L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

Veblen bu əsərində “biznes sistemini” ittiham edir. Guya ki, 
istehsal  sistemi  mənfəət  əldə  etmək  məqsədinə  qulluq  edir. 
Korporasiyaların  mənfəət  ardınca  qaçması  ölkənin  sərvətindən 
yırtıcıhqla  istifadə  etməyə  gətirib  çıxarır  ki,  bu  da  ictimai 
mənafelərdə ziddiyyət törədir. 
Xüsusi 
bir 
metodoloji 
prinsip 
institusionalizmin 
nümayəndələrini  birləşdirir:  siyasi  iqtisadın  predmetinin  geniş 
mənada  izah  edilməsi,  yəni  fənlərarası  yanaşma.  Onlann  praktiki 
tövsiyələri  də  eyniyyət  təşkil  edir.  Belə  bir  yanaşma  kapitalist 
iqtisadij'yatı  üzərində  “sosial  nəzarətin”  olmasını  tələb  etmək 
deməkdir. 
“Fənlərarası yanaşma” dedikdə institusionalizm onu nəzərdə 
tutur ki, qeyri - iqtisadi hadisələr hesabına iqtisadi nəzəriyyə geniş 
mənada  izah  edilsin.  Bu  konsepsiya  C.  Kommonsun  əsərlərində 
xüsusi yer tuturdu. 
C.  Kommons  Amerika  fəhlə  sinfinin  hərəkatımn  tarixini, 
həmkarlar  ittifaqlarının  yaranmasını,  Amerika  məhkəmə  üsulunu 
yazmışdır. 
C.  Kommons  mülkiyyətin  iqtisadi  məzmununu  açmaq 
əvəzinə  mülkiyyəti  hüquqi  münasibətlər  əsasında  tədqiq  edirdi. 
Əmək və kapital arasında olan ziddiyyətli hadisələri öyrənərkən C. 
Kommons  iqtisadiyyat  üzərində  hüquqi  münasibətlərə  üstünlük 
verirdi. 
C.Kommons  işsizliyin  dövlət  sığortası  üzrə  ilk  qanununun 
hazırlanmasında  yaxından  iştirak  etmişdir.  Onun  konsepsiyasının 
xülasəsi bundan ibarət idi ki, burjua dövləti kapitalist iqtisadiyyatına 
nəzarət etməli və onu tənzimləməlidir. 
Dövlətin  iqtisadi  proseslərə  nüfuzunun  artması  barədə 
C.Kommonsun əldə etdiyi nəticələr “inzibati kapitalizm” dövrünün 
real şəraitinə tam uyğun gəlirdi. Lakin dövlətin iqtisadi məsələlərə 
qanşmasının tam mahiyyətini C.Kommons tələb 


olunan  səviy>'ədə  işıqlandıra  bilmirdi.  Ona  görə  do,  hökumət 
komissiyası  yarana  biləcək  bütün  ziddij'yətlori  həll  etmək 
qabiliyyətinə malikdir. 
Burjua dövlətinin “sosial nəzarət” rolunu oynamasının digər 
variantını  irəli  sürən  “institusionalizm”  nümayəndəsi  U.Mitçell 
olmuşdur.  O.  siyasi  iqtisadın  predmetini  və  qarşısında  duran 
vəzifələri  haqqında  bir  çox  fikirlər  irəli  sürmüşdür.  U.Mitçell 
insanlann iqtisadi davranışının psixoloji qanunauyğunluqları barədə 
də maraqlanırdı. 
Mitçellin iqtisadi konsepsiyasında “pul təsərrüfatı institutu” 
nəzəriyyəsi  xüsusi  yer  tutur.  Mitçellə  görə,  cəmiyyətlərdə  pul 
müstəqil  rol  oynayır  və  iqtisadi  fəaliy>'ətin  əsas  hərəkətverici 
qüvvəsidir.  Belə  bir  konsepsiyanı  irəli  sürən  Mitçell  iqtisadi 
nəzəriyyənin qarşısında duran vəzifələri formalaşdıraraq qeyd edirdi 
ki,  pul  iqtisadi  nəzəriyyənin  köküdür,  iqtisadi  nəzəriyyə  isə  pul 
tədavülü ilə insanlann davranışı arasında olan əlaqələri öyrənir. 
U.Mitçell  də  digər  institusionistlər  kimi  dövlətin 
iqtisadiyyata nüfuz etməsini dəstəkləyirdi. Bu məqsədlə də, dövlətin 
kapitalist  iqtisadiyyatına  “sosial  nəzarət”  etməsi  üçün  bir  neçə 
variant irəli sürmüşdü. Məsələn, o da 1923-cü ildə işsizlik haqqında 
dövlət  sığorta  sisteminin  yaradılmasını  irəli  sürmüşdü.  Bu  o  dövr 
üçün radikal və cəsarətli bir hal idi. 
İlk  dəfə  olaraq  Mitçell  kapitalist  “planlaşdırmasının” 
zəruriliyini  irəli  süımüşdü.  O  göstərirdi  ki,  “planlaşma” 
kapitalizmdə daimi və ardıcıl həyata keçirilməlidir. Bu məqsədlə də 
o, xüsusi dövlət orqanının yaradılmasını təklif edirdi. 
1932-ci 
ildə  A.Berlinin  və  Q.Minzinin  “Müasir 
korporasiyalar  və  xüsusi  mülkiyyət”  kitabı  nəşr  edildi.  Kitab 
bütövlükdə Veblenin ideyaları əsasında yazılmışdı. Kitabda sənaye 
korporasiyalannm rolu və yeri tədqiq edilirdi. Müəlliflər həmin 
77 


kitabda  koqıorasiyalann  strukturu,  mülkiyyətin  bilavasitə  istehsalı 
idarə edənlərdən ayn düşməsi məsələlərini təhlil edilmişdir. Statistik 
faktlar  əsasında  Berli  və  Minz  sübut  edirdilər  ki,  ABŞ 
iqtisadiyyatında  iri  korporasiyalann  rolu  artır,  istehsal  və  kapital 
yüksək sürətlə mərkəzləşir və təmərküzləşir. 
Bununla belə,  Berli və  Minz lazımi səviyyədə kapitalist  in- 
hisarlannın fəaliyyətinin müəyyən cəhətlərini də tənqid edirdilər. 
Məşhur  Amerika  iqtisadçısı  və  sosioloqu  S.Çeyza  özünün 
“Texnokratiya”(1933)  kitabında  yazırdı  ki,  iqtisadiyyatda 
proletariatın  əhəmiyyəti  azalır.  Veblen  sayağı  qeyd  edirdi  ki, 
proletariatın  üstünlüyü  zəifləyir,  gələcək  cəmiyyətdə  texniki  - 
mühəndis ziyalıları çox da mühüm rol oynamayacaqlar. 
“Böyük depressiya” dövründə institusionalistlərin ideyalarına 
ABŞ  dövlət  xadimləri  də,  o  cümlədən  Ruzvelt  riayət  edirdi. 
Depressiyaya  qarşı  mübarizədə  A.Berli,  Q.Minz,  R.Taqvcll 
hökümətin  tədbirlərində  yaxından  iştirak  etmiş  və  böhranlar 
əleyhinə  bir  çox  proqramlar  işləyib  hazırlamışlar.  Məsələn, 
prezident  Ruzveltin  “beyinlər  tresti”  proqramına  Minz  daxil 
edilmişdi.  O,  ABŞ  milli  resursları  sənaye  bölməsi  komitəsinin 
direktom  idi.  Sonralar  Minz  milli  resurslann  planlı  idarə  olunması 
idarəsinin məsləhətçisi olmuşdu. 
6.3.
 
İnstitusional baxışlarda qeyri-müvazinətli bazar 
problemi və dövlətin iqtisadi rolunun qiymətləndirilməsi 
Yeni  klassik  məktəb  nəzəriyyəsinin  əsasını  təkmil  rəqabət 
nəticəsində 
yaranan 
qiymətlər 
mexanizminin 
yaratdığı 
müvazinətlilik konsepsiyası təşkil edir. Lakin real həyatda baş verən 
iqtisadi  hadisələr  və  proseslər  tələb  edirdi  ki,  iqtisadi  fikirlər 
sistemində  yeni  konsepsiyalar  yaradılsın.  Elə  bir  nəzəriyyə  tələb 
olunurdu ki, bu nəzəriyyə bazar sisteminin 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə