L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə142/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   227
Muteherrik ve eylenceli oyunlar

Yoxlama – test sualları 
 
 
1.Sinifdən və məktəbdənxaric fiziki tərbiyə işlərinin məqsədi 
nədir? 
2.Ümumi fiziki hazırlıq qruplarının təşkili qaydaları hansılardır? 
3.İdman bölmələrinin təşkili və keçirilməsi metodikasının 
mahiyyəti nədən ibarətdir? 
4.Fərdi məşğələnin təşkili metodikasını göstərin. 
5.İdman yarışlarının təşkili və keçirilməsi qaydalarını göstərin. 
6.Uşaq-gənclər idman məktəblərində fiziki tərbiyə və idmanın 
başlıca mahiyyəti nədir? 


235 
7.Uşaq yaradıcılıq birliyi, mədəniyyət evlərində və istirahət 
ocaqlarında fiziki tərbiyənin təşkili qaydalarını göstərin. 
8.Mənzil-istismar sahələrində və bələdiyyə idarələrində fiziki 
tərbiyə əsasən nə ilə xarakterizə olunur? 
9.Gəzinti və ekskursiyaların təşkili və keçirilməsinin mühüm 
metodiki xüsusiyyətlərini göstərin. 
Yaradıcılıq işi üçün təxmini mövzular 
 
1.Fiziki tərbiyə üzrə sinifdənxaric işlərin məzmunu və təşkili. 
2.Fiziki tərbiyə üzrə məktəbdənxaric tədbirlərin məzmunu və 
təşkili. 
3.Gəzinti və ekskursiyaların təşkili və keçirilməsi. 
4.Məktəbdə idman yarışlarının təşkili. 
2.3. Ümumməktəb bədən tərbiyəsi – sağlamlıq və kütləvi 
idman tədbirləri 
 
Ümumməktəb sağlamlıq günləri 
 
V – VIII siniflər 
 
Məktəbyaşlı uşaqlarla sağlamlıq günlərinin səmərəliliyi onun il 
ərzində düzgün təşkili ilə sıx əlaqədardır. Bədən tərbiyəsi-sağlamlıq 
günlərinin keçirilməsi planı dərs ilinin əvvəlində tutulmalıdır. 
Sağlamlıq günləri ümumməktəb tədbiri olduğu üçün o, təlim – tərbiyə 
işləri üzrə direktor müavini, şagird təşkilatı və bədən tərbiyəsi 
müəlliminin iştirakı ilə hazırlanmalı, bədən tərbiyəsi şurasının və 
pedaqoji şuranın iclasında müzakirə edilərək təsdiq olunmalıdır. 
Sağlamlıq günü məktəbin idman balansından, siniflərin 
sayından və müəllimlərin asudə vaxtlarından asılı olaraq bir gündə və 
yaxud iki gün müddətində keçirilə bilər. Sağlamlıq gününü I – IV 
siniflərdə birinci gün, V – XI siniflərdə isə ikinci gün təşkil etmək 
əlverişlidir. 


236 
Ümumməktəb sağlamlıq gününün faydalı olmasında illik 
planlaşdırma ilə yanaşı, proqramın düzgün tərtibinə də xüsusi diqqət 
vermək vacibdir. Proqram əvvəlcə pedaqoji şurada və ya müəllimlərin 
istehsalat müşavirəsində müzakirə olunaraq təsdiq edilməlidir. 
Bundan sonra qərargahın yığıncaqlarında, şagird təşkilatında, bədən 
tərbiyəsi kollektivinin şurasında müzakirə olunur. Qərargah üzvləri 
yarışın hakimlərini və hər idman növü üzrə proqramın həyata 
keçirilməsinə məsul şəxsi müəyyənləşdirirlər. Məktəb fəalları lazım 
olan ləvazimat və avadanlıqları hazırlayırlar. Yarışa bir həftə qalmış 
idman proqramı aydın və gözəl xətlə yazılıb, məktəbin mərkəzi 
yerlərindən asılır. Əlavə olaraq ictimai təşkilatların və manqaların 
başçılarını toplayıb, proqramla onları tanış edir, ayrı – ayrı siniflərdə 
iclas keçirir, işin mahiyyətini onlara izah edir, çətinliklər və onların 
aradan qaldırılması yollarını müəyyənləşdirirlər. Siniflər üzrə hər bir 
idman növünə cavabdeh olan şagirdlər müəyyənləşdirilir, qarşıda 
duran vəzifələr konkretləşdirilir. 
Qeyd etmək lazımdır ki, bədən tərbiyəsi müəllimləri bu 
məsələlərdə daha təşəbbüskar və fəal olmalıdır. Sağlamlıq günlərinin 
maraqlı təşkili və keçirilməsi bilavasitə bədən tərbiyəsi 
müəllimlərindən asılıdır. Onların da xüsusi planlarının olması vacibdir. 
Bu plana, ilk növbədə, qərargah üzvlərinə göstəriləcək əməli tədbirlər 
daxil edilməlidir. Bura yarışa hazırlıqla bağlı məşqlərin təşkili, 
həkimlərlə seminarların keçirilməsi, alət və avadanlıqların 
hazırlanması, çatışmayan idman ləvazimatlarının əldə edilməsi kimi 
məsələlər daxildir. 
Şəhər ətrafında təşkil edilən sağlamlıq günlərinin keçirilməsinə 
daha ciddi hazırlaşmaq lazımdır. Sağlamlıq günü marşrutu ilə tanışlıq 
ön plana çəkilməlidir. Sinif müəllimləri, yarışın təşkilatçıları və sinif 
fəalları yarışdan bir neçə gün qabaq yarış keçiriləcək yer ilə tanış 
olmalıdırlar. Yarış yerinə getmək üçün daha qısa və əlverişli marşrut 
seçilməlidir. Yarışın təşkili və keçirilməsinə kömək göstərmək üçün 
valideynlərin və hami təşkilatların qüvvəsindən istifadə etmək 
məsləhətdir. 
Kütləvi idman–sağlamlıq yarışlarında iştirak edən şagirdlərin 
həkimdən icazəsi olmalıdır. Məktəb həkiminin həmin tədbirdə 
əvvəldən axıra qədər iştirakı vacibdir. Yarışların şagirdlər tərəfindən 
izlənilməsinə də diqqət yetirmək faydalıdır. Yəni, hər hansı bir sinif 
yarışarkən, o biri sinfin yarışın gedişini izləməsi təşkil olunmalıdır. 


237 
Yarışda şagirdlərə sərbəstlik verilməlidir. Lakin nəzarət də 
unudulmamalıdır. Yarış təşkilatçıları yürüş və ekskursiyalar dövründə 
hərəkət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə səylə 
çalışmalıdırlar. Yürüş və ətraf yerlərə ekskursiyalardan əvvəl şagirdlər 
müəyyən edilmiş yerə toplaşmalı, təşkilati qaydada lazımi istiqamətdə 
hərəkət etməlidirlər. 
Dəniz sahilində keçirilən sağlamlıq günlərində uşaqlar yalnız 
həkimin və müəllimin icazəsi ilə suda çimə bilərlər. Bu vaxt 
təhlükəsizlik tam təmin edilməlidir. Təhlükəli yerlərə bayraqlar 
basdırılmalı və müəllimlər uşaqların bayraqcığı keçməsinə icazə 
verməməlidirlər. Belə bayramlarda xilasedici dəstələr növbə 
çəkməlidir. 
Yarış qurtardıqdan sonra sinif müəllimləri və rəhbərləri uşaqları 
sayır, nizamla geri qayıdırlar. 
Bir neçə gündən sonra sağlamlıq gününün yekununa həsr edilmiş 
ümumməktəb yığıncaqları keçirilir, yüksək nəticə göstərmiş sinfin 
uşaqları mükafatlandırılır. Sağlamlıq gününə dair fotosərgilər 
hazırlanır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə