istehsal funksiyası” məqaləsində əks etdirmişdir. Neoklassik
məktəbin nəzəriyyəçiləri özlərinin iqtisadi artım modellərini
amerika riyaziyyatçı alimi Ç.Kobb və iqtisadçı P.Duqlasın birlikdə
işlədiyi istehsal funksiyasının əsasında işləmişdilər.
Kobb-Duqlas istehsal funksiyasının köməyilə ABŞ-ın
1899-1922-ci illər ərzində emal sənayesində istehsalm həcminin
artım hesabat indeksləri hesablanmışdır. Bu indekslər kifayət qədər
məhsulun faktiki artım indekslərinə yaxın idi. Bu təhlildə ən başlıca
anı əmək və kapitalın istifadəsinin intensivliyinin və səmərəliliyinin
dəyişilməzliyi haqqında fikir təşkil edirdi. Belə məhsuliyyət
iqtisadiyyatın ekstensiv inkişafına uyğun idi. Bununla belə, o
dövrlərdə faktlar göstərirdi ki, XX əsrdə inkişaf etmiş ölkələrdə
istehsal faktorlanmn xərclərinə nisbətən ictimai məhsulun artımı
daha yüksək idi. Bu o demək idi ki, kapitalın və işlək əhalinin
sayının artımı iqtisadi artımın əsası olmaq kimi fikir öz əhəmiyyətini
itirirdi. Bu halda əsas rol texniki tərəqqiyə məxsusdur.
Solounun hesablamalanna görə, XX əsrin ortalarında texniki
tərəqqinin iqtisadi artımda rolu 85%-i ötürdü, yerdə qalanı məşğul
olanların sayının və investisiyaların həcminin artımının payına
düşürdü. İqtisadi artımda nisbətən sərbəst faktor kimi te.xniki
tərəqqi göstəricisi Solou tərəfindən ilk dəfə onun yuxanda qeyd
edilən işində öz əksini tapmışdır. İstehsalda təsir edən bütün
keyfiyyət dəyişiklikləri kimi texniki tərəqqi göstəricisi zamanın
funksiyası kimi təqdim olunurdu.
Solounun tədqiqatından sonra neoklassik nəzəriyyə fikrini
əsasən əsas artım faktorlarına yönəltdi.
Bu problemin həllində vacib
yerlərdən biri də amerika iqtisadçısı E.Denisona məxsus idi. O
özünün “İqtisadi artımın mənbələri və onun qarşısında duran
alternativlər” (1962) işində istehsal olunan məhsulun həcminin həm
əmək tərəfdən və həm
də istehsal vasitələri