L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   ...   15   16   17   18   19   20   21   22   ...   74

 
63 
23  İsmayıllı 
37 
1,7 
54  Yardımlı 
13 
0,6 
24  Salyan 
35 
1,6 
55  Kəlbəcər 
12 
0,6 
25  İmişli 
34 
1,6 
56  Oğuz 
12 
0,6 
26  Kürdəmir 
33 
1,6 
57  Gədəbəy 
12 
0,6 
27  Ucar 
32 
1,6 
58  Balakən 
10 
0,5 
28  Zaqatala 
30 
1,4 
59  Qubadlı 

0,3 
29   Yevlax 
30 
1,4 
 
 
 
 
30  Şamaxı 
28 
1,3 
 
 
 
 
31  Ağsu 
28 
1,3 
 
CƏMİ 
2126 
100 
 
Azərbaycana  gəldikdə  isə,  qlomerulonefrit  xəstəliyinin  rast  gəlmə  tezliyi 
ildən  ilə  artır  və  bu  artım  bir  sıra  faktorlarla  əlaqədardır.  Bu  faktorlara 
uşağın yaşı, cinsi, ilin fəsli, ərazinin iqlim-coğrafi xüsusiyyətləri, həmçinin 
tibbi-bioloji və tibbi-sosial faktorlar aiddir. 
ÜST-nın  verdiyi  məlumata  görə  isə,  bu  patologiya  uşaq  yaşlarının 
xəstəlikləri içərisində ikinci yeri tutur.  
Məlumdur  ki,  dünyada  mövcud  olan  11  iqlim  qurşağından  8-i 
respublikamızda  müşahidə  edilir.  Böyük  Qafqaz  dağları  respublikamıza 
şimaldan  daxil  olan  soyuq  hava  kütlələrinin,  Kiçik  Qafqaz  dağları  isə 
cənubdan daxil olan isti tropik hava kütlələrinin qarşısını alır, Xəzər dənizi 
isə 
respublikamızın 
iqlim 
şəraitini 
nisbətən 
mülayimləşdirir. 
Respublikamızın bu iqlim-coğrafi xüsusiyyətlərini nəzərə alaraq, aşağıdakı 
cədvəldə  respublikamızın  ayrı-ayrı  rayonları  üzrə  qlomerulonefrit 
xəstəliyinin yayılma göstəriciləri qeyd edilmişdir. 
Etiologiya  
“Kəskin  (proliferativ)  qlomerulonefrit”  termini  özündə  həm  kliniki, 
həm  də  morfoloji  mənaları  birləşdirir.  Klinisistlər  üçün  –  “kəskin”  sözü 
müvəqqəti mənada – birinci dəfə başlanan, morfoloqlar üçün isə - “kəskin” 
sözü yumaqcıqlar nahiyyəsində polinuklear leykositlərin – “kəskin-iltihab” 
hüceyrələrin olması mənasını daşıyır. 
Kəskin
 
proliferativ qlomerulonefritin yaranma səbəbləri: 
  Bakteriyalar  –  Streptococcus,  group  A,  β-  hemolytic,  Streptococcus 
viridans,  Streptococcus  aureus,  Staphylococcus  epidermidis, 


 
64 
Corynebacterium,  Propionibacterium,  Atypical  mycobacterium, 
Mycoplasma, Brucela, Meningococcus, Leptospira 
  Viruslar – Varicella, Rubeola, Cytomegalovirus, Epstein-Barr virusu 
  Parazitlər – Toxoplasma, Trichinella, Rickettsia, R. rickettsiae 
Yuxarıda  sadalan  etioloji  faktorlar  içərisində  ən  geniş  yayılan  və 
öyrənilən  poststreptokokk  mənşəli  kəskin  qlomerulonefritdir.  Xəstəlik,  bir 
qayda  olaraq,  sporadik  olaraq  müşahidə  edilir.  KQN-in  əsas  etioloji  fatoru 
“A”  qrup  β-hemolitik  streptokokk  (nefritogen  ştamm,  əsasən  12-ci  tip) 
sayılır.  KQN  tez-tez  streptokokk  mənşəli  xəstəliklərdən,  yəni  angina, 
impetiqo,  faringit,  skarlatin,  qızıl  yel  və  s.  10-12  gün  keçdikdən  sonra 
yarana  bilər  (bu  müddət  ərzində  antitellər  yaranır).  Bu  zaman  streptokokk 
infeksiyasını təsdiq edən müayinələr, yəni əsnək yaxmasında streptokokkun 
aşkar  edilməsi,  qanda  streptokokka  qarşı  antigen  və  antitellərin  aşkar 
edilməsi onun əsas etioloji faktor olduğunu sübut edir. 
Poststreptokokk  mənşəli  QN-in  inkişafında  meyl  oyadan  faktorlara 
infeksion-allergik  xəstəliklərin  irsiyyətdə  çox  olması,  streptokokk 
infeksiyasına  qarşı  ailəvi  həssaslığın  olması,  uşaqda  xroniki  infeksiya 
ocaqları,  hipovitaminoz  və  helmintozları  aid  etmək  olar.  Əsnək  və  ya 
dərisində  hemolitik  streptokokku  daşıyan  uşaqlarda  soyudulma,  respirator-
virus  infeksiyaları  kimi  faktorların  təsirindən  KQN  inkişaf  edə  bilər. 
Xəstəliyə məktəbəqədər uşaqlarda daha çox təsadüf edilir. Qlomerulonefrit, 
əsasən, angina, eləcə də yuxarı tənəffüs yollarının katarı, skarlatina, xronik 
tonzillit, kiçik yaşlı usaqlarda piodermiyadan sonra baş verir (cədvəl 3). 
Bununla  yanaşı,  aparılan  müşahidələr  göstərir  ki,  zədələnmiş 
yumaqcıq  toxumasında  pnevmokokk,  stafilokokk,  qızılı  streptokokk, 
salmonella,  Frindlender  çöpü,  meninqokokk  və  b.  mikroorqanizmlərin 
antigenləri aşkar edilə bilər.  
Beləliklə,  poststreptokokk  mənşəli  qlomerulonefritin  yaranmasında 
təkanverici faktorları aşağıdakı kimi qruplaşdırmaq olar: 
– 
 infeksion-allergik xəstəliklərə qarşı irsi meyllik; 
– 
 streptokokk infeksiyasına qarşı yüksək həssaslıq; 


 
65 
–  uşaqda  xroniki  infeksiya  ocağı,  hipovitaminoz  və  helmintozun 
olması; 
Bəzi 
müəlliflər 
qlomerulonefritin 
əmələ 
gəlməsində 
virus 
infeksiyasının  rolunu  qeyd  edirlər.  Peyvənd  (II–III),  qammaqlobulin 
yeridildikdən sonra da əmələ gələ bilər. Bundan başqa allergiyanın da rolu 
var, bəzən isə, arı və ilan sacdıqdan sonra yarana bilər. QN sistem xəstəliyi 
fonunda  (revmatoid  artrit,  qırmızı  qurd  əşnəyi,  revmatizm)  da  əmələ  gələ 
bilər (cədvəl 3). 
Cədvəl  3-də  aydın  görünür  ki,  QN-in  inkişaf  strukturunda  bilavasitə 
aparıcı  rolda  kəskin  respirator  infeksiyalar  (29,4%)  və  digər  infeksion 
xəstəliklər, məsələn skarlatin (23,8%), pnevmoniya (5,9%), bronxit (3,1%) 
və  s.  çıxış  edir.  Hemorragik  vaskulit  xəstələrin  6,3%-də  kəskin 
qlomerulonefritin  inkişafına  səbəb  olur.  Bununla  yanaşı,  irsi  faktor  da 
(6,9%) QN-i olan xəstələrdə aşkar edilmişdir. 
Xəstəliyin  yaranmasında  xarici  mühit  amillərinin  (kimyəvi 
maddələrin,  günəş  şüalarının,  soyuğun,  dərmanların,  qidanın  və  s.)  rolunu 
da  xüsusilə  qeyd  etmək  lazımdır.  Bəzən  isə,  qlomerulonefritin  etioloji 
amilini müəyyən etmək mümkün olmur (kriptogen nefrit). 
Cədvəl 4 
Qlomerulonefritin inkişaf və kəskinləşməsinin risk faktorları 
 
Risk faktorları 
  
Xəstələrin sayı 
         

KRX 
1012 
29,4 
Skarlatin 
 819 
23,8 
İrsiyyət 
 239 
6,9 
Hemorragik vaskulit 
 216 
6,3 
Pnevmoniya 
 216 
5,9 
Bronxit 
 107 
3,1 
Soyuma 
105 
3,1 
Qohumlar arasında hipertoniya 
103  
2,9 
Angina 
102 
2,9 
Allergiya 
  98 
2,8 
Xroniki tonzillit 
  72 
2,1 
Su çiçəyi 
  72 
2,1 
Valideynlərdə hipertoniya 
  72 
2,1 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə