Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə67/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   63   64   65   66   67   68   69   70   ...   154

 

200


Karasuk  mədəniyyəti  haqqında  ilk  dəfə  Askiz  kəndi  yaxı-

nında aşkar edilmiş kurqanlarda qazıntılar aparmış İ. Kuznetsov-

Krasnoyarskiy  məlumat  vermişdir.  Onun  haqqında  məlumatın 

genişlənməsində  Tuba  çayı  hövzəsində  qazıntılar  aparmış  A. 

Adrianov  (1894),  eləcə  də  Xakas-Minusinsk  bölgəsindəki  beş 

məzarlıqda tədqiqatlar aparan S. Tepluxov və Abakanda bir çox 

kurqanın  tədqiqini  gerçəkləşdirən  S.  Kiselyovun  (1950)  əməyi 

böyük olmuşdur. Daha sonra bu işlə Krasnoyarsk arxeoloji eks-

pedisiyasının rəhbəri M. Qraznyov məşğul olmuş, elə o da Kara-

suk  mədəniyyətini  ayrıca  bir  mədəniyyət  kimi  təsnif  etmişdir 

(Членова Н. Л., 1964; Членова Н. Л., 1967). 

Alimlərin bir qismi Karasuk mədəniyyətini yerli mədəniyyət 

hesab edir və bildirirlər ki, o, Andronovo mədəniyyətinin birbaşa 

varisidir.  Bu  fikirdə  olanlar  içərisində  M.Qryaznova,  Q.Mak-

simenki,  Z.D.Xoa  və  başqalarının  adını  çəkmək  olar  (Кара-

сукская культура, 2008). S.Kiselyov, Q.Debets və s. sözügedən 

mədəniyyəti  Şərqi  Türküstanla,  V.Alekseyev  isə  Orta  Asiya  ilə 

əlaqələndirməyə  çalışırlar.  N.Çelnova  isə  bu  mədəniyyətin  daşı-

yıcılarının  Ön  Asiyadan  gəldiklərini  düşünməkdədir  (Новгоро-

дова Э.А., 1970; Членова Н.Л., 1964; Членова Н.Л., 1967).  

«Karasuklu»ların antropoloji tipi barədə də elmi ədəbiyyat-

da vahid fikir yoxdur. Məsələn, L. Qumilyov onların monqoloid 

olduğunu  iddia  etmiş,  mədəniyyətin  də  Şimali  Çin  ərazisindən 

gəlmiş  monqloid  köçərilər  tərəfindən  yaradıldığını  yazmışdır 

(Гумилев Л. Н., 1966, стр. 62-71). Onun bu fikrinin hansı fakta 

əsaslandığı məlum deyil. Fakt isə budur ki, sözügedən mədəniy-

yətin  daşıyıcıları  pamir-fərqanə  tipli  avropoidlər  olmuşlar.  Elə 

bu səbəbdən də bir sıra alimlər onların ketlərin əcdadları olduğu 

barədə fikir səsləndirmişlər. G. V. Drim isə onları irandilli buru-

şasların  əcdadı  hesab  etmişlər  (George  V.D.,  2001).  Əksəriyyət 

isə bu fikirdədir ki, «Karasuklu»lar «andronovolu»larla Mərkəzi 

Asiyanın  şərqindən  gələn  gəlmələrin  qarışığından  ibarət olmuş-

lar (Дремов В. А., 1990, c. 56-62). 

Aparılan  genetik  analizlər  yuxarıda  səsləndirilən  fikirlərin 

çoxunun heç bir ciddi əsası olmadığını göstərməkdədir. Belə ki, 



 

201


DNT  analizləri  üçün  dörd  müxtəlif  yerdən  götürülən  və  e.ə. 

1400-800-cü illərlə tarixləndirilən skeletlərdən  ikisinin  U5a1 və 

U4 mitoxondrial haploqruplarının və və R1a1 Y-xromosomunun 

daşıyıcısı olduğu məlum olmuşdur  

(Bouakaze C., Keyser C., Amory S., Crubézy E., Ludes B., 

2007, pp 493–499; Keyser Ch., 2009). Digər ikisindən biri R1a, 

ikincisi isə Q1a Y-xromosomuunun daşıyıcısı idi (Morten E. Al-

lentoft,  et  al.,  2015,  p.  167-172).  Beləliklə,  «Karasuklu»ların 

«Andronovolu»larla qohumluğu heç bir şübhə oyatmır. 

R1a haploqrupunun daşıyıcısı olan skeletlərin birindən əldə 

edilmiş genlərsə sözün əsil mənasında sensasiyaya səbəb olmuş-

dur.  Onun  (RISE495  Arban  1  karasuk)  R-S23592  (Z2124+ 

Z2125+  Z2122-  Z2123-)  haplotipinə  aid  olduğu  məlum  olmuş 

və  onda  müsbət  YP349  aşkar  edilmişdir.  Məlum  olmuşdur  ki, 

qırğız türklərinin təqribən yarısı onun nəslindəndir. Eyni zaman-

da  Karasuk  mədəniyyətini  qırğız  türklərinin  ulu  babalarının  ya-

ratdığı, qırğızların indi yaşadıqları ərazilərə Avropadan, Avropa-

ya isə Ön Asiya və Qafqazdan gəldikləri də beləcə üzə çıxmışdır 

(Morten E. Allentoft, et al., 2015, p. 167-172).  

 

Son tunc və erkən dəmir dövrlərində Anadolu və  



Qafqazda yaşamış türk boyları 

Son tunc və erkən dəmir dövrlərində Anadolu və Qafqazda 

yaşadıqları yazılı mənbələrdən məlum olan türk boyları içərisin-

də kuman, qarqar, myuten-matien və qaşqayların adını ilk sırada 

çəkmək lazımdır. Bunlardan kumanların adının qədim mənbələr-

də (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə “kumen” kimi 

çəkildiyini diqqətə çatdıran Y.Yusifov yazır ki, bu etnonim «ku» 

(qu quşu) kökündən və türk dillərində etnik ad düzəldən “-man” 

(-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı 

türk  adı  olmaqla  “sarımtıl,  ağımtıl”  mənasını  daşıyırdı  (Azər-

baycan tarixi, 1994, s. 83). 

Kumanlar.  Bu  türk  boyunun  adına  Tukulti-Ninurta  (e.ə. 

XIII əsr), I Tiqlatpalasar (e.ə. 1115-1077-ci illər), II Adadnerari 

(e.ə. 911-990-cı illər) Sinnaxerib (e.ə. 705-681) kimi Assur şah-



 

202


larının  kitabələrində  rast  gəlinməkdədir.  Bu  kitabələrdə  əsasən 

aşşurların  kumanlarla  apardıqları  savaşlardan  söhbət  açılır.  I 

Tiqlapalsarın (e.ə. 1115-1077) kitabəsində yazılanlardan kuman-

ların  hökndara,  deməli  həm  də  öz  dövlətlərinə  sahib  olduqları 

məlum olur: «(V,73)Kumanların ordusu gerçəkdən Musru ölkə-

sinin köməyinə çıxdı… (V.82) Bu zaman Musru ölkəsinə kömə-

yə çıxmağı qət etmiş kumanların  hamısı  savaşın  baş tutması  və 

mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər et-

dilər…(Vl.22)…Kumanların  mənim  güclü  döyüş  təzyiqimdən 

qorxuya  düşən  hökmdarı  ayaqlarımı  qucaqladı…  (38.№10)» 

(Дьяконов. 1951, №№ 10, 14, 20, 21). 

M.Frangipanenin yazdığına görə, Arslantəpə tunc dövrünün 

sonlarında  kumanların  paytaxtına  çevrilmişdi  (Frangipane  M., 

2014, p. 169-182). Bu o deməkdir ki, kumanlar e.ə. II minilliyin 

sonlarında  Arslantəpəni  hetlərdən  təmizləmiş  və  şəhərə  hakim 

olaraq, onu özlərinə paytaxt etmişdilər.  

F.Ağasıoğlu bildirir ki, «Kuman» toponimi Assur mənbələ-

rində «Kamannu», Urartu mənbələrində «Qaman», het mənbələ-

rində  isə  «Kumanni»,  «Kumaneşmax»  kimi  qeyd  edilmişdir. 

Alimin sözlərinə görə, bu halda söhbət Türkiyənin Malatya böl-

gəsindən getməlidir (Ağasıoğlu 2005, s. 45).  

Uratu  mənbələrində  «Kumenu»  şəhərindən  söz  açıldığını 

dilə  gətirən  Melikaşvili  də  təqribən  eyni  fikri  sərgiləyərək,  bu 

şəhəri Van gölü çevrəsində axtarmaq lazım olduğunu yazmışdır 

(Меликашвили 1960, № 28). 

Uratu  mənbələrində  Göyçə  gölü  ətrafında  yaşayan  kuman-

lardan da söhbət açılmaqdadır (Мещанинов 1978, c. 358, 375). 

Maraqlıdır ki, kumanların eranın ilk əsrlərində hələ də Ana-

doluda  yaşadıqlarını  Ptolomeyin  yazdıqlarından  öyrənmiş  olu-

ruq. Belə ki, həmin müəllif öz əsərində Kappadokiya ərazisində 

yaşayan kumanlardan söz açmışdır (Арутюнян 1985, c. 101).  

Fikrimizcə,  XX  əsrin  sonlarında  Van  gölünün  şimalında, 

Əhlat şəhəri  yaxınlarındakı Nurəddin kəndində, eləcə də  Doğu-

bəyazidin  şimal-qərbindəki  Sulucemdə  aşkar  edilmiş  kurqanlar 

bilavasitə kumanların yadigarlarıdırlar. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə