Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə46/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   42   43   44   45   46   47   48   49   ...   154

 

137


lərdə  dəfn  edildiyini  göstərir.  «Bəzi  skeletlərin  üzərinə  qırmızı 

oxra  səpilmişdir.  Qəbirlərin  bəzilərindən  it  skeleti,  bir  qism  qə-

birlərindən  gil  qablar,  cürbəcür  muncuqlar  və  dəvəgözü  daşın-

dan əşyalar tapılmışdır. Belə qəbirlər Babadərviş və digər abidə-

lərdə  də  üzə  çıxarılmışdır.  Azərbaycan  ərazisində  öyrənilmiş 

eneolit  dövrü  abidələrinin  çoxunda  qəbirlər  bilavasitə  yaşayış 

məskənlərində  qazılmışdır.  Bu  adət  Yaxın  və  Orta  Şərqin  bir 

çox ölkələrində uzun müddət qalmışdır. Belə qəbirlər, bir qayda 

olaraq, yaşayış yerlərinin mədəni təbəqəsində və yaxud xam tor-

paqda qazılırdı» (Avşarova İ. N., Pirquliyeva Q. Ə., 2010 s. 61). 

Kültəpə  abidəsinin  üzərində  xüsusi  durmağımızın  əsas  sə-

bəbi  bir  yandan  onun  yerləşdiyi  Naxçıvan  ərazisinin  Ön  Asiya-

nın  qədim  mədəniyyət  mərkəzlərinə  yaxınlığı,  həm  də  oradakı 

qəbirlərin nisbətən yaxşı öyrənilmiş olmasıdır. 

II Poyluda həm küp, həm də torpaq qəbirlərdə dəfn adətinə 

rast gəlinməsi gəlmələrlə yerlilər arasında heç bir problemin ya-

şanmamasından,  onların  bir-biri  ilə  yanaşı,  hətta  iç-içə  yaşama-

sından və öz dəfn adətlərini azad  şəkildə  icra etməsindən xəbər 

verir. N.Müseyibli həmin ərazidən tapılmış torpaq qəbirləri belə 

təsvir etmişdir: 

«1 №-li torpaq qəbiri 6-cı kvadratın şərq hissəsində aşkar 

edilmişdir.  Qəbir  kamerasının  üst  əlamətləri  85  sm  dərinlikdən 

başlayaraq  izlənilirdi.  Qəbir  kamerasının  alt  20  sm-i  materikdə 

qazılmışdır.  Demək  olar  ki,  dairəvi  formalı  qəbir  kamerası  2  x 

1,9  m  ölçüsündə  olmuşdur.  Qəbirdə  yaşlı  kişi  dəfn  edilmişdir. 

Meyit arxası üstdə, şimali-şərq – cənubi-qərb istiqamətində uza-

dılmışdır. Onun alt çənəsi üst çənədən ayrılaraq boğazının üstü-

nə  düşmüşdür.  Azacıq  yanlara  meylli  qolları  dirsəkdən  kəskin 

bukulmuş,  əlləri  çiyinlərinə  qoyulmuşdur.  Ayaqları  dizdən  bü-

külü olub sağ tərəfə yönəlmişdir. 

Qəbir kamerasının bütün səviyyələrində eneolit dövrünə aid 

saxsı qab fraqmentləri aşkar edilmişdir. Lakin həmin materiallar 

buraya düşünülmüş şəkildə, dəfn ayini ilə əlaqədar qoyulmamış-

dır. Qəbir kamerasının qazılması, meyitin oraya uzadılmasından 

sonra isə yenidən doldurulması zamanı mədəni təbəqədəki saxsı 



 

138


qab fraqmentləri də torpaqla qarışıq qəbir çalasına tökülmüşdür. 

Qəbirə aid heç bir avadanlıq aşkar edilmişdir.  



2  №-li  qəbir  11-ci  kvadratın  şərq  tərəfində  aşkar  edilmişdir. 

Qəbir kamerasının əlamətləri 80 sm dərinlikdən başlayaraq izləni-

lirdi.  Qəbirin  döşəməsi  150  sm  dərinlikdə  materik  üzərində  yer-

ləşmişdi. Oval formalı qəbir kamerasının ölçüləri şərq-qərb istiqa-

mətində 140 sm, şimal-cənub istiqamətində isə 110 sm olmuşdur. 

Qəbirdə dəfn edilmiş kişi meyiti başı qərbə olmaqla arxası üs-

tə  uzadılıb.  Qolları  dirsəkdən  qatlanmış,  əlləri  qurşaq  hissəyə  qo-

yulmuşdur. Sağa yönəlmiş və dizdən qatlanmış, ayaqları sıx bükülü 

vəziyyətdədir.  Skeletin  yalnız  alt  çənəsi  öz  yerində  aşkar  edil-

mişdir. Üst çənə və kəllə sümüyü skeletlə birgə aşkar edilməmişdir 

Dəfn  zamanı  qəbir kamerasına torpaqla qarışıq düşmüş kera-

mika  fraqmentlərindən  əlavə,  məqsədyönlü  şəkildə,  dəfn  ayininin 

icrası ilə əlaqədar olaraq qəbirə bəzi əşyalar qoyulmuşdur. Belə ki, 

meyitin  sol  çiyninin  üstündə  işlənmə  izləri  olan  uzunsov  çay  daşı 

qoyulmuşdur.  Həmin  çay  daşı  ilə  təxminən  eyni  ölçüdə  heyvan 

sümüyü skeletin sağ çiyini üzərində tapılmışdır. Sağ çiyini yanında 

həm  də  obsidian  parçası  aşkar  edilmişdir.  Sol  qolunun  altında  41 

sm uzunluğunda, üzərində  işlənmə  izləri olan çay daşı qoyulmuş-

dur.  Həmin  daşla  bilək  sümüyü  arasında  bir  tərəfi  dişəklənmiş 

obsidian qəlpəsi  aşkar edilmişdir. Sağ dirsəyindən  aşağıda  isə 9  x 

6,5 sm ölçüdə çay daşı qoyulmuşdur. Skeletin çanaq sümüyündən 

arxada iri buynuzlu heyvanın çənə sümüyü aşkar edilmişdir.  

Skeletin sol qolunun altında aşkar edilmiş uzunsov çay da-

şının  uzunluğu  41  sm,  eni  8-9  sm,  qalınlığı  isə  6 sm-dir.  Daşın 

səthi hamardır. Orta hissəyə yaxın yerdə kənarlardan sürtülmüş, 

sanki  ona  fiqur  forması  verilməsinə  cəhd  göstərilmişdir.  Nisbə-

tən  nazik  sonluğuna  yaxın  yerdə  hər  iki  kənarda  döymə-sürtmə 

üsulu  ilə  hamarlama  işi  aparılıb.  Belə  işlənmələrdən  sonra  bu 

daş çox ehtimal ki, antropomorf fiqur ideyasının daşıyıcısı kimi 

qəbirə qoyulmuşdur. 

Skeletin sol çiyini üstündə aşkar edilmiş nazik, kvadrat kə-

sikli uzun çay daşının iki üzü işlənmə nəticəsində sürtülərək ha-

marlanmışdır. Bir sonluğa doğru nazikləşir. 



 

139


Digər nazik, uzunsov çay daşının səthi sürtülmə nəticəsində 

hamarlanmışdır» (Müseyibli N., 2014, s. 65-67). 

Beləliklə,  əgər I Kültəpənin eneolit təbəqəsində həm böyrü 

üstə, bükülü vəziyyətdə (R1a), həm də arxası üstə (R1b) basdırı-

lanlara rast gəliriksə, II Poyludakı torpaq qəbirlərində basdırılan 

hər iki meyitin arxası üstə dəfn edildiyini (R1b) görürük. Bu isə 

bizə  kurqan  mədəniyyətinin  daşıyıcılarının  etno-mədəni  baxım-

dan  Leylatəpə  mədəniyyəti  ilə  deyil,  Ön  Asiyanın  (Anadolu  və 

Cənubi Azərbaycan) və Cənubi Qafqazın, o cümlədən Azərbay-

canın  yerli  neolit-eneolit əhalisi  ilə bağlamağın daha doğru ola-

cağını söyləməyə əsas verir. 

Keramikaya  və  ümumiyyətlə  maddi-mədəniyyətə  gəlincə 

isə,  bu  faktoru  etno-mədəni  birliyin  göstəricisi  hesab  etmək  ol-

maz.  Deyilənlərə  ən  gözəl  sübut  Qərbi  Azərbaycanda,  Arpaçay 

sahilində yerləşən adı ermənilər tərəfindən bütün dünyaya «Are-

ni-I mədəniyyəti» kimi tanıdılan eneolit-ilk tunc dövrünə aid Ar-

pa mağarısının sakinlərinin mədəniyyətini göstərmək olar.  

Dərələyəzdə,  Keşişkənddən  12  km  cənub-şərqdə,  Arpaçay 

vadisindəki Arpa (Araeni) kəndinin yaxınlığında yerləşən, sahə-

si  400 м² olan  Arpa (Areni 1)  mağarasında 2007-ci  ildən günü-

müzə  qədər  davam  edən  arxeoloji  tədqiqatlar  burada  V-IV  mi-

nilliklərdə  yaşayış  olduğunu,  mağara  sakinlərinin  maddi  mədə-

niyyət  baxımından  Kür-Araz  mədəniyyətinin  daşıyıcılarından, 

demək olar ki, fərqlənmədiyini üzə çıxarmışdır. Erməni, yəhudi, 

fransız və irland alimlərin birgə araşdırmaları nəticəsində mağa-

radan 11-16 yaşlarında olduğu zənn edilən üç qızın kəllə sümü-

yünə rast gəlinmişdir (Кореневский  C., 2010;  Smith A.,  Bago-

yan T., Gabrielyan I., Pinhasi R. & Gasparyan B., 2014, s. 233-

260;  Stapleton  L.,  Margaryan  L.,  Areshian  G.,  Pinhasi  R.  & 

Gasparyan  B.,  2014,  s.  219-232).  Həmin  kəllə  sümüklərinin 

DNT  analizləri  nəticəsində  onların  L1a  haplotipinin  daşıyıcısı 

olduğu məlum olmuşdur (İain Mathieson, et al., 2016).  

Mütəxəssislər qazıntı şəkildə tapılan ən qədim variantının Qaf-

qazdan əldə edilməsinə rəğmən, L haploqrupunu Hindistan mənşəli 

hesab edirlər. Genetika sahəsində tanınmış mütəxəssis Senqupta di-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə