34
Simpatik təsirlər natriumun reabsorbsiyasını stimulə etdiyi halda,
parasimpatik təsirlər qlükozanın reabsorbsiyasını və üzvü turşuların
sekresiyasını fəallaşdırır. Böyrəyin afferent sinirləri reno-renal reflekslər
sisteminin informativ mərhələsində mühüm rol oynayırlar.
Diurez:
Sağlam adamlarda xaric edilən sidiyin həcmi geniş miqyasda dəyişə
bilər və bu vəziyyət su mübadiləsindən asılıdır. Adi rejimdə, bir gündə
orqanizmdən təxminən 1-1,5 litr sidik xaric olur. Sidikdə osmotik fəal
maddələrin konsentrasiyası da diurezin səviyyəsindən asılıdır və 50-dən
1400 mosmol/l-ə qədər dəyişilə bilər.Bu sidiyin qatılığının 1001-dən 1003-
ə bərabər olmasına müvafiqdir. Çoxlu miqdarda su qəbulundan sonra və su
artıqlığı ilə aparılan funksional sınaqlar (proba) zamanı (müayinə olunan
şəxs hər 1 kq bədən çəkisinə 20 ml su içir) sidiyin ekskresiyası 15-20
ml/dəq-yə çata bilər. Xarici mühitin yüksək hərarəti şəraitində tərləmə
vaxtı xaric edilən sidiyin miqdarı xeyli azalır. Gecə yuxu zamanı da diurez
azalır.
Sidik ifrazının mexanizmi:
Böyrək kanalcıqlarında hasil olan sidik böyrək ləyəninə gətirilir.
Tədricən ləyənlərə toplanan sidik dolma həddinə çatanda, baroreseptorlar
qıcıqlanır və siqnallar nəticəsində böyrək ləyənlərinin əzələləri təqəllüs
edirlər, sidik axarlarının mənfəzi açılır və sidik kisəyə doğru hərəkət edir.
Onun həcmi sidik kisəsində tədricən artır və kisənin divarlarının
gətirilməsinə səbəb olur. Sidik kisəsi dolarkən əvvəlcə onun divarlarında
gərginlik dəyişilmir və daxilində təzyiq da artmır. Kisədə toplanan sidiyin
həcmi müəyyən həddə çatanda onun saya əzələlərdən təşkil olunmuş
divarlarında gərginlik birdən yüksəlir, sidik kisəsi boşluğunda təzyiq qalxır
və mürəkkəb reflektoru sidikqovucu akt başlayır.
Sidik kisəsinin mexanoreseptorlarını qıcıqlandıran əsas amil onun
divarlarının gətirilməsidir (yəni təzyiqin artması deyil). Əgər sidik kisəsi
onun gərilməsini məhdudlaşdıran bir kapsulda yerləşdirilərsə, kisədaxili
təzyiqin artırılması reflektoru reaksiya doğurmayacaqdır. Sidik kis əsinin
35
dolmasının sürətinin də əhəmiyyəti böyükdür: tez dolarkən çanaq sinirinin
afferent liflərində impulslar axını kəskin artır. Kisə boşaldıqdan sonra onun
divarının gərginliyi azalır və impulslar axını tezliklə zəifləyir.
Sidik
kisəsinin
mexanoreseptorları
qıcıqlandıqda
impulslar
mərkəzəqaçan sinirlərlə onurğa beynin oma şöbəsinə daxil olurlar, burada
sidikqovucu reflektoru mərkəz yerləşir. Uşaqlıq dövrünü keçmiş adamlarda
ilk sidikqovucu istək kisədə sidiyin həcmi 150 ml-ə çatdıqda törənir,
impulsların güclənməsi sidiyin həcmi 200-300 ml olduqda müşahidə edilir.
Sidikqovucu spinal mərkəz beynin yuxarı şöbələrinin təsiri altındadır:
ləngidici təsir baş beyin qabığından və orta beynindən göndərilir, oyadıcı
impulslar isə arxa hipotalamus və beyin körpüsünün (Varol körpüsü) ön
şöbəsindən alınır.
Sidiyin sidik kanalı ilə hərəkətinin sidikqovulma aktında mühüm rolu
vardır. Sidiyin kanala hərəkəti – n. pudentusun afferent lifləri ilə sidik
kisəsinin yığılmasının stimulə edilməsi ilə baş verir. Sidiyin sidik kanalına
daxil olması və onun divarının gərilməsi, sidik kisəsinin əzələlərinin
təqəllüsünə səbəb olur.
Böyrək xəstəliklərinin müayinə üsulları
36
Sidiyin diaqnostik qiymətləndirilməsi
Sidik – böyrəklərdə əmələ gələn mayedir. Sidiklə orqanizmdən
maddələr mübadiləsinin son məhsulları, artıq su, müxtəlif duzlar, həmçinin
bəzi hormonlar, fermentlər və vitaminlər xaric edilir.
Sidiyin müayinəsi təkcə böyrəklərin funksiyası haqda deyil, həmçinin
digər orqanlıarın – qaraciyər, ürək, mədə-bağırsaq traktı və s. haqda
məlumat verir.
Müayinənin nəticələri sidiyin toplanması şərtlərinə nə cür əməl
edilməsindən daha çox aslıdır (götürülmə vaxtı, saxlanma şəraiti, qabın
təmizliyi, gigiyenik qaydalara əməl etmək, müayinədən qabaq içilən suyun
miqdarı, qidanın xarakteri). Müayinə üçün sidiyin səhərki porsiyası, sərin
yerdə saxlanması və 1,5 saat ərzində müayinə edilməsi şərti ilə götürülür.
Nəzərə almaq lazımdır ki, sutkalıq sidiyin miqdarı çoxlu maye qəbulu
zamanı artır, çoxlu tərləmə və ishal zamanı isə azalır.
І. Sidiyin diaqnostik qiymətləndirilməsi (kliniki müayinəsi):
Ümumi xassələri:
1) Sidiyin səhər porsiyasının miqdarı
norma: 100-300 ml
patoloji variantlar:
a) <100ml; normanın bir variantı, ağır ürək çatmamazlığı, ümumi
susuzlaşma (sidiyin xüsusi çəkisinin yüksək olması), böyrək
çatmamazlığının terminal mərhələsi (sidiyin xüsusi çəkisinin aşağı
olması), kəskin böyrək çatmamazlıöı.
b) >300ml; normanın bir variantı, pielonefrit zamanı poliuriya,
böyrək çatmamazlığı (sidiyin xüsusi çəkisinin aşağı olması),
şəkərli diabet (sidiyin xüsusi çəkisinin yüksək olması).
c) poliuriya – fizioloji poliuriya (sutkalıq sidiyin miqdarı>2000 ml)
hamiləliyin üçüncü trimestrində, aybaşı tsikli qurtarandan sonra və
zülalla az qidalananda müşahidə edilir. Bir çox böyrək xəstəlikləri
zamanı, şəkərli diabet, epilepsiya, isteriya, ürək xəstəlikləridə
ödemlərin çəkilməsi dövrü, alimentar distrofiya və xüsusilə
Dostları ilə paylaş: |