L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

vo  60-cı  illərin  “qızıl”  dövrü  70-ci  illərdə  “əhəmiyyətli  dərəcədə” 
aşağı  düşdü.  Bununla  yanaşı,  1980-1982-ci  illərdə  İEÖ-in 
iqtisadiyyatını  daha  bir  Isiklik  böhran  bürüdü.  Buna  baxmayaraq, 
neokeynsçi alətlər (iqtisadi aıtırn nəzəriyyəsi, tsikl konsepsiyası və 
antitsiklik  tənzimlənmə  və  s.)  dayanıqlı  dinamik  tarazlığın 
qorunması ilə sıx bağlı idi və tsiklik dalğalarm mənfi nəticələrinin 
əksinə yönəlmişdi. 
Keynsçilikdə  ikinci  əsas  səbəb  inflyasiya  ilə  mübarizənin 
səmərəli  yolunun olmaması və ya göstərilməməsi idi. Qiymətlərin 
artımına 1973-cü ildə OPEK qrupu ölkələrinin “neft şoku” altında 
dünya  qiymətlərinin  yüklənməsi  də  çox  təsir  etdi.  Bir  çox 
iqtisadçılar  onun  mənbələrini,  xüsusilə  bir  sıra  ölkələr  tərəfindən 
həyata  keçirilən  maliyyə  defısitliyi  təcrübəsində  görürdülər.  Buna 
səbəb  həm  də  kənardan  inhisarçılar  tərəfindən  qiymətlərlə 
manipulyasiya  etmələri  idi.  Bu  dövlətlərdə  qaçılmaz  olan  büdcə 
defisitliyini dövlət istiqrazlanmn buraxılması ilə əlaqələndirirdilər. 
Bu isə sonra yenə inflyasiyaya gətirib çıxanrdı. 
Digər  səbəb,  keynsçiliyin  staqflyasiyasınm  səbəblərini 
düzgün  izah  edə  bilməməsilə  əlaqədar  idi.  Çünki  inflyasiya  ilə 
əlaqədar işsizlik də hökm sürürdü və eyni vaxtda onlann səviyyəsi 
durmadan artırdı ki, bunun yolunu da tam olaraq həm strateji, həm 
də taktiki alətlərilə keynsçilik tam göstərə bilmirdi. 
Keynsçilik  istiqamətinin  böhranının  bir  səbəbi  də  onun 
liderləri  arasında  dünya  təsərrüfatı  böhranını  izah  edən  və  onlann 
tənzimlənməsi  proqramını  göstərən  iqtisadçıların  olmaması  idi. 
70-ci  illərin  böhranı  həm  də  struktur  böhranlarla;  enerji,  xammal, 
ekoloji  və  s.  müşaiyət  olunurdu.  Onlann  izahı  üçün  istifadə  oluna 
bilən  keynsçilik  istehsala  deyil,  tələbin  qanunlarına  söykənirdi. 
Bütün  bu  və  digər  faktorlar  belə  güclü  konsepsiyanın  iflasa 
uğramasına səbəb oldu və o, ikinci dərəcəli 
89 


rola malik olmağa başladı. Nəticədə
başlandı. 
‘ncoklassik əks hücum” 
7.2.
 
XX əsrin sonlarında dünya iqtisadiyyatında böhran, 
onun ideyaları və iqtisadi dəyərləri 
Əvvəldə  qeyd  edildiyi  kimi,  ötən  əsrin  70-ci  illərinin 
ortalanna  qədər  Qərb  ölkələrinin  iqtisadiyyatı  müvəffəqiyyətlə 
inkişaf  edirdi.  Keyns  tövsiyələri  demək  olar  ki,  bəzi  istisnalar  ilə 
uğurla  tətbiq  olunurdu.  Ancaq  1969-1971-ci  illərdə  dünya 
iqtisadiyyatındakı  başlanan  eniş  1971-1975-ci  illərdə  11  Dünya 
Müharibəsindən  sonra  çox  böyük  miqyaslı  ümumdünya  iqtisadi 
böhrana  çevrildi.  O  dövrlərdə  istehsalın  ümumi  səviyyəsi  6-7% 
aşağı  düşdü.  Hətta,  müharibədən  sonra  hər  istehsalın  həcminin  8- 
10%  artdığı  Yaponiyada  belə,  istehsalın  həcminin  2-3%  aşağı 
düşməsi müşaiyət olundu. 
Keynsçiliyin “qlobal tənzimlənməsi” güclü iflasa uğradı. Ən 
ağır böhran 1980-1982-ci illərdə başladı. Bu böhran nəinki istehsalı, 
hətta maliyyə, energetika, xammal və ekoloji sferaları da əhatə etdi. 
Artıq  həyatın,  iqtisadiyyatın  özü  iqtisadi  artımın  keynsçilik 
konsepsiyasını və iqtisadiyyatın antitsiklik tənzimlənməsi ideyasını 
rədd etdi. 
1975  və  1980-ci  illərdəki  iqtisadi  böhran  eyni  zamanda 
siyasi və ideoloji böhranlan da yaratdı. Nəticədə, Qərb ölkələrində 
iqtisadiyyat  və  siyasət  də  daxilolmaqla  neokonservatizm  ideyalan 
yaranmağa başladı. Böyük Britaniyada hakimiyyət başına Marqaret 
Tetçer,  ABŞ-da  isə  Ronald  Reyqan  gəldi.  Neokonservatizm  70-ci 
illərin yarısından 90-cı illərin ortalanna qədər, təxminən 20 il davam 
etdi. ABŞ-da Bili  Klintonun hakimiyyətə  gəlməsilə  yenidənqurma 
strategiyası həyata keçirilməyə başlandı. 
90 


Beləliklə,  70-ci  illərdə  neoklassikiər,  o  cümlədən  onun 
Çikaqo  məktəbinin  əsas  nümayəndəsi  M.Fridmen  keynsçilik 
nəzəriyyəsinin meydana çıxan zəif cəhətlərindən bacarıqla istifadə 
edərək,  dövlətin  tərkibindəki  iştirak  etdiyi  ekspert  şuralarında  bu 
nəzəriyyəni  sıxışdınnağa  başladı.  Bu  əsasda  onlar  “azad 
sahibkarlıq” ideyasını yenidən genişləndirməyə başladılar. 1979-cu 
ildə Böyük Britaniyada seçkilərdə konservatorlar başda 
M.Tetçer  olmaqla  qələbə  çaldılar  və  o,  İngiltərə  hökümətinin 
məsləhətçisi və eksperti kimi M.Fridrneni işə dəvət etdi. 
Konseı*vativ  iqtisadçılardan  da,  daha  doğrusu  xüsusi 
biznesin  maksimal  azaldığı  və  dövlətin  iqtisadiyyata  müdaxilə 
etməməsinin  tərəfdaşlanndan  1980-ci  ildə  R.Reyqan  hökumətinin 
şura  və  məsləhət  aparatı  təşkil  olunmağa  başlandı.  80-ci  illərdən 
sonrakı dövrləri “neokonservatizm” ideyalarının hölcmran olduğu 
dövrlər  kimi  xarakterizə  etmək  olar.  Neokonservatizm  -  müasir 
neoklassik  istiqamətin  geniş  mənada  ümumi  dünya  görüşlü 
platforması  idi.  ABŞ-da  neokonservatizmin  əsas  beyin  mərkəzləri 
və  ya  “yeni  hüquqvericiləri”  kimi  Amerika  sahibkarlıq  İnstitutu, 
Əhali  Fondu,  Müasir  Tədqiqatlar  İnstitutu,  müharibə,  İnqilab  və 
sülh  problemləri  üzrə  Quverov  İnstitutu,  Təhlükəsizlik  üzrə 
Amerika Şurası, mövcud təhlükələr üzrə komitə və s. çıxış edirdilər. 
Məhz  bu  təşkilatlarda  “reyqa-  nomika”,  “reyqanizm”  siyasəti  və 
ideologiyasının  əsasları,  ideya  və  konsepsiyaları  işlənərək  aktiv 
surətdə genişləndirilirdi. 
Neokonservatizmi  -  yeni  şəraitdə,  yeni  mərhələdə  köhnə 
dəyərlərin saxlanması kimi də qəbul etmək olar. 
Neokonservatizm - geniş mənada bütövlükdə ümum- dünya 
görüşü, ümumi ideologiya idi. Onun ən vacib dəyərlərini aşağıdakı 
kimi dəyərləndirmək olar. Belə ki, neokonservatizmin ilkin dəyəri 
kimi,  Monoqam  ailə  prinsiplərinə  istiqamətlənməsilə  bağlıdır. 
Məsələ bununla bağlı idi ki. Qərbdə 60-cı illərdə 
91 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə