L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə34/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

Təklif  nəzəriyyəsinin  ən  mühüm  xidməti  -  iqtisadi  artım 
probleminin  əsaslı  surətdə  ö)Tonilməsidir.  Təklif  nəzəriyyəsinin 
monetarizmdən  fərqli  cəhəti,  onun  nümayəndələrinin  istehsal 
amillərinin  (kapital  və  iş  qüvvəsi)  təklifinin  uzunmüddətli  dövlət 
tənzimlənməsini,  vergi  dərəcəsini  aşağı  salmağı  və  məhdud  pul 
siyasətinin  yeridilməsini  zəmri  hesab  etmələridir.  İqtisadi  təklif 
nəzəriyyəsi  məcmu  təklifi  öyrənən  cərəyandır.  Onun  mahiyyəti 
məcmu  təklifi  stimullaşdırmaq,  istehsalı  və  məşğulluğu 
fəallaşdırmaqdır.  Bu  nəzəriyyənin  tərəfdarı  bazarı  -  iqtisadiyyatın 
təşkilinin  ən  səmərəli  üsulu  və  təbii  qərarlaşmış  iqtisadi  fəaliyyət 
sistemi kimi qələmə verirlər. 
Təklif  iqtisadiyyatı  məktəbinin  dörd  əsas  məqamlannı 
aşağıdakı kimi ümumiləşdirmək olar: 
1.  Birincisi,  onun  metodologiyası  ilə  bağlıdır.  Belə  ki,  bu 
təlim  iki  məktəbin  -  neoavstriya  və  ınobetarizmin  sintezi  adlanır. 
Artıq  məlumdur  ki,  neoavstriya  məktəbini  ABŞ-da  işləyən 
avstriyalılar  olan  L.Mizes  və  F.Hayek  təmsil  edirdi.  F.Hayek 
1974-cü ildə “Pul nəzərij/yəsinin, konyuktur dalğalar, iqtisadi, sosial 
və  struktur  proseslərin  tədqiqi”  işinə  görə  Nobel  mükafatına  layiq 
görülmüşdür. 
Neoavstraliyalılar - tam mənada bazar iqtisadçıları və xalis 
konservatorlardır.  Təklif  iqtisadiyyatının  nümayəndələri  də  öz 
təlimlərində  F.Hayekin  foımalaşdırdığı  dörd  vacib  tezislərə 
söykənirlər: 
a)
 
inhisar  bazar  qaydalan,  F.Hayekə  görə,  iqtisadiyyat  o 
qədər mürəkkəb prosesdir ki, insan ağlı obyektiv iqtisadi qanunları 
dərk  etmək  vəziyyətində  olmur.  Ona  görə  də,  onun 
tənzimlənməsinin  ən  yaxşı  vasitəsi  A.Smitin  “görünməz  əl” 
prinsipidir.  Düzdür,  F.Hayek  bazarın  “spontan”  -  öz-özünü 
tənzimləmə  xarakterini  ideallaşdınmr.  Əgər,  dövlət  iqtisadiyyata 
müdaxilə edərsə, onda o doğulmağa başlayır. F.FIayekə görə, 
109 


“gömnməz 3İ” ilk növbədə insanların sərbəst fərdiliyinə uyğundur, 
ikincisi,  məhdud  resurslan  daha  yaxşı  bölüşdüriir,  daha  sonra  isə 
bazar qanunlan haqqında daha yaxşı məlumat verir. 
b)
 
Təklif  iqtisadiyyatının  söykəndiyi,  ikinci  tezis  bazarın 
təmizliyi konsepsiyasıdır. F.Hayekə görə, dövlət bazan çirklən- dirir, 
buna  görə  də  o,  dövlət  tərəfindən  iqtisadiyyatın  tənzimlənməsinin 
bütün istiqamətlərinə əks gedir. 
c)
 
Təklif  iqtisadiyyatının  dayaq  nöqtəsi  hesab  etdikləri 
F.Hayekin  üçüncü  tezisini-  yenidən  bölüşdürücü  büdcə  siyasətinin 
kəskin tənqidi təşkil edir və bu bölgünün iqtisadiyyata və cəmiyyətə 
zərbə vurduğunu qeyd edir. 
d)
 
Dördüncü tezis - həmkarların kəskin tənqidilə bağlıdır. O, 
həmkarların fəaliyyətini əməyin inhisarlaşdıniması adlandırır. 
Düzdür,  təklif  iqtisadiyyatının  nümayəndələri  tam  mənada 
F.Hayeklə  razılaşmırdılar.  Belə  onların  fikrinə  görə,  F.Hayek 
iqtisadiyyatda  dövlət  üçün  heç  bir  yer  qoymur.  Onlar  sadəcə, 
dövlətin tənzimləmə funksiyalarının aşağı salınmasını təklif edirlər, 
bu  funksiyaların  tamamilə  aradan  qaldırılmasının  tərəfdarı 
deyildilər. 
Təklif nəzəriyyəsinin nümayəndələri monetaristlərlə də fikir 
ayrılığına  malikdirlər.  Belə  ki,  monetaristlər  əsasən  mübadilə 
sferasına  üstünlük  verirdilərsə,  təklif  iqtisadçıları  isə  istehsalı  ön 
plana çəkirlər. 
2.  Təklif  iqtisadiyyatının  ikinci  əsas  məqamı  -  işsizlik 
nəzəriyyəsilə  bağlıdır.  Onlar  sosial  zəmanətlər  sistemini  tamamilə 
rədd edirlər. Məlum olduğu kimi, M.Fridmen bu sistemə müəyyən 
yer  vemıişdir;  Sosial  xərclər,  vergilər,  yığımlar,  investisiyalar, 
məşğulluqlar. M.Feldşteynin bir çox kəskin məhdudiyyətlər modeli 
təklif olunmuşdu. 
110 


3.
 
Təklif  iqtisadiyyatının  üçüncü  əsas  məqamı  -  inflyasiya 
ilə  bağlıdır.  Onlar  M.Fridmenin  pul  kütləsinin  məhdudlaşdıniması 
tezisilə həmfikir idilər. Ancaq bu problemin həlli məsələsində onlar 
M.Fridmcndən (yəni, dövlət məmurları arasında onları düzgün pul 
siyasəti  aparılması  ilə  bağlı  aydmiaşdırıcı  işlərin  həyata  keçiri 
İməsiuin  zəruriliyini)  fərqlənirdilər:  belə  ki,  onlar  məmurlann 
ictimai  deyil,  şəxsi  maraqlar  nöqteyi-nəzərdən  hərəkət  etdiyini 
göstərərək,  aydmiaşdırıcı  tədbirlərin  qaydasız  olduğunu  qeyd 
edirlər. 
4.
 
Təklif iqtisadiyyatı təliminin dördüncü əsas məqamı - 
iqtisadi artımla bağlıdır. Bu nəzəriyyənin tərəfdarları iqtisadi artımla 
bağlı. Vergi dəyişikliklərilə bağlı onlarm irəli sürdükləri tövsiyələr 
bunlardır: 
bütövlükdə ev təsərrüfatlanndan və 
sahibkarlardan  yığılan  vergiləri  ixtisar  etmək  (ancaq,  bərabər 
ölçülərlə  olmadan)  lazımdır.  İlk  növbədə  investisiyalardan  və 
yüksək  gəlirli  insanlardan  vergiləri  azaltmaq  lazmıdır.  Bu  isə,  öz 
növbəsində 
problemsiz 
olaraq, 
yığımların 
investisiyalara 
çevrilməsinə  gətirib  çıxarar.  Nəticədə,  investisiyalann  artımı  və  iş 
yerlərinin sayı yüksəlir. 
9.2.
 
Təklif iqtisadiyyatı nümayəndələrinin işsizlik, inflyasiya, 
dövlətlə bağlı baxışları və Laffer səmərəsi 
Təklif nəzəriyyəsinin nümayəndələri monetarizm tərəfindən 
yaradılmış işsizlik, inflyasiya və iqtisadiyyatın dövlət tənzimləməsi 
konsepsiyalarına bəzi əlavələr etmişlər. Bu nəzəriyyənin tərəfdarları 
qeyd  edirlər  ki,  təbii  işsizliyin  əsas  amili  dövlətin  sosial  təminat 
sistemidir.  Geniş  miqyaslı  sosial  proqrama  dövlət  büdcəsinin 
xərclərinin  artması,  sonuncu
3
^a  isə  vergi  rüsumlarmın  yüksək 
dərəcəsinin  səbəbi  kimi  baxırlar.  Vergi  dərəcələri  yüksək  olduqda 
vergilər ödənildikdən sonra real 
I I I  


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə