L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

yasinin  əsas  tezisini,  pul  kütləsinin  tərəddüdlərinin  uyğun  olaraq, 
iqtisadi, tərəddüdlərin səbəb olmasını faktorlarla əsaslandırmaqdan 
ibarət olub. 
Üçüncü  iş  Fridmen  və  Şvartsın  “ABŞ-m  monetar  tarixi, 
1867-1960” kitabı idi. Müəlliflər göstərilən dövrə aid böyük statistik 
məlumatların araşdırılması əsasında doqquz bölmədən ibarət nəticə 
əldə  edirlər.  Hər  bölmədə  müəyyən  göstəricinin  (gəlir,  qiymət, 
dövriyyə  sürəti  və  s.)  dinamikası,  bütün  göstəricilərin  isə  nominal 
şərtlə  münasibəti  müəyyən  olunur.  Müəlliflərin  fikrincə  heç  bir 
göstərici,  pul  miqdarını  çıxmaqla  konyunkturaya  hiss  edilən  təsir 
etməmişdir. Yalnız tədavüldə olan pul miqdanmn dəyişməsi iqtisadi 
aktivliyi müəyyən edən amil olmuşdur. 
Pul  kəmiyyətinin  dəyişməsinin  iqtisadiyyata  təsiretmə 
mexanizmi  monetarizmin  ən  zəif  nöqtəsi  hesab  edilir.  Əsas  ideya 
ondan  ibarətdir  ki,  pul  kəmiyyətinin  dəyişiklikləri  aktivlər 
portfelinin struktur dəyişməsinə səbəb olur. İqtisadi tsikl aktivlərinin 
ümumi  bahmsınm  tətbiqinin  nəticəsi  kimi  qiymətləndirilir. 
İnflyasiya  problemi  monetarist  nəzəriyyədə  aşağıdakı  kimi  şərh 
edilir: 
1)
 
İnflyasiyanın  vahidi  və  vacib  səbəbi  nominal  pul  kütləsi 
artımının məhsul kütləsi artımı ilə müqayisədə daha sürətlə getməsi; 
2)
 
Uzunmüddətli dövrdə pullar neytraldır. Pul impuls- larının 
(pul  kütləsində  dəyişikliklər)  effekti  yalnız  qiymətlərin  ümumi 
dinamikasında  əks  olunur.  “Real”  dəyişənlərə  (istehsal  həcmi, 
investisiya,  məşğulluq  və  s.)  təsir  elmir.  Qısa  dövrdə  isə  pul 
kütləsinin  artım  tempinin  dəyişməsi  istehsala  və  məşğulluğa  təsir 
edə bilər. Lakin bu effekt uzun sürməyəcək, müəyyən vaxtdan sonra 
real göstəricilərin artım tempi çıxış səviyyəsinə qayıdacaq. 
105 


3)
 
Monetarist  inflyasiya  modelində  inflyasiya  gözləmə- 
lərinə  xüsusi  yer  ayrılır.  Onlar  keçmiş  qiymət  dinamikasına  aid 
proqnozlarda  olunmuş  səhvlərini  nəzərə  almaqla  formalaşdırılır. 
İnflyasiyaya  aid  monetarist  baxışlar  iki  mərhələ  keçib;  birinci 
mərhələdə  inflyasiyanın  meydana  gəlməsi,  onun  inkişaf 
mexanizminə diqqət yönəldilməsi. İkinci mərhələyə inflyasiyaya və 
işsizlik problemlərinin əlaqəsinə dair araşdırmalar aiddir. İnflyasiya 
probleminin  şərhində  əsas  rolu  monetaristlərin  qabaqcıl 
nümayəndələrindən biri F.Keynen oynamışdır. 
Monetarist 
inflyasiya 
konsepsiyasında 
inhisahlann 
qiymətlərə  təsiri  də  araşdırlır.  İnhisarlann  yüksək  qiymətlər 
qoymasının qiymətlərin ümumi strukturuna təsiri müəyyənləşdirilir. 
Onlar  müəyyən  etmişlər,  qiymətlərin  geniş  dairəsi  bazar  tələbinin 
dəyişməsinə  reaksiya  vennir.  Bunun  günahı  inhisarçı  sahə 
kompaniyalarında  görülür.  Onlar  belə  qiymətləri  “inzibati 
qiymətlər”  adlandırır.  “İnzibati  qiymətlər”  məsələsi  70-  ci  illərdə 
xüsusilə  ciddiləşir.  Bu  dövr  inhisar  qiymətlərinin  xüsusilə 
genişlənməsi ilə müşaiyət olunurdu. 
Monetarizm yarandığı dövrdən onun liderləri ödəmə balansı 
və  valyuta  kursu  məsələlərinə  xüsusi  diqqət  yetirirlər.  Fridmen 
1953-cü  ildə  nəşr  etdirdiyi  “Çevik  valyuta  məzənnəsinin  xeyrinə 
dəlillər”  kitabında  Beynəlxalq  Valyuta  Sisteminin  köklü 
islahatlarını əsaslandırır. Bu islahatlar qəti müəyyən edilmiş valyuta 
məzənnələrinin ləğv edilməsini və qızılın azad ticarətdə keçməsini 
təmin  etməli  idi.  Bu  ABŞ-ın  dünya  qızıl  ticarətində  hakim  rol 
oynamasına şərait yaratmışdı. 
“Beynəlxalq  monetarizmin”  əsas  problemlərindən  biri 
ümumdünya inflyasiya nəzəriyyəsidir. Bu məsələ ilə məşğul olanlar 
iqtisadi  nəzəriyyəçiləri  qlobalistlər  adlandırırlar.  Qlobalistlər  pul 
tarazlığına ümumdünya çərçivəsində tam şəkildə baxırlar. Consona 
görə dünyada yalnız bir dünya pulu var. 
106 


Dünya tarazlıq səviyyəsinə o, tələbin dəyişmə tempi ilə beynəlxalq 
valyuta  ehtiyatlan  təklifinin  doyişməsiain  münasibəti  kimi  baxır. 
Dünya  inflyasiyası  R.Mandell,  A.Svoboda  tərəfindən  inkişaf 
etdirmiş və müasir dövrdə də davam edir. 
107 


XIX FƏSİL. TƏKLİF İQTİSADİYYATI VƏ SƏMƏRƏLİ 
GÖZLƏMƏ NƏZƏRİYYƏSİ 
9.1.
 
Təklif iqtisadi>’yatı nəzəriyyəsinin yaranması, 
onun əsas məqamlan və xüsusiyyətləri. 
9.2.
 
Təklif iqtisadiyyatının işsizlik, inflyasiya, dövlətlə 
bağlı baxışlan və Laffer səmərəsi. 
9.3.
 
Səmərəli gözləmə nəzəriyyəsinin yaranması və 
mahiyyəti. 
9.4.
 
Səmərəli gözləmə nəzəriyyəsinin başlıca 
xüsusiyyətləri. 
9.5.
 
Səmərəli gözləmə nəzəriyyəsində təbii səviyyə 
fərziyyəsi. 
9.1.Təklif iqtisadiyyatı nəzəriyyəsinin yaranması, 
onun əsas məqamları və xüsusiyyətləri 
XX əsrin 70-ci illərində keynsçiliyin böhranı zamanı yaranan 
nəzəriyyələrdən  biri  iqtisadi  təklif  nəzəriyyəsidir.  Təklif 
iqtisadiyyatı  nəzəriyyəsi  -  neokonservatizm  iqtisadi  məktəbinin 
əhəmiyyətinə  görə  ikincisidir.  Bu  məktəbin  vahid  lideri  yoxdur. 
Ancaq onun əsas nümayəndələri amerika iqtisadçıları Artur Laffer 
və Martin Feldşteyn hesab edilir. Təklif iqtisadiyyatı nəzəriyyəsinin 
tərəfdarları  da  Fridmen  tərəfindən  yaradılmış  metodoloji  prinsipə 
əsaslanmışdır.  Monetarizmin  və  təklif  nəzəriyyəsinin  hər  ikisinin 
eyni metodoloji və 
ideya 
mövqeyindən  çıxış  etmələrinə  baxmayaraq  iqtisadi  problemlərə 
baxışlarındakı fərqə görə onlar bir-birindən fərqlənirlər. 
108 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə