L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

 
34 
Simpatik  təsirlər  natriumun  reabsorbsiyasını  stimulə  etdiyi  halda, 
parasimpatik  təsirlər  qlükozanın  reabsorbsiyasını  və  üzvü  turşuların 
sekresiyasını  fəallaşdırır.  Böyrəyin  afferent  sinirləri  reno-renal  reflekslər 
sisteminin informativ mərhələsində mühüm rol oynayırlar. 
Diurez: 
Sağlam  adamlarda  xaric  edilən  sidiyin  həcmi  geniş  miqyasda  dəyişə 
bilər  və  bu  vəziyyət  su  mübadiləsindən  asılıdır.  Adi  rejimdə,  bir  gündə 
orqanizmdən  təxminən  1-1,5  litr  sidik  xaric  olur.  Sidikdə  osmotik  fəal  
maddələrin  konsentrasiyası  da  diurezin  səviyyəsindən  asılıdır  və  50-dən 
1400 mosmol/l-ə qədər dəyişilə bilər.Bu sidiyin qatılığının 1001-dən 1003-
ə bərabər olmasına müvafiqdir. Çoxlu miqdarda su qəbulundan sonra və su 
artıqlığı  ilə  aparılan  funksional  sınaqlar  (proba)  zamanı  (müayinə  olunan 
şəxs  hər  1  kq  bədən  çəkisinə  20  ml  su  içir)  sidiyin  ekskresiyası  15-20 
ml/dəq-yə  çata  bilər.  Xarici  mühitin  yüksək  hərarəti  şəraitində  tərləmə 
vaxtı xaric edilən sidiyin miqdarı xeyli azalır. Gecə yuxu zamanı da diurez 
azalır. 
Sidik ifrazının mexanizmi: 
Böyrək  kanalcıqlarında  hasil  olan  sidik  böyrək  ləyəninə  gətirilir. 
Tədricən  ləyənlərə  toplanan  sidik  dolma  həddinə  çatanda,  baroreseptorlar 
qıcıqlanır  və  siqnallar  nəticəsində  böyrək  ləyənlərinin  əzələləri  təqəllüs 
edirlər,  sidik  axarlarının  mənfəzi  açılır  və  sidik  kisəyə  doğru  hərəkət  edir. 
Onun  həcmi  sidik  kisəsində  tədricən  artır  və  kisənin  divarlarının 
gətirilməsinə  səbəb  olur.  Sidik  kisəsi  dolarkən  əvvəlcə  onun  divarlarında 
gərginlik  dəyişilmir  və  daxilində  təzyiq  da  artmır.  Kisədə  toplanan  sidiyin 
həcmi  müəyyən  həddə  çatanda  onun  saya  əzələlərdən  təşkil  olunmuş 
divarlarında gərginlik birdən yüksəlir, sidik kisəsi boşluğunda təzyiq qalxır 
və mürəkkəb reflektoru sidikqovucu akt başlayır.  
Sidik  kisəsinin  mexanoreseptorlarını  qıcıqlandıran  əsas  amil  onun 
divarlarının  gətirilməsidir  (yəni  təzyiqin  artması  deyil).  Əgər  sidik  kisəsi 
onun  gərilməsini  məhdudlaşdıran  bir  kapsulda  yerləşdirilərsə,  kisədaxili 
təzyiqin  artırılması  reflektoru  reaksiya  doğurmayacaqdır.  Sidik  kis əsinin 


 
35 
dolmasının  sürətinin  də  əhəmiyyəti  böyükdür:  tez  dolarkən  çanaq  sinirinin 
afferent liflərində impulslar axını kəskin artır. Kisə boşaldıqdan sonra onun 
divarının gərginliyi azalır və impulslar axını tezliklə zəifləyir.  
Sidik 
kisəsinin 
mexanoreseptorları 
qıcıqlandıqda 
impulslar 
mərkəzəqaçan  sinirlərlə  onurğa  beynin  oma  şöbəsinə  daxil  olurlar,  burada 
sidikqovucu reflektoru mərkəz yerləşir. Uşaqlıq dövrünü keçmiş adamlarda 
ilk  sidikqovucu  istək  kisədə  sidiyin  həcmi  150  ml-ə  çatdıqda  törənir, 
impulsların güclənməsi sidiyin həcmi 200-300 ml olduqda müşahidə edilir. 
Sidikqovucu  spinal  mərkəz  beynin  yuxarı  şöbələrinin  təsiri  altındadır: 
ləngidici  təsir  baş  beyin  qabığından  və  orta  beynindən  göndərilir,  oyadıcı 
impulslar  isə  arxa  hipotalamus  və  beyin  körpüsünün  (Varol  körpüsü)  ön 
şöbəsindən alınır. 
Sidiyin sidik kanalı ilə hərəkətinin sidikqovulma aktında mühüm rolu 
vardır.  Sidiyin  kanala  hərəkəti  –  n.  pudentusun  afferent  lifləri  ilə  sidik 
kisəsinin yığılmasının stimulə edilməsi ilə baş verir. Sidiyin sidik kanalına 
daxil  olması  və  onun  divarının  gərilməsi,  sidik  kisəsinin  əzələlərinin 
təqəllüsünə səbəb olur. 
 
 
 
 
 
 
 
 
 
Böyrək xəstəliklərinin müayinə üsulları 


 
36 
Sidiyin diaqnostik qiymətləndirilməsi 
Sidik  –  böyrəklərdə  əmələ  gələn  mayedir.  Sidiklə  orqanizmdən 
maddələr mübadiləsinin son məhsulları, artıq su, müxtəlif duzlar, həmçinin 
bəzi hormonlar, fermentlər və vitaminlər xaric edilir. 
Sidiyin müayinəsi təkcə böyrəklərin funksiyası haqda deyil, həmçinin 
digər  orqanlıarın  –  qaraciyər,  ürək,  mədə-bağırsaq  traktı  və  s.  haqda 
məlumat verir. 
Müayinənin  nəticələri  sidiyin  toplanması  şərtlərinə  nə  cür  əməl 
edilməsindən  daha  çox  aslıdır  (götürülmə  vaxtı,  saxlanma  şəraiti,  qabın 
təmizliyi, gigiyenik qaydalara əməl etmək, müayinədən qabaq içilən suyun 
miqdarı,  qidanın  xarakteri).  Müayinə  üçün  sidiyin  səhərki  porsiyası,  sərin 
yerdə  saxlanması  və  1,5  saat  ərzində  müayinə  edilməsi  şərti  ilə  götürülür. 
Nəzərə  almaq  lazımdır  ki,  sutkalıq  sidiyin  miqdarı  çoxlu  maye  qəbulu 
zamanı artır, çoxlu tərləmə və ishal zamanı isə azalır. 
І. Sidiyin diaqnostik qiymətləndirilməsi (kliniki müayinəsi): 
Ümumi xassələri: 
1) Sidiyin səhər porsiyasının miqdarı 
norma: 100-300 ml 
patoloji variantlar: 
a)  <100ml;  normanın  bir  variantı,  ağır  ürək  çatmamazlığı,  ümumi 
susuzlaşma  (sidiyin  xüsusi  çəkisinin  yüksək  olması),  böyrək 
çatmamazlığının terminal mərhələsi (sidiyin xüsusi çəkisinin aşağı 
olması), kəskin böyrək çatmamazlıöı. 
 b)  >300ml;  normanın  bir  variantı,  pielonefrit  zamanı  poliuriya, 
böyrək  çatmamazlığı  (sidiyin  xüsusi  çəkisinin  aşağı  olması), 
şəkərli diabet (sidiyin xüsusi çəkisinin yüksək olması). 
c)  poliuriya  –  fizioloji  poliuriya  (sutkalıq  sidiyin  miqdarı>2000  ml) 
hamiləliyin üçüncü trimestrində, aybaşı tsikli qurtarandan sonra və 
zülalla az qidalananda müşahidə edilir. Bir çox böyrək xəstəlikləri 
zamanı,  şəkərli  diabet,  epilepsiya,  isteriya,  ürək  xəstəlikləridə 
ödemlərin  çəkilməsi  dövrü,  alimentar  distrofiya  və  xüsusilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə