L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə18/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   14   15   16   17   18   19   20   21   ...   48

Müəyyən  cəhətlər  üst-üstə  düşməsinə  baxmayaraq,  nco- 
liberalizm bu nəzəriyyələrdən əsaslı dərəcədə fərqləmnişdir. Belə ki, 
iqtisadiyyata  dövlətin  müdaxiləsini  qəbul  edən  Keyns  və  onun 
ardıcılları investisiyalar, dövlət sifarişləri, vergilər və s. kimi iqtisadi 
vasitələrin  köməyilə  istehsal  prosesini  tənzimləməyi  əsas 
götürürdülər. Bu isə azad rəqabəti müəy>'ən qədər məhdudlaşdırdığı 
üçün keynsçiliyə alternativ olan iqtisadi liberalizm ideyalan yenidən 
canlanmağa  başladı  və  neolibe-  ralizm  formasında  çıxış  etdi. 
Neoliberalistlər  inhisarçılığın  və  rəqabətin  tənzimlənməsi  yolu 
ilə azad rəqabət üçün əlverişli şərait yaratmağı əsas götürməklə, 
iqtisadiyyata  dövlət  müdaxiləsinin  obyektini  Keynsdən  fərqli 
olaraq  dəyişdirdilər.  Belə  ki,  əgər  keynsçilik  ilk  başlanğıcda 
iqtisadiyyata  aktiv  şəkildə  dövlətin  müdaxiləsini  nəzərdə  tutan 
tədbirlərin həyata keçirilməsini mümkün edirdisə, neoliberalizm isə, 
nisbətən  passiv  dövlət  tənzimlənməsini  təklif  edirdi.  Keyns 
modelləri 
üzrə 
iqtisadiyyatın 
müxtəlif 
sferalanmn 
investisiyalandırılması  üzrə  dövlət  tədbirləri  məcmusuna  dövlət, 
alışlarının,  dövlət  sifarişlərinin  həcminin  artınlrnasına,  vergi 
siyasətinin  kəskinləşməsinə  xüsusi  fikir  verirdi.  Belə  tədbirlərin 
həyata keçirilməsinin ən son təzahürü dövlət büdcəsinin defısitinə 
və inflyasiyaya gətirib çıxanrdı. 
Neoliberalistlər  iqtisadiyyatın  liberallaşdırılması,  azad 
qiymət  əmələgəlməsi,  iqtsadiyyatda  xüsusi  mülki>'yət  və  qeyri- 
dövlət  təsərrüfat  strukturlarının  aparıcı  rolu  ideyalanna  üstünlük 
verirdilər.  Onlar  iqtisadiyyatın  dövlət  tənzimlənməsində  dövlətin 
rolunu  ya  “gecə  mühafizəçisi”  (V.Repke)  funksiyasının  yerinə 
yetirilməsi kimi, ya da “idman hakimi” kimi qiymətləndirdilər. 
Neoliberalizm bir iqtisadi cərəyan kimi klassik liberalizm, 
neoliberalizm  və  neoklassik  məktəbin  ideyalarını  özündə 
birləşdirmişdir. Onların arasında ümumi cəhətin: xüsusi 
57 


mülkiyyətin  hərtərəfli  möhkəmləndirilməsi  və  həvəsləndiril- 
məsi əsasında 
foiTnalaşan 
fərdi azadlıq ideyasının qəbul edilməsi 
olmuşdur. 
Bununla  yanaşı,  onlar arasında müəyy'ən fərqli cəhətlər də 
olmuşdur. Belə ki, klassiklər iqtisadiyyata dövlət müdaxiləsini inkar 
edir, iqtisadiyyatın bazar mexanizmi ilə öz-özünə idarə olunmasını 
əsas götürməklə, dövlətin rolunu ancaq azad rəqabət üçün şərait 
yaradılmasında  görürdülər.  Neoliberallar  isə  iqtisadiyyata  dövlət 
müdaxiləsini  özünəməxsus,  (Keynsdən  fərqli  olaraq)  daha  da 
fəallaşmasını təklif edirdilər. 
Neoklassiklərin  metodologiyasında  üstün  yer  tutan  marji- 
nalizm ideyasını o qədər də əsas tutmayan müasir neolibe- ralistlər 
təsərrüfat  subyektlərinin  fərdi  fəaliyyətlərini  deyil,  kollektiv 
investisiyaların,  dövlətin,  iri  kooperasiyaların  və  inhisarların 
fəali]/yətini  öyrənən  institusional  problemlərin  tədqiq  olunmasını 
vacib  hesab  edirdilər  və  həm  də  iqtisadiyyatda  hadisə  və 
proseslərin makroiqtisadi təhlilini əsas götürürdülər. 
Ənənəvi  liberalizm  ilə  neoliberalizmi  hər  şeydən  əvvəl 
istehsal 
vasitələrinə 
xüsusi 
mülkiyyətin 
hərtərəfli 
möhkəmləndirilməsi  və  həvəsləndirilməsi  əsasında  fərdi  azadlıq 
ideyası birləşdirirdi. Bununla yanaşı, neoliberallar öz sələflərindən 
fərqli  olaraq,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  təsərrüfat  həyatını 
mikroiqtisadi deyil, makroiqtisadi mövqedən qiymətləndirirdilər. 
Neoliberalizm  nəzəriyyəsi  bir  neçə  istiqamətdə  inkişaf 
etmişdir və ümumi metodologiyaya malik olan müxtəlif məktəbləri 
özündə  birləşdirir.  Onlardan  əsasən;  ABŞ-da,  Almaniyada  və 
İngiltərədə ən böyük neoliberalizm məktəbləri Frayburq məktəbi 
(liderləri: V.Oyken, V.Repke, A.Ryustov, 
L.
 
Erxard  və  b.),  “raonetar  məktəb”  kimi 
tanınan Çikaqo məktəbi (liderləri:  L.Mizes,  M.Fridmen,  A.Svars 
və b.), 
“London məktəbini” (liderləri; F.Hayek, L.Robbins və b.) 
58 


xüsusi  qeyd  etmək  olar.  Bu  məktəblər  arasında  vahid  fikir 
olmamışdır.  Lakin  istər  azad  rəqabət,  istərsə  də  sosial  bazar 
təsərrüfatım qəbul edən yanaşmalarda bir ümumi cəhət ondan 
ibarət  olmuşdur  ki,  bu  da  onlar  tərəfindən  xüsusi  mülkiyyətin 
üstünlüyünün şəksiz qəbulu idi. Onlardan bir qismi (Berri, Lamer, 
F.Hayek) mütləq azadlıq tərəfdarlan olmaqla dövlətin rolunu inkar 
edirdilər  və  ayn-ayn  şəxslərin  mikrosə-  viyyədə  qəbul  etdikləri 
qərarlara  üstünlük  verirdilər.  Digərləri  (M.Armak,  Q.Murdal, 
A.Ryustov,  F.Hayek)  iqtisadi  fəaliyyətdə  dövlətin  iştirakına  daha 
həssas  yanaşaraq  onun  rolunu  inhisar-  çıhgın  və  rəqabətin 
tənzimlənməsində,  bir  başqaları  (Oyken,  L.Erxard)  sosial  sahənin 
tənzimlənməsində,  digər  bir  qismi  isə  (M.Fridmen)  pul-kredit 
sahəsində tənzimlənmədə görürlər. 
Beləliklə,  neoliberalizm  metodlogiyasının  əsas  xüsusiyyəti 
bundan  ibarətdir  ki.  onlar  bazar  təsəndifatının  formalaşması  üçün, 
əsasən iqtisadi fəaliyyətin hüquqi əsası kimi xüsusi mülkiyyətin 
mövcudluğunu,  sahibkarlıq  fəaliyyətini  və  azad  rəqabəti  əsas 
sayırlar.  Dövlət  tənzimlənməsini  isə  yalnız  onlann  inkişafı  üçün 
zəruri  sayırdılar.  Ümumiyyətlə,  onlann  iqtisadi  sistemi  azadlıq 
prinsipinə  əsaslanır.  Azadlıq  dedikdə  isə,  şəxsiyyətin  azadlığı, 
iqtisadi  azadlıq,  azad  sahibkarlıq,  ticarət  azadlığı,  azad  bazar 
təsərrüfatı başa düşülür. Bu əsasda göstərirlər ki, sahibkar konlcret 
Jəaliy>'Ət  növünü  özü  seçməlidir.  Dövlətin  vəzifəsi  isə,  onu 
istiqamətləndirmək  yox,  ona  kömək  etmək,  onun  rast  gəldiyi 
maneələri  aradan  qaldırmaq  yolunu  tənzimləməkdir.  Təsərrüfat 
subyektlərinin  iqtisadi  azadlığı  üçün  dövlət azad rəqabətə şərait 
yaratmalı və lazım gəldikdə ona nəzarət etməlidir. Bununla da onlar 
iqtisadi  hadisə  və  proseslərə  makrosəviyyədə  yanaşmağa  və 
öyrənməyə cəhd edirdilər. 
Neoliberalistlər  iqtisadiyyatda  baş  verən  tənəzzül,  issizlik, 
durğunluqların səbəbini azad rəqabətin inhisarçıhqla əvəz 
59 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə