L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

İnstitusionalizmin  nümayəndələri  kapitalizmin  iqtisadi 
qanunlarının  mahiyyətini  açmadan,  müxtəlif  sosial  hadisələri 
sistemləşdirərək  bu  sosial  hadisə  və  prosesləri  “institusiya” 
adlandırmışlar. İnstitusionalizm termini bu məktəbin nümayəndələri 
üçün mərkəzi kateqoriya idi və onun nümayəndələri bütün hadisə və 
proseslərə sosial anlayış nöqtcyi - nəzərindən yanaşırdılar. 
İnstitusionalizm  kapitalizmi  yeni  şəraitə  -  inhisarçıhğa 
uyğunlaşdıran  bir  vasitə  kimi  fəaliyyət  göstərirdi.  Göstərdiyimiz 
dövrdə  kapitalizm  cəmiyyətində  yeni  tarixi  şərait  yaranmışdı; 
istehsalın 
kapitalistcəsinə 
ictimailləşdirilməsi 
dərinləşirdi, 
inhisarçılıq  artırdı,  mülkiyyət  dövlətləşdirilirdi,  yəni  mülkiyyət 
münasibətlərinə  dövlət  daha  çox  nüfuz  edirdi.  Belə  bir  şəraitdə 
iqtisad elminə olan tələb artırdı. 
Digər tərəfdən isə “təkmil rəqabət” və “ bazar müvazinəti” 
konsepsiyası  arxa  plana  çəkilirdi,  burjua  dövləti  də  iqtisadi 
sahələrdə  olan  nüfuzunu  daha  da  gücləndirirdi.  Bu  kateqoriyaları 
institusionalizmin  nümayəndələri  aşağıdakı  kimi  izah  edildilər: 
sosial  hadisələr  həm  bazis,  həm  də  üstqurum  xarakteri  daşıyırlar. 
Onlar buraya vergiləri və ailələri, dövləti və həmkarlar ittifaqlarını, 
rəqabəti və inhisarları, xüsusi mülkiyyəti və maliyyə sistemini və s. 
daxil  edirdilər.  Digər  tərəfdən,  institusionalizmin  nümayəndələri 
iddia  edirdilər  ki,  sosial  hadisələrin  əsasını  müxtəlif  formalı 
psixoloji, hüquqi, etnik, texniki və digər münasibətlər təşkil edir. 
İnstitusionalizmin  görkəmli  nümayəndəsi  olan  Hamilton 
yazırdı ki, institusiya ictimai qrupların adət və ənənələrini yazmaq 
üçün  ən  gözəl  simvoldur.  Təfəkkürün  dərk  etdiyi  bu  hadisələr  və 
proseslər  (sosial  amillər)  sosial  qnjplann  adət  və  ənənələrini  əks 
etdirmək məqsədilə istifadə edilən ən yaxşı üsuldur. 
73 


İnstitusionalizm iqtisadi proseslərin vahid bir tərəfim vermir. 
Veblen isə bir iqtisadi əsasın insanlarm psixologiyası olduğunu iddia 
edir.  Veblen  bunu  təkcə  insanların  psixologiyası  ilə 
məhdudlaşdırmayıb, buraya bioloji və antropoloji amilləri də daxil 
edir. Mitçell isə iqtisadi proseslərin əsasını müəyyən qrup insanların 
qeyri  —  iqtisadi  amillərində  axtarır.  R.Eli  bu  mənbəyi  etikada, 
Helbreyt  isə  texnikada  axtarır.  Helbreyt  praktiki  miəsələləri  həll 
etmək üçün texnikanın sistematik şəkildə tətbiqini əsas götürür. 
Real  həyatda  institusionalazmin  metodologiyası  “sosial 
psixologiya” nın metodologiyasına əsaslanır. İnstitusionalizm sosial 
-  iqtisadi  hadisələrin  izahında  Avstriya  siyasi  iqtisad  məktəbindən 
fərqli 
olaraq 
fərdi 
“psixologiyadan” 
deyil, 
qrupların 
“psixologiyasından” çıxış edirdilər. Bununla da institu- sionalistlər 
burjua siyasi iqtisadını xüsusi fərdi sahibkarlığa istiqamətləndirirlər. 
Bu o deməkdir ki, institusionalistlər inhisar birliklərini və dövlət  - 
inhisarçı kapitalizmi müdafiə edir. 
İqtisadi proseslərə “sosial psixologiya” nöqteyi - nəzərindən 
yanaşan  institusionalistlər  iqtisadi  həyatın  müəyyən  hadisələrini 
öyrənməklə marjinalistlərin metodologiyasını tədqiqat obyektindən 
çıxarmışdılar. 
İnstitusionalizmin  metodologiyasının  digər  xüsusiy>'Əti  də 
ondan  ibarətdir  ki,  ictimai  inkişaf  formalarının  inqilablar  yolunu 
inkar  etməklə  təkamül  inkişaf  üsuluna  üstünlük  vermələridir. 
Bununla  da  institusionalizm  burjua  siyasi  iqtisadma  olan  tarixi 
məktəbin  varisləri  və  davamçılan  kimi  çıxış  edirdilər.  Bununla 
yanaşı  institusionalistlər  “Avstriya  və  tarixi  məktəbin” 
metodologiyasından fərqli olaraq kapitalizmin XX əsrdə olan sosial 
- iqtisadi hadisə və proseslərini öyrəndilər. 
İnstitusionalistlər  dövlət  -  inhisarçı  kapitalizmi  “inzibati 
kapitalizm” adlandırırdılar. Dövlətin iqtisadi həyata nüfuz etməsi 
74 


“irıstitusionalistlər” tərəfindən istehsal 
üzərində “sosial 
nəzarətin” tətbiq edilməsi kimi izah olunur, və ya institu- siorıalistlər 
bu prosesi nizamlanan iqtisadiy>'at adlandırırdılar. 
İnstitusionalizjnin nümayəndələri 
göstərirdilər ki, 
kapitalist iri inhisarlan əslində iri istehsaldır və bu iri istehsal sosial 
məqsədlər güdür. 
İnstitusionalizm dörd istiqamətdə inkişaf edirdi: 1) psixiki 
-
 
bioloji istiqamət. Bu istiqamətin başında Veblen dururdu və onlar 
“sosial darvinizm” konsepsiyasını təbliğ edirdilər; 2) sosial 
-
 
hüquq cərəyanı.  Bu cərəyanın rəhbəri Kornmons idi; 3) emprik 
inkişaf.  Emprizmin  rəhbəri  isə  Amerika  konyunkturşünaslıq 
məktəbinin görkəmli nümayəndəsi Mitçell idi; 4) sosioloji cərəyan. 
Bu cərəyanm nümayəndəsi Heibre}4 idi. 
İnstitusionalistlər iddia edirdilər ki, cəmiyyətdə gedən sosial 
dəyişikliklər  texnikanın  sosial-iqtisadi  strukturda  yaratdığı 
irəliləyişlərlə birbaşa əlaqədardır. M
Ə
İ
TZ
 bu metodoloji prinsiplərə 
əsaslanan  yeni  nəzəriyyələr  -  sənaye  cəmiyyəti,  konvergensiya, 
sənayeləşdirmədən sonrakı cəmiyyətlər konsepsiyaları yaranmışdır. 
6.2.
 
İnstitusionaHzmin amerika məktəbi 
Amerika institusionalizminin ən görkəmli nümayəndələri T. 
Veblen, C. Kornmons və U.MitçelI olmuşlar. 
Veblen 1923-cü ildə özünün “Absenteist mülkiyyət və yeni 
dövrdə  sahibkarlıq”  (iştirak  etməyən  mülkiyyət)  adlı  sonuncu 
kitabını çap etdirir. Müəllif bu kitabda göstərir ki, tam şəkildə baxıla 
bilən mülkij'yət korporasiyalardadır, bu təsis fəaliyyəti daşıyır. Bu 
onlara  imkan  verir  ki,  yeni  siyasət  həyata  keçirsinlər,  istehsalı 
məhdudlaşdınnaqla  qiymətləri  maksimuma  qaldırsınlar  və  süni 
olaraq əmtəə çatışmazlığı yaratsınlar. 
75 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə