L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

elmək olmaz. Monetarizm müəyyən dövrün məhsulu, iqtisadiyyatda 
vacib dəyişikliklərə spesifik reaksiyadır. 
Monetarist  doktrina  bir  neçə  mərhələ  keçmişdir.  İlkin 
mərhələdə,  ötən  əsrin  50-ci  illərin  ikinci  yarısı  və  60-cı  illərin 
əvvəllərində, əsas iş pulun kəmiyyət nəzəriyyəsinin yeni variantının 
işlənməsinə  yönəldilmişdi. Bu variantda pul sabit tələb llmksiyası 
kimi  ifadə  olunmuşdur.  Belə  funksiya  möhkəm  və  etibarlı 
proqnozlaşdınlmış pulun dövriyyə sürətinin analoqu, pul kütləsi və 
nominal (pul) gəlir modelinin əsas həlqəsi idi. 
70-ci  illərin  ortalarında  monetarist-keynsçilik  qarşıdurması 
təsəiTüfat  siyasəti  praktikasında  inkişaf  etməyə  başladı.  Moneta- 
rizmin  nümayəndələrindən  biri  Q.Conson  bu  haqda  yazır:  “Yeni 
ideyalar  intellektual  dairələri  öz  elmi  dəyərlərinə  görə  fəth  etmir. 
Hər şey onun mövcud ortodoksiyanın həll edə bilmədiyi problemi 
həll  edə  bilməsindən  asılıdır”.  70-ci  illərin  sonu,  80-ci  illərin 
əvvəllərində  monetarizmin  şöhrətlənməsinə  onun  təkliflərinin 
iqtisadi  siyasətdə  istifadə  olunması  səbəb  oldu.  Mərkəzi  banklar 
praktiki  fəaliyyətlərində  moneralist  pul  qaydalarının  müxtəlif 
variantlarını  işlətməyə  başladılar.  Tələbin  idarə  olunması,  fəallıq 
siyasəti öz əhəmiyyətini itirdi. Siyasətin yeridilməsində “tədriciliyə” 
və  “gecikdiiTnələrə”  doğru  dönüş  yarandı.  Pul  kütləsinin 
“sıxılması”,  kreditin  məhdudlaşdırılması  ilə  əlaqədar  siyasət 
genişləndi. 
Sonralar,  70-ci  illərin  ortalarında  kapitalizm  ölkələrində 
genişlənən  inflyasiya  böyük  dağıntılara  səbəb  oldu.  Keynsçiliyin 
inflyasiyasının  mənfi  nəticəsini  nəzərə  almamaları  onların 
mövqelərini zəiflətdi. Monetaristlərin inandırıcı görünən inflyasiya 
nəzəri^'yəsi ilə sabit valyuta kursu ilə çıxış edən mövqeyi bu zaman 
daha da güclənir.  Lakin  monetaristlərin geniş  nüflıs qazanmasının 
əsas köklü səbəbi kapitalist təkrar istehsal 
99 


şərtlərinin dəyişməsi və kapitalist ölkələrinin idarəetmə dairələrinin 
strateji xətti dəyişməyə məcbur olması oldu. 
Monetarizm  “yeni 
konservatizmin-neokonser\'atizm”in 
mühüm  tərkib  hissəsinə  çevrilir.  Hazırda  monetarizm  konservativ 
doktrinalar ittifaqmın mühüm tərkib hissəsi hesab edilir. Bu ittifaqa 
monetarizmlə  yanaşı,  ekonomiks,  yeni  klassik  cərəyan  və  s.  (o 
cümlədən, səmərəli gözləmə nəzəriyyəsi) daxil edilir. 
8.2.
 
Neoliberalizm və monetarizmin fərqli və ümumi 
cəhətləri 
XX  əsrin  20-30-cu  illəri  dünya  ölkələrinin  iqtisadiyyatında 
böyük  dəyişikliklərlə  müşaiyət  olunurdu.  Artıq  uzun  illər  ərzində 
siyasi iqtisadda aparıcı rollardan birini oynamış liberalizm cərəyanı 
öz  qüvvəsini  itirmişdi.  Əsas  iqtisadi  problemlərin  həllində  yeni 
münasibətlərdə  müxtəlif  cərəyanlar  formalaşırdı.  Bunlara 
liberalizmin 
davamçısı 
kimi 
tanınan 
neoliberalizm 
və 
siyasi-iqtisadda  yeni  cərəyan  olan  keynsçiliyi  göstərmək  olar.  Hər 
iki  cərəyanın  tədqiqat  mərkəzində  “təzimlənən  iqtisadiyyat” 
problemi dururdu. Onların ən mühüm fərqləri də bu problemə necə 
yanaşmalanndan  yaranmışdı.  Keynsçilik  dövlət  tənzimini  tam 
müdafiə  edir  və  ona  hər  hansı  bir  məhdudiyyət  qoymurdu. 
Neoliberalistlər isə əvvəlcə dövlət tənziminin tam əleyhinə çıxsalar 
da  sonralar  onu  qəbul  etməyə  məcbur  oldular.  Neoliberalistlər 
kapitalizmin  tərəddüdü,  inkişafını,  baş  verən  böhranları,  dövlət 
tənzimi  prinsiplərinin  düzgün  müəyyən  olunmamasında,  dövlət 
tənzimi  sərhədlərini  düzgün  müəyyən-  ləşdirilməməsində 
görürdülər. Neoliberalistlərin əsas şüarı, “azad sahibkarlıq”, “sosial 
bazar təsərrüfatı” idi. Onların fikrincə 
100 


bazar iqtisadiyyatı tam azad rəqabətə əsaslandıqda daimi yüksələn 
inkişafa malik olmalıdır.' 
Neoliberalizmin  ilk  nümayəndələrindən  biri  olan  Amerika 
iqtisadçısı  Uotler  Limpman  “Azad  şəhər”  kitabında  liberalizmin 
ənənələrini müəyyən şəkildə davam etdirir və dövlət tənziminin yeni 
prinsiplərini  əsaslandınr.  U.Lirnpmanın  fikirləri  neolibe-  ralizmdə 
mühüm  rol  oynamışdır.  Neoliberalizm  inkişaf  etmiş  kapitalist 
ölkələrində  sürətlə  inkişaf  etdi.  Müxtəlif  ölkələrdə  onun  öz 
xüsusiyyətləri ilə fərqlənən cərəyanları formalaşmağa başlandı. 
Neoliberalizm  bu  adla  Almaniyada  geniş  yayılmışdır.  Bu 
fərqlər 70-ci illərdən daha çox artmış və monetarizm öz təkamülü ilə 
elə  bir  səviyyəyə  çatmışdır  ki,  hazırda  onu  yeni  konservativ 
doktrinalar  ittifaqına  aid  edirlər.  Lakin  başlıca  iqtisadi  nəzəriyyə 
məsələlərinə  baxışda  monetarizm  neolibe-  ralizrnlə  həmfikirdir. 
Hələ  neoliberalizm  yarandığı  dövrdə  onun  aparıcı  nümayəndələri 
olan  alman  iqtisadçıları  V.Repke,  A.Ryustov,  V.Oyken  və  b.  fəal 
surətdə  başqa  cərəyanları,  onların  nəzəriyyələrini  tənqid  edir,  öz 
nəzərijyələrinin əsaslandırılmasında bu metoddan istifadə edirdilər. 
Neoliberalizmin pul  və pul  tədavülünə dair  fikirləri  onlann 
dövlət  tənzimlənməsinin  metod  və  prinsipləri  ilə  sıx  əlaqədardır. 
Pulla  bağlı  nəzəriyyələrdə  neoliberalizm  və  monetarizmin  əsas 
fərqləri meydana çıxır. Həm neoliberalistlər, həm də mometa- ristlər 
təsərrüfat həyatmda pulu yüksək qiymətləndirir. Neolibe- ralistlərin 
fikrincə,  kapitalist  iqtisadiyyatında  disproporsiyalar  qiymətlərin 
pula qarşı güclü hissiyyatı ilə əlaqədardır. İqtisadi problemlərin əsas 
səbəbini pulun sabitsizliyi ilə əlaqələndirir və pulun sabitsizliyinin 
də  xeyli  dərəcədə  bankların  fəaliyyəti  ilə  əlaqədar  olmasını 
söyləyirlər. 
!01 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə