L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

və azad mübadiləni əsas sayırdı. O, azad rəqabət vasitəsilə bazarın 
daim fasiləsiz fəaliyyət göstənnəsi üçün dövlətin müəyyən qanunlar 
çərçivəsində fəaliyj'ətini, xüsusi sahibkarlığın stimullaşdırıcı rolunu 
qəbul edirdi. 
5.3,
 
Alman neoliberlaizmi.V.Oykenin “Təsərrüfatın tipləri” və 
“Sosial bazar təsərrüfatı” nəzəriyyələri 
Neoliberalizmin  ideyaları,  Qərbi  Almaniyada  Adenaur-Er- 
xard  hakimiyyəti  dövründə  praktiki  olaraq  həyata  keçmişdir. 
Neoliberalizmin  görkəmli  nümayəndələrindən  olan  V.Oyken 
tərəfindən işlənib hazırlanmış sosial bazar təsərrüfatı modeli (azad 
bazar  və  sosial  bərabərlik)  iqtisadi  siyasətdə  daha  bir  görkəmli 
neoliberalist  L.Erxard  tərəfindən  həyata  keçirilmiş  və  müsbət 
nəticələr vermişdir. 
Neoliberalizm ilk olaraq klassik formada Qərbi Almaniyada 
“Ordoliberalizm”  cərəyanı  kimi  meydana  gəlmiş  və  Frayburq 
məktəbi  adı  altında  fəaliyyət  göstərmişdir.  İlkin  nümayəndələri 
alman  iqtisadçılan  V.Repke,  A.Ryustov,  V.Oyken,  L.Erxard, 
X.Qraman-Dert, L.Miki, K.Qestrix, F.Luts və s. olmuşdur. 
Frayburq  məktəbinin  nəzəriyyəçiləri  özlərini  ordoliberallar 
(üçüncü yol tərəfdarları) adlandırmışlar. Onlar azad rəqabətə, azad 
bazar  təsərrüfatına,  ümumi  metodologiyaya  malik  olan  xüsusi 
mülkiyyətə  müsbət  mövqedən  yanaşmışlar.  Azad  əmtəə 
təsərrüfatının  mövcud  olması  və  fəaliyyət  göstərməsi  üçün 
iqtisadiyyata  dövlət  müdaxiləsini  məhdud  həddə  məqbul  hesab 
etmişlər.  Belə  bir  mövqe  özünün  əksini  Frayburq  məktəbinin 
aşağıdakı  tezisində  tapmışdır:  “Təsəsrrüfat  planlanmn  dövlət 
planlaşdırılması  lazımi,  dövlət  planlaşması  və  təsərrüfat 
proseslərinin tənzimlənməsi isə lazımsızdır'’. 
63 


Frayburq məktəbinin nümayəndələri V.Repke və A.Ryustov 
neoliberalizmin ilkin tədqiqatçılarından olmuşlar. Alman iqtisadçısı 
V.Repke  öz  iqtisadi  göımşlərini  “Tələb  və  təklifdən  kənarda”, 
“Humanist  cəmiyyət”,  “Alman  məsələsi”  adlı  əsərlərində  ifadə 
elmişdir. O, “Tələb və təklifdən kənarda” əsərində göstərir ki, hər bir 
cəmiyyətin,  iqtisadi  quruluşun  başlıca  problemləri  iki  yolla  həll 
edilir.  Bunlardan  biri  tələb,  təklif,  rəqabət  və  azad  qiymətlər 
vasitəsilə  fəaliyyət  göstərən  bazar  sistemi,  digəri  isə  problemlərin 
böyük  əksəriyyətini  dövlətin  köməyi  ilə  həll  edən  inzibatçılıq 
sistemidir. İnzibati- amirlik sistemi, planlı təsərrüfat şəxsi təşəbbüsü 
boğduğu, istehlakçıların tələbini nəzərə almadığı üçün bazar sistemi 
ilə bir araya sığmır. Buradan da bazar sistemini təsərrüfat həyatının 
tələb-təklif,  rəqabət  və  azad  qiymət  mexanizmi  vasitəsilə 
tənzimlənən iqtisadi sistem adlandınr. 
Daha çox humanist cəmiyyət tərəfdan olan Repke “Humanist 
cəmiyyət”  əsərində  belə  cəmiyyəti  öz-özünü  tənzim  edən,  iqtisadi 
sərbəstliyə  malik  olan  qeyri-mərkəzləşmiş,  kollektiv  bir  cəmiyyət 
kimi  təsvir  edir.  Həmçinin  belə  bir  humanist  cəmİ
3
^yətin  əsasını 
sosial bazar təsərrüfatının təşkil edəcəyini qeyd edirdi. 
Başqa bir alman iqtisadçısı A.Ryustov da iqtisadi azadlığın 
təmin  olunması  üçün  hər  cür  inhisarçıhğı  inkar  edir  və  onların 
əleyhinə  olur.  Yaşadığı  cəmiyyəti  kapitalizmin,  sosializmin,  azad 
bazar  təsərrüfatının  mövcud  olduğu  bir  cəmiyyət  kimi  qəbul  edir. 
Azad  bazar  təsərrüfatının  planlı  təsərrüfatın  əksi  hesab  edir. 
Neoliberalizmi  liberalizmin  fundamental  yeniləşməsi  kimi  qələmə 
verir.  Beləliklə,  ilk  neoliberalistlər  müəyyən  həddə  qədər  dövlət 
müdaxiləsi  qalmaqla,  iqtisadiy}mtda  sərbəst  əmtəə  təsərrüfatının 
həyata keçirilməsinə şəraitin yaradılmasmı məqbul hesab etmişlər. 
6^: 


