L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

nigah,  cinayətkarlıq,  parlament  seçkiləri  və  s.  öyrənilməsi  üçün 
iqtisadi  nəzəriyyənin  aparatından  istifadə  etməyə  başladılar. 
Maksimallaşdırma,  tarazlıq,  səmərəlilik  və  s.  ümumi  hadisələr 
dairəsinə tətbiq etməyə səy göstərdilər. 
YİN-də  bu  növ  ümumi  ənənələri  daha  artıq,  aydın-açıq, 
ətraflı və geniş sahələrə nüfuz etməklə genişləndinnəyə başladı və 
neoklassiklərdən  fərqli  olaraq,  yeni  istiqamət  aldılar.  İnstitu- 
sionalistlər  yeni  -  eəmiyyətin  institusional  strukturu  ilə 
şərtləndirilmiş məhdudiyyətləri ortalığa qoydular. 
YİN  -  neoklassik  ideyaların  -  ənənələrin  inkişafında  yeni 
keyfiyyət mərhələsidir. Onun əsas nəzəri banilərindən olan 
O.Uilyamson aşağıdakı təsnifatı təklif etmişdir. 
O.Uilyamsonun fikrinə görə, neoklassik doktrinaya texnoloji 
istiqamətlənmə xasdır. Onların fikrinə görə, mübadilə anı və heç 
bir  xərc  olmadan  baş  vermir.  Bağlanan  kontraktlar  ciddi  olaraq 
yerinə yetirilir və iqtisadi təşkilatlann - firmaların sərhədləri istifadə 
olunan texnologiyanın xarakterilə müəyyən olunur. 
Bu nəzəri ailəyə mənsub və tədqiq predmeti olan institusional 
mühiti, onlar fundamental siyasi, sosial və hüquqi qaydalar hesab 
edirlər.  Bu  qaydalar  çərçivəsində  istehsal  prosesləri  və  mübadilə 
(məsələn;  əsas  hüquqi  baza  kimi  konstitusiya  hüququ,  seçki 
hüququ,  əmlak  hüququ,  kontrakt  hüququ  və  s.)  baş  verir.  İctimai 
sferada  tənzimlənən  münasibətləri  ictimai  seçim  nəzəriyyəsi 
(nümayəndələri:  C.Byukener,  Q.Tallok,  M.Olson  və  s.),  xüsusi 
sferada münasibətləri tənzimləyən qaydalar  -  mülkiyyət  hüququ 
nəzəriy^'əsi  (R.Kouz,  A.Alçian,  Q.Demses,  R.Rozner  və  s.) 
adlanır.  Bu  konsepsiyalar  təkcə  tədqiqat  predmetinə  görə  deyil, 
nəzəri əsaslanna görə də fərqlənir. 
123 


YİN-in digər istiqaməti kontrakt əsasmda iqtisadi agentlərin 
yaratdıqları 
təşkilatı 
strukturların 
öyrənilməsidir. 
“Prinsipial-agent”  qarşılıqlı  əlaqəsi  agent  münasibətləri 
nəzəriyyəsi  adlanır.  Bu  nəzəriyyənin  bir  versiyası  prinsipial  və 
agent  arasında  optimal  riskin  paylanmasım  təmin  edən  təşkilati 
sxemlərin tədqiqi ilə məşğul olan stimullaşdırma  mexanizmləri 
nəzəriyyəsi  adlanır.  “Mülkiyyətin  və  nəzarətin  ayrılması” 
problemini  tədqiq  edən  konsepsiya  “agent  münasibətlərinin 
pozitiv  nəzəriyyəsi”  adlanır  (A.Berli,  Q.Minzo,  U.Meklinq, 
M.Censen, 
Y.Fama). 
İqtisadi 
təşkilatların 
transaksion 
yanaşmadan  öyrənilməsi  R.Kouzun  ideyalanna  əsaslanır.  Bu 
yanaşmanın  nöqteyi-nəzərincə,  təşkilatlar  transaksion  xərclərin 
ixtisar  edilməsi  məqsədinə  xidmət  edirlər.  Agent  münasibətləri 
nəzəriyyəsindən fərqli olaraq bu nəzəriyyədə əsas fikir kontraktın 
bağlanması mərhələsinə deyil, onun yerinə yetirilməsi mərhələsinə 
verilir. 
Transaksion yanaşmada əsas istiqamət sövdələşməyə təqdim 
olunan əmtəə və xidmətlərin miqdar və keyfiyyətinin ölçülməsi 
xərcləri  təşkil  edir.  Bu  istiqamətdə  S.Çenin,  Y.Barselin  və 
D.Nortun əməyini xüsusi qeyd etmək lazımdır. Bu məktəbin digər 
lideri  O.Uilyamsondur.  Onun  tədqiq  etdiyi  mərkəzi  anlayış 
“nəzarətedici  strukturlar”  adlanır.  Burada  əsas  diqqət 
sövdələşmənin  iştirakçılarının  davranışının  qiymətləndirilməsi, 
mübahisələrin həll edilməsi, gözlənilməz dəyişikliklərə adaptasiya 
üçün  yaradılan  xüsusi  mexanizmə  verilir.  O.Uilyamsona  görə 
istənilən  kontrakt  həmişə  tam  şəkildə  olmur.  Bu  səbəbdən  də, 
sövdələşmənin yerinə yetirilməsi mərhələsində iştirakçılar arasında 
münasibətləri  tənzimləyən  nəzarətedici  strukturlara  ehtiyav 
vardır. 
124 


10.2. Mülkiyyət hüququ və transaksion xərclər 
İnstitusionalizmin əsasını qoyanlardan biri Nobel mükafatçısı 
R.Kouz “Əgər bazar varsa, niyə firma mövcud olmalıdır?” sualına 
cavab  axtarmağa  çalışmışdır.  R.Kouz  sübut  etmişdir  ki,  hər  bir 
sövdələşmədə  danışıqlar  aparmalı,  nəzarət  həyata  keçirilməli, 
qarşılıqlı  əlaqələr  qurulmalı,  yaranan  fərqli  fikirləri  aradan 
qaldırmaq və s. lazım gəlir. Bütün bu xərcləri otransaksion və ya 
bazar 
mexanizminin 
istifadə 
olunması 
“xərcləri” 
adlandırmışdır.  Əgər  bu  xərclər  realdırsa  onda  hər  bir  təsərrüfat 
vahidi  seçim  qarşısında  qalır:  bu  növ  xərcləri  ödəmək  yaxşıdır, 
yoxsa daha tez və ucuz olaraq lazımi əmtəə və xidmətlər istehsal 
etmək.  Firma  bazar  sövdələşmələri  ilə  bağlı  xərclərdə  qənaət 
olunan  qədər  böyüyə  bilər.  Kouzun  təhlilini  inkişaf  etdirmək 
müasir  iqtisadçılar  transaksion  xərcləri  aşağıdakı  kimi 
təsnifləşdirirlər: 
1.
 
İnformasiyanın axtarılması xərcləri informasiyanın 
alınması, emalına sərf olunan vaxt və resurslar, həmçinin düzgün 
olmayan informasiyadan itkilər
2.
 
Danışıqların aparılması xərcləri. 
3.
 
Ölçü  xərcləri  —  ölçü  texnikasına  çəkilən  xərclər, 
səhvlərdən itkilər və s. 
4.
 
Spesifikasiya  xərcləri  —  məhkəmə,  arbitraj,  idarəetmə 
orqanlarını  saxlama  xərcləri,  hüquqların  pozulmasının  bəıpasma 
çəkilən xərclər və resurslar və s. 
5.
 
Opportunist davranış xərcləri - transaksion xərclərin ən 
çətin  müəyyən  olunan  hissəsini  təşkil  edir.  Bu  xərclər  bazar 
sövdələşmələrində firmaların komanda tipli birgə “fəaliyyətləri ilə 
bağlı” yaranır. Bəziləri bu mübasibətdən sui-istifadə edir, bəziləri 
isə ziyana düşür. 
125 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə