Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə51/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   47   48   49   50   51   52   53   54   ...   154

 

152


isə 0,53 m olub. Kurqanın örtüyü daş qarışıq torpaqdan quraşdırıl-

mışdı. onun mərkəzində, 0,55 m dərinlikdə qəbir qazılmışdı. Qəbir 

kamerasının  döşəməsinə  nazik  lay  daşlar  döşənmişdi.  Daşlar  içə-

ridə qalanmış ocağın təsirindən kövrək hala düşmüşdü. Döşəmədə 

aşkar edilmiş kül qatı burada ocaq qalandığından xəbər verir. 

2  №-li  Sitalçay  kurqanının  diametri  8,5  m,  hündürlüyü  isə 

0,25-0,30 m-ə yaxın olub. Daş pilitələrdən inşa edilmiş qəbir ka-

merasının  uzunluğu  1,85  m,  eni  1,5  m,  dərinliyi  isə  0,8  m  idi. 

Kamerada  25-30  sm  qalınlığında  torpaq  və  kül  qatına  rast  gəli-

nib. Heç bir avadanlıq aşkar edilməyib. 

Diametri isə 9 m olan kromlexlə əhatələnmiş 5 №-li Sitalçay 

kurqanının öz diametri 22 m, hündürlüyü 0,80 m olub. Örtüyü daş 

qarışıq  torpaqdan  ibarət  idi.  Örtüyünün  mərkəzi  hissəsində  qəbir 

kamerası  aşkar  edilmişdir.  Kameranın  üstü  iri  sal  daşlarla 

örtülmüşdü.  Bu  daşlara  0,40  m  dərinlikdə  rast  gəlinmişdir.  Onlar 

hələ qədim zamanlarda qəbir qarət edilərkən yerindən oynadılmışd.  

Dərinliyi 0,70 m, uzunluğu 1,65 m, eni isə 0,80-85 m olan ka-

meranın  şimal-şərq  hissəsində  insana  məxsus  olduğu  düşünülən 

sümük fraqmentləri tapılmışdır. Onlar həddən artıq cürümüşdülər. 

6 №-li Sitalçay kurqanının dağılmış örtüyünün diametri 7,5 

m,  kromlexin  diametri  isə  3,7  m  idi.  Hündürlüyü  məlun  deyil. 

Kurqanın qəbir kamerası nazik lay daşlarla döşənmişdi. Kamera-

da 40 cm diametrində kül qatı aşkar edilib. Uzunluğu 2,1 m, eni 

isə  1,55m  olan  qəbirdə  arxeoloji  material  tapılmayıb  (Qoşqarlı 

Q. O., Əsədov V. A., Babayev T. D., 2012, s. 139-145). 

Kür-Araz mədəniyyətinin və ilk dövlətimizin qurulmasında 

iştirak etmiş protooğuz-qıpçaq soy və boylarının adlarını e.ə. III 

minilliyə  aid  qayaüstü  təsvirlərdəki  soy  və  boy  damğalarından 

öyrəndiyimiz  kimi,  eyni  mədəniyyətin  qurulmasında  bilavasitə 

iştirak etmiş digər prototürk soy və boylarının adını da eyni döv-

rə, eləcə də e.ə. II minilliyə aid mixi kitabələrdən öyrənə bilərik. 

Bu boylardan adına mixi mənbələrdə ilk rast gəlinənlərdən bi-

ri də suvar // subar boyudur. F. Ağasıoğlu haqlı olaraq yazır ki, ən 

qədim subarlar haqqındakı məlumatlara görə, onlar e. ə. lV-ll min-

illiklərdə  İkiçayarası  adlanan  ərazilərdə,  Fəratla  Dəclə  arasında 



 

153


yaşayırmışlar  «İkiçayarasına gələn  samilər  Akkad  şəhəri ətrafında 

güclənib  subarları daha  yuxarılara sıxışdırdılar.  Akkadlı Sarqonun 

(e.  ə.  XXlV  əsr)  yuxarı  subar  bölgələrinə  hücum  etməsi  barədə 

yazılar  qalmışdır.  Sarqonun  yaratdığı  sami  Akkad  dövləti  Şumer 

ölkəsini  də  ələ  keçirmişdi…  E.  ə.  ll  minilliyin  əvvəllərində  subar 

torpaqlarına  assurların  (aşşurların  –  B.T.)  ekspansiyası  gücləndi. 

Bu  vaxt İkiçayarasının  yuxarı  bölgələrinə sıxışdırılan  subarlar qu-

zey-doğudan  da  yeni  hurri  axınları  ilə  qarşılaşdı.  Beləliklə,  aşa-

ğıdan sami asur tayfalarının, yuxarıdan qafqazdilli huri tayfalarının 

arasında  qalan  subarlar  üç  qola  ayrıldı:  batı,  orta  və  doğu  qollar. 

Batı  subar  boyları  38-ci  parallel  boyunca  batıya  çəkilib  digər 

xalqların  içində  əridi,  həmin  parallel  boyunca  doğuya  çəkilənlər 

Urmu  hövzəsində  yerləşdi,  daha  sonra  xeyli  hissəsi  Sibir  və 

Türküstan tərəflərə miqrasiya etdi» (Ağasıoğlu, 2005, 155-156).  

Alimlərin  yazdığına  görə  «subar»  (Subur,  Subartu)  adının 

e.ə. təqribən 2200-cü illərdə Dəclə ilə Balıx çayları arasında qa-

lan  bütün  Messopatamiyada  işlədilməsi,  sonrakı  dövrlərdə  huri 

dilim  «Subar  dili»  kimi  adlandırılması,  e.ə.  II  minillikdə  adları 

«Subartu»  olan  erkən  dövrlər  hurilərinin  gerçəkdə  Quzey  Mes-

sopatamiyada yaşadığının ortaya qoyulması, hurilərin subarlarla 

eyniləşdirilməsinə səbəb olmuşdur. Ancaq nə ədəbi, nə də etnik 

anlamda  bu  eyniləşdirmənin  heç  bir  dəlili  tapılmamışdır 

(Veenhof K. R.,1982, s 147-160; Esma Öz, 2005, s. 40). 

Subarların  (suvarların)  bugünkü  birbaşa  varislərinin  çuvaş 

türkləri olduğu  məlumdur. Maraqlıdır ki, çuvaşların ulu babala-

rının Ön Asiya mənşəli olmaları, bir müddət hurilərin basqısı al-

tında  yaşamaları  onların  mənəvi  dünyasında  dərin  izlər  burax-

mışdır. Maraqlıdır ki, bu gün çuvaşlar arasında yayğın olan şəxs 

adlarının bir qismi qafqazdilli hurri adlarını təkrarlayan teomorf 

adlardır. Məsələn: 

Savuşka (çuv.)  – Şavuşka (hurrilərin  məhsuldarlıq və qələ-

bə ilahəsi); 

Tilə (çuv.) – Tilla (Hurrilərin şimşək tanrısı Tessobanın da-

na şəklində təsvir edilən oğlu); 




 

154


Urey  (çuv.)  –  Urey  (Misir-hurri  qoruyucu  ruhu.  İlan  kimi 

təsvir edilir); 

Şamakka  (çuv.)  –  Şemike  (Hurrilərdə  günəş  tanrısı)  və  s 

(Мадуров, 2004, s. 4). 

Tanınmış  çuvaş  etnoqrafı  D.  Madurov  “Çuvaşların  ənənəvi 

dekorotiv sənəti və bayramları” adlı  monoqrafiyasında (Мадуров, 

2004,  s.  4-5)  bildirir  ki,  çuvaşların  mədəniyyətində  Ön  Asiyanın 

qədim əkinçi xalqların tanrılarının izləri görünməkdədir. Məsələn;  

Tura // Tora (çuv.) – Tora (qədim Misir), Tara (hind). 

Amatura (Messopatamiya) – Ama Tura (çuv.) – tanrıların anası. 

Si  Duru  (Messopatamiyada  tanrıların  sahibəsi)  –  Si  Turri 

(çuv. tanrıların üzərində olan). 

Turtur (Mes. Tanrı Dumuzinin anası) – Tur Tur (çuv. Tanrı-

lar tanrısı) (Дмитриев, 1997, с. 137). 

Ereşkiqal (Messopatamiya. Ölüm dünyasının sahibi) – Esrel 

(çuv. Ölüm tanrısı). 

Tiamat  (Messopatamiya.  Yeraltı  dünyanın  şər  ruhlarından 

biri) – Xəyamat (çuv. Yeraltı dünyanın şər ruhlarından biri). 

Apsu  (Messopatamiya.  Yeraltı  şirinsulu  okean)  –  Ap  su 

(çuv. Şirin su). 

Soxmet (Misir, yandırıcı günəş və müharibə tanrıçası, tanrı 

Ptaxın qızı) – Sexmet (çuv. Müharibə tanrıçası. Çuvaş mifologi-

yasında  Messopatamiya  ikonoqrafiyasına  uyğun  olaraq,  aslan 

bədənli, qız başlı varlıq kimi təsvir edilir) (Мадуров, 2004, s. 4).  

Bu  uyğunluq  sistem  təşkil  etdiyindən  onu  qətiyyən  təsadüf 

saymaq  mümkün  deyil.  Üstəlik  də  qədim  mixi  yazılar  çuvaş 

türklərinin  əcdadları  hesab  edilən  suvarların  Ön  Asiyada,  daha 

dəqiq desək, Messopatamiyada, yəni İkiçayarasında yaşamış ol-

duqlarından soraq verir. 

Bu sırada adı mixi kitabələrdə turukku // turuk kimi çəkilən 

boyun da adını xüsusi vurğulamalıyıq. Bəzi mütəxəssislər bu bo-

yun  da  hurilərlə  bağlı  olduğunu  iddia  etmişlər  (Veenhof  K.  R., 

2001, s. 99). 

Türklərin adının Şərqi Anadolu və Azərbaycan sakinləri ki-

mi hələ eradan əvvəlki Akkad və Aşşur mixi yazılarında "turuk-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə