L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

həyata keçirir. Buradan da V.Oykenin ideal təsərrüfat tipinin xüsusi 
forması kimi  sosial  bazar təsərrüfatının  rüşeymiəri görünür. Onun 
təbirincə, sosial bazar təsərrüfatı bu iki təsərrüfat tipi arasında orta 
təsərrüfat  tipidir.  Onun  xarakterik  cəhətlərinə  gəldikdə  isə  orta 
yolun  iqtisadi  siyasəti  kimi  hər  şeydən  əvvəl  xüsusi  mülki)q>'ətə 
əsaslanan azad bazar təsərrüfatıdır. 
V.Oyken sosial bazar təsərrüfatının əsas elementi kimi azad 
rəqabəti  müdafiə  edir.  Göstərir  ki,  azad  rəqabət  əmək 
məhsuldarlığını  artmr,  texniki  tərəqqini  inkişaf  etdirərək  iqtisadi 
artıma səbəb olur. Azad rəqabətin təminatçısı isə dövlət olmalıdır. 
Çünki  rəqabət  mübarizəsində  məğlub  olanlar  müflisləşir,  aradan 
çıxır və bu inhisarçılıq yaradır. İri inhisarlar rəqabətin səviyyəsinə, 
xarakterinə, sürətinə təsir göstərə bilirlər. Bu kortəbii tənzimlənnə 
tələb, təklif əsasında tarazlı bazar qiymətinin yaranmasını pozur və 
iqtisadiyyatı  böhrana  aparır.  Ona  görə  də,  bazar  sistemini  xilas 
etmək  üçün  dövlət  “təşkil  olunmuş  bazara”  üstünlük  verir.  Lakin 
dövlət  ancaq  müəyyən  həddə,  yəni  inhisarlann  hökmranlığı 
nəticəsində  iqtisadiyyatda  baş  verən  hərc-mərclik  zamanı  və 
rəqabətin  tənzimlənməsi  zəruri  olduqda  iqtisadiyyatı  müdafiə 
etməlidir. 
V.Oyken  bazar  sisteminin  normal  fəaliyyət  göstərməsini 
qiymət  mexanizmindən  də  asılı  hesab  edir.  Göstərir  ki,  əgər 
qiymətqoyma azad surətdə, bazarın tələb və təklifinə uyğun olaraq 
həyata  keçirilirsə,  onda  istehsal  da  ictimai  tələbata  uyğunlaşır. 
Səmərəli  qiymət  sistemi  həm  də  iqtisadi  ehtij^atlann  səmərəli 
bölgüsünə imkan verir. 
V.Oyken səmərəli bazar iqtisadiyyatının formalaşması üçün 
düzgün  iqtisadi  siyasətin  də  vacibliyini  qeyd  etmişdir.  Düzgün 
iqtisadi  siyasət  kimi  iqtisadi  artımın,  məşğulluğun  yüksək 
səviyyəsinin daim təmin olunması, bazar qaydalannın yeniləşməsi 
üçün dövlətin iştirakını vacib bilmişdir. 
66 


V.Oyken “İqtisadi siyasətin prinsipləri” əsərində göstərir ki, 
təbiətdə və insan həyatında baş verən təbii qaydalar çoxdan həyata 
keçirilir. İqtisadi fəalij^’ət sahələri müxtəlif və fasiləli olduğu üçün 
bu  sahələrin  fəaliyyətini  nizamlayan  “İqtisadi  qaydalar”  mövcud 
olur.  “İqtisadi  qayda”  dedikdə  təsərrüfatçılıq  elementləri  arasında 
tənzimləyici  münasibətləri  və  struktur  təşkilini  əlaqələndirən 
qaydalann, normaların məcmusunu nəzərdə tutur. 
Beləliklə,  V.Oyken  iqtisadi  nəzəriyyə  və  iqtisadi  siyasəti 
vəhdət  halında  götünnüşdür.  Onun  sosial  bazar  təsərrüfatı 
nəzəriyyəsi  sosial  ədaləti  təmin  etmək  üçün  inhisar  və  rəqabətin 
tənzimlənməsidir.  Dövlətin  iqtisadi  siyasətinə  isə  azad  bazarı  və 
azad  rəqabəti  birbaşa  və  dolayı  yolla  tənzimlənmək  üçün  hüquqi 
nonnalann yaradılmasını aid edir. 
5.4.
 
F.Hayekin iqtisadi ncoliberlaizm baxışları, “Geniş 
qayda” nəzəriyyəsi (Avstriya məktəbi) 
Neoliberalizmin  görkəmli  nümayəndəsi,  müasir  neolibera- 
lizmin  banisi  hesab  olunan  London  məktəbinin  iqtisadçısı  Fridrix 
Avqust  fon  Hayek  ictimai  Fikir  tarixində  fəlsəfə,  psixologiya, 
sosialogiya  məsələləri  ilə  məşğul  olmuş,  əsasən  də  iqtisadi 
nəzəriyyənin fəlsəfi problemlərinə daha çox diqqət yetirmişdir. “Pul 
nəzəriyyəsi və iqtisadi tsikl”, “Qiymət və istehsal”, “Mənfəət, faiz 
və investisiya”, “Kapitalizmin xalis nəzəriyyəsi”, “Quldarlığa gedən 
yol”,  “Azadlıq  Konstitusiyası”,  “Hüquq  qanunauyğunluqları  və 
azadlıq”  əsərlərində  bazar  qaydalarının  iqtisadi,  fəlsəfi,  hüquqi  və 
siyasi  əsaslarını  işləyib  hazırlamışdır.  Onun  bu  xidmətləri 
müqabilində iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 
67 


F.Hayekin təsərrüfat fəaliyyətinin təşkili üçün işlədiyi sosial 
iqtisadı  ideyaları  çoxcəhətlidir.  İqtisadi  dünyagörüşü,  insanların 
iqtisadi davranışı, mikroiqtisadi təhlil, iqtisadi tədqiqatlarda makro 
və  mikro  iqtisadi  təhlilin  əlaqələndirilməsi,  iqtisadi  qayda  və 
səmərəlilik məsələləri onun tədqiqatmm əsas mövzuları olmuşdur. 
F.Hayek  belə  hesab  edir  ki,  cəmiyyətin  təşkili  və  inkişafı, 
yenidən qurulması plan əsasında deyil, daxili hərəkətin nəticəsində, 
təkamül yolu ilə baş verir. Cəmiyyəti təşkil edən insanlar da şüurlu 
şəkildə  yox,  daxili  qanunauyğunluqlardan  çıxaraq  fəaliyyət 
göstəririlər.  İnsan  şüuru  müəyyən  dərəcədə  hadisələr  arasındakı 
əlaqəni başa düşür, ancaq onlan idarə etmək olmaz. O, bunu insan 
biliyinin məhdudluğu ilə əlaqələndirir. Göstərir ki, insan biliyi, əqli, 
zəkası məhduddur. Həmçinin biliyin bir hissəsi şəxsidir, başqasına 
ötürülə  bilmir.  Fərdi  bilik  konkret  məlumatların  məcmuusu  deyil, 
dəyişən şəraitdə insanlara kömək edən vasitədir. 
F.Hayek  “geniş  qayda”  nəzəriyyəsində  cəmiyyətin  daxili 
qanunauyğunluqlar  əsasında  inkişafından  çıxaraq  A.Smitin 
“Görünməz əl” nəzəriyyəsinə oxşar bir fikir irəli sürür. Göstərir ki, 
bir-birilə  əlaqəsi  olmayan  insanlar  arasında  geniş  fəaliyyət 
mübadiləsi  baş  verir.  Öz  məqsədlərini  güdən  hər  bir  fərdin  öz 
maraqlan naminə göstərdiyi fəaliyyəti başqa fərdlərin, təsərrüfatlann 
iqtisadi  maraqlanmn  reallaşması  üçün  şərt  olur.  Nəticədə  müxtəlif 
fəaliyyətli insanlar arasında geniş əlaqələr “geniş qayda” yaranır. Bu 
qaydalar  kortəbii  və  şüurlu  ola  bilər.  Öz-özünə  yaranan  qaydalar 
təkamül yolu ilə yaranıb, inkişaf etdiyi üçün cəmiyyətin inkişafının 
təbii  prosesidir.  Burada  daha  əsas  amil  məlumatların  vaxtında 
toplanması  və  istifadə  edilməsidir.  Daxili  səbəblərdən  törəyən 
qaydalar insan şüurunun deyil, insan fəaliyyətinin nəticəsidir. 
68 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə