Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim


Mineral resursları və onlardan səmərəli istifadə edilməsi



Yüklə 14,96 Mb.
səhifə4/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji

 Mineral resursları və onlardan səmərəli istifadə edilməsi.
  • Bəşəriyyətin sosial-maddi mədəniyyətinin inkişafında faydalı qazıntıların əhəmiyyəti olduqca böyükdür. Faydalı qazıntılar, demək olar ki, sənayenin, maddi-texniki tərəqinin və dövlətin qüdrətinin əsasını təşkil edir. İnsanların bu və ya digər materiallara olan ehtiyacları əsasən faydalı qazıntılar hesabına ödənilir. Bu resurslar böyük bir varlıq olub, insanlar tərəfindən geniş istifadə edilir. Dünyada mədən sənayesinin inkişafı çox qədim tarixə malikdir. Məsələn, eramızdan 12 min il əvvəl qızılın, 6-4 min il əvvəl neftin istifadəsi məlum idi. Yanacaq xammal qrupuna aid olan neft, təbii qaz, torf, kömür, yanar şistlər isə demək olar ki, məişətimizin bütün sahələrində istifadə olunur.
  • İnsanların bu və ya digər məqsədlə istifadə etdikləri təbii ehtiyatlar mənşələrinə görə iki qrupa ayrılır: üzvi və mineral maddələr. Mineral maddələr
  • bərpa olunmayan təbii ehtiyatlara aid olub, yalnız bir dəfə, müstəsna hallarda təkrar istifadə olunur. Mineral maddələrin bəşəriyyətin bütün inkişaf tarixi boyu istifadəsinə böyük ehtiyac vardır, çünki mineral maddələr sənaye üçün əsas xammaldır. Onlardan təsərrüfatın digər sahələrində də istifadə olunur. Bəzi mineral maddələr insan orqanizmi üçün hava və su kimi vacibdir. Məsələn,xörək duzu və onun tərkibindəki natrium və xlor, mis, kobalt, kalsium, fosfor və s. elementlər insan orqanizmi üçün ən vacib mineral maddələrdir. Mineral yanacaq və metallar sənayenin inkişafinı, ölkənin iqtisadi potensialını müəyyən edən sərvətlərdir.
  • Faydalı qazıntılar əsasən litosferin dağ süxurlarından əldə edilir. 3000-ə yaxın mineral növü məlumdur. Bunun 30-u daha çox istifadə olunur. Hər il təxminən 50 ədəd yeni mineral növləri aşkar edilir. Bizim əsrimiz isə nadir metallar əsridir. Kosmosun fəthi, planetlərarası kosmik raketlərin buraxılması, elmi-tədqiqat və qitələrarası rabitə məqsədilə buraxılan külli miqdarda süni peyklər nadir metalların tətbiqinin əyani ifadəsidir. Mitium, berillium, sirkon, tantal, qallium və s. nadir elementlər bu günün və gələcəyin metallarıdır. Nadir metalların qara (demir, manqan, xrom), əlvan (mis, sink, qurğuşun, kobalt və s.) nəcib (qızıl, gümüş, platonoidlər), yüngül (alüminium və maqnezium) metallarla qatışığından yaranmış xəlitələr müasir sənayenin əsasını təşkil edir
  • Qeyri-filiz faydalı qazıntılar – müxtəlif inşaat, bəzən, texniki və məmulat daşları, neft, daş kömür, duz və su insan həyatında bilavasitə iştirak edirlər. Yaşayış evlərinin, sənaye və mədəniyyət binalarının tikintisində əhəng daşlarından, qranitdən, bazaltdan, vulkan şüşələrindən və təbiətdə geniş yayılmış digər süxurlardan istifadə edilir. Bəzək əşyaları kimi tətbiqolunan almaz, zümrüd, ləl, sapfır və s. qimətli və rəngli daşlarda faydalı qazıntıların müəyyən növləridir.
  • Gündəlik işlətdiyimiz adi duzu da bizə təbiət verir. Müəyyən növ sulardan yod və brom kimi vacib elementlər əldə edilir. Suyun özü hidromineral xammaldır.
  • Məlumdur ki, neftsiz və daş kömürsüz müasir həyat mümkün deyildir. Gələcəyin enerji xammalı isə radioaktiv elementlərlə zəngin filizlərdir. Respublikamız ərazicə o qədər böyük deyil, lakin faydalı qazıntılarla çox zəngindir. Respublikamızda qara, əlvan, sərbəst, yüngül və nadir metalların inşaat və məmulat daşları alunit, daş duzu, barıt və gips yataqları, habelə mineral, termal və sənaye əhəmiyyətlə su sahələri mövcuddur. Daşkəsənin dəmiri və aluniti, Balakən-Zaqatala-Şəki zonasının sinki, qurğuşunu və misi, Çıraq dərəsinin və Gədəbəyin mis və kükürd kolçedanı, Naxçıvanın duzu, Kəlbəcər və Laçının civəsi, Qaradağın əhəngdaşı, Talışın dənizkənarı titanlı maqnetit qumları, Abşeron yarımadası və Kür-Araz düzənliyinin yodlu-bromlu suları və inşaat materialları və bir çox başqa mineral xammal mənbələri böyük sənaye-iqtisadi əhəmiyyətə malikdir.
  • Faydalı qazıntıların axtarışı, kəşfiyyat və sonrakı istismarı zamanı ətraf mühitin mühafizəsinə fikir verilməlidir. Açıq üsulla faydalı qazıntı yataqlarının istismarı bir tərəfdən ucuz başa gəlsə də, digər tərəfdən torpağın məhsuldarlığını azaldır, relyefin dəyişməsinə - eroziyaya uğramasına səbəb olur
  • Zərərli qarışıqların çıxarılma texnologiyası işlədilmədikdə yataqətrafı sahədə su və bitki aləminin cüzi də olsa zəhərlənməsi hadisəsi baş verir. Bu isə bitki ilə qidalanan heyvanat aləminin xəstələnməsi ilə nəticələnə bilər. Geoloqların axtarış kəşfıyyat işləri zamanı qazdıqları quyu və xəndəklər torpağın üst məhsuldar qatına zərər verir. Hazırda geoloji işlərin layihələri tərtib olunarkən torpağın rekultivasiyası və ətraf mühitin mühafızəsi üçün tədbir görülməlidir.
  • Elm və texnikanın yüksək inkişafına baxmayaraq cəmiyyətin tələbatını tam ödəyə bilən yer təkinin resursları hələ ətraflı öyrənilməmişir. Təbii resursların öyrənilməsi və istifadəsi müxtəlif formada aparılır. Bu da həmin ölkələrin nə dərəcədə inkişaf etməsindən asılıdır. Qabaqcıl inkişaf etmiş ölkələrdə təbii resurslar daha yaxşı öyrənilmişdir. Bəzi dövlətlər (ABŞ, İngiltərə, habelə Avropanın bir çox dövlətləri və s.) öz koloniyalarının sərvətlərindən vəhşicəsinə, heç bir hesabat aparmadan istifadə edirlər. 
  • Neft və başqa yanacaq ehtiyatlarının miqdarı hələlik sabit deyildir, çünki yeni-yeni ehtiyat mənbələri tapılır. Məsələn, ABŞ-da, Afrikada, Rusiyada (Şərqi Sibir) və digər ölkələrdə yeni neft yataqları tapılmışdır. Bununla belə kəşf olunmuş yeni neft yataqları insan cəmiyyətini yalnız 50-60 il təmin edə bilər. Proqnoza görə dünyada qaz ehtiyatı 110 trilyon m3-dir. Bunun da əsas hissəsi Rusiyada, Türkmənistanda, ABŞ və İrandadır. ABŞ-ın daş kömür ehtiyatı onu 650 il təmin edə bilər. Rusiyada isə kömür ehtiyatı 1000 il bəsdir. 
  • Qeyd etmək lazımdır ki, təbii sərvətlərin təsərrüfatsızlıqla istifadə edilməsinə qəti yol verilməməlidir. Təssüf ki, belə hallar hələlik vardır. Bəzən mədənlərdə qazıntıların içərisində olan yalnız bir mineraldan istifadə edilir, qalanı isə texnoloji proseslərin təkmilləşməsi səbəbindən tullanılır. Neftin alınma əmsalının aşağı olması, daş kömür istehsalında xeyli kömür itkisi (nəqliyyatla daşımada, şaxtada və s.) qurğuşun, sink istehsalında milyon tonlarla tullantı, benzin və gübrələrin daşınmasında, istifadəsində olan itki və digər hallar təsərrüfatsızlığın, habelə texnoloji proseslərin təkmilləşməməsinin əlamətləridir. Aparılan təhlillərdən aydın olur ki, iqtisadiyyatın və təbiətin qarşılıqlı əlaqəsi nəticəsində istehsal üçün əlverişli şərait yaranır. İstehsalın bu sahəsi bilavasitə elmi-texniki tərəqqi (ETT) ilə bağlı olub, istehsalın texnoloji inkişafına şərait yaradır. İstehsalın təşkili prosesində təkrar xammal, materiallar ilə yanaşı, iqtisadi qiymətləndirmədə onlara sərf olunan texniki, iqtisadi, mühafizə və maliyyə xərcləri nəzərə alınmalıdır. Bu cür yanaşma xammallardan alınan əmtəəlik və hazır məhsulların həcmini, iqtisadi əhəmiyyətini müəyyən etmək üçün əlverişli şərait yaradır.


Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə