L. F. Mahmudova RƏYÇİLƏR; I e. d., prof. D.Ə. Vəliyev dos. A. Y. Yəhyayeva Məmmədova Ş. S., Əmiraslanova N. T. Müasir iqtisadi nəzəriyyələr. Dərs



Yüklə 8,38 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix14.05.2018
ölçüsü8,38 Kb.
#44030
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

İ.Şumpeter  təsəiTüfatın  iıikişafında  banklann  xüsusi  rolunu  qeyd 
edir. 
İqtisadi}'yatm  tsiklik  inkişafını  İ.Şumpeter  novatorluqla  da 
əlaqələndirir. O, özünün “İqtisadi tsikillər” (1939) kitabında çalışırdı 
ki,  üç  tipli  olan  tsikillər  arasındakı  əlaqələri  aydınlaşdırsın.  O, 
tsikillərə  belə  yanaşırdı:  uzunmüddətli  (Kondratyev),  klassik 
(Jyuqlar) və qısamüddətli tsikillər (Kitçina). Onun fikrincə bütün bu 
tsikillər  yeni  qaydalarla,  yəni  yeni  texnikanm  tətbiqi  ilə 
əlaqədardırlar. 
1942-ci  ildə  Şumpetcrin  “Kapitalizm,  sosializm  və  demok- 
ratiya”kitabı  çapdan  çıxır.  Bu  kitab  kapitalizmin  tarixi  taleyini 
özündə  əks  etdirən  bir  əsərdir.  Eyni  zamanda  bu  kitab  onun 
tədqiqatlarının məntiqi ümumiləşdirilməsidir. 
6.5.
 
İnstitusionalizmdə inhisarçı rəqabət nəzəriyyəsi 
Bu  nəzəriyyə  inhisarçı  bazar  sisteminin  mahiyyətini,  onun 
məzmununu və struktumnu öyrənən konsepsiyadır. İnhisarçı bazar 
rəqabəti  nəzəriyyəsinin  ABŞ  institusionalizminin  görkəmli 
nümayəndəsi  E.Çemberiin  ötən  əsrin  30-cu  illərin  əvvəllərində 
yaratmış  və  Qərbi  Avropa  iqtisadçıları  bu  konsepsiyanı  inkişaf 
etdirmişlər. 
İnhisarçı  rəqabət  problemini  siyasi  iqtisad  elminin  müxtəlif 
cərəyanlarının  nümayəndələri:  N.Kaldor  (Böyük  Britaniya), 
C.Neyman,  O.Morgenşlern,  R.Triffın,  U.Folner,  R.Dorfnian, 
R.Kyuin (ABŞ) daha da inkişaf etdimişlər. 
İnhisarçı  rəqabət  nəzəriyyəsinin  anlayış  və  kateqoriyalar 
si.stemi müasir kapitalist bazar rəqabətinin ünsürləri ilə inhisarlann 
ünsürlərinin çulğalaşması ideyalan əsasında təşəkkül tapmışdır. Bu 
nəzəriyyənin məqsədi fiımaların bazar strategiyasına xidmət etmək 
və firmaları yüksək mənfəət əldə 
82 


etməsinə yönəltməkdir. 
Qeyd  edək  ki,  inhisarlar  haqqında  əhəmiyyətli  nəzəriyyəni 
Böyük  Britaniya  alimi  A.Marşall  yaratmışdı.  O,  siyasi  iqtisadda 
Kembric  məktəbinin  əsasını  qoymuşdu  və  müxtəlif  vəzifələrdə 
işləmişdi.  A.Marşall  özünün  “Siyasi  iqtisadın  prinsipləri”  (1890) 
kitabı  ilə  məhşurlaşır  və  bu  kitab  İngiltərə  məktəblərində  dərslik 
kimi tədris edilmişdir. 
Siyasi  iqtisadın  bir  çox  problemləri  ilə  yanaşı  A.Marşall 
inhisarları  da  öyrənmişdir.  XIX  -  əsrin  ikinci  yansında  yaranmış 
şərait ilə əlaqədar olaraq o, “xalis” ticarət - sənaye inhisarlannı və 
azad rəqabəti təhlil etmişdir. 
İnhisar  rəqabəti  nəzəriyyəçilərinin  diqqət  mərkəzində 
korporasiyalar  üçün  praktiki  cəhətdən  mühüm  olan  mübadilə 
probleminin  inkişafı  dururdu.  Bu  nəzəriyyənin  məqsədi,  yəni  əsas 
tədqiqat  obyekti  bazarla  istehsal  inhisarlarının  fəaliyyəti  arasında 
olan  qarşılıqlı  əlaqələrin  optimallaşdınİmasını,  kütləvi  surətdə 
ixtisaslaşmış  məhsul  istehsal  edənlərin  arasında  olan  rəqabət 
münasibətlərini öyrənmək idi. 
İnhisarçı bazar rəqabəti nəzəriyyəçiləri inhisar qiymətini belə 
izah  edirdilər:  inhisar  qiyməti  elə  bir  qiymətdir  ki,  bu  qiymət 
inhisarlara  “yüksək”  mənfəət  gətirir.  Əldə  edilən  bu  adi  yüksək 
mənfəət istifadə olunmayan istehsal gücündən asılı olmayaraq tətbiq 
olunan bütün artıq kapitalın əsasında yaradılır. 
ABŞ-ın  məşhur  iqtisadçı  alimi  E.Çemberlinin  fikrincə, 
məhsul  istehsalı  üzrə  ixtisaslaşdırılmış  hətta,  kiçik  finnalar  belə 
inhisarçıdılar.  Deməli,  həm  iri  inhisarları,  həm  də  təsadüfən 
yaranmış xırda istehsalçıları E.Çemberlin inhisarçı adlandırır. 
İnhisarçı  rəqabət  nəzəriyyəsinin  əsasını  son  faydalılıq  və 
istahsal xərcləri nəzəriyyəsi təşkil edir. Mənfəətin orta mənfəət və 
inhisar mənfəəti formasında bölüşdürülməsini bu 
83 


nəzəriyyənin  nümayəndələri,  xüsusilə  E.Çcmbcrlin  bazarla 
əlaqələndirir. 
E.Çemberlinə  görə  mənfəətin  yaranması  və  bölüşdürülməsi 
qanunu,  əmək  haqqı,  renta  inhisar  şəraitində  (xalis  rəqabət  ilə 
müqayisədə)  tamam  başqa  məna  daşıyır.  Belə  bir  ideya  əsasında 
E.Çembcrlin  inhisar  istismarım  qəbul  etmir,  yəni  inhisarçılıq 
şəraitində istismar olmur. 
6,6.
 
İnstitusional-sosioloji baxışlarda C.Robinsonun və 
U.Rostounun yeri 
XX əsrin 20-30-cu illərində siyasi  iqtisad elmində müxtəlif 
nəzəri və əməli istiqamətlər yaranmışdır. Bu nəzəriyyələrdən biri də 
qeyri  təkmil  rəqabət  nəzəriyyəsi  idi.  Qeyri-təkmil  rəqabət 
nəzəriyyəsi bazarı öyrənir, bazarda inhisarların hökmranlığını qəbul 
edir, onlann bazar qiymətlərinin fonnalaşmasında rolunu təhlil edir 
və xırda mülkiyyətçiliyi müdafiə edirdi. C.Robinson inhisar qiyməti 
nəzəriyyəsini işləyib hazırladı. Qeyri-təkmil rəqabət nəzəriyyəsinə 
görə  qiymətlərin  qalxması  hesabına  inhisar  mənfəətinin  əldə 
edilməsi bir neçə xırda firmanın olmasını tələb edir və bu fırmalarm 
arasında  razılığın  olması  zəruridir.  Bu  firmalar  eyni  zamanda 
məcmu  kapitaldan  təcrid  olunmalıdırlar.  İnhisarların  mənfəəti 
bərabər  mənfəətlərdən  fərqli  olmalıdır  və  orta  mənfəət  normasını 
ötməlidir. 
C.Robinson  göstərirdi  ki,  inhisarlar  “sosial  ədalətsizlik” 
təmayülü  yaradılır,  yəni  həddən  artıq  istehsal  amilləri  istismar 
olunur.  Məhsul  istehsalı  vahidi  artdıqca  istehsal  amilləri  -  əmək, 
kapital  və  torpaq  istismara  daha  çox  məruz  qalırlar.  İnhisarçılann 
seriyalı istehsalı artdıqca istehsal amilləri üzərində qiymətlər qalxır, 
istehsal xərcləri azalır və kompaniyalar orta mənfəətdən 


Yüklə 8,38 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə