L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

 
37 
şəkərsiz diabet vaxtı (suykada 4-6 litr və daha çox) poliuriya qeyd 
edilir. 
d)  oliqouriya  –  sağlam  insanda  oliqouriya  (<500-300ml)  maye 
qəbulunun  məhdudlaşması,  çoxlu  tərləmə,  fiziki  yüklənmə  və  s. 
zamanı  fizioloji  hal  kimi  olur.  Bir  çox  xəstəliklər  – 
qlomerulonefrit, xroniki böyrək çatmamazlığı, pielonefrit, nefrotik 
sindrom,  bəzən  isə  sistem  qırmızı  qurdeşənəyi,  DDL-sindrom, 
infeksion xəstəliklər (vəba, dizenteriya, qarın yatalağı, malyariya), 
ağır  travma,  dətmanların  təsirindən  qurğuşun,  süleymani,  arsen 
(mışyak), skipidarla zəhərlənmə vaxtı oliqouriya müşahidə edilir. 
e)  anuriya  –  sidik  ifrazının  tam  kəsilməsidir  –  böyrəyin  ağır 
zədələnmələri  (kəskin  nefrit,  uyğun  olmayan  qanın  köçürülməsi, 
kəskin böyrək çatışmazlığı), qarın nahiyyəsinin travmaları, kəskin 
peritonit,  böyrək  koliki,  sidik  axarının  kateterizasiyası,  şok  və  s. 
hallarda rast gəlinir. 
f) işuriya – sərbəst sidikifrazının pozulması nəticəsində sidiyin sidik 
kisəsində  ləngiməsidir.  Səbəbləri  –  kişilərdə  prostat  vəzinin 
xəstəlikləri  (iltihabı,  adenoma,  xərçəng),  uretranın  strikturası 
(daralması), sidik kisəsinin yığılma funksiyasının pozulması. Gecə 
diurezinin artması – nikturya adlanır. 
2) Sidiyin şəffaflığı –  normada sidik tam şəffaf olur. 
patoloji  variantlar:  
a)  bulanlıq  olması  –  pielonefrit,  aşağı  sidik  yolların  infeksiyaları, 
duzların ifrazı; 
b) sidikdə sap və lopaların olması - pielonefrit, aşağı sidik  yollarının 
infeksiyaları  
c) sidiyin duruldulma zamanı bulanması - normanın  bir variantı. 
3) Sidiyin reaksiyası normada - turş reaksiyalı olur. 
patoloji variantlar: 
a) neytral reaksiya – normanın bir variantıdır. 


 
38 
b)  qələvi  reaksiya  -  sidikçıxarıcı  yolların  infeksiyası,  çoxlu  sayda 
qusma,  qələvi  terapiyası,  ət  xörəklərinin  azaldılması  ilə  gedən 
pəhriz 
4) Sidiyin rəngi normada samanı sarı olur. 
patoloji variantlar:  
a)  narıncı-qırmızı  (pivə  rəngi)  –  bilirubinemiya  (hemolitik 
vəziyyətlər, hepatit, sirroz, xolestaz) 
b)  ət  suyu  rəngi  –  makrohematuriya  (pielonefrit,  daşların  düşməsi, 
böyrəklərin vərəmi, böyrək xərçəngi, qlomerulonefrit) 
c)  qəhvəyi  rəng  –  zülalların  parçalanması  (uzun  müddət  sıxılma 
sindromu, hemoliz) 
d) qara rəng – hemoqlobinuriya (hemoliz). 
e) açıq sarı – dərman qəbulu zamanı. 
f) şəffaf, açıq sarı – böyrəyin qatılaşdırmaq funksiyasının pozulması, 
çoxlu  su  qəbulu,  pielonefrit,  sidikqovucuların  qəbulu,  böyrək 
çatışmazlığı.  
5)  Sidiyin  nisbi  sıxlığı  (xüsusi  çəkisi)  –  nisbi  sıxlıq  (xüsusi  çəki) 
sidikdə həll olan maddələrin qatılığı ilə müəyyən edilir (sidik cövhəri, sidik 
turşusu,  kreatinin, müxtəlif  duzlar).  Nisbi  sıxlıq  orqanizmdən  sidiklə  xaric 
olan  mayenin  ümumi  miqdarından  aslıdır  –  sutkalıq  xaric  olan  sidiyin 
miqdarı nə qədər çox olarsa, nisbi sıxlıq bir o qədər aşağı olur.  
Normal sidiyin nisbi sıxlığı 1.010 – 1.030 arasında dəyişir. Müəyyən 
edilib  ki,  səhər  götürülən  sidiyinin  nisbi  sıxlığı  1.018-ə  bərabər  və  ya 
ondan  yuxarıdırsa,  onda  böyrəyin  qatılaşdırıcı  funksiyası  pozulmamışdır. 
Sidikdə zülal və əsasən qlükozanın olması onun nisbi sıxlığını artırır.  
Sidiyin  xüsusi  çəkisinin  artması  xaric  olan  sidiyin  miqdarının  az 
olması  zamanı,  ödemlərin  çoxalması,  qusma,  ishal  zamanı;  azalması  isə 
xaric 
olan 
sidiyin 
miqdarının 
artması 
(ödemlərin 
çəkilməsi, 
sidikqovucuların  təyini,  şəkərsiz  diabet  xəstələri)  zamanı  müşahidə  edilir. 
Sidikdə həll olan bütün bərk maddələrin ¾ -nü təşkil edən sidik cövhəri və 


 
39 
NaCl-un  xaric  olmasının  pozulması  ilə  gedən  böyrək  xəstəlikləri  zamanı 
sidiyin xüsusi çəkisi azalır.  
Sidiyin xüsusi çəkisi onun qatılaşdırma funksiyasını xarakterizə edir. 
Xroniki  böyrək  çatmamazlılığı  zamanı  onun  osmotik  qatılaşdırma 
qabiliyyəti  tədricən  azalır.  Bu  hal  hipostenuriya  adlanır  və  sidiyin  xüsusi 
çəkisi  <  1.018  olur.  Osmotik  qatılaşdırma  qabiliyyətinin  tam  itməsi  isə 
izostenuriya  adlanır,  bu  zaman  sidiyin  və  qanın  osmotik  təzyiqləri 
bərabərləşir = 1.010. 
Nisbi sıxlıqın 1.025-dən yüksək olması hiperstenuriya adlanır. 
Böyrəyin qatılaşdırma funksiyasının müayinəsi üçün Zimnitski sınağı 
aparılır:  Sutka  ərzində  hər  üç  saatdan  bir  cəmi  8  porsiya  sidik  toplanır, 
sonra hər porsiyanın həcmi və xüsusi çəkisi müəyyənləşdirilir. 
Sidiyin biokimyəvi müayinəsi  
6)  Sidikdə  zülal  -  normada  praktiki  olaraq  sidikdə  zülal  olmur. 
Sutkada fizioloji olaraq  sidiklə zülalın ekskresiyası  30-50 mq/sut-dan artıq 
olmur,  bunun  da  1/3-ni  albuminlər  təşkil  edir.  Sidiyin  birdəfəlik 
porsiyasında  isə  onun  miqdarı  –  0.033q/l  olur.  Sağlam  şəxslərin  sidiyində 
bir  çox  hallarda,  zülalla  zəngin  qidaların  qəbulu,  soyuqlama,  emosional 
stress,  uzun  müddət  fiziki  yüklənmə  zamanı  zülal  bir  qədər  arta  bilər. 
Böyrəklərin 
funksiyalarındakı 
pozulmaların 
erkən 
əlaməti 
mikroalbuminuriya  –  sidiklə  sutkada  100-300mq  albuminin  xaric  olması 
hesab olunur.  
Proteinuriya – sidiklə çoxlu miqdarda zülalın xaric olması, böyrəyin 
bir  çox  patologiyaları  (kəskin  və  xroniki  qlomerulonefrit,  pielonefrit, 
hamiləlik  nefropatiyası  və    s.),  sidikçıxarıcı  yolların  xəstəlikləri  (sidik 
kisəsinin, sidik axarlarının, prostat vəzinin iltihabı) zamanı rast gəlir. 
Proteinuriya  üzvi  (yumaqcıq,  kanalcıq  mənşəli)  və  funksional 
(qızdırma  proteinuriyası,  yeniyetmələrdə  ortostatik  proteinuriya,  südəmər 
uşaqların  fizioloji  normadan  artıq  qidalandırılması,  yenidoğulmuşlarda) 
olmaqla  iki  formada  olur.  Xəstələrdə  sutka  ərzində  xaric  olan  zülalın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə