L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

YTN-in  fundamental  anlayışlanndan  biri  də  mülkiyyət 
hüququ  anlayışıdır.  Bu  nəzəriyyə  ilk  növbədə  A.Alçianm  adı  ilə 
bağlıdır.  Bu  problemlə  daha  sonra  Q.Demses  məşğul  olmuşdur. 
Neoinstitusionalizmdə  mülkiyyət  hüququ  sistemi  altında  nadir 
resurslara  girişi  tənzimləməyən  bütün  normalar  başa  düşülür.  Bu 
normalar  təkcə  dövlət  tərəfindən  deyil,  cəmiyyət  tərəfindən  də 
cərimə, adətlər, etik normalar, dini adətlər və s. kimi edilə bilər. 
Belə  hüquqlar  həm  fiziki  obyektləri,  həm  də,  məsələn, 
intellektual fəaliyyət obyektləri əhatə edə bilər. 
Mülkiyyət hüququnun əsas elementləri aşağıdakılardır; 
1)
 
Digər agentlərin resurslarına buraxılış hüququ. 
2)
 
Resursların istifadəsinə hüquq. 
3)
 
Onlardan gəlir əldə etmək hüququ. 
4)
 
Əvvəlki hüquqların ötürülməsi və onlara sahib olmaq 
hüququ. 
Mülkiyyət hüququ məsələlərində təşkilati strukturlar arasında 
münasibətləri tənzimləyən kontrakt xüsusi yer tutur. 
10.3.
 
Kouz teoremi 
YİN-in  ümumi  istiqamətlərindən  biri  də  “Kouz  teoremi” 
adlanır və bu onun “sosial xərclər problemi” (1960) məqaləsində öz 
əksini  tapmışdır.  Bu  teoremin  nəzəri  və  praktiki  nəticələri 
aşağıdakılardır: 
1)
 
İlk  növbədə Kouz teoremi mülkiyyət hüququnun iqtisad 
mənasını  açıqlayır  (daha  doğrusu,  xüsusi  və  sosial  xərclər  və 
gəlirlər arasındakı fərqləri); 
2)
 
Kouz teoremi bazar və xüsusi mülkiyy.ətin ətraf mühitin 
dağılmasında olan rolu barədə standart mühakiməni 
126 


mülkiyyətcə  aradaıı  götürür  və  bunda  günahı  o,  dövlətdə  və 
qanunvericilikdə görür; 
3)
 
Kouz transaksion xərclərin mCıhürn xüsusiyyətini aşkar 
edərək  qeyd  edir  ki,  əgər  onlar  müsbət  xarakterlidirsə,  onda 
mülkiyyət  hüququnun  paylanması  neytral  faktor  olmaqdan  xilas 
olur  və  bu  istehsalın  stmktur  və  səmərəliliyinə  təsir  etməyə 
başlayır; 
4)
 
Kouz  teoremi  göstərir  ki,  xarici  effektlərə  söykəmnə  - 
dövlətin müdaxiləsi üçün kifayətedici əsas deyil. 
Kouzun  ideyaları  neoinstitusionalizm  istiqamətlərinin 
inkişafı üçün fundament rolunu oynamışdır. 
10.4.
 
İqtisadi təşkilatlar nəzəriyyəsi 
YİN-in  bu  bölməsi  transaksion  xərclərin  və  mülki>'yət 
hüququnun  firma  problemlərinin  öyrənilməsinə  tətbiqi  ilə  bağlı 
meydana gəlmişdir. Neoklassik nəzəriyyədə firma anlayışı demək 
olar  ki,  istehsal  funksiyası  ilə  eyniləşdirildi.  YİN  tərəfindən  isə 
firma anlayışı transaksion xərclərlə bağlı yeni müstəviyə keçirildi 
(R.Kouz, F.Nayt, A.Alçian, Q.Demzes və s.). Bu nəzəriyyəyə görə 
firmanın  ən  sadə  fonnası  fərdi  xüsusi  sahibkarlıq  firmasıdır. 
Belə firmalar bir çox hüquqlara malikdir (gəlir, başqa iştirakçılara 
nəzarət, üzvləri dəyişmək hüququ və s.). 
Fərdi  mülkiyyətçilərdən  fərqli  olaraq  açıq  korporasiyalar 
(səhmdar  cəmiyyətlər)  komandada  üzvlərini  dəyişmək  hüququna 
malik  olmurlar  və  belə  formada  korporasiya  səhmdarlarının 
mülkiyyət  hüquqları  fərdi  mülkiyyətçilərə  nisbətən  dar 
çərçivədədir.  Buna  baxmayaraq,  bu  forma  səhmdar  cəmiyyətlərə 
bir çox üstünlüklər verir (məhdud məsuliyyət, investisiyalarla bağlı 
127 


riskin azalması, kapitalın cəmləşdiriiməsi, idarəetmə funksiyası və 
s.). 
A.Alçian  və  Q.Demsesə  görə  dövlət  firmaları  -  öz  xüsusi 
istəklərilə  fəaliyyət  göstərmədikləri  üçün  institusionalistlər 
tərəfindən belə firmalar kəskin tənqid olunurdu. YİN-in transaksion 
yanaşması nəzəriyyəçilərinin əsas fikirləri aşağıdakılar olmuşdur: 
-
 
iqtisadiyyatda  təşkilati  formaya  malik  bazar  yaranır  və 
burada müxtəlif formalı firmalar öz aralarında rəqabətə girirlər; 
-
 
belə  təşkilati  formalann  seçilməsi  (inkişafı  və  ya  sıradan 
çıxması) onlann transaksion xərclərdə qənaət etməsilə əlaqədardır. 
Beləliklə,  bir  firmanın  digər  firma  qarşısında  mütləq 
üstünlüyü  yoxdur,  hər  bir  mülkiyyət  forması  özünün  transaksion 
xərclər yığımına malikdir ki, müəyyən şərtlərdə onu daha səmərəli 
istiqamətə yönəltmək olar. 
10.5.
 
İqtisadi hüquq və ictimai seçim nəzəriyyəsi 
YİN-də  iqtisadi  hüquq  nəzəriyyəsi  xüsusi  yer  tutur.  Bazar 
tipli hüquq sistemi məhdud resursların paylanması mexanizmi kimi 
çıxış edir. Bazar sərbəst sövdələşmələrlə həyata keçirilirsə, hüquq 
sistemi  isə  tərəflərin  məcburi  davranışı  ilə  bağlıdır.  Bu 
məcburiyyətə ba.xmayaraq sövdələşmə hüquq sistemi və müəyyən 
olunan  müəy^-ən  hədlər  çərçivəsində  müəyyənləşir.  YİN-də 
hüquqi qayda sisteminə aşağıdakı ümumi tələblər irəli sürülür: 
1)
 
Qanun  transaksion  xərcləri  aşağı  salmalıdır,  süni 
maneələri  aradan  götürməlidir  və  bağlanan  kontraktların  yerinə 
yetirilməsinə əlverişli şərait yaratmalıdır. 
128 


2)
 
O,  mülki^^ət  hüququnu  dəqiq  və  etibariı  qorumalıdır, 
məcburi sövdələşmələrə imkan verməməlidir. 
3)
 
Yüksək  transaksion  xərclər  zamanı  qanunvericilik 
mülkiyyət  hüququnun  paylanmasının  ən  səmərəli  variantını 
seçməlidir.  Bu  paylanma  sisteminə  iqtisadi  agentlər  özləri  qərar 
verməlidir. 
Beləliklə,  hüquq-qayda  sistemi  bazann  işini  sadələşdirməli, 
mülkiyyət hüquqlanna zərər verməməlidir. 
YİN-də  yaranan  ictimai  seçim  nəzəriyyəsini  çox  vaxt  yeni 
“siyasi iqtisad” da adlandınrlar. 
ictimai seçim nəzəriyyəsi - öz xüsusi maraqları çərçivəsində 
insanlann  dövlət  müəssisələrini  bilavasitə  istifadəsilə  bağlı 
müxtəlif  metod  və  üsuHan  öyrənən  nəzəriyyədir.  İctimai  seçim 
nəzəriyyəsinin  əsas  istiqamətlərindən  biri  də  “iqtisadi  insan” 
anlayışıdır.  Bu  nəzəriyyənin  yaradıcıları  siyasi  bazarı  əmtəə 
bazarlanna oxşadırlar. Dövlət burada xüsusi növ bazar kimi qəbul 
edilir.  Onların  iştirakçılan  qeyri-adi  mülkiyyət  hüququna 
malikdirlər: 
seçicilər yüksək dövlət 
orqanlanna nümayəndə seçə bilər, deputatlar qanun qəbul edə bilər, 
məmurlar  onları  yerinə  yetirə  bilər  və  s.  YİN-in  bu  sferada  əsas 
təhlil sahələrini seçki prosesləri, deputatlann fəaliyyəti, bürokratiya 
nəzəriyyəsi, dövlət tənzimlənməsi siyasəti təşkil edir. 
129 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə