L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

sonra  demokratik  sosializm  rosmi  olaraq  Beynəlmiləl  sosializm 
doktorinasına çevrildi. 
Demokratik  sosializmi  çox  vaxt  “qərb  kapitalizmi  ilə  şərq 
sosializmi arasında üçüncü yol” kimi də qələmə verirdilər. 
“Demokratik  sosializm”  proqramı  dövlət  tənzimlənməsi 
variantı  ilə  mübarizənin  gedişində  yaramnışdır.  Bu  mübarizəni 
Qərbin sağ konservativ partiyaları həyata keçirirdi. 
Kommunistlərdən  fərqli  olaraq,  sosial  demokratlar  öz 
məqsədlərini kapitalizmi devirmədən, xüsusi mülkiyyəti dağıtmadan 
həyata  keçirmək  istəyirdilər.  Onların  əsas  pmsiplərini;  azadlıq, 
düzgünlük  və  ictimai  əməkdaşlıq  və  birlik  təşkil  edir.  Sosial 
demokratlar  öz  məsələlərinin  həllində  qərb  iqtisadiyyatının  sosial 
ənənlərinin güclənməsi və onların dominant rolunun artmasını əsas 
götürürdülər. Onların nümayəndələrindən X.Xaymanı, E.Bemşteyni 
və başqalarını göstərmək olar. 
Qarışıq  iqtisadiyyat  konsepsiyasının  xüsusiyyətləri. 
Müasir  demokratik  sosializmin  iqtisadi  problemləri  içərisində 
qarışıq  iqtisadiyyat  konsepsiyası  mərkəzi  yer  tutur.  Leyborist 
A.Kroslend  yazırdı  ki,  qarışıq  iqtisadiyyat  sosial-demokratların 
mahiyyəti  adlanır.  O,  mülkiyyət  formaiannm  müxtəlifliyi  ilə  sıx 
bağlıdır. Qərbi Avropada ikinci dünya müharibəsindən sonra ta 80-ci 
illərə qədər dövlət sektomnun iqtisadiyyatda payının artması ənənəsi 
mövcud  idi.  Xüsusi  sahibkarlıq  dövlətin  müdaxiləsi  olmadan 
iqtisadiyyatı  bərpa  edə  bilməzdi,  təsərrüfatı  yenidən  qunnaq 
müınkün  olmazdı  və  digər  tənzimləyici  prosesləri  həyata  keçirə 
bilməzdi.  Sosial  beynəlmiləlçilər  nəzəriyyəçiləri  arasında  İsveç 
ideoloqu, sosial-demokrat  Q.Adler-KarIson  tərəfindən irəli sürülən 
fikirlər  “Funksional  sosializin”  konsepsiyası  adlanır.  Bu 
konsepsiyaya görə, böyük sosial dəyişikliklər məqsədilə milli gəlir 
ictimai  tələbata  uyğun  paylanmalı,  bir  çox  xüsusi  sahibkarlıq 
funksiyalannın 
137 


əməkçilərin  nəzarətinin  altına  götürülməsi  və  ya  (əmək  şəraitinin 
müəyyən  edilməsi,  işçilərin  işdən  azad  edilməsi;  investisiyaların 
istiqaməti və s.) keçməsi zəruri hesab edilirdi. 
Belçikanın,  Fransanın  sağ  demokrat  sosial  demokratlan 
tərəfindən  işlənən  “müəssisələrin  özlərini  idarəetməsi  modeli”, 
“kapitalın  neytrallaşdıniması”  konsepsiyaları  daha  radikal 
mövqedən  çıxış  edirdilər.  Nəhayət,  sosial  demokratlar  mühitində 
“korporativ sosializm” ideyaları da böyük populyarlıq qazanmışdı. 
Təkcə  sənayedə  deyil,  ticarətdə,  aqrar  sektorda  kredit-bank 
sistemində,  yaşayış  tikintisində  kooperasiyadan  istifadə  edilməsi 
təklif olunurdu. 
Beləliklə,  sosial-demokratlar  qarışıq  iqtisadiyyat  ideyasını 
rəhbər  tutaraq,  müxtəlif  mülkiyyət  formalanndan  istifadə  etməyi, 
müxtəlif subyektlər tərəfindən, müəssisələrin idarəedilməsini təklif 
edirdilər. Qarışıq iqtisadiyyat ideyasının bir aspekti də ondan ibarət 
idi  ki,  bazar  -  xüsusi  və  şüurlu  (kollektiv)  metodlardan  istifadə 
edərək  makroiqtisadi  prosesləri  tənzimləmək  .mümkündür. 
Sosial-demokratlar bazarın tənzimlənməsinin tərəfdarları kimi çıxış 
edirdilər,  mərkəzi  planlaşdınnaya  qarşı  çıxırdılar.  Onlara  görə, 
dövlət  elə  məsələləri  həyata  keçirməlidir  ki,  onları  ayn-ayrı 
sahibkarlar,  strukturlar  yerinə  yetirmək  imkanında  olmurlar 
(məsələn,  fundamental  tədqiqatlar,  qabaqcıl  texnologiyaların 
tətbiqi, tam məşğulluğu təmin etmək və s.). 
“Həyatın  keyfiyyəti”  problemi.  Sosial-demokratlann 
konsepsiyalan  içərisində  insanların  yüksək  tələbatları  problemi 
xüsusi  yer  tutur.  “Həyatın  keyfiyyəti”  bütövlükdə  əməyin 
intellektuallaşması  ilə  (xüsusilə  Qərbdə)  sıx  bağlıdır.  Ötən  əsrin 
80-90-cı  illərdə  sosial-demokratların  ideyalarmda  iqtisadiyyatın 
inkişafında ETT-in təsirinin araşdıniması da vacib yerlərdən birini 
tutur. Bununla bağlı sosial-demokratlar cəmiyyətin diqqətini ekoloji 
problemlərə də yönəltməyə çalışırdılar. Çünki 
138 


ETT özü ilə mühitə ziyan vuran bir çox problemlər də yaradır. Bir 
çox inkişaf etmiş ölkələr, o cümlədən Avropa İttifaqı ölkələri ÄBŞ 
sənayesinin  inkişafı  ilə  bağlı  ətraf  mühitə  çox  ziyan  vurduqlarına 
görə  sosial  demokratların  bu  ölkələrdə  böyük  müraciətləri  təqdim 
olunurdu.  Onların  fikrinə  görə,  cəmiyyətin  inkişafı  müasir  dövrdə 
təbii balansı və tarazlığı qommaqla baş verə bilər. Əks halda böyük 
böhranlann baş verməsi labüddür. Bu məqsədlə sosial demokratlar 
aşağıdakı ideyalan irəli sürürdülər: 
1.
 
Kollektiv nəqliyyata üstünlük verilməsi. 
2.
 
Energetika sahəsində neftin istifadəsini azaldan qərarların 
qəbul edilməsi, yeni növ alternativ enerji mənbələrinin yaradılması, 
enerjiyə qənaət. 
3.
 
Aqrar,  kənd  təsərrüfatında  keyfiyyət  göstəricilərinə  fikir 
verilməsi, təbii fəzanın qorunması üçün tədbirlərin işlənməsi. 
4.
 
Risk 
sektorlarında 

atom 
energetikasında, 
biotexnologiyada,  kimya  sənayesində  demokratik  nəzarəti  həyata 
keçirilməsi. 
5.
 
Torpaqların  deqradasiyasının  qarşısınm  alınması,  onlara 
qənaət, təbii və tarixi landşaftı qorumaq və s. 
Sosial  demokratların  yeni  ictimai  nəzarət  tədbirlərinə 
aşağıdakılar aiddir: 
1.
 
Demokratik, ictimai istehsal siyasəti
2.
 
İnvestisiyalar üzərində ictimai nəzarət sosial və ictimai 
maraqların qorunması; 
3.
 
Dünya maliyyə institutlarının və iqtisadi sistemlərin 
demokratikləşdirilməsi və s. 
Sosial-demokratların  özlərinin  bir  çox  ideyalarının  müasir 
dövılin tələblərindən meydana çıxdığını qeyd edirdilər. 
139 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə