L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

seksual  inqilab  baş  vermişdi.  Qərb  sosioloqlan  onlarla  kəbin 
formalannı  qeyd  edirdilər  ki,  bu  da  “seksual  inqilab”  kimi  qərb 
ənənəvi dəyərlərini dağıdırdı. 
Neokonservatizmin  ikinci  əsas  dəyəri  -  onun  din,  kilsə 
ideologiyasına, Allaha inama söykənməsilə bağlı idi. Çünki 60- cı 
illərdə dinə etinasızlıq ənənəsi güclənmişdi. Hal-hazırda Qərbdə din, 
kilsə ideyalan yüksək səviyyədə qorunur və həyata keçirilir. 
Neokonservatizmin  üçüncü  əsas  dəyəri  -  onun  “patriotluq” 
əsasında 
gənclərin 
tərbiyəsinin 
gücləndirilməsi 
idi. 
Neokonservatizm  -  hal-hazırda  hüquq  və  azadlığa,  sahibkarlıq 
əhval-ruhiyyəsinin aşılanmasına, dövlətin deyil, öz qüvvəsinə inam 
və s. kimi ideologiyalara daha çox diqqət verir. 
Bütün 
bunlar 
neokonservatizmin 
ümumi 
ideoloji 
xarakteristikaları  və  dəyərləridir.  Əlbəttə,  neokonservatizm  eyni 
zamanda  böyük  iqtisadi  dəyərlərə  də  malik  idi.  Çünki  yaranan 
ümumdünya  iqtisadi  böhranının  aradan  qaldıniması  vacib 
məsələlərdən  idi.  Bu  mənada  da  eokonservatizmin  özünün  xüsusi 
iqtisadi  dəyərlərini  qısaca  olaraq  aşağıdakı  kimi  qiymətləndirmək 
olar. 
Neokonservatizm  ilk  növbədə  xüsusi  mülkiyyət  və  bazar 
konyunkturasına,  özəl  qərarlar  qəbul  etməyə  və  sahibkarlığa 
söykənirdi.  Onlar  1975  və  1980-ci  illərin  böhranının  ən  böyük 
səbəblərindən  biri  kimi  iqtisadiyyatın  həddən  artıq  səviyyədə 
tənzimlənməsini  göstərirdilər.  Bu  da  özünü  sosial  proqramları 
reallaşdırmaq  məqsədilə  yüksək  vergi  dərəcələrinin  tətbiqində 
özünü  ifadə  etmişdi.  Belə  ki,  bu  cür  ən  yüksək  vergilər,  məsələn, 
İsveçdə  -  75%,  ABŞ-da  55%,  İngiltərədə  -  35%  və  s.  tətbiq 
olunurdu.  Neokonservatorların  fikrinə  görə,  yüksək  vergilər  də  öz 
növbəsində özəl biznesin və sahibkarlığın inkişafına əngəl törədən 
ən böyük faktorlardandır ki, bu da nəticədə “kölgə” və 
92 


ya “gizli” iqtisadiyyatın meydana çıxmasına şərait yaradır. Bundan 
başqa, neokonservator ideoloqları iddia edirdilər ki, dövlət həddən 
atrıq  sosial  proqramlara  yer  ayırır,  işsizlik  qorxusunun 
yaranmadığından nəticədə özəl stimullaşdırmanm qarşısı almır. 
Xüsusilə  iqtisadi  sferada  neokonservatorlar  üçün  iqtisadi 
azadlıq  xüsusi  və  yeni  xüsusi  əhəmiyyət  kəsb  edərək  onlar  bazar 
tənzimlənməsi,  azad  sahibkarlıq  sistemi  və  s.  kimi  dəyərlərin  tara 
formada  bəıpasına  çalışırdılar,  keynsçilər  həmişə  “böyük  dövlət” 
şüarı  altında  dövlət  xərclərinin  artırılması  uğrunda  mübarizə 
aparırdılar (“böyük dövlət” - bu həm də “böyük vergilər” demək idi). 
Nəticədə,  yuxanda  qeyd  edildiyi  kimi,  konservatorlar  belə  hesab 
edirdilər ki, bu ideyalar iqtisadi>'yata 2 istiqamətdə zərbə vururdu: 
sahibkarlıq  ya  dövlət  bürokratiyası  ilə  əvəz  olunmalı,  ya  da 
sahibkarlar ona tabe olmağa məcbur idilər. İkincisi, proqressiv vergi 
qoyuluşlan xəzinədən sahibkarlıq mənfəətinin xeyli hissəsini özünə 
götürürdü  və  bu  da  xüsusi  biznezsin  stimullaşdınimasını  aşağı 
səviyyəyə salırdı. Konservatorlar 70-ci illərin böhranını məhz köhnə 
dəyərlərin  (sahibkar  azadlığı,  bazar,  xüsusi  mülkiyyət  və  s.) 
itirilməsilə  izah  edirdilər.  Bu  böhrandan  çıxmağın  yeganə  yolunu 
onlar  həmin  dəyərlərin  tam  mənada  bəıpasında  görürdülər.  Bu 
istiqamətdə konservatorlarııı  dövlət  siyasəti  proqramı da işləndi. 
Onun  başlıca  ideyalarını  dövlət  tənzimlənməsi  fəaliyyətinin 
həcminin  ixtisar  edilməsi  və  həmçinin  bazann  və  xüsusi  biznesin 
böyük  tənzimləyici  rolunun  bərpası  təşkil  edirdi.  İqtisadiyyatın 
dövlət müdaxiləsinin miqyası iki göstərici ilə: dövlət mülkiyyətinin 
xüsusi çəkisi və həcmi, həmçinin dövlət büdcəsi vasitəsilə yenidən 
bölüşdürülülən ÜDM-in payı ilə konkretləşdirilirdi. 
Beləliklə, 
bütün 
qeyd 
edilənlərdən 
çıxış 
kimi 
neokonservatorlar iki yol təklif edirdilər: 
93 


1.
 
iqtisadiyyatın dövlət sektorunun özəlləşdirilməsi. 
Çox  maraqlı  faktlardandır  ki,  də  Azərbaycan  Respublikası  da 
1990-cı illərdə ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra 
və bazar iqtisadi sistemə keçməsilə əlaqədar atılan ilk addımlardan 
biri  də  dövlət  mülkiyyətinin  özəlləşdirilməsilə  bağlı  dövlət 
proqramının qəbul edilməsi olmuşdur. 
2.
 
Dövlət büdcəsi vasitəsilə ÜDM-in yenidən bölgüsünün 
bölgü  paylarının  aşağı  salınması.  Deməli,  neokonserv'ator- ların 
konkret təklifləri və tövsiyələri məhz vergilərin və sosial xərclərin 
aşağı  salınması  olmuşdur.  Beləliklə,  neokonservator-  lann  iqtisadi 
sahə  və  sferalardakı  ideyalannm  əsas  mahiyyətini  iqtisadiyyatın 
tənzimlənməsinin  ümumi  səviyyəsinin  aşağı  salınması  və  azad 
sahibkarlıq şüarlarının yenidən canlandınlması təşkil edirdi. 
7.3.
 
“Tetçerizm”, “reyqanomika'”baxışları və neokonserva- 
tizmin bəzi çatışmamazlıqları 
Tetçerizmin  iqtisadi  proqramında  dövlət  mülkiyyətinin 
ixtisar edilməsi, özəlləşdirmə  birinci dərəcəli məsələlər kimi irəli 
sürülmüşdü.  ABŞ-da  məlum  olduğu  kimi  böyük  dövlət  sektoru 
mövcud olmadığı üçün reyqanomikanm mərkəzi məsələsini əsasən 
vergi islahatı; vergi daxil olmaların ümumi cəminin təxminən 30% 
azaldılması  (xüsusilə  daha  çox  təminatlı  amerikalılar  hesabına) 
təşkil  edirdi.  Hərbi  xərcləri  əksinə  qəti  olaraq  beynəlxalq  kurslara 
uyğun R.Reyqan artırmağı planlaşdınrdı. 
İnflyasiya  ilə  mübarizə  məqsədilə  balanslaşdınimış  büdcə 
siyasəti önə çəkilirdi ki, bunu da sosial proqramlann ixtisar edilməsi 
nəticəsində nail olunmasına çalışırdılar; ABŞ-da sosial proqramların 
bir çoxu tamamilə ləğv edilirdi, ya da ki, onların 
 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə