23
dolixokran (uzun baĢlı) avropoid irqinin cənub Ģaxəsinə aiddirlər [14].
Neolit dövründə (e.ə.VII-VI minilliklər) istehsal təsərrüfatına keçildi,
əkinçilik və maldarlıq əsas məĢğuliyyət sahələrinə çevrildi. Ġnsan ilə təbiət arasında
münasibətlərdə köklü dəyiĢikliklər baĢ verdi ki, bu da "Neolit inqilabı" adlanır. Bu dövrdə
dulusçuluq və toxuculuq kimi sənət sahələri yarandı, əzmək, parçalamaq və qazmaq
üçün iĢlədilən daĢ alətlərin nisbətən iri ölçüdə düzəldilməsinə baĢlandı [15]. Ġnsanlar
daĢı burma üsulu ilə deĢmək, novçalı etmək, cilalamaq texnikasına yiyələndilər.
Ġnsanların oturaq
həyata
keçməsi
baĢ
verdi.Çay
vadilərində,
təpələrdə daimi əkinçilik
məskənləri yarandı. Bu
məskənlər anbarı, ocağı,
həyəti, möhrədən və çiy
kərpicdən hörülmüĢ biro-
taqlı daxmaları olan yaĢa-
yıĢ yerləri idi. Neolit
dövrünə aid ilk əkinçilik
məskənləri Cənubi Azər-
baycanda Urmiya gölü
hövzəsində Həsənli, Ya-
nıqtəpə,
Təbriz
yaxınlığında Hacı Firuz,
ġimali
Azərbaycanda
Qobustandakı Ana zağa,
Kənizə, Ovçular zağası
abidələridir [16]. Onların
mədəni
təbəqələrindən
daĢ toxalar, sürtgəclər,
dənəzənlər, bıçaqvari
lövhələrdən düzəldilmiĢ biçin alətləri tapılmıĢdır.
Qobustanın Neolit dövrünə aid qayaüstü rəsmlərində boğazına çatı
salınmıĢ öküz təsviri, həmçinin buradakı yaĢayıĢ məskənlərindən əhliləĢdirilmiĢ keçi
sümüklərinin tapılması oturaq əhalinin maldarlıqla da məĢğul olmalarını açıqca
göstərir [17].
Bu dövrdə insanlar ümumi təsərrüfata malik nəsil icmaları Ģəklində
yaĢamaqda idilər. Nəslin davametdiricisi kimi ana icmada yüksək mövqe tuturdu.
Ana icmanın əsası, ənənələri qoruyan, evi quran, yaradan idi. Qobustan qayalarındakı
qadın təsvirləri, oradakı Kənizə düĢərgəsindən tapılmıĢ 2 qadın heykəli qadına -
anaya məhsuldarlıq rəmzi kimi sitayiĢ edilməsini göstərir.
Kənizə düĢərgəsindən tapılmıĢ qadın kəlləsi isə Azərbaycanda Neolit dövrünə
24
aid yeganə paleoantropoloji nümunədir. Bu kəllə də avropoid irqinin cənub Ģaxəsinə
aiddir[18] və Mezolit, Neolit dövründə Qobustanda eyni nəsillərin davamlı olaraq
yaĢamalarını göstərir.
Neolit
inqilabını
Ģərtləndirən
kəĢflər
sonrakı
mərhələdə - Eneolit dövründə (e.ə.
V-IV
minilliklər)
istehsal
təsərrüfatının daha da inkiĢafına,
əhalinin sayının artmasına və daha
geniĢ əraziyə yayılmasına, qəbilə
quruluĢunun möhkəmlənmə-sinə
gətirib çıxardı. Cənubi Qafqazda
Eneolit dövrünə aid 150-dən çox
yaĢayıĢ yeri aĢkar edilməsi Kür və
Araz çayları boyunda əhalinin
intensiv məskunlaĢdığını göstərir.
Naxçıvanda (Kültəpə) və Qazaxda
(Qarğalar təpəsi) bu dövrə aid
yaĢayıĢ məskənlərində mədəni
təbəqənin 10 m qalınlığında olması
[19] bu yerlərdə insanların minillər boyu yaĢadıqlarını sübut edir.
Eneolit dövründə toxa əkinçiliyi daha da inkiĢaf edirdi. О dövrə aid yaĢayıĢ
məskənlərindən torpağın becərilməsi, taxılın biçilməsi, dənin döyülməsi üçün istifadə
edilən çoxlu sayda alətlər, 10 növdən artıq buğda, arpa, darı və digər taxıl məhsulları
nümunələri tapılması, taxılı saxlamaq üçün çiy kərpicdən tikilmiĢ anbarlar, iri saxsı
qablar, quyular aĢkar edilməsi bununla əlaqədardır. Tapılan taxıl dənlərinin iri
olması, Mil düzündə ġahtəpə yaxınlığındakı arx izləri burada süni suvarmadan
istifadə edildiyini göstərir.
Bu dövrdə əhali üzümçülüklə də məĢğul olmağa baĢlamıĢdı. Qazaxda
(ġomutəpə) və Muğanda (Əliköməktəpə) üzüm tumları tapılması belə nəticə
çıxarmağa əss verir.
Eneolit dövründə maldarlıq təsərrüfatı da yüksək inkiĢaf səviyyəsinə
çatmıĢdı. YaĢayıĢ məskənlərindən toplanmıĢ heyvan sümükləri həmin dövrdə
insanların indiki ev heyvanlarının, demək olar ki, hamısını: inək, camıĢ, qoyun,
keçi və donuzun bir neçə cinsini saxlayıb istifadə etdiklərini göstərir [20].
Əliköməktəpədən isə həmçinin 2 növ ev atının müxtəlif sümükləri aĢkar
edilmiĢdir. Bu tapıntı atın Eneolit dövründə əhliləĢdirildiyini və Azərbaycanın
dünyada atın ev heyvanı kimi bəsləndiyi ən qədim ölkə olduğunu göstərir.
Bu dövrdə toxuculuq və dulusçuluq daha da inkiĢaf edir, yeni sənət
sahələri yaranır. DaĢiĢləmə və sümükiĢləmə sənətləri öz ənənəvi əhəmiyyətini
saxladığı üçün daĢ və sümük alətləri hazırlanması texnikası təkmilləĢirdi. Saxsı
25
qablara tələb kəskin surətdə artdığı üçün dulusçuluq xüsusən sürətlə inkiĢaf edirdi.
Əliköməktəpə, Leylatəpə və Çalağantəpə (Ağdam) yaĢayıĢ məskənlərində sadə və
ikiqatlı dulus kürələri tapılması, Eneolit dövrünün sonunda qulplu və rənglənmiĢ
saxsı qabların aĢkar edilməsi [21] bu sənətkarlıq sahəsinin böyük inkiĢaf yolu
keçdiyini açıqca göstərir. Bu abidələrdən tapılmıĢ saxsı qabların bir hissəsi sadə
quruluĢlu dulus çarxında hazırlanmıĢdır. Bu tapıntılar e.ə.IV minilliyin
əvvəllərindən dulus çarxının tətbiq edildiyini göstərir.
Toxuculuq və hörmə sənətləri də yüksək sürətlə inkiĢaf etməkdə idi. Bu
dövrdə gön-dəri emalı, ağaciĢləməsənətləri insanların həyatında mühüm yer
tutmağa baĢladı.
Eneolit dövrünün ən böyük yeniliyi isə insanların metalla – mislə tanıĢ
olması idi. Belə bir mülahizə mövcuddur ki, metaldan ilk dəfə Anadolu və
Xuzistan arasındakı regionda istifadə edilməsinə baĢlamıĢdır. Bunu Çatal-Uyuk və
Çayönü təpəsi adlı ərazilərdəki yaĢayıĢ yerlərindən aĢkar edilən və e.ə VIII-VII
minilliklərə aid mis əĢyaları –
muncuq və bizlər təsdiq edir.
Bəzi tədqiqatçıların fikrincə ,
metal və metaliĢləmə haqqında
bilgilər buradan qonĢu bölgələrə,
o cümlədən Qafqaza yayılmıĢdır.
Lakin son dövrlərdə arxeoloji
axtarıĢlar
Qafqazın
özündə
metalla tanıĢlığın bilavasitə yerli
zəmin əsasında baĢlandığını
göstərmiĢdir. Cənubi Qafqazda
ən
qədim
mis
məmulatı
azərbaycanda (Kültəpə, Qarğalar
təpəsi, Əliköməktəpə, ġomutəpə,
Göytəpə,
Çalağantəpə
adlı
yaĢayıĢ yerlərində) tapılmıĢdır.
Bunların
içərisində
misdən
hazırlanmıĢ 20-dən çox əĢya:
biz, qıyıq, muncuq, bıçaq tiyəsi,
ox ucluğu, bilərzik vardır [22].
Soyuqdöymə
üsulu
ilə
hazırlanmıĢ bu əĢyalar Eneolitin
ilk dövrünə aiddir. E.ə. V
minillikdən isə insanlar metalı
əritməyi öyrəndilər və daha çox
metal
alətlər
düzəltməyə
baĢladılar [23]. Leylatəpədən mis ərintisi qırıqları, mis-nikel qarıĢıqlı metaldan
Dostları ilə paylaş: |