Qərbi  Almaniyada  neolibcralizmin  yaradıcılarından  biri  də 
Frayburq  Universitetinin  professoru  Valtcr 
03
'ken  (1891-1950) 
hesab olunur. 
V.Oyken  “Təsərrüfatın  ideal  tipləri”,  “Milli  iqtisadiyyatın 
əsaslan”,  “İqtisadi  siyasətin  əsas  prinsipləri”  kitablarında  bütün 
tarixi  dövrlərdə  təsərrüfatın  əsas  tipləri,  iqtisadiyyatın  bazar 
təşkilinin  üstünlükləri  və  “iqtisadi  qayda”  nəzəriyyəsini  işləyib 
hazırlamışdır. 
“Milli  iqtisadiyyatın  əsaslan”  adlı  əsərində  cəmij'yətin 
inkişafının  müxtəlif  tarixi  mərhələləri,  o  cümlədən  kapitalizmi 
müəyyən  bir  iqtisadi  sistem  kimi  qəbul  edən  marksist  iqtisadi 
məktəbin  ictimai-iqtisadi  formasiya  anlayışını  inkar  edərək 
göstərmişdir  ki,  təsərrüfat  mərhələləri  anlayışı  doğru  deyildir. 
“Təsərrüfat  mərhələsi”  anlayışına  qarşı  “Təsərrüfat  qaydası” 
anlayışını irəli sürür və bunu keçmişdə və hazırki dövrdə gündəlik 
təsərrüfat  proseslərinin  idarə  edilməsinin  konkret  baş  verdiyi 
formalann məcmusu kimi müəyyən edir. 
V.Oyken  iqtisadi  fəaliyyəti  sadələşdirən  iki  xarakterik 
təsərrüfat tipinin mövcud olduğunu göstərmiş və bunlan təsərrüfat 
fəaliyyətinin  təşkilinin  müxtəlif  üsulları  hesab  etmişdir.  Bütün 
təsərrüfatlann  fəaliyyətlərini  mərkəz  vasitəsilə  tənzimləyən  və 
mübadilənin  olmadığı  mərkəzi  idarəetmə  təsərrüfatına  və  əmtəə 
mübadiləsini,  tələb  və  təklifi,  puldan  istifadəni  bazar  vasitəsilə 
əlaqələndirən bazar təsərrüfatına bölmüşdür. 
V.Oykenin fikrincə, real iqtisadiyyatda bu iki təsərrüfat tipi 
öz  fəaliyyətlərində  müxtəlif  formalar  kəsb  edir.  Birinci  halda, 
məhsullann  istehsalı  mərkəzi  hakimiyyətin  əmr  və  göstərişləri 
əsasında həyata keçirildiyi üçün iqtisadiyyatın idarə edilməsi total 
mərkəzləşməyə  əsaslanır.  İkinci  halda  mərkəzi  idarəetmə 
hakimiyyəti istehlak şeylərini azad mübadiləsini 
65 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə