L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

mənafelərinə  məxsus  olan  predmetlərə  dair  gözləmə  yaratdıqda 
informasiya toplayır və dərk edir. Son nəticədə iqtisadi subyektlər, 
onların  əlində  inflyasiya  prosesinə  aid  olan  bütün  bu 
informasiyaların  onların  şəxsi  mənafelərinə  uyğun  olan  qərarları 
qəbul  etmək  üçün  səmərəli  istifadə  etmək  imkanlarına  malik 
olurlar. 
Beləliklə,  nəticə  olaraq  səmərəli  gözləmə  nəzəri}^əsinin 
neoklassik  təlimin  bir  variantı  olduğunu  qeyd  edərək,  onun 
aşağıdakı əsas istiqamətlərini əhatə edir: 
-
 
iqtisadi  subyektlərin  davranışının  səmərəli  xarakterdə 
olması; 
-
 
gözləmələrin  fomıalaşması  zamanı  infonnasiyanın  tam  - 
dolğun mövcud olması; 
-
 
bütün bazarların tam rəqabətliliyi
-
 
tələb və təklif əyrilərində yeni infoımasiyalann dərhal əks 
olunması,  başqa  sözlə,  istehsalın  həcmi  və  tarazlıq  qiymətləri 
vəziyyətin  dəyişməsinə  dərhal  elə  reaksiya  verir  ki,  sanki  yeni 
texnologiyalar  və  ya  iqtisadi  siyasətin  dəyişməsi  meydana 
çıxmışdır. 
9.5.
 
Səmərəli gözləmə nəzəriyyəsində 
təbii səviyyə fərzij'yəsi 
Səmərəli  gözləmə  nəzəriyyəsi  praktiki  olaraq  siyasətçilərin 
inflyasiya  və  işsizlik  arasında  seçimə  yol  verən  istənilən 
variantlarından  imtina  etmək  deməkdir.  Bu  nəzəriyyə  işsizliyin 
təbii səviyyəsi fərziyyəsinin variantlarından biridir. Təbii səviyyə 
fərziyyəsi  -  işsizliyin  və  inflyasiyanın  yüksək  artım  sürətlərinin 
eyni  zamanda  baş  verməsini,  daha  doğrusu,  iqtisadiyyatın 
staqfiyasiya vəziyyətində olmasını mümkün sayır. 
119 


Təbii 
səviy>'ə 
fərziyyəsinin 
digər 
variantı 
— 
uyğunlaşdırılmış  gözləmə  nəzərij-yəsidir.  Bu  nəzəriyyə 
M.Fridmenin  tərəfindən  irəli  sürülmüşdü.  Uyğunlaşdınlmış 
gözləmə  nəzəriyyəsi  güman  edir  ki,  nominal  əmək  haqqının 
dəyişməsi  qiymətin  səviy-  yəsindəki  dəyişikliklərdən  geri  qalır. 
Məhz bu vaxt qalığı mənfəətin yüksəldilməsini mümkün edir ki, bu 
da  öz  növbəsində  məşğulluğu  müvəqqəti  stimullaşdınr.  Lakin 
nominal əmək haqqı bir az keçəndən sonra mənfəətin azalmasına 
səbəb olmaqla, istehsala və məşğulluğa olan qısamüddətli stimulu 
ləğv  edərək  yüksələcəkdir.  Buna  görə  də,  uzunmüddətli  planda 
inflyasiya  və  işsizliyin  səviyyəsi  arasında  alternativlik  yoxdur. 
Uzunmüddətli  Fillips  əyrisi  şaquli  düz  xətt  şəklindədir.  Bu  isə  o 
deməkdir ki, Keynsin stimullaşdıncı siyasəti işsizliyin səviyyəsini 
azaltmaq əvəzinə inflyasiyanın getdikcə artmasına gətirib çıxanr. 
Uyğunlaşdırılmış 
gözləmə 
nəzəriyyəsində 
yalnız 
qısamüddətli  planda  inflyasiyanın  və  işsizliyin  alternativliyi 
mümkün sayılır. Lakin uzunmüddətli planda bu cür alternativliyin 
olmadığı  qeyd  olunur.  Səmərəli  gözləmə  nəzəriyyəçiləri  isə 
göstərirlər  ki,  makroiqtisadi  siyasət,  onun  nəticələri  fəhlələr 
tərəfindən  əvvəlcədən  nəzərə  alındığından  (səmərəsiz  olması 
üzündən)  inflyasiya  və  işsizlik  arasında  hətta  qısa  müddətdə  də 
alternativ əlaqə yoxdur. 
Beləliklə,  təbii  səviyyə  fərzi>'yəsinin  səmərəli  gözləmə 
ehtimalına əsaslanan variantının tərəfdarlan hesab edirlər ki, işçilər 
stimullaşdıncı  siyasətin  inflyasiyalı  səmərəsini  görürlər.  Bu, 
nominal  əmək  haqqının  artırılması  tələblərində  əks  etdirilir, 
nəticədə  qısa  müddətdə  məşğulluğun  heç  bir  artımı  olmur. 
Uyğunlaşdınlmış gözləmə variantının tərəfdarlan hesab edirlər ki, 
Fillips  əyrisində  əks  olunmuş  ənənəvi  əlaqələr  mövcud  deyil. 
Tələbin idarə olunmasına aid stimullaşdıncı siyasət işsizliyi tez bir 
zamanda sabit azaltmadan inflyasiyanın artmasına səbəb olur. 
120 


Deməli,  təbii  səviyyə  fərziyyəsinin  müxtəlif  variantlannm 
(səmərəli-  gözləmə və uyğunlaşdmimış gözləmə) birgə  gəldikləri 
nəticəyə  əsasən,  tələbin  stimullaşdırıiraası  siyasəti  uzunmüddətli 
planda istehsalın real həcminə və məşğulluğa təsir göstərə bilmir, 
ancaq yalnız qiymətin səviyyəsinə təsir göstərə bilir. 
121 


X
 FƏSIL
,
 YENI INSTITUSIONAL NƏZƏRIYYƏ
 
10.1.
 
Yeni institusional nəzəriyyənin (YİN)metodoloji 
xüsusiyyətləri və daxili strukturu. 
10.2.
 
Mülkiyyət hüququ və transaksion xərclər. 
10.3.
 
Kouz teoremi. 
10.4.
 
İqtisadi təşkilatlar nəzəriyyəsi. 
10.5.
 
İqtisadi hüquq və ictimai seçim nəzəriyyəsi. 
10.1.
 
Yeni institusional nəzəriyyənin (YİN)metodoloji 
xüsusiyyətləri və daxili strukturu 
YİN  məktəbinin  bir  çox  adlan  vardır:  neoinstitusionalizm 
(köhnə  institusionalizmdən  fərqli  yeni  institusionalizm), 
transaksion  nəzrijyə  (transaksiyam  -  sövdələşməni  və  onunla 
bağlı xərcləri öyrənən nəzəriyyə), mülkiyyət hüququnun iqtisadi 
nəzərİ
3
yəsi  (mülkiyyət  hüququ  YİN  məktəbinin  özünə  məxsus 
anlayışıdır), kontrakt yanaşması (firmadan tutmuş dövlətə qədər 
istənilən  təşkilat)  -  açıq  və  qeyri-açıq  kontraktlann  mürəkkəb 
şəbəkəsi kimi başa düşülür - iqtisadi təşkilatlar nəzəriyyəsi). 
Neoinstitusionalizm (YİN) iki əsas və fundamental fikirdən 
yaranır:  birincisi,  sosial  institutlar  əhəmiyyətə  malikdir,  ikincisi, 
onlar standart iqtisadi nəzəriyyənin alətlərinin köməyilə təhlil edilə 
bilərlər. 
Məlum  olduğu  kimi,  ən  möhkəm  neoinstitusionalizm  öz 
başlanğıcını neoklassik nəzəriyyədən götürüb və ona sıx bağlıdır. 
Keçən əsrin 50-60-cı illərində neoklassik iqtisadçılar dərk edirdilər 
ki, mikroiqtisadiyyat anlayışı əvvəlki dövrlərə nisbətən daha geniş 
tətbiq sferasına malikdir. Onlar qeyri-bazar hadisələri, o cümlədən 
irqi diskriminasiya, təhsil, sağlamlıq. 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə