L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

fəaliyyətini  və  funksiyasını  daha  real  həyati  hadisələr  baxımından 
işıqlandıra  bilsin.  Bazarın  üstünlüklərinin  nədən  ibarət  olduğunu 
açıqlasın  və  aşkar  edə  bilsin  ki,  dövlət  nə  zaman  və  hansı  şərait 
daxilində iqtisadi toshihlər həyata keçirə bilir, bazar mexanizminə 
nüllız edə bilir. 
Bununla  əlaqədar  olaraq,  iqtisadçı-alimlərin  diqqətini  pul 
sistemi  cəlb  edirdi.  Qeyd  edək  ki,  pul  haqqında  nəzəriyyənin 
yaranmasının digər əsas səbəbi ikinci dünya müharibəsindən sonra 
kapitalist  təsən-üfatım  sarsıdan  inflyasiya  prosesi  olmuşdur. 
Görkəmli  iqtisadçı  alimlərdən  A.Marşall,  A.Piqu,  C.X.Robertson, 
eyni  zamanda  C.M.Keyns  öz  sonrakı  əsərlərində  pul  kəmiyyəti 
haqqında  Kembric  variantı  yaratmışdılar.  Bu  nəzəriyyə  “kassa 
qalığı” konsepsiyası da adlanırdı. 
Pul kəmiyyəti haqqında olan nəzəriyyənin əsas ideyası ondan 
ibarət  idi  ki,  pul  kütləsinin  bilavasitə  dəyişməsinin  qiymətlərin 
səviyyəsinə  təsiri  dəyişməz  qalırdı.  Kembric  məktəbinin  gətirdiyi 
yenilik  ondan  ibarət  idi  ki,  bu  konsepsiya  haqqında  olan  təhlilin 
mərkəzi kapitalist fırmalannın kassasında qalıb yığılan pul idi. Digər 
tərəfdən, Kembric məktəbinin tədqiqatçılanmn diqqətindən müxtəlif 
adamlarda  olan,  keçmiş  gəliri  pul  formasında  saxlayan  və 
bölüşdürən,  başqa  üsulla  belə  puldan  istifadə  edən  şəxslər  də 
kənarda qalmamışdı. 
XX  əsrin  dördüncü  rübündə  iqtisadi  tsikllər  haqqında 
monetar  nəzəriyyə  yarandı.  Bu  nəzəriyyənin  əsasını  C.M.Keynsin 
müasiri R.Xoutri qoymuşdur. O göstərirdi ki, iqtisadi tsikl xalis pul 
hadisəsidir,  bu  hadisə  pul  tələbinin  qalxıb  -  enməsi  və  kredit 
münasibətləri ilə əlaqədardır. 
R.Xautri göstərirdi ki,  iqtisadi  yüksəliş  şəraitində pul  tələbi 
artanda banklar kredit vennəklə onu stimullaşdırırlar, eyni zamanda 
banklar  verdikləri  borc  üçün  az  faiz  tələb  edirlər.  Belə  bir 
kumulyativ (ziddiyyətlərin düyünləşdiyi nöqtə) şəraitdə 
79 


iqtisadiyyatda  olan  canlanma  qiymətlərin  artmasını  tezləşdirir, 
bunun  da  nəticəsində  banklar  ehtiyatlı  olmağa  çalışırlar.  Çünki 
banklar  faiz  normasının  artmasından  qorxaraq  krediti  məhdud- 
laşdınrlar. İqtisadi aktivlik bunun nəticəsində qəsdən aşağı endirilir 
və bu proses də kumulyativ xarakter daşıyır. 
Ötən əsrin 20-ci illərində ABŞ-da bir qrup aktiv iqtisadçılar 
meydana  gəldi.  Bu  iqtisadçılar  bazar  sabitliyinin  pul-  kredit 
siyasətinin  köməyi  ilə  təmin  edilməsinin  tərəfdarı  idilər.  Onlar 
pul-kredit  siyasətinin  elə  bir  şəraitdə  həyata  keçirilməsini 
istəyirdilər  ki,  belə  bir  şərait  daxilində  qızıl  standartının 
tələblərindən bu siyasət azad olsun. Bu qrupun lideri İrvinq Fişer idi. 
O  göstərirdi  ki,  iqtisadi  sabitliyin  əsas  şərti  qiymətərin  davamlı 
olmasındadır. Buna da pul siyasəti vasitəsilə nail olmaq olar. 
İngilis iqtisadçısı A.Piqu özünün “İqtisadi rifah nəzəriyyəsi” 
kitabında  ictimai  rifahın  optimallaşdırılması  problemlərini  təhlil 
edirdi.  Abstrakt  faydalılıq  nəzəriyəsinin  real  həqiqətə  çcvinnəyə 
cəhd göstərən A.Piqu (eyni zamanda o ictimai faydalılığm meyarını 
(kriteriyanı)  da  müəyyən  etmək  istəyirdi)  faydahlığı  “milli 
dividentin”  (milli  gəlirin)  kəmiyyətinin  statistik  ölçüsünün 
müqayisəsini verməyə cəhd edirdi. 
A.Piqu  dövlətin  iqtisadiyyata  nüfuz  etməsinin  iki  yolunu  - 
dolayısı  və  birbaşa  görürdü.  Dövlətin  iqtisadiyyata  dolayısı  nüfuz 
etməsi  (vergilər,  subsidiyalar)  “xarici  effekP’in  arzu-  olumnaz 
nəticələrinin  aradan  qaldırılmasına  xidmət  etməlidir  (sadə  rəqabət 
şəraiti zamanı). A.Piqu yazırdı ki, sadə rəqabət şəraitində tamahkar 
mənafelər  təzahür  edir  və  fıskal  xarakter  daşıyan  inhisarlar  öz 
effektliyini itirir. 
A.Piquya  görə,  o  sahələrdə  ki  inhisarlar  tez  və  maneəsiz 
yarana bilər, həmin sahələrə də dövlət nüfuz etməli və bu sahələri 
dövlət öz siyasəti vasitəsilə tənzim etməlidir. Dövlətin 
80 


iqtisadiyyata belə nüfuz etməsi o deməkdir ki, qiymətlər və rüsumlar 
nəzarət altına alınsın. 
6.4,
 
İnstitusionaiizmdə ictimai inkişaf nəzəriyyəsi 
İctimai inkişaf nəzəriyyəsi XX əsrin 20-30-cu illərin iqtisadi 
təlimlər  tarixində  xüsusi  yer  tutur.  İctimai  inkişaf  nəzəriyyəsinin 
görkəmli nümayəndəsi İ.Şumpeter olmuşdur. 
İ.Şumpeter  nəzəriyyəsinə  demək  olar  ki,  20-30-cu  illərdə 
mövcud  olan  siyasi  iqtisad  problemlərinin  əksəriyyəti  daxil 
edilmişdi.  Onun  ideyaları  institusionalizmin  daha  da  inkişaf 
etdirilməsinə təkan vermişdir. 
İ.Şumpeter  müəyyən  bir  vaxt  ərzində  müvazinətlik 
nəzəriyyəsindən uzaqlaşsa da bu nəzəriyyəyə dəfələrlə qayıtmış və 
statika konsepsiyasından daha geniş istifadə etmişdir. 
İ.Şumpeterin  fikrincə  rnüvazinətlilik  vəziyyətindən  çıxan 
sistem yenidən həmin vəziyyətə qayıdır, elmin vəziyyəti isə sistemin 
rnüvazinətlilik  vəziyyətindən  çıxıb  yenidən  ona  qayıtmasının 
səbəblərini  açmaqdan  ibarət  olmalıdır.  O,  öz  tədqiqatının  mərkəz 
nöqtəsi  kimi  sistemin  inkişafı  və  bu  sistemə  təsir  edən  amillərin 
öyrənilməsini seçmi.şdi. 
İ.Şumpeter dinamik dəyişikliklərin səbəbini təhlil edərkən o, 
öz  diqqətini  istehsal  amilləri  üzərində  cəmləşdirir.  Şumpeterin 
konsepsiyasına görə, inkişafın hərəkətverici qüvvəsi sahibkarlardır. 
O,  sahibkarlığa  istehsal  və  ticarətlə  məşğul  olanları  daxil  edirdi. 
İ.Şumpeterin konsepsiyasında kredit məsələlərinə də xüsusi diqqət 
verilir.  Onun  fikrincə,  kredit  elə  bir  iqtisadi  sükandır  ki,  onun 
vasitəsilə  mövcud  istehsal  amillərindən  istifadə  etməklə  “yeni 
istehsal  kombinasiyaları”,  yəni  yeni  məhsul  növləri,  yeni  istehsal 
sahələri yaratmaq olar. Buradan da 
81 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə