237
Yarışda şagirdlərə sərbəstlik verilməlidir. Lakin nəzarət də
unudulmamalıdır. Yarış təşkilatçıları yürüş və ekskursiyalar dövründə
hərəkət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə səylə
çalışmalıdırlar. Yürüş və ətraf yerlərə ekskursiyalardan əvvəl şagirdlər
müəyyən edilmiş yerə toplaşmalı, təşkilati qaydada lazımi istiqamətdə
hərəkət etməlidirlər.
Dəniz sahilində keçirilən sağlamlıq günlərində uşaqlar yalnız
həkimin və müəllimin icazəsi ilə suda çimə bilərlər. Bu vaxt
təhlükəsizlik tam təmin edilməlidir. Təhlükəli yerlərə bayraqlar
basdırılmalı və müəllimlər uşaqların bayraqcığı keçməsinə icazə
verməməlidirlər. Belə bayramlarda xilasedici dəstələr növbə
çəkməlidir.
Yarış qurtardıqdan sonra sinif müəllimləri və rəhbərləri uşaqları
sayır, nizamla geri qayıdırlar.
Bir neçə gündən sonra sağlamlıq gününün yekununa həsr edilmiş
ümumməktəb yığıncaqları keçirilir, yüksək nəticə göstərmiş sinfin
uşaqları mükafatlandırılır. Sağlamlıq gününə dair fotosərgilər
hazırlanır.
Dostları ilə paylaş: