L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

 
31 
Böyrək  kanalcıqlarında  ionların  reabsorbsiyasını  və  sekresiyasını 
tənzimləyən  hormonlar  da  vardır.  Məlumdur  ki,  natriumun  nefronların 
distal  şöbəsinin  uc  hissələrində  və  toplayıcı  borucuqlarda  reabsorbsiyası, 
böyrəküstü  vəzlərin  hormonu  aldesteronun  təsirindən  artır.  Bu  hormon 
natriumun  plazmada  konsentrasiyasının  və  dövr  adən  qanın  həcminin 
azaldığı  zamanı  ifraz  olunur.  Böyrəklərdən  natriumun  xaric  edilməsi  ilə 
reabsorbsiyasının  azalması  müşahidə  edilir.  Buna  səbəb  antidiuretik 
hormonun  sekresiyasının  artmasıdır.  ADH-nun  ifrazının  artmasına  səbəb 
dövr  edən qanın həcminin  və orqanizmdə  hüceyrəxarici mayenin  həcminin 
artmasıdır. 
Aldesteron  kaliumun  sidikdə  xaric  olmasını  gücləndirir.  Bunun 
əksinə  olaraq,  insulin  K
+
-un  ekskresiyasını  azaldır.  Kaliumun  ekskresiyası 
turşuqələvi  vəziyyəti  ilə  sıx  əlaqədardır.  Alkoloz  kaliumun  sidiklə 
ekskresiyasını gücləndirir, asidoz isə – azaldır. 
Qanda 
kaliumun 
konsentrasiyasının 
azalması 
nəticəsində 
qalxanvariətraf  vəzlərdən  ifraz  olunan  parathoromon  kalsiumun  böyrək 
kanalcıqlarında  reabsorbsiyasını  artırmaqla  sümüklərdən  resorbsiyasının 
yüksəlməsi hesabına qanda kalsiumun səviyyəsinin normallaşmasına səbəb 
olur. 
Hiperkalsiemiya  zamanı  qastrin,  yaxud  ona  bənzər  maddənin  (mədə-
bağırsaq  traktında  hazırlanan)  təsiri  ilə  qalxanvarı  vəzin  hormonu 
tireokalsitonin  kalsiumun  qanda  konsentrasiyasını  azaldır,  böyrəklərdə 
ekskresiyasını artırır və Ca
+2 
– ionlarının sümüyə keçməsini təmin edir. 
Böyrək  kanalcıqlarında  maqneziumun,  xlorun,  sulfatların  və  digər 
ionların reabsorbsiya səviyyəsi də tənzim olunur. 
Böyrəklərin turşu-qələvi balansının tənzimində rolu: 
Qanda  H
+
  ionlarının  konsentrasiyasının  sabitliyinin  saxlanılmasında 
böyrəklər  mühüm  rol  oynayırlar.  İnsanlarda  və  heyvanlarda  sidiyin  fəal 
reaksiyası çox kəskin dəyişilə bilər, hidrogen ionlarının konsentrasiyası isə, 
böyrəklərin fövqəladə vəziyyətində təxminən 1000 dəfə dəyişilə bilər (bəzi 
hallarda  pH  4,5  qədər  enir,  yaxud  8,0  qədər  yüksəlir  və  beləliklə 


 
32 
böyrəklərin  qan  plazmasının  sabitliyini  7,36  səviyyəsində  saxlanmasını 
təmin edir). Sidiyin turşulaşma mexanizmi hüceyrələrin kanalcıq mənfəzinə 
hidrogen ionlarının sekresiyası ilə əlaqədardır. 
Nefronun  müxtəlif  şöbələrinin  hüceyrələrinin  apikal  plazmatik 
membranında  və  sitoplazmasında  karbon  qazını  hidratasiyaya  uğradan 
katalizator  –  karboanhidraza  fermenti  vardır:  CO
2
+H
2

karboanhidraza
 
 
H
2
CO
3
 = H

+ HCO
3

Qan  plazmasından  kanalcıq  mənfəzinə  süzülən  hidrogen  ionları  ilə 
(hüceyrələrlə  sekresiya  olunan)  qarşılıqlı  təsirindən  CO
2
  törənir.  Kanalcıq 
boşluğunda  H

ionları  yalnıx  HCO
3-
lə  deyil,  həm  də  Na
2
HPO

və  digər 
birləşmələrlə  reaksiyaya  girərək  sidiklə  titrlənən  turşuların  ekskresiyasını 
artırır. Bu xüsusiyyət qan plazmasında əsasların ehtiyatının bərpasına səbəb 
olur.  Nəhayət,  sekresiya  olunan  H

-  ionları  kanalcıq  mənfəzindəki 
hüceyrələrdə  qlutamindən  və  amin  turşularından  (aminogenez  prosesində) 
ayrılan  və  kanalcıq  membranından  onun  boşluğuna  düşən  ammoniumla 
birləşərək ionlar törədirlər: NH
3
+H
+
=NH
4
+
 
Beləliklə, 
turşuların 
böyrəklərdən 
ümumi 
ekskresiyası 
üç 
komponentlərdən: 
hidrokarbonat 
(H
2
CO
3
),
 
titrlənən 
turşular 
və 
ammoniumun (NH
4
) ayrılmasından ibarətdir. 
Böyrəklərin  turşuqovucu  funksiyası  orqanizmin  turşu  –  qələvi 
müvazinətinin vəziyyətindən çox asılıdır. 
Ətlə  qidalandıqda  daha  çox  turşu  yaranır  və  sidik  turş  olur;  bitki 
mənşəli  qida  qəbul  etdikdə  isə  sidiyin  pH-ı  qələviliyə  doğru  meyl  edir. 
İntensiv  əzələ  işi  nəticəsində  qana  çoxlu  miqdarda  süd  və  fosfat  turşusu 
daxil  olur.  Belə  şəraitdə  böyrəklər  turş  məhsulların  ekskresiyasın  artırır. 
Ağciyərlərin  hipoventilyasiyası  nəticəsində  karbon  qazının  xaric  ediməsi 
ləngiyir,  qanın  pH-ı  azalır  və  tənəffüslə  əlaqədar  asidoz  törənir, 
hiperventilyasiya isə karbon qazının azalması ilə nəticələndiyindən qanın  
pH-ı yüksəlir və tənəffüslə əlaqədar alkoloz törənir. Əgər qanda asetat və  
-  oksiyağ  turşuları  (şəkərli  diabetdə  olduğu  kimi)  artırsa  metabolik  asidoz 


 
33 
vəziyyəti  inkişaf  edir.  Duz  turşusunun  itkisi  ilə  müşayiət  olunan  davamlı 
qusma metabolik alkaloz törədir. 
Böyrəklərlə 
bərabər 
ağciyərlər 
də 
turşu-qələvi 
balansının 
normallaşmasında iştirak edirlər. Tənəffüs asidozu şəraitində H
+
 ionlarının 
ekskresiyası  və  HCO
3
-ün  reabsorbsiyası  artır.  Metabolik  asidoz 
ağciyərlərin hiperventilyasiyası ilə kompensə olunur. 
Son  həddə  böyrəklər  qan  plazmasında  H
+
-  ionların  konsentrasiyasını 
sabitləşdirməklə pH-
 
7,36 səviyyəsində saxlayırlar. 
Böyrək fəaliyyətinin sinir tənzimi: 
Böyrək  icraedici  üzv  kimi,  daxili  mühitin  tərkib  və  həcminin 
sabitliyini  tənzim  edən  müxtəlif  reflekslər  zəncirinin  bir hissəsidir.  MSS-ə 
homeostazın  vəziyyəti  haqqında  daxil  olan  informasiya  efferent  sinirlərin 
və yaxud endokrin vəzlərin təsiri ilə böyrəklərin adekvat reaksiyasını təmin 
edir.  Böyrəklərin  işi,  digər  üzvlərdə  olduğu  kimi,  yalnız  şərtsiz-reflektoru 
nəzarətə tabe olmayıb, eyni zamanda beyin qabığının vasitəsi ilə də tənzim 
olunur.  Məsələn,  ağrı  təsirindən  sidik  ifrazının  dayanması  şərti  reflektoru 
yol  ilə  də  mümkündür.  Ağrı  anuriyasının  mexanizmi  hipotalamus 
mərkəzlərinin  (ADH-nin  ifrazını  stimulə  edən)  fəallaşmasına  əsaslanır. 
Bununla  yanaşı  simpatik  sinir  sisteminin  fəallığı  və  böyrəküstü  vəzlərdə 
katexolaminlərin  ifrazı  güclənir.  Nəticədə  yumaqcıq  filtrasiyası  zəifləyir, 
kanalcıq reabsorbsiyası isə artır, yəni, sidik ifrazı azalır.  
Təkcə  diurezin  azalması  deyil,  artması  da  şərti  reflektoru  yolla 
törədilə  bilər.  Dəfələrlə  it  orqanizminə  suyun  yeridilməsi  ilə  qıcıqlarla 
verilməsi  şərti  refleksin  törənməsinə  səbəb  olur.  Bu  şəraitdə  hər  bir  şərti 
qıcıq  sidik  ifrazını  artırır.  Şərti  reflektoru  poliuriyanın  mexanizmi  belə 
halda  baş  beynin  hipotalamusa  təsirindən  ADH-nun  ifrazının  azalması  ilə 
izah edilir. 
Müəyyən  edilmişdir  ki,  böyrəklərdə  yalnız  hemodinamika  (qan 
təzyiqi) və yükstamedulyar aparatın işi tənzim olunur. 
Eyni  zamanda  burada  –  kanalcıqlarda  elektrolitlərin  və  qeyri-
elektrolitlərin  reabsorbsiya  və  sekresiya  prosesləri  də  tənzim  olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə