və azad mübadiləni əsas sayırdı. O, azad rəqabət vasitəsilə bazarın
daim fasiləsiz fəaliyyət göstənnəsi üçün dövlətin müəyyən qanunlar
çərçivəsində fəaliyj'ətini, xüsusi sahibkarlığın stimullaşdırıcı rolunu
qəbul edirdi.
5.3,
Alman neoliberlaizmi.V.Oykenin “Təsərrüfatın tipləri” və
“Sosial bazar təsərrüfatı” nəzəriyyələri
Neoliberalizmin ideyaları, Qərbi Almaniyada Adenaur-Er-
xard hakimiyyəti dövründə praktiki olaraq həyata keçmişdir.
Neoliberalizmin görkəmli nümayəndələrindən olan V.Oyken
tərəfindən işlənib hazırlanmış sosial bazar təsərrüfatı modeli (azad
bazar və sosial bərabərlik) iqtisadi siyasətdə daha bir görkəmli
neoliberalist L.Erxard tərəfindən həyata keçirilmiş və müsbət
nəticələr vermişdir.
Neoliberalizm ilk olaraq klassik formada Qərbi Almaniyada
“Ordoliberalizm” cərəyanı kimi meydana gəlmiş və Frayburq
məktəbi adı altında fəaliyyət göstərmişdir. İlkin nümayəndələri
alman iqtisadçılan V.Repke, A.Ryustov, V.Oyken, L.Erxard,
X.Qraman-Dert, L.Miki, K.Qestrix, F.Luts və s. olmuşdur.
Frayburq məktəbinin nəzəriyyəçiləri özlərini ordoliberallar
(üçüncü yol tərəfdarları) adlandırmışlar. Onlar azad rəqabətə, azad
bazar təsərrüfatına, ümumi metodologiyaya malik olan xüsusi
mülkiyyətə müsbət mövqedən yanaşmışlar. Azad əmtəə
təsərrüfatının mövcud olması və fəaliyyət göstərməsi üçün
iqtisadiyyata dövlət müdaxiləsini məhdud həddə məqbul hesab
etmişlər. Belə bir mövqe özünün əksini Frayburq məktəbinin
aşağıdakı tezisində tapmışdır: “Təsəsrrüfat planlanmn dövlət
planlaşdırılması lazımi, dövlət planlaşması və təsərrüfat
proseslərinin tənzimlənməsi isə lazımsızdır'’.
63
Frayburq məktəbinin nümayəndələri V.Repke və A.Ryustov
neoliberalizmin ilkin tədqiqatçılarından olmuşlar. Alman iqtisadçısı
V.Repke öz iqtisadi göımşlərini “Tələb və təklifdən kənarda”,
“Humanist cəmiyyət”, “Alman məsələsi” adlı əsərlərində ifadə
elmişdir. O, “Tələb və təklifdən kənarda” əsərində göstərir ki, hər bir
cəmiyyətin, iqtisadi quruluşun başlıca problemləri iki yolla həll
edilir. Bunlardan biri tələb, təklif, rəqabət və azad qiymətlər
vasitəsilə fəaliyyət göstərən bazar sistemi, digəri isə problemlərin
böyük əksəriyyətini dövlətin köməyi ilə həll edən inzibatçılıq
sistemidir. İnzibati- amirlik sistemi, planlı təsərrüfat şəxsi təşəbbüsü
boğduğu, istehlakçıların tələbini nəzərə almadığı üçün bazar sistemi
ilə bir araya sığmır. Buradan da bazar sistemini təsərrüfat həyatının
tələb-təklif, rəqabət və azad qiymət mexanizmi vasitəsilə
tənzimlənən iqtisadi sistem adlandınr.
Daha çox humanist cəmiyyət tərəfdan olan Repke “Humanist
cəmiyyət” əsərində belə cəmiyyəti öz-özünü tənzim edən, iqtisadi
sərbəstliyə malik olan qeyri-mərkəzləşmiş, kollektiv bir cəmiyyət
kimi təsvir edir. Həmçinin belə bir humanist cəmİ
3
^yətin əsasını
sosial bazar təsərrüfatının təşkil edəcəyini qeyd edirdi.
Başqa bir alman iqtisadçısı A.Ryustov da iqtisadi azadlığın
təmin olunması üçün hər cür inhisarçıhğı inkar edir və onların
əleyhinə olur. Yaşadığı cəmiyyəti kapitalizmin, sosializmin, azad
bazar təsərrüfatının mövcud olduğu bir cəmiyyət kimi qəbul edir.
Azad bazar təsərrüfatının planlı təsərrüfatın əksi hesab edir.
Neoliberalizmi liberalizmin fundamental yeniləşməsi kimi qələmə
verir. Beləliklə, ilk neoliberalistlər müəyyən həddə qədər dövlət
müdaxiləsi qalmaqla, iqtisadiy}mtda sərbəst əmtəə təsərrüfatının
həyata keçirilməsinə şəraitin yaradılmasmı məqbul hesab etmişlər.
6^:
Qərbi Almaniyada neolibcralizmin yaradıcılarından biri də
Frayburq Universitetinin professoru Valtcr
03
'ken (1891-1950)
hesab olunur.
V.Oyken “Təsərrüfatın ideal tipləri”, “Milli iqtisadiyyatın
əsaslan”, “İqtisadi siyasətin əsas prinsipləri” kitablarında bütün
tarixi dövrlərdə təsərrüfatın əsas tipləri, iqtisadiyyatın bazar
təşkilinin üstünlükləri və “iqtisadi qayda” nəzəriyyəsini işləyib
hazırlamışdır.
“Milli iqtisadiyyatın əsaslan” adlı əsərində cəmij'yətin
inkişafının müxtəlif tarixi mərhələləri, o cümlədən kapitalizmi
müəyyən bir iqtisadi sistem kimi qəbul edən marksist iqtisadi
məktəbin ictimai-iqtisadi formasiya anlayışını inkar edərək
göstərmişdir ki, təsərrüfat mərhələləri anlayışı doğru deyildir.
“Təsərrüfat mərhələsi” anlayışına qarşı “Təsərrüfat qaydası”
anlayışını irəli sürür və bunu keçmişdə və hazırki dövrdə gündəlik
təsərrüfat proseslərinin idarə edilməsinin konkret baş verdiyi
formalann məcmusu kimi müəyyən edir.
V.Oyken iqtisadi fəaliyyəti sadələşdirən iki xarakterik
təsərrüfat tipinin mövcud olduğunu göstərmiş və bunlan təsərrüfat
fəaliyyətinin təşkilinin müxtəlif üsulları hesab etmişdir. Bütün
təsərrüfatlann fəaliyyətlərini mərkəz vasitəsilə tənzimləyən və
mübadilənin olmadığı mərkəzi idarəetmə təsərrüfatına və əmtəə
mübadiləsini, tələb və təklifi, puldan istifadəni bazar vasitəsilə
əlaqələndirən bazar təsərrüfatına bölmüşdür.
V.Oykenin fikrincə, real iqtisadiyyatda bu iki təsərrüfat tipi
öz fəaliyyətlərində müxtəlif formalar kəsb edir. Birinci halda,
məhsullann istehsalı mərkəzi hakimiyyətin əmr və göstərişləri
əsasında həyata keçirildiyi üçün iqtisadiyyatın idarə edilməsi total
mərkəzləşməyə əsaslanır. İkinci halda mərkəzi idarəetmə
hakimiyyəti istehlak şeylərini azad mübadiləsini
65
Dostları ilə paylaş: |