmiş  Arslantəpə  (Tür-

kiyə)  kurqanında  olduğu  kimi,  üzü  şərq  istiqamətində  oturdul-

muş vəziyyətdə dəfn edilmiş 4  skelet üzə çıxarılmışdır.  Bundan 

başqa  kurqanda  heç  bir  arxeoloji  materiala  rast  gəlinməmişdir 

(ДАК, 1897 г., с. 157). 

2 №-li kurqanın qəbir kamerası dördkünc  formada idi. Bu-

rada ölü arxası üstdə (R1b) dəfn olunmuşdur (Cəfərov H., 2000, 

s.  29).  3№-li  kurqandakı  qəbirdə  də  arxası  üstə  uzadılmış  iki 

skelet (R1b) aşkar edilib (ДАК, 1897 г., с. 157).  

4 №-li kurqanda yanmış insan, at, bison və qunduz sümük-

ləri tapılıb (Cəfərov H., 2000, s. 29). 

5 №-li kurqanda  skeletə rast gəlinməyib (ДАК, 1897 г., с. 

157). 


Xankəndi kurqanları. Yevlax-Şuşa yolunun kənarında aş-

kar ediliblər. Bu kurqanlar ilk dəfə Y. Hümmel tərəfindən tədqiq 

edilmiş  və  alim  bu  kurqanları  ilk  tunc  dövrünə  aid  etmişdir 

(Гуммель Я. И., 1938, с. 82-88).  

Xankəndi  kurqanları  əsasən  eyni  tipdədirlər,  kiçik  ölçülərə 

sahibdirlər, örtükləri  müxtəlif ölçülü çay daşı  və gilli torpaqdan 

ibarət olublar. Onlardan yalnız dördü (№ 103, 119, 125 və nöm-

rəsiz kurqan) qazılıb. 103 №-li kurqanda qazıntı işləri 1938, di-

gərlərində isə 1939-cu ildə aparılmışdır. 

Y. Hümmelin təsvirinə görə, 103 №-li kurqanın daş örtüyü 

dairəvi plana sahib idi. Onun diametri 15 m, hündürlüyü isə 1,5 

m olub. Kurqanın qəbir kamerası dairəvi formada və 4, 5 m dia-

metrində  idi.  Kamera  1,5  m  dərinlikdə  qazılmışdı.  Kameranın 

şərq tərfində 1,5  m enliyində giriş  yolu var  idi, qəbir kamerası-

nın  və giriş döşəməsinin divarları 0,2 m enində və 0,5 m dərin-



 

132


likdə xəndəklə əhatələnmişdi. Xəndək xırda çınqıl daşları və gil-

lə  doldurulmuşdu.  Burada  48  nəfərin  müxtəlif  vəziyyətlərdə 

dəfn  olunduğu  aşkar  edilib.  Onlardan  12-si  oturdulmuş,  14-ü 

sağ, 15-i sol böyrü üstə, bükülü vəziyyətdə (R1a), 5-i isə arxası 

üstə uzadılmışdı (P1b) (Гуммель Я. И., 1938, с. 82-88). Bu isə 

o deməkdir ki, həmin dövrdə protooğuz-qıpçaqlaral qıpçaq-bul-

qarlar iç-içə yaşayır, hətta eyni kurqanlarda belə dəfn edilirdilər. 

119 №-li kurqan barədə daha öncə  məlumat verdiyimizdən 

onun  üzərində  xüsusi  durmaq  fikrimiz  yoxdur.  Sadəcə  qeyd 

edək ki, onun hündürlüyü 1,5  m, diametri  isə 24 m olub, təpəsi 

çuxur  şəklində  qurulduğundan  zamanla  dağılmışdır.  Xatırladaq 

ki, Y. Hümmelin fikrincə, üç təbəqəli dəfn olunmanın gerçəkləş-

diyi  bu  kurqandakı  ilk  dəfn  neolit  dövründə  icra  edilmişdir 

(Гуммель Я. И., 1948, с. 15-19, рис. 6). Bu məsələ etnik tarixi-

miz  baxımından  o  qədər  önəmlidir  ki,  fikrimizcə,  alimlərimiz 

nəsələnin üzərinə bir də qayıtmalıdırlar. 

125 №- li kurqan həcmcə kicik olub və orada da üçtəbəqəli 

dəfn müşahidə edilib. Burada ilk tunc dövrunə aid kollektiv dəfn 

olduğu  müəyyən  edilsə  də,  orada  yalnız  bükülü  vəziyyətdə,  sol 

yanı üstə uzadılmış (R1a) bir insan skeleti aşkarlanmışdır. Onun 

baş  və  ayaq  tərəfilərində  keçi  skeletləri  üzə  çıxıb  (Гуммель  Я. 

И., 1948, с. 20, рис. 8, № 2, 6, 10). 

Nömrəsiz  kurqanda  əvvəlkilərdən  fərqli  olaraq,  kremasiya 

adəti qeydə alınmışdır. Bu kurqan düzgün olmayan dairəvi planlı 

örtüyə sahib idi. Örtüyün diametri 10 m, hündürlüyü isə 2 m olub. 

Onun  qəbir  kamerası  da,  eynən  örtüyü  kimi,  düzgün  olmayan 

dairəvi formada və 3.5 m diametrdə idi. Kameranın giriş yolu da 

olub.  Burada,  aşkar  edilmiş  insan  kəllələrinin  sayı  əsasında,  48 

meyidin dəfn edildiyi hesab edilir (Cəfərov H., 2000, s. 31). 

Borsunlu  kurqanları.  Tərtər  rayonu  ərazisində,  Borsunlu 

nekropolunda aşkar ediliblər. Nekropol Borsunlu kəndi ətrafında, 

İncəcayın orta axarlarından tapılıb. Kurqanların bir hissəsi 1984-

cü  ildə  kiçik  fasilələrlə,  1981-1987-ci  illərdə  isə  sistemli  şəkildə 

H.  F.  Cəfərov  tərəfindən  tədqiq  edilmişdir  (Джафаров  Г.  Ф., 

1983, с. 421; Джафаров Г. Ф., 1986, с. 56-61; Cəfərov H., 1985, 




 

133


s.  79-88).  Onların  torpaq  və  xırda  çınqıl  qatışığından,  bəzi  hal-

larda  isə  çınqıl  və  çay  daşlarından  qurulmuş  kromlexləri  var  idi. 

Kromlexlərin bir qismi bir, digər qismi isə iki cərgə təşkil edirdi. 

H. Cəfərovun müşahidələrinə görə, qruplar halnda aşkar edi-

lən bu kurqanların ən maraqlı cəhətlərindən biri o idi ki, qruplarda 

bir və ya iki böyük ölçülü kurqanı kiçik və orta həcmli kurqanlar 

əhatələyirdi.  «Təbii  ki,  mərkəzdə  yerləşmiş  böyük  kurqanlar 

tayfanın varlı üzvləri, onun ətrafındakı kurqanlar isə sıravi üzvlər 

üçün etibarlıdır. Kurqan qruplarına İncəçayın həm sol sahil (Qara 

su,  Ağ  qaya,  Məlikli  dərəsi,  Gön  dərə,  Qara  yol,  Acı  dərə, 

Arxaşan  dərəsi,  Mil  dərəsi,  Arpa  dərəsi,  Çəmənlik),  həm  də  sağ 

sahil  zonasında  (Göllər,  Səlbi  dərəsi,  Qazaxlar,  Sulu  dağ,  Narlı 

dərə, Şorsu və s.) mövcuddur» (Cəfərov H., 2000, s. 32-33). 

Borsunlu  nekropolunda  tədqiq  edilmiş  30-dan  çox  kurqanın 

yalnız  beşinin  ilk  tunc  dövrünə  aid  olduğu  müəyyən  edilib.  Bu 

kurqanlardan ilki, yəni 7 №-li kurqan 1981-ci ildə qazılıb. Onun, 

hündürlüyü 1 m, diametri 12 m olan örtüyü çay daşlarından, çın-

qıldan və torpaqdan ibarət idi. Qəbir kamerası kurqanın mərkəzin-

də,  yer  səthindən  1,4  m  dərinlikdə  qazılmışdı.  Uzunsov  düzbu-

caqlı  formaya  və  3,5  x  2,5  x1,4  m  ölçülərə  sahib  idi.  Orada  19 

ölünün  dəfn olunması  müəyyən  edilmişdir.  Onlar üç təbəqə  şək-

lində  dəfn  edilmişdilər.  Birinci  təbəqədə  sağ  böyrü  üstə  bükülü 

vəziyyətdə dəfn olunmuş (R1a) bir skelet, 50 sm dərinlikdə yerlə-

şən ikinci qatda 8 skelet, ondan da 50 sm aşağıdakı üçüncü təbə-

qədə  10  skelet  aşkar  edilib.  «Ölülərin  hədsiz  sıx  dəfn  olunması, 

habelə gəc qatının tərkibinə daxil olan duzun dağıdıcı təsirindən, 

nəhayət qəbrə doldurulmuş daşların ağırlığından  insan sümükləri 

parçalanmış və çürümüş, beləliklə, ölülərin anatomik quruluşunu 

bərpa etməyi çətinləşdirmişdir» (Cəfərov H., 2000, s. 33). 

9 №-li kurqan 1983-cü ildə qazılmışdır. Diametri 14 m, hün-

dürlüyü 1 m idi. Düzgün dairəvi quruluşa sahib örtüyü daş və gəc 

təbəqəsindən  tökülmüş,  ətəyi  kromlexlə  əhatə  olunmuşdu.  Qəbir 

kamerası örtüyün 0, 6 m dərinliyində, mərkəzdə aşkar edilib. Onun 

ölçüləri 3m x 2m x 1,4m idi. Buradakı ölü sağ böyrü üstə, bükülü 

vəziyyətdə uzadılmışdı (R1a) (Cəfərov H., 2000, s. 33-34). 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə