16
Kəhriz istiqamətində qərbdən Ģərqə doğru 125
km məsafədə uzanır. Onun dibində çay
terraslarından ibarət düzənliklər vardır. Mianə çökəkliyi isə Qızılüzən çayının orta
axarında yerləĢir [12].
Cənubi Azərbaycanın dağarası çökəklərində Naxçıvan Muxtar Respublikasında
olduğu kimi yayı quraq keçən soyuq yarımsəhra və quru çöl iqlimi hakimdir. Kon-
tinental iqlimə aid olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur mənfi
32°C, illik mütləq maksimum temperatur isə 43°C olur. Hər iki ərazinin orta və yüksək
dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Ġstər Naxçıvanda,
istərsə də Cənubi Azərbaycan ərazisində meĢə örtüyü çox azdır, demək olar ki, yox
dərəcəsindədir. Ġqlim Ģəraitinin kontinentallığı və quraqlıqla əlaqədar Cənubi
Azərbaycandakı dağ yamaclarında kolluqlar və yarımkol bitkilər geniĢ yer tutur.
Dağarası çökəkliklərdə və maili düzənliklərdə quru və yarımsəhra bitkiləri inkiĢaf
etmiĢdir. Qotur-Musalan dağ silsiləsinin Ģərq yamaclarında enliyarpaqlı meĢələr və
səhra (bozqır) bitkilərindən ibarət kolluqlar yayılmıĢdır. Dağ yamaclarının meĢədən
məhrum olması eroziyanın intensiv getməsinə, sellərin tez-tez baĢ verməsinə səbəb olur.
Belə iqlim Ģəraitində yay otlaqları da az məhsuldar olur [13].
Cənubi Azərbaycanın torpaq örtüyü kəskin parçalanmıĢ relyef Ģəraitində for-
malaĢmıĢdır. Alçaq dağlıq ərazilərdə açıq sarı, əksər hallarda isə çimli torpaqlar əmələ
gəlmiĢdir. Tipik boz torpaqlar yüksək dağarası çökəklərdə yayılmıĢdır. Qəhvəyi torpaqlar
Cənubi Azərbaycanın geniĢ ərazisini əhatə edir. Vulkanların püskürməsi nəticəsində
yaranan süxurlardan əmələ gəlmiĢ torpaqlar mikroelementlərlə zəngin olduqlarından
onların məhsuldarlığı yüksək olur. Kiçik Qafqazda Qarabağ vulkanik yaylasının,
Cənubi Azərbaycanda Savalan və Səhənd dağları yamaclarının torpaqları belə
torpaqlardandır [14].
Azərbaycan ərazisində atmosfer yağıntılarının miqdarı qeyri-bərabər
paylanmıĢdır. Əgər Lənkəranın cənubunda illik yağıntının miqdarı 1800 mm-dən
artıqdırsa, Qobustanın cənub-Ģərq hissəsində illik yağıntının miqdan 150 mm-dir. Müla-
yim iqlim qurĢağının orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan ərazilərdə
tipik səhra bitkiləri, 200-400 mm olan ərazilərdə tipik yarımsəhra bitkiləri, 400-500
mm olan ərazilərdə rütubətli dağ kolları və alçaq dağlığın arid meĢələri, 600-1400 mm
olan ərazilərdə meĢələr yaranır. Yüksək dağlığın alp çəmənlikləri üçün orta illik
yağıntının miqdarı 600-900 mm tələb olunur [15].
Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla da zəngindir. Azərbaycanın ən
qiymətli sərvəti ilk növbədə neft və qazdır. Neft və qaz qədim zamanlardan ölkəni
ĢöhrətləndirmiĢdir. Heç də təsadüfı deyil ki, Azərbaycana "Odlar yurdu" deyirlər.
Azərbaycanın yeraltı sərvətlərinə dəmir, mis, qızıl, gümüĢ, civə, qurğuĢun, maq-
nezium, xrom, titan, kobalt, polimetallar, molibden, kvars, kükürd, alunit, daĢ duz və s.
faydalı qazıntılar da aiddir.
Azərbaycanın mineral suları və sərin bulaqları da onun milli sərvətidir.
Azərbaycanın mineral suları kimyəvi tərkiblərinə görə on bir tipə bölünür:
hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-sulfatlı, hidrokarbonatlı-
17
xloridli-sulfatlı, xloridli, sulfatlı-xloridli, kükürdlü və b [16].
Azərbaycanın təbii-coğrafı Ģəraitinin qısa xarakteristikasından tamamilə aydın
olur ki, bu ərazidə insanlar çox qədim zamanlardan məskən salmıĢ və güzəran keçir-
miĢlər. ƏlveriĢli iqlim Ģəraiti, münbit torpaqlar, zəngin yerüstü və yeraltı sərvətlər bu
ölkəni Azərbaycan xalqının ilkin ocağına çevirmiĢ, xalqın qaynar həyatı bu ərazidə
keçmiĢdir.
18
TARĠXĠ OÇERK
Azərbaycan bəĢər sivilizasiyasının çox qədim mərkəzlərindən biridir. Xalqı-
mız minilliklər boyu bu bərəkətli diyarda davamlı yaĢamıĢ, olduqca zəngin maddi və
mənəvi irs yaratmıĢdır. Yurdumuzun əlveriĢli təbii-coğrafı Ģəraiti, bitki və heyvan
aləminin zənginliyi milyon illər öncədən insanların burada davamlı məskən salmasına
imkan vermiĢdir.
Son dövrlərdə aparılan elmi araĢdırmalar Qafqazın, о cümlədən Azərbaycanın
ilk insanların yaĢadığı bölgələrdən biri olduğunu sübut edir. Mütəxəssislərin fikrincə,
3-3,5 milyon il əvvəl ġərqi Afrikada, Ön və Cənubi Asiyada, Cənubi Avropada fiziki
quruluĢu və həyat tərzi gələcək insanların formalaĢması üçün əsas olan driopitek,
ramapitek və s. avstraliopitek tipli məxluqlar yaĢayırdılar. Bu tip paleoantropoloji
tapıntıların biri də Gürcüstanın Azərbaycanla sərhədi yaxınlığında, Udabno adlı yerdə
aĢkar edilmiĢdir [1]. Bu məxluqların çoxu, о cümlədən udabnopitek insan təkamülündə
barsız budaq olsa da, bu fakt insanabənzər məxluqların ən qədim çağlardan Qafqazda
yaĢadığını göstərən ilk maddi dəlil kimi qiymətlidir.
Təkamül prosesində insanabənzər varlıqların çox az bir qismi ət yemək, ov
etmək qabiliyyətini inkiĢaf etdirmiĢ, iki ayaqla yerimək, ən sadə əmək alətləri
düzəltmək vərdiĢlərini tədricən möhkəmlətmiĢlər. Son elmi tədqiqatlara görə, Yer
üzərində ilk insanlar 2,5-3 milyon il öncədən yaĢamağa baĢlamıĢlar. ġərqi Afrika və
ġərqi Aralıq dənizi hövzəsi ilə birlikdə Cənubi Qafqaz da ən qədim insanların ilkin
yaĢadıqları regionlardan biri olmuĢdur. XX əsrin 90-cı illərində Borçalıda (müasir
Gürcüstanın Dmanisi bölgəsində) alınan və gürcü alimlərinin arxeoloji araĢdırmaları
zamanı 1,8-2 milyon il əvvələ aid 6 mindən çox daĢ alət, heyvan sümükləri və ən
baĢlıcası, həmin dövrdə yaĢamıĢ insanın qalıqları: alt çənəsi, ayaq darağı, qafa tası aĢkar
edilmiĢdir [2]. Mütəxəssislərin Homo erektus adı verdiyi bu varlıqlar onlarla bir
dövrdə yaĢamıĢ Homo habilislərdən düzqamətli və beyin tutumlarının daha böyük
olması ilə fərqlənmiĢlər.
Azərbaycan arxeoloqlarının tədqiqatları da müasir Azərbaycan ərazisində ilk
insanların çox qədim çağlardan - 1,5 milyon il öncədən davamlı yaĢadığını göstərir.
Qarabağın cənub-Ģərqində Quruçay dərəsindən, çaydan soldakı yamacda yerləĢən Azıx
mağarasının alt qatlarından adi çay daĢından hazırlanmıĢ kobud çapma alətləri, ərsinlər,
qaĢovlar, 4-5 kq ağırlığında nəhəng çoppervari alətlər tapılmıĢdır [3]. Bu əmək alətləri
formasına və hazırlanma texnikasına görə ġərqi Afrikadakı Olduvey düĢərgəsindən
aĢkarlanmıĢ əmək alətləri ilə müqayisə edilmiĢ və qismən uzlaĢma müəyyənləĢdirilsə də,
buradakı əmək alətlərinin daha çox özünəməxsus xüsusiyyətlər daĢıdığı aydın olmuĢdur.
Alimlərin "Quruçay mədəniyyəti" adı verdiyi həmin maddi mədəniyyət nümunələrini
yaradan insanların təxminən 1,2-1,5 milyon il öncədən yaĢaması müəyyən edilmiĢdir. Bu
insanlar ilk öncə Quruçay dərəsində yaĢamıĢ, Azıx mağarasına köçdükdən sonra da
həmin ərazi ilə sıx bağlı olmuĢlar. Dərədən götürdükləri daĢlardan əmək alətləri