L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə27/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

artıq mənfəət əldə edirlər. 
50-ci illərin sonunda ABŞ-ın məşhur alimi U.Rostou “İqtisadi 
artımın mərhələləri” nəzəriyyəsini irəli sümıüşdür. O  göstərirdi ki, 
“artım  mərhələləri”  qarşılıqlı  əlaqədə  olan  müxtəlif  amillərlə 
müəyy'ən olunur. Buraya U.Rostou aşağıdakı sxemini daxil edirdi: 
iqtisadi  artım  istehsal  və  texnikadan  başlayaraq  siyasi,  ideoloji  və 
psixoloji amilləri əhatə edir. İnkişafın səviyyəsini o sənaye, texnika, 
bütövlükdə  təsərrüfat,  elm,  kapitalı  milli  gəlirdə  yığım  hissəsilə 
əlaqələndirirdi.  Lakin,  iqtisadi  inkişafın  bu  mühüm  göstəricilərini 
U.Rostou 
sosial- 
iqtisadi 
münasibətlərdən 
(mülkiyyət 
formalarından) ayırırdı. O, eyni zamanda cəmiyyətin sinfi bölgüsünü 
peşəkar əmək bölgüsü ilə əvəz edirdi. 
U.Rostouya  görə  iki  tip  cəmiyyət  mövcud  olmuşdur: 
“ənənəvi”  (kapitalizmə  qədər)  və  “sənaye  cəmiyyəti”  (industrial- 
kapitalizm).  Lakin  tarixi  inkişaf  iqtisadi  artımın  beş  mərhələsi  ilə 
xarakterizə olunur: irəliləyişin ilk mərhələsinə hazırlıq, yəni, “keçid 
cəmiyyəti”;  irəliləyiş  mərhələsi  və  sənayenin  inkişafına  keçid; 
sənaye  cəmiyyəti,  o  buraya  nümunə  kimi  “ingilis-  amerika” 
cəmiyyətini daxil edir; kütləvi istehlak cəmiyyəti. 
XX  əsrin  70-ci  illərində  U.Rostou  yeni  bir  konsepsiya  ilə  - 
iqtisadi  artımın  altıncı  mərhələsi  nəzəriyyəsi  ilə  çıxış  etdi.  Altıncı 
mərhələ dedikdə U.Rostou “keyfiyyətli həyat axtarışlarını”, aparıcı 
rol oynayan xidmət sferasını nəzərdə tuturdu. 
6.7.
 
İnstitusionaiizmdə “Müvazinətli qüvvələr” və “sənaye 
cəmiyyəti” nəzəriyyələri, plan və bazar problemləri 
Ötən  əsrin  50-ci  illərində  ABŞ-m  görkəmli  filosof  alimi 
C.Helbreyt  özünün  “Amerika  kapitalizmi.  Müvazinətli  qüvvələr 
konsepsiyası” kitabını çap etdirdi. Bu nəzəriyyənin çıxış nöqtəsi 
85 


ondan ibarət idi ki, müasir kapitalizmin iri korporasiyalann əlində 
cəmləşən və təmərküzləşən iqtisadi güc bazar mexanizminin rəqabət 
vasitəsilə kapitalizmi öz-özünə nizamlaması vasitəsini itirmişdir. 
C.Helbreytin konsepsiyasına görə iqtisadiyyatda “müvazinəti 
i  inhisar  qüvvələri”  nə  qədər  güclü  çıxış  etsələr,  iqtisadiyyatın  da 
öz-özünü  avtomatik  idarə  edilməsi  güclənər  və  nəticədə  isə 
iqtisadiy>'ata ümumi nəzarət məhdudlaşar, planlaşmaya da ehtiyac 
qalmaz. O iddia edirdi ki, “müvazinətli qüvvələrin” fəaliyyətinə heç 
kim  maneçilik  etməsə,  o  zaman  dövlətin  iqtisadiyyata  nüfiız 
etməsinə ehtiyac qalmaz. 
Qeyd edək ki, “müvazinətli qüvvələr” konsepsiyası mahiyyət 
etibarilə tələb və təklif arasında olan münasibətləri ifadə edir və üç 
halda  fəaliyyət  göstərmir:  1)  tələb  təklifi  üstələyəndə  (kapitalist 
tsiklinin  yüksəliş  fazasında).  Bu  zaman  alıcılar  arasında  rəqabət 
güclənir  və  qiymətlər  qalxır.  2)  təklif  tələbi  üstələyən  zaman 
(iqtisadi  böhranlar  dövrü):  bu  proses  daxilində  satıcılar  arasında 
olan  rəqabət  kəskinləşir,  kartel  tipli  müqavilələr  öz  əhəmiyyətini 
itirir  və  qiymətlər  aşağı  düşür.  3)  Dövlətin  simasında  inhisarlar 
yaranır, dövlət inhisarlardan hərbi vəsaitlər və materiallar alır. 
C.Helbreytə  görə  belə  vəziyyəti  bazarda  qiymətlərə  güclü 
təsir  göstərir  və  nəticədə  qiymətlər  aşağı  düşür.  Bu  proses  hərbi 
resurslar istehsalı üçün daha səciyyəvidir. 
Burjua siyasi iqtisadının nəzəriyyəçiləri “Sənaye cəmiyyəti” 
konsepsiyası da yaratmışdır. Bu nəzəriyyəyə görə, ön plana maşınlı 
texnika  və  iri  sənaye  istehsalı  keçirilir.  Bununla  əlaqədar  olaraq, 
inkişaf etmiş kapitalizm sistemi ilə sosiualist (keçmiş) ölkələri eyni 
tipli  “Sənaye  cəmiyyətləri”  adlandınlır.  “Sənaye  cəmiyyətləri” 
nəzəriyyəsi  XX  əsrin  50-ci  illərində  meydana  gəlmişdir.  Bu 
konsepsiyanın yaradıcıları C.Helbreyt, 
86 


U.Rostou, R.Aron, S.Kuznets və başqalandırlar. 
“Sənaye  cəmiyyətləri”  nəzəriyyəsinin  yaradıcıları  insan 
cəmiyyətinin inkişafının əsasını texniki iqtisadi amillərdə görürlər. 
Məsələn, U.Rostou göstərir ki, artıq kapitalizmdə “Ümumxalq rifah 
dövləti” mövcuddur. U.Rostou azad rəqabətin hökm sürdüyü dövrdə 
olan “sənaye cəmiyyəti” ilə “müasir sənaye cəmiyyəti” arasında heç 
bir  fərq  görmür.  Burada  inhisarçılıq  şəraitində  fəaliyyət  göstərən 
sənaye cəmi^y^əti nəzərdə tutulur. 
Fransız  alimi  R.Aron  göstərir  ki,  sənaye  cəmiyyətləri 
inkişafın mərhələləridir, eyni zamanda coğrafi, tarixi və demokratik 
amillərin inkişafı olduğu üçün hər bir mərhələnin özünə uyğun olan 
müxtəlif sosial-iqtisadi strukturları vardır. R.Aron belə bir nəticəyə 
gəlir  ki,  cəmiyyətin  sənayeləş-  dirilməsinin  həlledici  amili  maşın 
texnikasının  tərəqqisi  və  əmək  məhsuldarlığı  əsasında  sənaye 
istehsalının  artmasıdır.  O,  kapitalizmi  və  sosializmi  “Sənaye 
cəmiyyətinin” iki müxtəlif forması adlandırmışdır. 
87 


VII
 
FƏSIL
.
 
NEOKONSERVATİZM
 
BAXIŞLARININ
 
YARANMASI 
7.1.
 
Kcynsçiliyin böhranı və onun səbəbləri. 
7.2.
 
XX əsrin sonlarında dünya iqtisadiyyatında böhran, 
onun ideyaları və iqtisadi dəyərləri. 
7.3.
 
“'Fetçerizm”, “reyqanomika”baxışları və neokonserva- 
tizmin bəzi çatışmamazlıqlan. 
7.1. Keynsçiliyin böhranı və onun səbəbləri 
Keçən  əsrin  70-ci  illəri  ingilis  istisadçısı  C.Robinsonun 
ifadəsinə  görə,  XX  əsrin  Qərb  iqtisadi  nəzəriyyələrində  ikinci 
böhran  illəri  adlandınlırdı.  Məlumdur  ki,  birinci  böhran  böyük 
depressiya  illərində  (1929-1933)  dövlətin,  cəmiyyətin  iqtisadi 
həyatına müdaxiləsini inkar edən neoklassiklərin baxışlarının iflasa 
uğraması  ilə  əlaqədar  idi.  70-ci  illər  bütün  iqtisadi  məktəblər  və 
istiqamətlər üçün çox çətin dövr idi. Adətən iqtisadi nəzəriyyələrinin 
və təlimlərin “ikinci böhranı” dedikdə, ilk növbədə keynçiliyin və ya 
iqtisadiyyata məcmu tələb vasitəsilə dövlətin təsiri konsepsiyasmın 
böhranı başa düşülürdü. Bu böhranın xarici təzahürləri o dövrlərdə 
ilk  növbədə  dövlət  və  işgüzar  dairələrin  özünü  lazımi  səviyyədə 
doğrultmayan  fəaliyyətində  və  dövlət  tənzimlənməsinin  keynsçi 
metodlarının iflasa uğramasında özünü göstərdi. 
Qərbin  “iqtisadi  nəzəriyyəsində  keynsçilik  əsrinin”  sona 
yetməsinin səbəbləri aşağıdakılardır; 
Ən  başlıca  səbəb  XX  əsrin  70-80-ci  illərində  təsərrüfat 
kon
3
aınkturasımn ümumi pisləşməsi oldu. Belə ki, qərb dünyası II 
Dünya  müharibəsindən  sonrakı  dövrdə  ən  böyük  tsiklik  eniş  -- 
böhranla üzləşdi. Nəticədə iqtisadi artımın son illərinin “gümüş” 
88 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə