L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

əks  etdirir.  Şəxsin  özünün  əvvəlki  təcrübəsini  nəzərə  alan,  bütün 
mövcud informasiyanı  istifadə edən, sonra isə iqtisadi vəziyyətin 
inkişafının  mümkün  istiqamətini  müəyyən  dərəcədə  görməyi 
bacaran  münasibət  səmərəli  adlanır.  Səmərəli  gözləmə  anlayışını 
ilk  dəfə  iqtisadi  ədəbij'yala  1961-ci  ildə  C.F.Mut  gətirmişdi. 
Səmərəli  gözləmə  nəzəriyyəsinin  metodoloji  əsasını  moneta- 
rizmlə  eyni  olan  neoklassik  təsəvvürlü  makroiqtisadi  nəzəri)^ə 
təşkil edir. Bu nəzəriyyə prinsipcə neoklassik istiqamət kimi azad 
sahibkarlıq  konsepsiyasına  və  iqtisadi^'yatın  öz-özünə  bazar 
tənzimlənməsinə  əsaslanmışdı.  O,  həm  də,  mikroiqtisadi 
nəzəriyyəyə  əsaslanır.  Bu  nəzəriyyə,  iqtisadçıların  çoxdan 
gözlədiyi  makro  və  mikro  nəzəriyyələr  arasında  əlqaə  yaratmağa 
çalışır.  Səmərəli  gözləmə  nəzəriyyəsi  təklif  siyasətinin  köməyi, 
iqtisadi  sabitsizliyin  həll  edilməsini  mümkün  hesab  edən 
konsepsiyalarla  təmsil  olunduğundan  diqqəti  cəlb  etmişdi. 
Səmərəli  gözləmə  nəzəriyyəçilərinin  fikrincə  dövlət  iqtisadiyyata 
nə qədər az müdaxilə edərsə o qədər yaxşıdır. Onlar hesab edirlər 
ki,  məhz  bu müdaxilə  iqtisadiyyatın  sabitliyini  pozur,  onu  daima 
şok  vəziyyətinə  salır.  Onlar  son  dövrlərin  inflyasiyasının  sürətini 
isə tam mənada təklif və qiymətlə əlaqədar olan təsadüfi şoklarla 
izah etmişlər. 
Səmərəli  gözləmə  nəzəriyyəsi  Keynsin  makroiqtisadi 
nəzəriyyəsini  tənqid  edən  və  ona  alternativ  olan  nəzəriyyədir. 
Səmərəli  gözləmə  nəzəriyyəçiləri  monetarist  qaydanın  xeyrinə 
keynsçi diskretsion siyasətdən imtina etməyi məqsədə uyğun hesab 
edirlər. Onlar göstərirlər ki, diskretsion siyasət iqtisadi sabitsizliyi 
gücləndirir. 
116 


9.4. Səmərəli gözləmə nəzəriyyəsinin başlıca xüsusiyyətləri 
Səmərəli  gözləmə  nəzəriyyəçilərinin  dəlillərinə  görə, 
keynsçi ucuz pul siyasəti istehsalın real həcminin və məşğulluğun 
arzu  olunan  artımına  deyil,  inflyasiyaya  səbəb  olmuşdu.  Bu 
nəzəriyyəyə görə, bazar subyektləri qiymətlərin artmasını görə bilir 
və əmtəələrin qiymətinə, nominal əmək haqqı dərəcəsinə, nominal 
faiz  dərəcələrinə  aid  olan  qərarlar  qəbul  edərək  onun  gözlənilən 
nəticələrini  nəzərə  alırlar.  Səmərəli  gözləmə  nəzəriyyəçiləri 
göstərirlər ki, məcmu təklif əyrisi şaquli xəttdir və məcmu tələbin 
genişlənməsi  dərhal  qiymətin  səviyyəsinin  uyğun  artımına  səbəb 
olur, ona görə də istehsalın həcmi ölkədə dəyişməz qalır. 
Səmərəli gözləmə nəzərij'yəç.iləri əsaslı surətdə  aşağıdakı 
müddəa xarakterli ilkin şərtlərə əsaslanmışdır; təsərrüfat prosesinin 
iştirakçıları  iqtisadiyyatın  necə  fəaliyyət  göstərdiyini  başa  düşür; 
siyasi 
və 
digər 
dəyişikliklərin 
gələcək 
nəticələrini 
qiymətləndirməyi  bacanr;  özlərinin  mənafeyinə  cavab  verən 
davranış xəttini seçə bilirlər. Səmərəli gözləmə nəzəriyyəsinə “yeni 
klassik  makroiqtisadi  nəzəriyyə”  xarakteri  verən  müddəa  isə 
onlarmyüksək  bazar  rəqabətliliyinə  malik  olmasıdır;  qiymət  və 
əmək  haqqmm  səviyyəsinin  isə  “tələb  və  təklifin  dəyişməsinə 
dərhal uyğunlaşır” fikrində olması ilə bağlıdır. 
Səmərəli gözləmə nəzəriyyəsinin əsasını “əhalinin özünün 
ümidinə ümumi münasibəti diskret şəkildə sabitləşdirmə siyasətini 
səmərəsiz  edir”  müddəası  təşkil  edir.  Başqa  sözlə,  əhalinin  öz 
gözləmələrinə  ümumi  reaksiyası  istənilən  diskret  stabilləşdinnə 
siyasətini uğursuz və ya səmərəsiz edir. Ucuzlaşmış pullarla bağlı 
dövlət  siyasətinin  həyata  keçirilməsi  vəziyyətində,  səmərəli 
gözləmələr  nəzəriyyəsi  çərçivəsində,  heç  bir  nəticələrə  malik 
olmayacaqdır. Belə ki, əhali inflyasiyam və 
117 


onun  nəticələrini  gözləyir,  müəssisələr  qiymətləri  qaldırır, 
kreditorlar  -  faizləri  artırırlar,  işçilərin  əmək  haqlan  yüksəlir  və 
nəticədə  istehsal  və  məşğulluğun  real  səviyyəsinin  heç  bir  həcm 
artımı  müşaiyət  olunmur.  Buradan  da  belə  bir  nəticə  çıxır  ki, 
'diskret  siyasət  cəmiyyətdə  yalnız  qeyri-sabitliyi  yüksəldir.  Bu 
nəzəriyyəyə  görə,  siyasətin  səmərəsizliyi  siyasi  səhvlərlə,  ya.xud 
vaxtında  qərar  qəbul  etməyi  bacarmamaqla  deyil,  bu  siyasətin 
gözlənilən  nəticələrinə  insanlann  münasibətləri  ilə  şərtlənir. 
Səmərəli gözləmə nəzəriyyəçiləri göstərirlər ki, əhali sabitləşdirmə 
siyasətinin  gözlənilən  nəticələrinə  münasibət  bildirdikdə,  onun 
səmərəliliyi sıfra bərabər olur. 
Beləliklə,  iqtisadiyyatın  makroiqtisadi  problemlərinə 
səmərəli gözləmə nəzəriyyəsi mövqeyindən yanaşma istər- istəməz 
aşağıdakı ən radikal antikeynsçi nəticələrə gətirib çıxarır: hökıunət, 
ancaq inflyasiyanın sürəti kimi nominal dəyişikliklərə təsir etməyi 
bacarır,  lakin  onlar  istehsal  və  məşğulluq  kimi  real  kəmiyyətlərə 
münasibətdə gücsüzdür; antitsiklik sabitləşdirmə siyasətini həyata 
keçirmək  üçün  heç  bir  imkan  yoxdur.  Bunlar  isə  öz  növbəsində 
səmərəli gözləmə nəzəriyyəsinin “yeni klassik makroiqtisadiyyat” 
adını almasım təbii — labüd edir. 
Səmərəli  gözləmə  nəzəriyyəçiləri  iqtisadi  nəzəriyyədə 
hamının  qəbul  etdiyi  insanlann  davranışlannda  özlərini  səmərəli 
aparmalan qənaətini əsas götürərək öz diqqətlərini hər şeydən əvvəl 
cari inflyasiyaya, xüsusən də iqtisadi siyasətin təntənə ilə deyilən 
tədbirlərinə,  pul  kütləsinin  elan  edilmiş  artım  istiqamətlərinə, 
valyuta məzənnəsinin dinamikasına cəmləşdirmişlər. Onlar hesab 
edirlər  ki,  səmərəli  davranan  iqtisadi  subyektlər  (sahibkarlar, 
istehsalçılar və fəhlələr) inflyasiyanın həqiqi inkişafına əks olan hər 
hansı  sxem  əsasında  qiymət  gözləməsini  yaratmırlar.  Bazar 
subyektləri onların pul 
118 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə