L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə32/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

Neoliberalistlərdən  fərqli  olaraq  monetaristlər  pulu  təkcə 
təsərrüfatın əhəmiyyətinin faktoru kimi deyil, onu daha vacib bir şey 
kimi  nəzərdən  keçirirlər.  Monetaristlərin  fikrincə,  pul  bütün 
təsərrüfatı öz ətrafında fırladan maqnit oxudur. Pul problemi başlıca 
iqtisadi  problem  hesab  olunur  və  bütün  digər  problemlər  pul 
tələbində,  pul  tədavülündə  baş  verən  dəyişikliklərin  nəticəsi  kimi 
qiymətləndirilir.  Neoliberalistlər  kimi  monetaristlər  də  “sabit  pul” 
ideyasını irəli sürürlər. Lakin monetaristlər buna çatmağı başqa yolla 
həyata  keçirirlər.  Monetaristlərin  əsas  məqsədi  pul  təklifini 
sabitləşdirməkdən ibarətdir. 
Monetaristlərin  tsikl  nəzəri>'yəsi  neoliberalistlərdən  fərqli 
olaraq, başqa cürdür. Düzdür, neoliberalistlər kimi monetaristlər də 
tsiklik inkişafı qanunauyğun nomıal hal kimi hesab edirlər. Ancaq 
tsiklik inkişafın səbəbinin müəyyənləşdirilməsində onların baxışları 
fərqlənir.  Monetaristlər  tsiklik  inkişafı,  iqtisadi  tərəddüdləri  pul 
kütləsində baş verən tərəddüdlərlə əlaqələndirirlər. Neoliberalistlər 
isə  əsas  səbəbi  psixoloji  motivlərdə;  rəqabətdən  kənarlaşmaya  və 
inhisarçıhğa  meyl,  sərvət  yığımı  və  s.  əlaqələndirirlər.  Onların 
fikrincə  bu  amillər  son  nəticədə  bazar  təsərrüfatının  tənzimlənmə 
mexanizmini  pozur  ki,  bu  da  əsas  iqtisadi  problemlərlə  müşaiyət 
olunur. Neoliberalistlər dövlət tənziminin geniş dairə əhatə etdiyi bir 
şəraitdə tsiklik inkişafın aradan qaldırılmasını qeyri-mümkün hesab 
edir. 
Neoliberalistlərin  nəzəriyyəsində  riyazi  modellər  üstünlük 
təşkil  edir.  Fransa  neoliberalisti  J.L.Ryufın  fikrincə  bu  metod 
kapitalist  iqtisadiyyatının  kəmiyyət  qanunauyğunluqlarını  aşkar 
etməyə imkan verir. 
Azad  qiymətlər  modeli  neoliberalizmin  əsas  modellərindən 
sayılır. 
Monetaristlər iqtisadi artımı pul kütləsinin artımına bağlayır. 
Neoliberalistlər iqtisadi artımın qlobal tənzimlənməsini təklif 
!
0



edirlər. Müasir neoliberalistlər üçün planiaşduma xüsusi əhəmiyyət 
kəsb  edir.  Alman  iqtisadçısı  Leylerin  fikrincə,  sosial  bazar 
təsərrüfatı ondan çox uzaqdır. Belə bir təsərrüfat, yəni müasir bazar 
iqtisadiyyatı  xüsusi  planlaşdırma  tələb  edir.  Onlar  qlobal 
tənzimlənmənin əsas elementlərini aşağıdakılan hesab edirlər. 
-
 
Məqsəd layihələri və yönəltmə göstəriciləri şəklində 
dövlət planlaşdırması; 
-
 
Orta tezlikli maliyyə planlaşdımıası; 
-
 
Dövlət pul-kredit siyasəti. 
Şübhəsiz  ki,  müasir  neoliberalistlər  həm  monetarizmdən, 
həm  də  öz  sələflərindən  uzaqlaşmışlar.  Buna  görə  də,  onları 
“neoklassik sintez” adlandınrlar. 
8.3.
 
Monetarizmin həyata keçməsi mexanizmi və inkişafı 
Monetarizmin  fəaliyyətinin  ilk  dövrü  ümumi  kəmiyyət 
nəzəriyyəsinin yeni variantımn işlənməsindən ibarətdir. Mone- tarist 
kəmiyyət  nəzəriyy'əsi  ənənəvi  variantdan  əhəmiyyətli  dərəcədə 
fərqlənirdi.  Problemə  ümumi  yanaşma,  metodologiya,  alınmış 
nəticələr  xeyli  fərqlənir.  Yeni  monetarist  variantının  banisi 
M.Fridmenin nəzəriyyənin təkmil ləşdirilməsinə dair fikirləri onun 
mikro  əsasının  möhkəmləndirilməsindən  başlayır.  O,  əvvəlki 
variantlarda  olduğu  kimi  makroiqtisadi  nəticələr  əldə  etməyə 
tələsmir. 
Pula  tələb  modeli  qurularkən  2  tip  təsərriifat  agenti:  ev 
təsəiTüfatları  və  kapitalist  fıtmalan  tədqiq  edilir.  Ev  təsəırüfatlan 
üçün pul sərvət  yığımının bir forması, kapitalist firmalan üçün isə 
kapital aktividir. Hər iki halda pul hərəkətdə axın kimi deyil, ehtiyat 
kimi  yığılan  və  qarşılıqlı  dəyişilə  bilən  aktivlərin  potfeli  kimi 
nəzərdən keçirilir. 
103 


Monetarist  pul  dinamikasının  şərhi  1958-ci  ildə  Fridmenin 
nəşr  etdiyi  əsərində  əks  olunmuşdur.  O,  1870-1954-cü  illərdə 
ABŞ-da  pulun  dövriyyə  sürətinin  uzunmüddətli  və  tsiklik 
dinamikasını şərh edir. Qəribə və çətin izah olunan bir fenomen irəli 
sürülür.  Müəllifə  görə,  pul  sürətinin  və  Ümumi  Milli  Məhsulun 
dəyişməsi  konyunktura  tsiklinin  hüdudları  ilə  üst-üstə  düşür.  Pul 
aktivlər portfelinin ən ətalətli elementidir. 
Monetarizmdə  bazar  təsərrüfatı,  onun  strukturu  haqda 
nəzəriyyələr  xüsusi  yer  tutur.  A.Xesenin  sözləri  ilə  desək,  mone- 
tarizmin əsas fikri ondan ibarətdir ki, xüsusi təsərrüfat öz əsasında 
möhkəmlənir  və  resursların  Pareto  ruhunda  optimal  bölgüsünə 
uyğun olaraq məhsul həcmi ilə qiymətlər dəsti yaratmağa meyllidir. 
Bazar qüvvələri daim tələb-təklif tarazlığına doğru çəkir. 
Monetaristlərin  əsas  tədqiqat  obyektlərindən  biri  tsikl  və 
böhranlar  problemidir.  Tsiklin  monetar  nəzəriyyəsi  hələ  əvvəllər 
Rişer, Şvarts, Brunner 
və s. iqtisadçılar tərəfindən 
əsaslandırılmışdır. Lakin onlar 
tsiklin inkişafını bank 
kreditləşməsi ilə əlaqələndirirlər. Monetaristlər isə pul kütləsinin və 
ümumi iqtisadi göstəricilərin dəyişməsi ilə, ümumi iqtisadi statistik 
kon-elyasiya  əlaqəsinə  diqqət  yetirirlər.  Bu  əlaqə  pul  və  iqtisadi 
aktivliyin əlaqəsi kimi qiymətləndirilir. 
Monetaristlərin  tsikl  nəzəriy>'əsi  onların  1963-cü  ildə  nəşr 
etdirdikləri üç əsərdə öz əksini tapır. Birinci iş M.Fridmen və 
D.
 
Meyzelman tərəfindən hazırlanır. Onlar avtonom xərclər və 
pul  kütləsinin  dəyişməsinin  iqtisadiyyata  təsirini  əks  etdirən  test 
hazırlayırlar. 
İkinci iş M.Fridmen və A.Şvartsm nəşr etdirdikləri “Pul və 
işgüzar  tsikl”  kitabıdır.  Əsər  1867-1960-cı  illərdə  ABŞ 
iqtisadiyyatında pul ehtiyatlarının dəyişməsinin tsiklik xarakterinin 
şərhi ilə başlanır. Əsərin əsas məqsədi monetarist tsikl nəzəriy- 
104 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə